Axiska (Mesxet) turklerinin dili

AXISQA TÜRKLƏRİNİN İMAN YERİ-KOBLİYANLI AŞIQ SƏFİLİ

Aşıq sənəti Axısqa türklərinin tarixən formalaşmış bədii yaradıcılığının bir hissəsidir. Aşıq sənəti cənubi Gürcüstan torpağında XVIII yüzillikdən təşəkkül tapıb. "Ön Asiya xalqları ilə sıx ünsiyyət nəticəsində, eləcə də türkdilli xalqların Gürcüstan torpaqlarında məskunlaşmaları ilə bağlı olaraq aşıqlar Mesxet-Cavaxetidə XVIII əsrdən əvvəl də mövcud olmuşlar" (M.Çikovani).

Əski Axısqa əyalətində (Poskov, Çıldır, Ardahan, Şavşat, İmirhav, Artvin, Ardanuç, Tavusker və s.) XVII-XVIII yüzilliklərdə Ahılkelekli Hasta-Hasan, Altunkalalı Çerkezoğlu, Ahıskalı Mahmut Çirkini, Gülalı Xoca, Ahılkelekli Taşdemir, Emran İşığı, Üzeyir Usta Fakiri, Ahıskalı Kornan, Ahıskalı Pir- Medhi, Hırtızlı Sevdayi, Hırtızlı Nihani, Ahıskalı Şehri, Azğurlu İsmail, Kobliyanlı S e f i l i… və başqa el aşıqları yaşayıb- yaratmışlar.

Aşıq Məmməd Səfili (Məmməd Yusufzadə Kuşoyev) 1870-ci ildə (bəzi mənbələrdə 1882) Gürcüstanın Adıgün rayonunun Pulate kəndində dünyaya göz açıb. Uzun boylu və yaraşıqlı bir köy xocası idi. "İyi saz vururmuş", Həyatı məhrumiyyətlər içərisində keçib. Qanlı-qadalı 1937-də molla adı ilə ona divan tutulub. Naməlum ünvana sürgün edilib. Vəfatı və dəfn olunduğu yer bəlli deyil. Lakin alınan məlumatlara görə Orta Asiyaya aparılıb. Sır-Dərya rayonunun Slavyan kəndindəki körpünün tikintisində Aşıq Məmmədin çalışdığı müəyyənləşdirilib. Körpünün daşları üzərində onun ad-familiyası yazıldığı aşkarlanıb.

…Aşıq Məmməd dövrünün savadlı, dərin bilikli ziyalılarından olub. Mükəmməl dini təhsil görüb, şəriət qanunlarını dərindən mənimsəyib. Eyni zamanda, el-obada istedadlı aşıq kimi tanınıb. Şerlərinin çoxunu "Molla", "Cindar" və "Səfili" təxəllüsləri ilə yazıb.

El yığnaqları, məclisləri onsuz keçməzmiş. Aşıq "Mən kiməm" adlı şerində belə deyir:

Bən elə bir kitabəm ki, gəzərəm əldən-ələ,

Oxunduqca artar ziyam, düşərim dildən-dilə.

Bən elə bir arıyam ki, uçarım kecə-günüz,

Zəhmətim getməz hədər, qonarım güldən-gülə.

Səfili millətinin qədir-qiymətini bilənləri həmişə sevmiş, onlarla təmasda olmağa can atmışdır. Hacı Zeynalabdin Tağıyevlə aşığın əlaqəsi də təsadüfi deyil. O, Hacıya dərin hörmət bəsləmiş, hətta milyonçunun yanında bir müddət aşıqlıq da etmişdir. Hacı da öz növbəsində el aşığının hörmət-izzətini saxlamışdır.

"Koroğlu" dastanının mahir ifaçılarından biri də M.Səfili olmuşdur. Bakıda-Əlyazmalar İnstitutunda onun dilindən söylənmiş dastan indiyədək durur. 1929-cu ildə Vəli Xuluflu tərəfindən buraxılmış "Koroğlu" kitabındakı iki qoldan biri M. Səfilinin dilindən yazıya alınmışdır.

