Axiska (Mesxet) turklerinin dili
İXTİSARLAR

GİRİŞ

I FƏSİL. AXISQA TÜRKLƏRİNİN DİL VƏ ETNİK TARİXİNƏ BİR NƏZƏR

II FƏSİL. FONETİKA

III FƏSİL. LEKSİKA

3.1. Əsas leksik fond

3.1.1. Əkinçilik leksikası

3.1.2. Kənd təsərrüfatı və bostançılıq leksikası

3.1.3. Heyvandarlıq leksikası

3.1.4. Məişət leksikası

3.1.5. Mərasimlərlə (toy mərasimi) bağlı leksika

3.1.6. Xalq musiqi alətlərinin və oyunların adları

3.1.7. Bə'zi bəzək (taxıncaq) adlarının leksik-semantik xüsusiyyətləri

3.2. Alınma leksika

3.3. Terminoloji leksika

3.3.1. İnsanın bədən üzvlərinin adları

3.3.2. Ay, gün, həftə və astronomik adlar

3.3.3. Xalq təbabəti terminləri

3.3.4.Heyvan adları (Zooloji terminlər)

3.4. Regional tə'sirlər, kənara çıxmalar

3.5. «Dədə Qorqud» və Axısqa dil uyğunluqları

3.6. Türk və Azərbaycan ədəbi dilləri ilə ortaq olan sözlər

3.7. Dilin şivələri

3.8. Gürcü substratları

3.9. Gürcü dilində Axısqa türklərinin dilinin elementləri

3.10. Onomastik leksika

3.10.1. Antroponimlər

3.10.2. Toponimlər

3.11. Sözün semantik strukturu: əsas semantik proseslər

3.12. Frazeoloji vahidlər

IV FƏSİL. MORFOLOGİYA

V FƏSİL. SİNTAKSİS

NƏTİСƏ

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2.1.1.Abruptiv fonemlər
Bu dilin fonetik sistemində k, k, p, t, ç konsonantları kimi paralel işlənən abruptiv səslər mövcuddur ki, bu səslər partlayan burun səslərilə (k, k, p, t, ç) omonim sözlərdə bir neçə fonematik mə"na yarada bilir. Məsələn, kav (lovğa) - kav (qarmaq); paça (şalvarın aşağı hissəsi)-paça (sıxılmış qatı bal); tor (setka) - tor (kəhər at); çağ (yaş) - çağ (əlcək) və s. [78, s. 6].

Abruptiv samitlər bu dildə elə inkişaf etmiş fonemlərdəndir ki, istər türk sözlərində, istərsə də alınma sözlərdə digər səslərlə eyni hüququ mövqedə çıxış edir.

Axısqa türklərinin dilində abruptiv samitlərin mövcud olması ilk dəfə R.İ.Şor tərəfindən aşkar edilmişdir. R.İ.Şorun, Y.N.Marrın, S.S.cikiyanın fikrincə, bu dildə işlənən abruptiv samitlər İber-Qafqaz və Dağıstan dillərinin substrat qalıqlarıdır. Bu qalıqlar fonetik substratlardır [184, s. 43-44; 137, s. 31; 113, s. 116-122].

Axısqa türklərinin dilində abruptivləşmə hadisəsi - kar və cingiltili samitlərin abruptivləşməsi söz önündə, söz ortasında və söz sonunda baş verir. Məsələn; balıq - palux, bal - pal, butulka - potlika, dayı-tayi, dağ - tağ, spiçka - piçka, metro - mitro, kvartira - kuarter, skamya - iskam və s.

Axısqa türklərinin dilində işlədilən abruptiv səslərə Azərbaycan dilinin Zaqatala və Qax şivələrində də rast gəlmək olur; bu da İber - Qafqaz dillərinin tə"siridir.

Axısqa türklərinin dili digər türk dillərindən samitlər sisteminin zənginliyi ilə fərqlənir. Abruptiv samitlər (k, p, t, ç, g), arxasıra samitləri (n - sağır nun, x) və qovuşuq ü samiti bu toplumun dilinə spesifiklik verir. Bu samitlərin əksəriyyəti fonematik məzmuna malikdir.

Abruptiv fonemlərin təsviri:

T - önsıra, dil-diş, partlayan, kar, abruptiv samitdir. Bu fonem T-samitindən abruptivliyi ilə seçilir və onunla fonematik oppozisiya təşkil edir. Bu samit fonematik məzmuna malikdir. Məs.: tikan (iynə) - tikan (çəpiş, oğlaq, keçi balası); tar (musiqi aləti) - tar (dar), tor (setka) - tor (kəhər) və s.

