Axiska (Mesxet) turklerinin dili
İXTİSARLAR

GİRİŞ

I FƏSİL. AXISQA TÜRKLƏRİNİN DİL VƏ ETNİK TARİXİNƏ BİR NƏZƏR

II FƏSİL. FONETİKA

III FƏSİL. LEKSİKA

3.1. Əsas leksik fond

3.1.1. Əkinçilik leksikası

3.1.2. Kənd təsərrüfatı və bostançılıq leksikası

3.1.3. Heyvandarlıq leksikası

3.1.4. Məişət leksikası

3.1.5. Mərasimlərlə (toy mərasimi) bağlı leksika

3.1.6. Xalq musiqi alətlərinin və oyunların adları

3.1.7. Bə'zi bəzək (taxıncaq) adlarının leksik-semantik xüsusiyyətləri

3.2. Alınma leksika

3.3. Terminoloji leksika

3.3.1. İnsanın bədən üzvlərinin adları

3.3.2. Ay, gün, həftə və astronomik adlar

3.3.3. Xalq təbabəti terminləri

3.3.4.Heyvan adları (Zooloji terminlər)

3.4. Regional tə'sirlər, kənara çıxmalar

3.5. «Dədə Qorqud» və Axısqa dil uyğunluqları

3.6. Türk və Azərbaycan ədəbi dilləri ilə ortaq olan sözlər

3.7. Dilin şivələri

3.8. Gürcü substratları

3.9. Gürcü dilində Axısqa türklərinin dilinin elementləri

3.10. Onomastik leksika

3.10.1. Antroponimlər

3.10.2. Toponimlər

3.11. Sözün semantik strukturu: əsas semantik proseslər

3.12. Frazeoloji vahidlər

IV FƏSİL. MORFOLOGİYA

V FƏSİL. SİNTAKSİS

 

II FƏSİL

FONETİKA

2.1. Fonemlər sistemi

Axısqa türkləri indiyə kimi sabitləşmiş əlifba sistemindən istifadə etməmişlər. Gürcüstanda yaşayarkən gürcü əlifbasından, Qazaxıstanda, Azərbaycanda, Özbəgistanda və Rusiyanın digər bölgələrində isə rus qrafikalı əlifbadan istifadə etmişlər. Qeyd edilən əlifbalar həmin əhalinin mədəni həyatında bu və ya digər dərəcədə rol oynamışdır. Gürcü əlifbası ilə onların qəzetləri nəşr edilmiş, teatr əsərləri və s. yazılmışdır. 30-cu illərdə Axısqa bölgəsində "Ədigön kolxozçusi", "Qızıl rəncbər" kimi yerli qəzetlər bu əlifbada çap edilmişdir.

Kiril əlifbasında axısqalıların istifadə etdiyi əlifba aşağıdakı kimidir:

A a Pp p

B b R r

V v S s

Q q T t t

Ğ ğ U u

D d Ü ü

E e F f

Ə ə X x

J j H h

Z z Üü

İ i Ç ç ç

I ı c c

Y y Ş ş

G g

G g

K k k

G g g

L l

M m

N n

N q (qovuşuq səs)

O o

Ö ö

Gürcüstanda sovet hökuməti qurulana qədər Axısqa türkləri öz dillərində yazıb-oxumuş, 1924-cü ildən sonra türk dilində olan məktəblər bağlanmışdır. Bu məsələdən danışan Ə.Ənsarov "Ahısqa türkləri" adlı kitabçasında yazırdı: Uşaqlarımız doğma ana dilində təhsil ala bilmədilər. Axısqa türklərinə uşaqlarını gürcü dilində oxumağı təklif etdilər. Gürcü dilini uşaqlar bilmirdilər. Axısqa türklərinin əsl faciələrindən biri elə bu vaxt başladı. Bir xalqın övladları ana dilində təhsil ala bilməyib gürcü, rus dillərində oxumağa getdilər. Bu da uşaqların milli zəmindən tədricən uzaqlaşmasına gətirib çıxarırdı [24, s. 6].