1925-ci ildə aşığın qardaşı Maqsud Xoca Posova qaçıb gələrək Badele (Türkgözü) köyündə yerləşmiş və burada imam olmuşdu. Ağabəyisinin əlyazısı ilə yazılı bir deyişlər (deyişmələr) toplusunu 1937- ci ildə Maqsud Xocada görən M.Fahrettin Kırzıoğlu onun sürətini çıxarmışdır.

Bugünə kimi aşığın əlyazmalarını nəvəsi İlim Şahverdiyev qoruyub saxlayır. Bu əlyazmalar içərisində insan qəlbini riqətə gətirən qoşmalar, gəraylılar, cığalı təcnislər, qəzəllər, deyişmələr, bağlamalar və dastanlar çoxdur. Dünyanın ən böyük dərdi olan vətənsizlik dərdindən aşığın dastanları, deyişmələri, qoşmaları, gəraylıları, məniləri, qəzəlləri, türkü və şarkıları və s. doğdu. 1927- ci ildə yaşadığı ərazidəki bütün türk kəndlərini gəzdikdən sonra 168 misradan ibarət bir dastan qələmə almışdır. Sənətkarın dastanlarından biri "Aşıq Səfili ilə dəyirmançının dastanı"dır.

Kobliyanlı Səfilinin "1915- Ardahan kırğını destanı"da məlumdur. Aşağıdakı həmin dastandan bəzi parçaları "Dədə Qorqud" toplusunun oxucularına ərməğan edirik.

M.Səfili müasirlərindən Murad Zarzamlı, Aşıq Bezgün Sakunetli, Aşıq Sümməni, Şəhri Əfəndi, Əhməd Pepinov, Aşıq Bəsir və adları məlum olmayan neçə-neçə söz ustaları ilə deyişmiş və onları bağlamışdır.

Maraqlı bir fakt: Bir dəfə altı aşıq Səfilinin üstünə düşür ki, sən gərək bizim hər birimizə bir bağlama deyəsən, kim bu bağlamanı açmasa, sazını sənə verəcək. Aşıq Məmməd cavab verir ki, birinci siz deyin. Razılaşmırlar. Baxır ki, olmayacaq, özü başlayır. Elə bu vaxt görür ki, bir gəlin altı dənə təmizlənmiş balığı bir siniyə qoyub, üstünə də ağ parça atıb gəlir. Bunu görən aşıq görək nə deyir:

Səfili der, sində gördüm,

Zülfünü sində gördüm.

Alti məftə bir kəfəndə.

Onu da sinda gördüm.

Nə qədər eləyirlər bağlamanı aça bilmirlər, uduzduqlarını boyunlarına alıb sazlarını M.Səfiliyə təhvil verirlər.

Ümumiyyətlə, aşığın əldə olunan əsərləri onun yaradıcılığı haqqında yüksək fikirlər söyləməyə imkan verir. Səfilinin zəngin irsini toplayıb çap etdirməklə onun ruhu qarşısında borcumuzu yerinə yetirmiş olardıq.

İ.Kazımov, filologiya elmləri namizədi










D A S T A N L A R

"1918 və 1919 Gürcü savaşı və Kobliyan dastanı"ndan:

1. Dinleyin ağalar, vasfedim hali

Değişmenem bir diyara Koblıyan.

Devrettim cihanı, yoktur emsali

Meyil verməz bir ağyare Koblıyan.

2. Salınurlar bağda barı yiyerler

Herbirisi bir kaside diyerler

Güzelleri türlü renkten giyerler

Gark olmuştu sim ü zara Koblıyan.

3. Sim ü zer almıştı herbir yanını

Söylerdiler çay, kahvenin şanını

Gürcü, göstermedi bir nişanını

Dediler: Nikola'y(ı) ara, Koblıyan.

4. Ahir-Şer'e döndü, düştü bir ataş

Dediler: askere kimi edek baş?