T - foneminə həm türk, həm gürcü substratlarında, həm də alınma sözlərdə leksik vahidin hər üç mövqeyində rast gəlinir: turmux (mala, dırmıx), turnax (dırnaq), taksi (taksi), tank (tank), çintli - qr. (kal, yetişməmiş, dəyməmiş meyvə) və s.

P - qoşadodaq, önsıra, partlayan, kar, abruptiv samitdir. P - fonemindən abruptivliyi ilə fərqlənir və onunla fonematik oppozisiya təşkil edir. Məsələn: para (pul) - para (uşaq oyunu), pal (bostanın kəsiyi) - pal (bal), paça (şalvarın aşağı hissəsi) - paça (sıxılmış bal), pas (saqqız) - pas (topu vermə), Pitik (məktub) - pitik (şenok-küçük) və s.

P - fonematik məzmuna malikdir və axısqaların dilində sərbəst samitdir. Bu fonemə həm türk, həm gürcü substratlarında, həm də alınmalarda leksik vahidin üç pozisiyasında rast gəlinir: palux (balıq), paproz (siqaret), turxi (tam, eynilə), pirpila (kəpənək), şapka (şapka), şulep (parasenka) və s.

P - fonemi p və b samitlərini əvəz edir.

Ç - önsıra, yumşaqdamaq, partlayan, kar abruptiv samitdir. Bu samit ç-dan nəvəsliyi ilə seçilir və onunla fonematik oppozisiya təşkil edir: çurax (çıraq) - Çurax (insan adı), çağ (zaman, vaxt), çağ (şəbəkə) və s.

Bu abruptiv samit leksik vahidin hər üç mövqeyində fəal şəkildə işlənir: çiplax, çinçar (gicitkən), kunçul (kənar), paçka (paçka), piçka (spiçka), tuç (dodaq) və s.

K - fonemi-dilortası, partlayan, kar, abruptiv samitdir. K - dilortası samitindən abruptivliyi ilə fərqlənir. Arxasıra kar, abruptiv k - samitindən əmələ gəlmə yerinin daha irəli olması ilə seçilir və yalnız incə saitlərdən əvvəl və bə`zən sonra işlənir. Fonematik məzmun daşımır və özünü k - foneminin variantı kimi göstərir. Türk mənşəli sözlərdə k səsinə rast gəlinmir. Gürcü substratlarında, rus-Avropa mənşəli alınmalarda fəallıq göstərir: keçeç (kəpək), kilo (kiloqramm), kino (kino), pitik (küçük), akişka (akuşka), pik (pik) və s.

K - səsi K - fonemini əvəz edir

S - dilönü, alveolyar, sürtünən, kar, nəfəsli, affrikatdır. Axısqa türklərinin dilində bu samit fonematik məzmuna malik deyil və semantik cəhətdən fərqləndirici keyfiyyət daşımır. Lakin substrat və alınmalarda intensivliyinə görə fərqlənir. Abruptiv qarşılığı ilə variantlıq təşkil edir. Bu fonem variantına gürcü sözlərində sözün hər üç mövqeyində rast gəlinir: Sise (Üise) - qruz, toponim, keses (kəpək), kasitava (armud növü).

Rus dilindən keçmiş sözlərdə sözönündə işlədilən S səsi S-ilə əvəzlənir: üement > siment, üepğ > sep və s.

N (sağır nun) - dilarxası, sonorlu, cingiltili samitdir. Bu səs qədim türk dillərində fəal işlənmişdir. Türk dillərinin sonrakı inkişaf dövrlərində bu səs maraqlı bir yol keçmişdir. «Drevnetörkskiy uvulərnıy nosovoy saqır- nun v tureükom i azerbaydjanskom literaturnom əzıke, kak pravilo, prevratilsə v n, a v otdelğnıx sluçaəx v zvukovıe kompleksı: pd, pd, pk ili soqlasnıe g, ğ, k, j, m» [111, №116, V, 1965, s.265].

N - samitinin qeyri-mütəhərrikliyi araşdırmalarda qeyd edilmişdir. [104, s. 18]. Axısqa türklərinin dilində sərbəst «sağır nun» səsi yox dərəcəsindədir. Burada biz yalnız arxasıra samitlərin tə`siri ilə meydana çıxan «sağır nun» haqqında danışa bilərik. Çünki həmin mövqələrdə türk mənşəli olmayan sözlərdə də adi sonor n- səsi çox vaxtn-səsinə keçir.

