Axiska (Mesxet) turklerinin dili
İXTİSARLAR

GİRİŞ

I FƏSİL. AXISQA TÜRKLƏRİNİN DİL VƏ ETNİK TARİXİNƏ BİR NƏZƏR

1.1. Axısqa türklərinin etnik tarixinə dair

1.2. Müxtəlif türk tayfalarının Axısqa toponimlərində ini’kası

1.3 Axısqa türklərinin mənşəyinə dair

1.4. Dilin keşiyində, müxtəlif dillərin əhatəsində. Dil xüsusiyyətlərinin öyrənilməsinə dair

II FƏSİL. FONETİKA

2.1. Fonemlər sistemi

2.1.1.Abruptiv fonemlər

2.1.2. Tayfa dilinin qalıqları

2.2. Ahəng qanunu

2.3. Fonetik hadisələr

III FƏSİL. LEKSİKA

3.1. Əsas leksik fond

3.1.1. Əkinçilik leksikası

3.1.2. Kənd təsərrüfatı və bostançılıq leksikası

3.1.3. Heyvandarlıq leksikası

3.1.4. Məişət leksikası

3.1.5. Mərasimlərlə (toy mərasimi) bağlı leksika

3.1.6. Xalq musiqi alətlərinin və oyunların adları

3.1.7. Bə'zi bəzək (taxıncaq) adlarının leksik-semantik xüsusiyyətləri

3.2. Alınma leksika

3.3.. Terminoloji leksika

3.3.1. İnsanın bədən üzvlərinin adları

3.3.2. Ay, gün, həftə və astronomik adlar

3.3.3. Xalq təbabəti terminləri

3.3.4.Heyvan adları (Zooloji terminlər)

3.4. Regional tə'sirlər, kənara çıxmalar

3.5. «Dədə Qorqud» və Axısqa dil uyğunluqları

3.6. Türk və Azərbaycan ədəbi dilləri ilə ortaq olan sözlər

3.7. Dilin şivələri

3.8. Gürcü substratları

3.9. Gürcü dilində Axısqa türklərinin dilinin elementləri

3.10. Onomastik leksika

3.10.1. Antroponimlər

3.10.2. Toponimlər

3.11. Sözün semantik strukturu: əsas semantik proseslər

3.12. Frazeoloji vahidlər

IV FƏSİL. MORFOLOGİYA

4.1. Sözün morfoloji quru-luşu

4.2. Nitq hissələri

4.2.1. İsim

4.2.2. Sifət

4.2.3. Say

4.2.4. Əvəzlik

4.2.5. Fe"l

4.2.6. Fe"lin təsriflənmə-yən formaları

4.2.7. Zərf

4.2.8. Köməkçi nitq hissələri

V FƏSİL. SİNTAKSİS

5.1. Dilin sintaktik quruluşu

5.1.1. Söz birləşmələri

5.1.2. Cümlə konstruksi-yaları

5.1.3. Əlavələr

5.1.4. Cümlədə sözlərin sırası (inversiya)

5.1.5. Cüttərkibli və təktərkibli cümlələr

5.1.6. Yarımçıq və elliptik cümlələr

5.1.7. Xüsusiləşmə

5.1.8. Xitab və ara cümlələr

5.1.9. Mürəkkəb cümlə. Tabesiz və tabeli mürəkkəb cümlələr

NƏTİСƏ

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

 

2.1.2. Tayfa dilinin qalıqları
Ü-laşma tarixən Gürcüstan ərazisində məskun olmuş xəzərlərin dil xüsusiyyətləri ilə bağlı hadisədir. Axısqa türklərinin samitlər sistemində müşahidə olunan fonetik xüsusiyyətlərdən biri də -ü-laşmadır. Lakin qeyd etmək lazımdır ki, axısqalıların dilində ü-səsinin istifadə arealı çox məhduddur. Hər halda sabir - xəzər ittifaqı türklərinin dil qalıqları [26, s. 91-95] olan bu xüsusiyyətin bu gün axısqalıların dilində qalması maraq doğurmaya bilmir.

Bu qovuşuq səsin genezisi haqqında türkoloji ədəbiyyatlarda müəyyən fikirlər mövcuddur. M.Rəsənen, N.Poppe, K.Menqes, A.M.Şerbak ü-nı pratürk ç-nın qanunauyğun inkişafı hesab etmişlər. Buna əks mövqeyi - qovuşuq ü arxetipindən daha sadə ç-ya inkişafı Ş.X.Akbayev təklif etmişdir [77, s. 100-101].