Rey-gördüler: (Atabekli) Server Bek olsun, kardaş

Kırılak, inmezden bire Koblıyan.

5. Bir kavga çıktı ki, meded, elaman

Top, tüfenk sesinden koptu bir duman

Ol saatta Gürcü bozuldu heman

Düşürdüler bayır, kıra Koblıyan.

6. Düştü bayır, kıra kavqa kuruldu

Ezeli: Poskov'un adı soruldu

İkinci: Çıkhel'de toplar kuruldu

Dolu kimi yağa yere Koblıyan.

7. Kaçmayın kardaşlar, olalım koçak

Er olanlar cengin kapusın açak

Sıyırın kılıcı, bağlanın bıçak

Kurt, koyun içine gire Koblıyan.

8. Kırın düşmanları, vurun bozulsun

Kesin kelleleri kanı süzülsün

Palaka (falaka)ya cemdekleri düzülsün

Üçüncü: Vale'ye gire Koblıyan.

9. Girdi Ahıska'ya, tikti bayrağı

Düşman yüreğine vurdular dağı

Kesilsin Azgur'dan Anda'nan-Dağı (sınor)

Dünya durduğunca dura Koblıyan.

10. Durup bir zaman da böylece kaldı (14 ay)

Yol açtı İngilis, müzevir oldu (Nisan 1919)

Hayın Gürcü, Azgur-Kalası'n aldı

Şimdi geldi size sıra Koblıyan.

11. Dara kaldı da çok bunğaldı millet

Böyükler içine düştü adavet

Bozuldu Azgur'da, koptu kıyamet

Anda düştü ah ü zara Koblıyan.

12. Verdiler serini, durdular cenge

Haber oldu İngilis, Gürcü, Fireng'e (Katolik-Gürciye)

Yahudi, ermeni girdiler denge

Korkaram ki bize vura, Koblıyan.

13. Vurdu bu dört millet, İslam üstüne

Umum Haçperestler düştü kasdine

Kimi süngü, tüfenk almış destine:

Gelin, kılak pare pare Koblıyan.

14. Vira ceng olundu dört gün, dört gece

Devr-i-Adem görmemişti böylece

İngilis topları yucadan yuca

İşter ki dağları yara Koblıyan.

15. Eikara düşende, eğlendi kaldı (Gürcüler)

Talancı, köylere velvele saldı

Heman Ahıska'dan telqraf geldi:

Barışık bayrağın gere Koblıyan.

16. Peder (Bahşı-Bek) den ulaştı bize yardımcı

Ahire yetişti destanın ucu

İşitenler desin, bu da bir inci

SEFİLİ'den bir ibare Koblıyan



"AŞIX SƏFİLİNAN DEQİRMANÇİNİN DASTANI"

Deyilənlərə görə, aşıx Səfilinan deqirmançi İbrahim qardaşlux imişlar. Bir gün vədəsi yetiyer də İbrahim vəfat ediyer. Buni eşiden aşıx Səfili İbrahimin kövi olan Zeyubana gəliyer. Deqirmani boş görüyer. Yürəqi toliyer, dərindən bir uf edində sazi aliyer. Boş qalmiş deqirmana görax nəsil diyer.

Aldi Səfili:

Bir suval sorayım, miras deqirman,

Aşıxların sadıx yari nec olmiş?

Çara yox ölümə, bulunmaz dərmən,

Çift gezan durnanın biri nec olmiş?!.

Aldi deqirman:

Söz de cavabına aşıxlar piri,

Sanın İbrahimin getdi, gəlmədi,

Bilinməz məkəni, nerdədür yeri

Fələk kəməndinan duti, gəlmədi.

Aldi Səfili:

Bundan belə gezem qürbət elləri,

Əhbəblərin həp bükülmiş belləri,

Hani İbrahimin şirin dilləri

Boş qalmiş odasi, kendi nec olmiş?