N (sağır nun) səsinin meydana gəlmə mövqeləri.

1. G - samitindən əvvəl: yengi, yüng, canga, düngüz, yengə, tüfəng, dəng, ləngaz və s.

2. K - samitindən əvvəl: xinkal, çankla, çinko və s.

3. K - samitindən əvvəl: kinkilə (ditdili), tank, cankürmax (itin hürməsi) və s.

4. Q - samitindən əvvəl: ənqadi (tam), anqurmax (anqırmaq), anqo (ağılsız), anqa (zümrüdi anqa quşi, yanqulmax) səhv etmək və s.

5. Ğ - samitindən əvvəl: zanğal (zəng), qanğa (qanqal) və s.

6. X - samitindən əvvəl: funxurmax/punxurmax.

Ğ - samiti - arxasıra, küylü, cingiltili, spirant samit. Bir sıra türk dialektlərində fəal işlənən samitdir. Ğ - samiti Axısqa türklərinin dilində sözün müxtəlif mövqelərində işlədilir. Məsələn: ğayat (çox), ğozapa (pambıq qozası), ğus (kərpiç), ğemi < qr. Ğomi (görünüş), ğrnamax (hürmək), ağuz, tağ (dağ), çağ (zaman) və s.

Prof. A.Axundov göstərir ki, müasir türk və Azərbaycan dillərində antautda ğ - fonemi işlənmir [4, s. 258].

Azərbaycan dilinin əsas lüğət fondunun diqqətlə araşdırılması nəticəsində mə`lum olur ki, ilk səs ğ - ilə başlanan azərbaycanca söz dilimizdə yoxdur. İlk səsi ğ- ilə başlanan sözlərin təxminən əksəriyyəti dilimizə ərəb dilindən keçmişdir: Məsələn: ğalib, ğaib, ğüssə, ğeyrət və s. [54, s. 43-44].

Axısqa türklərinin dilində bir sıra təqlidi sözlər /yamsımalar/ vardır ki, ğ - samiti anlautda işlədilir: ğarğar, ğuğun, ğuzulti, ğurutun, ğraç və s.

X - samiti, arxasıra, nəfəsli, kar, spirant. Müasir türk ədəbi dilində işlənmir. Lakin Axısqa türklərinin özünəməxsus sözlərində, eləcə də gürcü substratlarında, digər alınmalarda sözün üç mövqeyində işlənir: xoroz, xasta, xasur, maxas (qayçı), kixe (turş), tisxal (armud növü), xotorlanmax (qırxmaq) və s.

X - samiti anlautda ədəbi dildəki k - samitini əvəz edir.

X səsinə görə Axısqa dili türk ədəbi dilindən fərqlənir. X səsi söz sonunda bə"zən qoşa qq səsini əvəz edir: hax-haqq.

Qüvvətim var, ədətim var, dilim var

Hax yolunda həp çalışan elim var (c.Xalidov).

T samitinin d cingiltili samitinin mövqeyini üstələməsi bu dildə fəaldır. Məsələn: tağ-dağ, talda-dalda və s.

Əqilmiyan uca başli, Bizim tağlar, bizim tağlar.

Qayasına çıx qanad aç.,

Boran olsa taldaya qaç (c.Xalidov).

Gerçekdanmi getdin gördün tağ göskündə kövləri

Seyretdinmi taş təməlli, bədəvrəli əvləri (c.Xalidov).

Söz sonunda n sonor samiti ona birləşən -lar şəkilçisini öz tə"siri altına alaraq l səsini n səsinə çevirir. Məsələn:

Bu dünyadan gedar oldux,

Qalannara salam olsun,

Bilmian nə bilsin bizi,

Bilənnərə salam olsun (Yunis Əmrə).

N samitinin qoşalaşması türk mənşəli sözlərdə də müşahidə olunur:

İştiyersin halaya gəl, bar oyna

Toyda toğar güni, ayi şennigin (c.Xalidov).

Türk ədəbi dilində olduğu kimi, bu dildə də musiqili-tonik vurğu özünü göstərir.

Türk ədəbi dilindən fərqli olaraq, Axısqa dilində sağırn işlənir. Məsələn: tələng. Saralmiş tələnglər, verandır bağlar

Bülbülün qonduği dallar zərişan (Xasta Hasan).

Burada tələng sözündə sağır n "ng" qovuşuğunda təzahür etmişdir.