N.A.Baskakov yazır ki, vaxtı ilə xəzər dilində "ç" səsi ilə paralel olaraq "ü" səsi də işlənmişdir [85, s. 110-111].

E.Əzizovun nöqteyi-nəzərincə, tatar dilinin mişar dialekti haqqında tədqiqat müəllifi olan L.Maxmutova müxtəlif türk dilli areallarda ü-laşmanın və ona paralel olan dz-ləşmənin yayılmasını düzgün əsaslandırır: "ü-laşmanın və əksər hallarda ona paralel dz-ləşmənin belə yayılması ehtimal etməyə əsas verir ki, ü-dz affrikatları bir vaxtlar türk tayfalarının müəyyən hissəsi üçün səciyyəvi olmuşdur ki, bir sıra tarixi səbəblər üzündən müxtəlif ərazilərə düşmüşlər [26, s. 94; 143, s. 66].

Ü-samiti axısqalıların dilində işlənən Üxıtuban, Tse kimi toponimlərdə, eləcə də gürcü alınmalarında (üatxi) yağlı pendir, üintal (küçük) müşahidə olunur: Molla Yüsüf deqar Üxıtubana / Hani Tse, Hanı Varxan / Biz qazansax olur çalxan (A.M.Səfili).

Qoşa səslər. Bu dilin fonetik sistemində p, q, x, t, ş samitləri qoşa işlənə bilir.

P - samitinin qoşalaşması:

Doppunun tarixi uzun olsa da,

Özbəqin andıri, mirasidur o (A.M.Səfili);

Sən qaldursan, biz qaldursax həppimiz (A.M.Səfili).

Q - samitinin qoşalaşması: Yiyanda ətməqi pozulur halın

Düşəndə təqqətdən, gücdən qocalux (A.M.Səfili).

X- samitinin qoşalaşması: Bir baba doxxuz oğul bəslər, doxxuz oğul bir babayi bəsliyamaz (əski söz).

T- samitinin qoşalaşması: Bu samit qoşa şəkildə sayların tərkibində işlədilir. Lakin Azərbaycan dilində bu samitin iştirak etdiyi qoşa səs bir səslə ifadə edilir. Məs.: otuz (Azərbaycan dili) - ottuz (Axısqa türk dili).

Ottuz yeddi də ki, tufan qopanda

Fitnə -fəsətlərə yol açılanda (A.M.Səfili).

Ş - samitinin qoşalaşması: Müasir Azərbaycan dilində tək samitli (ş) sözlər bu dildə qoşa ş - samiti ilə yazılır. Bu əlamət həmin dilin orfoepik normalarına uyğunlaşdırılıb:

Aşağı (Azərbaycan dili) - aşşaği (Axısqa türk dili);

Görüşən görüşünə kəlmişim, ana torpağım

Gül-çiçək əlimdə, başım aşşaği (A.M.Səfili).

Maraqlıdır ki, müasir Azərbaycan dilində qoşa ş samiti ilə işlənən bə"zi sözlər Axısqa türklərinin dilində tək samitlə yazılır: eşşək (Azərbaycan dili) - eşək (Axısqa türk dili); At olmiyan yerdə eşək də atdur. At yerinə eşək bağlama (əski söz).

Q səsinin qoşalaşması: daqqa (dəqiqə). - Sizə on beş daqqa vaxt veriliyer! ("Vətən eşqi" qəzeti, noyabr 1992-ci il)*

-------------

*Qeyd: «Vətən eşqi» qəzetində ayların tarixi göstərilməyib.

 
 

© WebMaster: CAhid KAazimov - cahidbdu@yahoo.com - {WebStar} - Muellif huquqlari qorunur.

Bu sehife qedim tarixe malik Axiska turklerinin etnik tarixi, medeniyyeti, dilinin fonetik, leksik, onomastik, semantik, morfoloji ve sintaktik xususiyyetlerinin sistematik tesvirini ehate edir. Muellif ilk defe olaraq bu dilin ses sistemi, luget terkibi, qrammaik qurulushunun genish ve aydin menzeresini yarada bilmishdir. Meslehet, teklif, fikir ve iradlarinizi cahidbdu@yahoo.com-a gondermekle muellifle elaqe saxlaya bilersiniz...

© 2002-2003, www.axiska.narod.ru - Muellif huquqlari qorunur (© Ismayil Kazimov).

 

Ismayil Kazimov
Hosted by uCoz