Aldi deqirman:

Bundan belə əhbəb olan nedarlar,

Dünyaya gələnlər bir gün gedarlar.

Bu dünyaynan alış- veriş edarlar

Dünyaya parasız saşdi, gəlmədi.

Aşıx Səfili:

Der Səfili, hani simasi mələk?

Rəhmət olsin, yarabbi, budur dilək.

Gözün çıxsın sanın, ey çərxü- fələk,

Deqirmançiların piri nec olmiş?

Aldi deqirman:

Bu fağır deqirmanda eylədi andi

Qohum-qardaş ham ağladi, ham yandi.

Qurumiş sulari, pozulmiş bəndi.

Dünyayi parasız saşti gəlmədi.

Sora aşıx Səfili kövün kənərindəki məzəristana gəldi. Yüzüni məzərluğa dutub görax nə dedi?…

Bayğun kimi çöl virani dutarlar

Ey məzərlux, İbrahimi gördüzmi?

Əcəl şərbətini içmiş yaşarlar,

Ey məzərlux, İbrahimi gördüzmi?

Aldi məzərlux:

Al xəbəri aşıx, məzəristandan

Sanın İbrahimin gəldi bundadur!

Qurimiş cəsətdə üzülmiş cani

Əcəl şərbətini içmiş, bundadır!

Aldi Səfili:

Fələk qəst eyladi o şirin cana,

Aşxımdan olmişim deli- divana

Nerdədür məkəni görsədin bənə,

Ey məzərlux, İbrahimi gördüzmi?

Aldi məzərlux:

Gəldi sələm verdi, soruşdi biznan,

Mərhaba eylədi, görüşdi biznan.

Əl çəkdi dünyadan qarışdi biznan.

Çıxancan cəsəddən, öldi bundadır.

Aldi Səfili:

Der Səfili, na söylədi, na güldi,

Veran qaldi bağda gülləri soldi.

Tuyduzmi dərdi na oldi öldi

Ey məzərlux, İbrahimi gördüzmi?

Aldi məzərlux:

Məzəristanda der tükənmiş güni,

Nə qəətən yaşasa, ölümdür sonu.

Aşdi fələk vurdi əcəl oxuni

Karışdi bizlərə gəldi, bundadır.

Məzəristan bir əl qaxdi da aşıx Səfiliya göstərib dedi ki, sanın qardaşluğun İbrahimin türbəsi deho türbədür. Səfili onun türbəsinin yanına gəlib də görax İbrahimin türbəsinə nəsil dedi:

Məzərluxda yatan səvqülli qardaş,

Əcəb na yatarsın qaax, Molla İbi.

Tovdi didalarımda qaninan yaş.

Nəzər eylə bənə bax, Molla İbi.

Aldi Molla İbrahim (içəridən):

Dinnə əziz qardaş, dinnə sözümi,

Bən ölmişim bu məzərdən qaxamam.

Çərx fələk kor etdi iki gözümi,

Gör bən nə gündəyim sana baxamam.

Aldi Səfili:

Gözü yaşli qoydun burda bəni

Ağlar qohum- qardaş yad edir sani

Kimlərə buraxdın san deqirmani

Növbətçi çağurur çıx, Molla İbi.

Aldi Molla İbrahim:

Amanat yerinə tapşurdum cani

Faniya buraxdım bən deqirmani.

Növbətçilər gələndə yoxlayın bəni

Qardaş, bu qarannux yerdən çıxamam.

Aldi Səfili:

Der Səfili məcəl yoxmi qıçında

Yoruldunmi deqrimanın içində.

Na yatarsın qara toprax içində.

Burax bu məkəni, çıx Molla İbi.

Aldi Molla İbrahim:

İbrahim də der qolum bağlidur,

Çəkdi qara toprax yolum bağlidur.

Dutuldum kəməndə qolum bağlidur

Doxxuz taxta altdan qardaş, çıxamam.