Sovet dönəmində onlar rus qrafikalı əlifbadan istifadə etmişlər. "Mesxeti Türklərinin Ümumittifaq "Vətən" cəmiyyətinin Orqanı" olan "Vətən eşqi" adlı qəzet bu əlifba ilə əvvəlcə Kabardin-Balkar bölgəsinin Urvan rayonunda, rus və milli dildə, sonra isə Saatlı rayonunun Fətəlikənd kəndində (1991-ci ilin mart ayından) öz dillərində və Azərbaycan dilində çap olunmağa başlanmışdır. Qəzetin çapında A.Pepenovun, A.Kadırovun, S.cəlilovun, G.Şahinin və başqalarının böyük əməyi olmuşdur.

Axısqa türkləri, Azərbaycan türkləri kimi, indi latın qrafikalı əlifbadan istifadə etməyə başlamışlar. "Mesxeti - türk dili - Əlifba (II sinif, proqram) adlı proqramın əlyazmasında bu əlifba haqqında aşağıdakı mə"lumatları oxuyuruq: "Mesxeti - türk dili" əlifbası latın qrafikası əsasında tərtib olunmuşdursa da, burada Azərbaycan əlifbası ilə tam uyğunluq təşkil edən, yazılışı və oxunuşu ilə heç cür fərqlənməyən a, o, e, ə, k, g, x hərfləri mövcuddur.

Bə"zi böyük və kiçik hərflərin yazılışı (V,v; S,s; O,o; Q,q; M; p; R,r; İ,i; U,u; Y,y) Azərbaycan dili əlifbasındakı hərflərlə eyni olsa da, başqa-başqa səsləri ifadə edir.

Mesxeti-türk dilində Azərbaycan və türk ədəbi dillərindən fərqli özünəməxsus abruptiv səslər (r, G, k, t, s) mövcuddur. Bu səslərin sadələrdən (r, G, k, t, s) istər tələffüz, istərsə də mə"na cəhətdən fərqli olduğu diqqət mərkəzində saxlanılmalıdır. Azərbaycan və rus əlifbalarından kəskin şəkildə fərqlənən (N, L, R, G, V, S və s.) hərflərin spesifik yazılış texnikasının, onların ilkin komponentlərinin və elementlərinin öyrənilməsi xüsusi diqqət tələb edir.

A a, E e, Ə ə, O o, G g, K k, X x səslərinin yazılışı və tələffüzü Azərbaycan dilində olduğu kimidir.

B v, S s, D d, Ğ, N n, M m, P p, R r, İ i, U u, Y y hərflərinin yazılışı eyni, tələffüzü isə fərqlidir.

Abruptiv səslərin tələffüzünə xüsusi fikir verilməlidir. R-r, K-k, t-t, d-d, S-s səslərinin mə"naca fərqli xüsusiyyətləri diqqət mərkəzində saxlanılmalı, bu məqsədlə də həmin səslərin mə"na fərqləndirdiyi tikan-tikan; tar-tar; tor-tor; tuj-tuj; tag-tag; ral-ral; raja-raja; ras-ras; jirax-jirax; kal-kal; gaz-gaz; gal-kal, kav-kav və s. sözlərin kontekstində öyrənilməlidir.

Axısqa türkləri krill qrafikalı əlifbada 10 sait səsdən istifadə etmişlər: a, e, i, o, u, ö, ü, ə, ı, g.

Gg saitindən istifadəyə görə bu dil türk ədəbi dilindən və Azərbaycan dilindən fərqlənir. Ə saitindən istifadəyə görə Azərbaycan dilinə yaxınlaşsa da, müasir türk ədəbi dilindən ayrılır. Ə saiti olmadığı üçün türk ədəbi dilində 8 sait fonem fərqləndirilir.