Müasir Azərbaycan dilində "ağıl" tipli sözlər axısqalıların dilində h samiti ilə başlanır. Bunu vaxtı ilə N.Y.Marr da müşahidə etmişdir. Məsələn: Bülbülün yerinə bayquşlar qonmiş, Haxlimi (ağlımı) tağayir etdim də gəldim (Şimşək Sürgün Kaxaretli).

Bə"zi türk dillərində olduğu kimi, Axısqa dilində də iki saitin arasında bitişdirici y, s samitləri artırılır. Məsələn:

Hər qapiya yüz yol getdiz

Ayağız xeyirli olsun (Yitgin Qomoroli).

Müasir Azərbaycan dilindən fərqli olaraq, söz əvvəlində y samitinin işlənməsi müşahidə olunur: igid-yigid, ürək - yürək, iyirmi - yigirmi.

Allah deyib oturmişux, Yürəkdə qəm bitürmişük (İ.Şahzadə oğli);

Yigid kimi mərd durmişiz

Göskə nişan yapdurmişiz (Yitgin Qomoroli).

Ən çox müşahidə olunan fonetik xüsusiyyətlərdən biri q samiti əvəzinə x samitinin müxtəlif mövqelərdə işlədilməsidir. Məsələn:

eşq - aşx: Sizdəki hünərə şaşdım,

coşa gəldi yatan aşxım.

Varaxlandi Vətən aşxım

Barağız xeyirli olsun (Yitgin Qomoroli).

Onu da qeyd etmək yerinə düşər ki, Axısqa türkləri bə"zən eyni sözün müxtəlif formalarından istifadə edirlər. Məsələn, Y.Qomoroli adlı şair aşx, Məhəmməd Paşali oğli adlı şair isə eşq işlətmişdir:

Na eşqinan puvarlardan su içdim,

Na ilhamsız coşamadım, Vətənim (M.Paşali oğli).

Haqq - hax: haxın (haqqın) səsi, türkün nidası, millətin taleyi qollarımda qüvvətə döndi (İ.Şahzadə oğli).

Doqquz - doxxuz: Bin doxxuz yüz qırx dörd! Qalip gələn cağ (c.Xalidov).

Bu əlamət çox sözlərdə müşahidə edilir ki, biz bunun səbəbini hələ də Axısqa dilində orfoqrafiya qaydalarının sabitləşməməsində, tənzimlənməməsində, imla qaydalarının naqisliyində, eləcə də danışıq dili ilə mətbuat dili arasında fərqin aradan qaldırılmamasında görürük. Bizcə, mətbuat və sənətkarlar həmin cəhətə diqqət yönəltməli, bu pərakəndəlik aradan götürülməlidir.

Yigid sözü də bə"zən igid şəklində yazılır: Bax; bizə həmin igid çavuşun mərmiy qaldurduği anın inami gərəkdür (İ.Şahzadə oğli).

Gövül sözü də bə"zən könül şəklində yazılır:

Nerdə gözəl görsən könül yetürmə

Ara, dilbərlərin xoşuna dolan (Usta Mürtəz).

İmla pərakəndəliyindən bəhs edərkən bu xalqın böyük oğlu Ömər Faiq Ne"manzadə narahatlığını belə ifadə etmişdir: "İmla xüsusunda dünya üzündə elə bilirəm ki, bizdən bədbəxt, bizdən uyğunsuz heç bir millət yoxdur. İngilis, firəng ədibləri hələ o yana dursun, heç bir çini-maçinli, siyamlı bir ədib düşünməz ki, bir sözün, ədatın imlasını iki-üç cür yazsın. Amma gəlib bizim ədiblərə baxın. Bir sözü biri "anlaməzsən", o biri "anlaməzson", daha o biri "anlaməzsin", dördüncüsü "anlamazsin" yazır. İki-üç cür yazılan minlərcə sözlərdən mən nümunə üçün bir neçəsini yazıram: "nəsl" - "nasıl", "qəzğan" - "qəzan" - "qazan", "istəyür - istiyor - istəyir", "ancaq" - "ancax", "demir" - "dəmur", "bəşqə" - "başqa", "anlaşılsun - anlaşılsın - anlaşilsin", "doqri" - "doğru", "gəlmisün" - "gəlmisin" -"gəlməsün" - "gəlməsin" və qeyrə.

Bu imla ayrılığı təzə fikirlərdə, təzə yazılarda daha artıq görünür, hələ bundan sonra daha çox görünəcəkdir. Bunlardan anlaşılır ki, türk imlası hələ müəyyən deyil; hələ ümumən bir imla tərzi qəbul edilməmişdir.