Sora Aşıx Səfili oturub da fələqə çox minnət ediyer. Fələqə bir-iki ağır söz də diyer. Səfili başıni qaldurub yoxari baxanda gördü ki, qarşida bir bayaz atli gəliyer ona toğri. Yanına gilib atdan enər-enməz Səfilinin yaxasıni topliyer və diyer: Səfili, sanın qardaşluğun vədəsi yetmiş, ölmiş, bənim na günahım ki, bu qədər bənə söqərsin.

Aldi fələk:

Bən yüz çəvürmişim gözəl məvlaya

Na sorarsın deli-divana qardaş

Neçəsini ğərğ etmişim dəryaya

Nuhinan girmişim o tufana qardaş.

Aldi Səfili:

Yıxdın könül şəhrini, xarab eylədin

Qaraltdın yüzümi arab eylədin

Civan- cəhilləri turab eylədin

Söylənməz dünyada adın, ey fələk.

Aldi fələk:

Topraxdan xalq olan toprağa gedar,

Can çıxar qəfəsdən yaraba gedər.

Axıri bu dünyay xaraba gedər,

Gümən olmaz fani çıxana, qardaş.

Aldi Səfili:

Nasıl pəhlivansın ki, çıxamasın,

Güləş dutub əlimdən sıxamasın.

Ərzə yazsam, oxumasın, baxmasın,

Bu nəməyi dinlamazsın, ey fələk.

Aldi fələk:

Bən bir pəhlivanım kimsə yıxamaz,

Sağ dünyay bir olsa, bəni yıxamaz,

Pəncəmi vursam göz açıb baxamaz

Sərçə na edacax şahana, qardaş.

Aldi Səfili:

Yüqütdün insani, mali, neylədin?

Rüstəm pəhlivani,Zali, neylədin?

Ğeybəri qoparan Aliy, neylədin?

İçurdun zəhərdən, cami ey fələk.

Aldi fələk:

Yıxdım Rüstəm Zali, Əsvəndiyari

Bənə qüvvət verdi canabi-bari

Sahabi-zülfiqari, Ali-Heydari

Gənə varmi gələ gümənə, qardaş.

Aldi Səfili:

Yıxdın Qafda, Qafa nasi dəyürdün,

San saman kimi hər yerə sayurdun.

Qoymadın gələni, geri çəvürdün

Dutdun Misiri, Hələbi, Şami, ey fələk.

Aldi fələk:

Heç bir canni qurtulamaz ölümdən,

Hər adamın keçmax olmaz yolundan.

Vurub pəncəyi yola saldım əlimdən,

Əl etmişim Hində, Yəmənə, qardaş.

Aldi Səfili:

Atlimi gəlürsün, yoxsam ki, yaya,

Mərhəmət etmazsın, taşmisin,qaya

Kimisini boğub atarsin çaya

Nə olacax bu əncəmin, ey fələk?

Aldi fələk:

Aş görünməz xırdalanur tay olur

Kimisinin gövdəsində qani zay olur.

Kiminin səbəbi axan çay olur

Onnara oliyer m a h a n a, qardaş.

Aldi Səfili:

Nə kimsəyə tanışıb söz diyarsın

Mərhəmətsiz cəhillərə qıyarsın.

Bir gün sıra gəlür bəni yiyarsın,

Yürəgimə vurdun bəgüm cəmi ey fələk.

Aldi fələk:

Söz tanışma, yoxdur mərhəmət bəndə,

Gücinan öldürməm, qəsdim yox canda,

Saralur yapraği düşər hər yanda

Bir ataş salarım, cahana qardaş.

Aldi Səfili:

Civan ikən ölüm ulaşdi tezdən,

Gedən getdi yüzi çəvürdi bizdən.

Gülmədi oğuldan, gülmədi qızdan

San bülürsün sərəncəmi, ey fələk.

Aldi fələk:

Hani qələmqaşli gəzi nargözlər,

Ağlar qohum-qardaş, analar sızlar.

Nişanli gəlinnər, köçəcax qızlar

Ölüm baxmaz cəhil-civana, qardaş.