Saitləri bu dildə ön damaq (i, ö, ü, ə, e), arxa damaq (a, ı, o, u), dodaqlanan (o, ö, u, ü) və dodaqlanmayan (a, e, ı, i, ə) olmaqla müxtəlif qruplara ayırmaq olur.

Axısqalıların dilində də dodaq və damaq ahəngi, əsasən, sabitdir. Məsələn: burğun, tütün, gövül, dügün və s. Bir sıra sözlərdə isə, türk ədəbi dilində olduğu kimi, dodaq ahəngi pozulur. Məsələn: ufax, günah, uldi, buzli, kurdi, qomşi və s.

Axısqa türklərinin dilində (həmçinin digər oğuz qrupu türk dillərində) iki saitin yanaşı gəlməsi xarakterik deyil. Ancaq bə"zi samitlərin (məsələn, y samitinin) düşməsi nəticəsində saitlər qoşalaşır. Məsələn:

Kimsə bilməz bu dünyanın işini,

Neçələri tökmüş göün yaşıni

Dərəə atmişlər məzar taşıni.

(Şimşək Sürgün Kaxaretli).

Bu cəhət canlı danışıq dilinə xas olan bir xüsusiyyətdir. Lakin bunu bə"zən türk dillərində diftonq saitlərin mövcudluğu kimi də izah edirlər [73, s. 128].

Axısqalıların dilində o saitinin söz daxilində bir-birini izləməsi səciyyəvidir: oroc (Aşi yox, oroc tutar - əski söz), xoroz (Baxtsız ötən xorozin başıni kəsərlər - əski söz).

Axısqa türklərinin dilində samitlərin ümumi miqdarı 24-dür. Samitləri sadə (k, p, t, ç, g) və abruptiv (k, p, t, ç, g) olmaqla iki qrupa bölürlər. Abruptiv samitlər fonematik mə"na daşıyır.

Məsələn, çağ: Bundan sora kobliyan çay,

Çağlar bənim yürəgimdə (c.Xalidov).

cağ: Bin doxxuz yüz qırx dörd! Ğalip gələn cağ

(c.Xalidov).

Abruptiv samitlərin ümumi miqdarı 7-dir (r, t, k, G, G, J, g).

Arxasıra samitləri (n, saqır nun, x, y) və qovuşuq ts samiti.

Ğ samitinin söz əvvəlində işlənməsi (xüsusən də, ərəb və fars mənşəli sözlərdə) adi haldır. Ğalib, Ğənimət, Ğəfil və s.

Yərənnük deyilsə, sırrın doğrusi

Ğəfil bir-birizə çalxışiyersiz (c.Xalidov).

V samiti bu dildə bizim dilimizdəki n səsini əvəz edir:

gövül: Gövül iştar, düşem dövran eyliyem, Qoy çox olsun belə toyi, şennigin (c.Xalidov).

V - samiti iki sait arasında işlənərək müasir Azərbaycan dilindəki y - səsini əvəz edir. Məsələn: savux - soyuq.

Savuxdan, acluxdan, yuxusuzluqdan

 
 

© WebMaster: CAhid KAazimov - cahidbdu@yahoo.com - {WebStar} - Muellif huquqlari qorunur.

Bu sehife qedim tarixe malik Axiska turklerinin etnik tarixi, medeniyyeti, dilinin fonetik, leksik, onomastik, semantik, morfoloji ve sintaktik xususiyyetlerinin sistematik tesvirini ehate edir. Muellif ilk defe olaraq bu dilin ses sistemi, luget terkibi, qrammaik qurulushunun genish ve aydin menzeresini yarada bilmishdir. Meslehet, teklif, fikir ve iradlarinizi cahidbdu@yahoo.com-a gondermekle muellifle elaqe saxlaya bilersiniz...

© 2002-2003, www.axiska.narod.ru - Muellif huquqlari qorunur (© Ismayil Kazimov).

 

Ismayil Kazimov
Hosted by uCoz