Bizdə imla qarşılığı ondan ötrü elə olub ki, biz türk ləhcəsinə, türk dilinin qanununa tabe olmaqdan ziyadə ərəb və fars imlasına təqlid etdiyimiz kimi, dilimizi, imlamızı da ərəblərdən almağa, özümüzü itirib ərəbləşməyə çalışmışıq. Min illərdən qalan türk adlarımızı, türk ləğəblərimizi, türk sözlərimizi həqarətlə çürüdüb dilimizə heç yaraşmayan adları tapmışıq [58, s. 78-80].

Axısqalıların dilində də iki samitin yanaşı gəlməsi daha çox alınmalarda özünü göstərir. Onlar bu qoşalığın (müxtəlif samitli) qarşısını almaq üçün samitlər arasına saitlər əlavə edir və danışıq dilində olduğu kimi qəzet və şe"r dilində də bu formadan istifadə edirlər. Məsələn: sehr - sıhır: Fələk bizi sıhırlamiş, bağlamiş,

Bu sıhıri açamadım, Vətənim (Məhəmməd Paşali oğli).

Axısqa türklərinin istifadə etdiyi fonemlərdən biri də Xəzər tayfalarından qalma qovuşuq Üü (ts) samitidir. Bu fonem gürcü mənşəli leksemlərdə və toponimlərdə müşahidə olunur. Beləliklə, bu əhalinin istifadə etdiyi abruptiv səsləri İber-Qafqaz dillərinin, Ü samitindən istifadəni qədim türk tayfa dillərinin, Gg səsindən istifadəni rus və qazax dillərinin, tə"siri hesab edirik.

Bu dildə n - sağır nun, qovuşuq nq* foneminin hazırda mövcudluğunu qədim bir xüsusiyyətin mühafizə edilməsi faktı kimi müşahidə edirik.

--------------------

*Qeyd: Müasir türk dillərinin bir çoxunda qovuşuq nq səsi təkamül nətijəsində parçalanaraq n və q səslərinə ayrılmışdır [86, c. 9].

Ğğ samitinin söz əvvəlində işlənməsi də qədim əlamətlərdəndir.

Bu dilin fonetik xüsusiyyətləri, ilk növbədə, gürcü alimlərinin diqqətini cəlb etmişdir. Y.Marr bu dilin fonetik quruluşu ilə bağlı bə"zi xarakterik xüsusiyyətləri göstərmişdir [137, s. 27].

S.cəlilov həmin dilin fonetikasına dair namizədlik dissertasiyası yazmışdır. Ancaq dissertasiyanın nəticələri heç bir yerdə çap edilməmişdir.

F.F.Əliyev "Oçerki po leksike əzıka turok Kazaxstana" əsərinin müvafiq bölmələrində bu əhalinin dilinin fonetik xüsusiyyətlərindən də bəhs etmişdir [78, s. 8-10].

Bütün bunlara baxmayaraq, həmin dilin fonetik sistemində öyrənilməyə ehtiyacı olan məsələlər mövcuddur və onları araşdırmağa çalışmışıq.

Qədim səslər. Əksər türk dillərinin fonetik sistemindən çıxmış n səsinin ilkin formaları olan nq (n+q), sağır N (nun) öz işləkliyini Axısqa türklərinin dilində qoruyub saxlamışdır. NQ səs qovuşuğu həmin əhalinin dilində ng şəklində təzahür edir. Bu səsdən bəhs edən tədqiqatçılar göstərir ki, həmin səslər istər qədim, istərsə də müasir türk dillərində söz başında işlənmir, amma söz ortasında bütün türk dillərində müşahidə edilir [167, s. 168]. Axısqa türklərinin dilində də bu hala təsadüf edirik. Məsələn: Oyan da, oyan ufax da yavrum. Şafax da yengi atiyer (c.Xalidov); Yetdi yıl ölmişsə, yengi çürimiş, Ahu gözlüm, nə dönərsin məzari (Aşıq Məmməd Səfili); Bismillah deməyinən donquz bostandan çıxmaz (əski söz).