Aldi Səfili:

Dedi sani haqqa qılem şikayət

Aldın əlimdən qardaşımi, ey fələk

Nuhun tufanında verdin əziyyət

Ğərğ etdin dünyayi gemida, ey fələk.


Aldi fələk:

Çərxü fələk der, gedan gəlmədi.

Bir kəfin gətürdi, bişe olmadi.

Fani dünya Süleymana qalmadi,

Qarışdilar toza- dumana , qardaş.

Aldi Səfili:

Der Səfili sözün kimlər bəzədə,

Bayğun kimi gün keçürdün məzərdə,

Zeyuban qəryasında etdi qəzədə

Netdin Molla İbrahimi, ey fələk.

Bu deyişmalar buninan qurtuliyer. Yürəqini boşaldıb qardaşluğunun əvinə gəliyer. Onun ölümi münasibətinan quran oxuyer. Allah rəhmət etsin deyib də əvünə - Pulateyə gəliyer.


LİRİK ŞERLƏRİ

M e s x e t i y a m b ə n i m

Tarixin uzundur, adınsa əziz,

Baxan gözümsün, Mesxetiyam bənim.

Yaşamax çətündür, dünyada sənsiz,

Axan kanımsın, Mesxetiyam bənim.

Tağların, taşların tarixi vardur.

Bütün həsrətluğun axıri vardur.

Gələcax bir zaman sən də gülərsin

Bilki, canımsın Mesxetiyam bənim.

"Mesxetiyam"-deyib səsləsən əgər

Səsizə səs verur, yatmiş kayalar.

Qırx dörddan butani bənki həsrətim,

Ay gözü yaşlım, Mesxetiyam bənim.

Meşəsinə baxın, dərəyə baxın,

Çayından keçib də, tağına çıxın.

Karına baxın, buzuna da baxın,

Xoş təbiətlim, Mesxetiyam bənim.

Puarların düzilmişdi sıraya,

Gələnə- gedənə olurdun həmdəm.

Kim qazandi, kim yiyacax dünyada?

Pozulur əhvalım, Mesxetiyam bənim.

Sən ey Səfil, yüzin dutsan kıblaya,

Məkkəm, Mədinəm də kaxar ayağa,

Sürgündə yaşamax, kolay gəlməsin,

Təmüz niyyatlım, Mesxetiyam bənim.

K o b i l y a n i


Dərənin halıni xəbər alan dost,

Söz verin, tərifə girem meydana.

Desəmki cənnətdür, şübhə etma sən

Uzağa getmə heç, gör Kobilyani.

Toprağa nə əksən, inkarmi edər?

Laxana, baklacan, qartopi, qoun.

Kara kiraz, fişna, şahi şəfrəni

Taxıli, arpasi var Kobiliyani.

Çıxanda tağına, dərəyə enin

Düzündə gezib də, meşəyə çıxın

Puardan, dəryadan açılmaz gözün

Axduxca sulari, gur Kobiliyani.

Dizin-dizin çıxdım yol burulsa bən

Seyr etdim kızinan kövləri bir-bir

Günüz günəşlidur, gecə işıxli

İşığa ğərğ olmiş, nur Kobiliyani.

Eşitdux xəbəri açılmiş yollar

Səvünən kim, ağliyan kim, gülən kim.

Çoxdandur həsrətux, gəl görüşax biz

Var- dövlətin yollara sar Kobiliyani.

G ö r ü ş ə n gəlmişim, ana toprağım

Gül- çiçək əlimdə, başım aşşaği

Ey Səfil, cani dildən səvmax üçün

Salem qolumi b o y n a n, yar Kobilyani.

P u l a t e l i l ə r

Gürcistan diyari Mesxi dərəsi,

Sahabli dünyanın ilkin milləti

Sayılanda sayi dərənin xalqi

Pulate siftəsi,pulatelilər.

Sayılur məkəni Persat yaxasi,

Solunda Laşesi, sağda Arznesi

Camida yer olmaz gəlür gerisi

Qılanda namazi, pulatelilər.