Velyar (sağır) n* səsinin işlənməsi. Bu səsin Axısqa türklərinin dilində hələ də işlənməsi fonetik quruluşun zəif inkişafı ilə bağlıdır. Axısqa türklərinin dilində n g dilarxası burun foneminin n (sağır n) variantı q, ğ, k, g samitlərinin əvvəlində işlənir. Aşağıdakı nümunələr bu baxımdan xarakterikdir: kingilə (ağcaqanad), yanğılmax, çanklamax (cırmaqlamaq), təlnəng, hangi və s. Saralmiş təlnənglər verandır bağlar

-----------------

*Qeyd: Sağır n (velyar n) səsi dilin arxa hissəsinin yumşaq damağa yaxınlaşması ilə əmələ gələn burun sonorudur [221, j. 1, s. 62].

Bülbülün qonduği dallar zərişan (Xasta Hasan);

Sənə qurban olem Ardahan çayi,

Aparursan hangi diyara bəni

(Şenliklə Sümaninin deyişməsindən).

Axısqa türklərinin dilində sərbəst N (sağır nun) səsi mövcud deyil. Həmin səs bu əhalinin dilində yalnız arxasıra samitlərinin tə"siri ilə meydana çıxır.

Axısqa türklərinin dilində anlaut və inlautda n (sağır nun) səsinə təsadüf olunur. Bu dildə həmin səs bir sıra sözlərdə tarixi funksiyasını qoruyub saxlamışdırsa da, digər mövqelərdə, ya n, m, v səslərinə çevrilmiş, ya tamamilə düşmüş, ya da metateza hadisəsinə uğramışdır: n>n: bən<bən, sana<sənə, tanrı<tanrı; N>M: qoşmi-konşi, kölmək-könlək; n-v: tov-ton/don; tamamilə düşür: sora - sonra, yalquz / yalağiz - yanil / yolunuz; metateza hadisəsinə uğrayır: douz - donuz, ağna - anğa / anla - bu sözün aynamax forması bə"zi şivələrdə Azğur, Xırtaz və b. kənd şivələrində işlənir.

Ə - səsinin müxtəlif pozisiyalarda işlənməsi. Müasir türk ədəbi dilində ə saitinə təsadüf olunmur, lakin dialekt və şivələrdə bu sait qeydə alınmışdır. Axısqa türklərinin dilində isə ə saiti müxtəlif pozisiyalarda çıxış edir: əv, ətmək, qəlin, maşinə və s.

Bu dünyanın acluğuni gördux biz,

Ətmək nədür, boş otuni yedux biz (G.Şahin);

Əğladuxca axar gözlərim yaşi (İ.Şahzadayev).

Axısqa türklərinin dili digər türk dillərindən samitlər sisteminin zənginliyi ilə seçilir.

Axısqa türklərinin dili regional tə"sirlər nəticəsində x samitini mənimsəmişdir. Bu cəhət həmin dili türk ədəbi dilindən fərqləndirir.

X - səsinə sözün müxtəlif pozisiyalarında rast gəlmək olur: xasır, xarman, xasta, xımız, maxas (qayçı), savux, baxşa, çaxal və s.

Yazın ortasında xarmanlar dolar (İ.Şahzadayev);

Uzaxdan baxarsın - yeşil təpəli,

Yaxına gedərsin, gülli-çiçəkli (İ.Şahzadayev);

Bizə güc gələməz boran, qar, savux (G.Şahin).

Müasir Azərbaycan dilində qoşa samitli (qq) bə"zi sözlər Axısqa türklərinin dilində tək samitli x səsilə ifadə olunur: çaqqal (Azərbaycan dili), çaxal (Axısqa türk dili). Çaxallar mələşür, ularlar qurdlar (Aşıq Məmməd Səfili).

Müasir Azərbaycan dilində qoşa samitli (qq) bə"zi sözlər Axısqa türklərinin dilində qoşa samitli xx səsilə də ifadə olunur: doqquz (Azərbaycan dili) - doxxuz (Axısqa türk dili).

 
 

© WebMaster: CAhid KAazimov - cahidbdu@yahoo.com - {WebStar} - Muellif huquqlari qorunur.

Bu sehife qedim tarixe malik Axiska turklerinin etnik tarixi, medeniyyeti, dilinin fonetik, leksik, onomastik, semantik, morfoloji ve sintaktik xususiyyetlerinin sistematik tesvirini ehate edir. Muellif ilk defe olaraq bu dilin ses sistemi, luget terkibi, qrammaik qurulushunun genish ve aydin menzeresini yarada bilmishdir. Meslehet, teklif, fikir ve iradlarinizi cahidbdu@yahoo.com-a gondermekle muellifle elaqe saxlaya bilersiniz...

© 2002-2003, www.axiska.narod.ru - Muellif huquqlari qorunur (© Ismayil Kazimov).

 

Ismayil Kazimov
Hosted by uCoz