Hər kövün özünün olmiş ağasi

Pulate kövündə olmuşdur azi

Sənətə güc vermiş, çoxdur ustasi

Doktroli, mollali pulatelilər.

Ottuz yeddidə ki tufan qopanda

Fitnə-fəsətlərə yol açılanda

Molladan, aşıxdan qurban verəndə

Boş qaldi kövüz ki, pulatelilər.


Vətəndən qırx bini fronta getdi

Qırıldi, sürildi, itkinə düşdi.

Vətənə heç biri dönmədi geri

Yatağuz yoxmidi, pulatelilər.

Komendant saatı qoyuldi bizə,

Çətin oldi gezmax bizə və sizə.

Komendant, voyenni düşərdi izə,

Öqündən qaçardi, pulatelilər.

Açıldi yolumuz gezdux hər yeri,

Yituxlar tapılur, salarlar mehi.

Əzizin ölmişdür, gəlsə xəbəri

Yürəqi dağladi, pulatelilər.

Bütün sürülənlər Orta Asiyada

Ağızlari çatmişidi y e n q i ətməqə

Olanda buxqalter, briqadir, zvena

Ünsiyyət bağladi, pulatelilər.

Köçüb də gəldilər Azərbaycana

Ağsaxallar razi oldi Muğana

Süzməsən içilməz Allahın suyi

Su taşıni aldi, pulatelilər.

İşləyib yaşıyan muğandakiləl

Haxıldan çıxmasın Vətən hər gündə

Bir gecədə yaşamaya Qaliyə

Ottuz t ü t ü n çıxdi, pulatelilər.

Bağlamax olurmi açılmış yoli?

Kim qol çəkər buna, h a n q i bir deli?

Olmiyan bir şeyi bayrax etdilər,

Ayacan yazıldi, pulatelilər.

Y a y l a l a r

İlk bahar olanda yaylaya qaxar

İnəgi, camuşu, tovar sürüsi

Peşinə yollanur, cəil- qocalar

İlk bahar nəfəsli, gülli yaylalar.

Dağlarda olurlar yaylalar qomşi

Arzneli, Laşasi, Pulateli hani?

Nənələr səslərlər altun, narınci…

Dərəsi, təpəsi, otli yaylalar.

Hər axşam hağıllar mallarnan tolar

Tanalar mələşür, əvməz nənələr

Piləkidən çıxar, bişən çadilər

Varli, bərəkətli, suli yaylalar.

Çobanlar hay verur mola-tavara

Haxıllar boşanur, səs- səsə verur.

Çocuxlar oyanur qaçarlar yola

Sən ey səsli- küyli, halli yaylalar.

Yaylada yanulur saysız, ağarti

Ətməqə sürtəndə süzmə, qaymaği

Onlari yiyana xastalux nedər?

Qurutli, peynilli, yağli yaylalar.

Sabağinan pusa olur tağlarda

Yem yeşil otlarda çisali olur.

Çaxallar mələşür, ularlar qurdlar

Taşlida kəsəkli, nəmli yaylalar.

Axşamdan çox olur kingli-sinəqi

Yaxarlar təzəqi,çıxar tütüni.

Çocuxlar qaçınur, havada əllər

Təzəkli-şirəli, hisli yaylalar.

Tağlara çıxardi qızlar-oğlanlar

Kimisi oynasa, kimi güləşür

Halaya düzülür, cəil- qocalar

Nənəli, dədəli, sözli yaylalar.

Yaylasi qurtulur, enərlər kövə.

Qocasi, cəili , bütün həppisi

Dizində güci var, sıfati tamlar

Sifati işıxli, rəngli yaylalar.

Qırx dörddən biyani yolun duyuxdur

Yaylasi bilinməz, kövi bilinməz

Səfildur dərd çəkib səni soruşan,

Sən həp ey həsrətli, dağli yaylalar.

V ə t ə n i z h a n i ?

Doğulub böyüdüz kiçik topraxda,

Çocuxkən yituran, vətəniz hani?

Oynardız yamacda, gözəl meşədə…

Çocuxkən yituran, Vətəniz hani?

Məclis qurub başliyanda söhbətə

Yərənnüq qurtarmaz çekardi gecg,

Çekilib əvizə yuxuz gəlməzdi,

Cəyilkən ayrılan,Vətəniz hani?

Aşx oduna düşüb yanduğuz vaxıt

Sözüz sabahacan çekduği vaxıt

Ayrılanda hər səmtə qaçduğuz vaxıt

Nişanliykən yituran, Vətəniz hani?

Tağlar ətəqinə süri kaxanda

Kızın görüşünə oğlan çıxanda

Dədənin nənəyə tərs- tərs baxması,

Qocaykən tərk edən, Vətəniz hani?

Camida yığılıb namaz qılardız

İmamın vaizini gözəl dinlardız

Kız- gəlin qapida süküt dururdi,

Şəriəti sevən, Vətəniz hani?

Düzülüb sıraya siz ot biçəndə,

Yorulanda puardan su içəndə

Səslənəndə t ı r p a n l a r qol gücünə

Tırpanıni kıran, Vətəniz hani?

Yaylanın yolidur, dağlara kaxar,

Çoban sürüsünə uzaxdan baxar.

Yağ, peynil, yoğurd süzməsi olur,

Şıratına həsrətlənən, Vətəniz hani?

Hitlerin davasi yolda büdrədi,

Fronta gedənlər, həp də gəlmədi.

Eşitdilar xəbəri, Vətən olmadi

Frontdan dönənlər, Vətəniz hani?

Dünyanın varluği kimsəyə qalmaz,

Yax yoli yituran kendinə gəlməz.

Xalx bedavasıni olan heç də ommaz,

Bedvadan uzax duran, Vətəniz hani?

Millətlər içində geridən baxan

Vətəni olub da, köçəri olan

Səfildur, soruşan cəillər adından

Dədəm, babam, anam, Vətəniz hani?

B i z i m d a ğ l a r

Əzəl bahar deyib gəldim yanına,

İzin ver seyr edem, doyunca dağlar.

Möhtəşəm, möhtəşəm durub yan-yana

Buluddan alursuz, suyuzi dağlar.

İşlərdi cəməət başi aşşaği,

Yaşardi dünyada kimdən aşşaği?

Günahsız xalq idi, sürgün etdilər.

Olmiş əhvalatın şahidi dağlar.

Qarşında diz çöküb, öpdüm toprağın,

Gördüm dünyayi, gözümə gəldi nur

Vətənimə qalxan olub sən durdun

Düşmənə ox oldun, göz yaşi dağlar.

Səfilim, meyl etdim bizim tağlara,

Varluğum bağlidur, anam toprağa.

Gözəl görükürsün qoca dünyaya,

Paluddan yoğrulmiş, damari dağlar.

G ə l s i n i r ə l i

Nəsihət eylarım bütün xalqıma

Ağzıni yummiyan, gəlsin irəli.

Yol açılur təprən, anam toprağa

Yatanlar ayılsun, gəlsin irəli.

Vətəni sevmiyan olmasın gərək,

Düz baxaq sabaha əl- ələ verək

Gərək bizlər, yaxınlaşub birləşək

Yatanlar ayılsun, gəlsin irəli.

Millətim yamandur diyan tapılmaz

Diyani varsa da, güni gün olmaz.

Səfil, san da diyarsın vaxt gəlür ki,

Vətəni seyr edən, gəlsin irəli!

V ə t ə n ü ç ü n

Əlimdə dəftər, qələm

Yazarım, Vətən üçün

Asıb torba boynuma

Dilənürüm Vətən üçün

Aci- aci baxma bənə

Na kesər, haxlın sənin

Xəncəri vursan bənə

Ölürüm Vətən üçün!

Durub bənə hay verma

Gözlərini bərəltmə