Axiska (Mesxet) turklerinin dili
İXTİSARLAR

GİRİŞ

I FƏSİL. AXISQA TÜRKLƏRİNİN DİL VƏ ETNİK TARİXİNƏ BİR NƏZƏR

1.1. Axısqa türklərinin etnik tarixinə dair

1.2. Müxtəlif türk tayfalarının Axısqa toponimlərində ini’kası

1.3 Axısqa türklərinin mənşəyinə dair

1.4. Dilin keşiyində, müxtəlif dillərin əhatəsində. Dil xüsusiyyətlərinin öyrənilməsinə dair

II FƏSİL. FONETİKA

2.1. Fonemlər sistemi

2.1.1.Abruptiv fonemlər

2.1.2. Tayfa dilinin qalıqları

2.2. Ahəng qanunu

2.3. Fonetik hadisələr

III FƏSİL. LEKSİKA

3.1. Əsas leksik fond

3.1.1. Əkinçilik leksikası

3.1.2. Kənd təsərrüfatı və bostançılıq leksikası

3.1.3. Heyvandarlıq leksikası

3.1.4. Məişət leksikası

3.1.5. Mərasimlərlə (toy mərasimi) bağlı leksika

3.1.6. Xalq musiqi alətlərinin və oyunların adları

3.1.7. Bə'zi bəzək (taxıncaq) adlarının leksik-semantik xüsusiyyətləri

3.2. Alınma leksika

3.3. Terminoloji leksika

3.3.1. İnsanın bədən üzvlərinin adları

3.3.2. Ay, gün, həftə və astronomik adlar

3.3.3. Xalq təbabəti terminləri

3.3.4.Heyvan adları (Zooloji terminlər)

3.4. Regional tə'sirlər, kənara çıxmalar

3.5. «Dədə Qorqud» və Axısqa dil uyğunluqları

3.6. Türk və Azərbaycan ədəbi dilləri ilə ortaq olan sözlər

3.7. Dilin şivələri

3.8. Gürcü substratları

3.9. Gürcü dilində Axısqa türklərinin dilinin elementləri

3.10. Onomastik leksika

3.10.1. Antroponimlər

3.10.2. Toponimlər

3.11. Sözün semantik strukturu: əsas semantik proseslər

3.12. Frazeoloji vahidlər

IV FƏSİL. MORFOLOGİYA

4.1. Sözün morfoloji quru-luşu

4.2. Nitq hissələri

4.2.1. İsim

4.2.2. Sifət

4.2.3. Say

4.2.4. Əvəzlik

4.2.5. Fe"l

4.2.6. Fe"lin təsriflənmə-yən formaları

4.2.7. Zərf

4.2.8. Köməkçi nitq hissələri

V FƏSİL. SİNTAKSİS

5.1. Dilin sintaktik quruluşu

5.1.1. Söz birləşmələri

5.1.2. Cümlə konstruksi-yaları

5.1.3. Əlavələr

5.1.4. Cümlədə sözlərin sırası (inversiya)

5.1.5. Cüttərkibli və təktərkibli cümlələr

5.1.6. Yarımçıq və elliptik cümlələr

5.1.7. Xüsusiləşmə

5.1.8. Xitab və ara cümlələr

5.1.9. Mürəkkəb cümlə. Tabesiz və tabeli mürəkkəb cümlələr

NƏTİСƏ

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

 

3.1.1. Əkinçilik leksikası
Əkinçilik maddi-mədəniyyətin əsas tərkib hissələrindən biridir. "Axısqa türklərinin qədim əkinçilər olduğunu ilk növbədə onların istifadə etdiyi əmək alətləri sübut edir. Bu alətlərin özü də, adları da ümumtürk əkinçilik mədəniyyətinə tamamilə doğmadır" [27, s. 50].

Əkinçilik leksikası, demək olar ki, ümumtürk mənşəlidir. Bu leksik lay həm də qədimliyi ilə seçilir. Əkinçilik leksikası əsas etibarı ilə əmək alətlərinin adlarından ibarətdir: küleş, sel, kuyi, anbar, ciftçi, əlek, çuval, gəmi, xalbur, harman, herik, kotan, ləncpər (rəncbər).

Əmək alətlərinin adları: sapan (saban)*, sırma, kavrama, çapa, tırpan, kerendi, burçak, kazma, kafes, sürgü oraq, kürək, dögen, tapan, cilğa, dirqən, kesər, tırmıx, kılıç, dönməcə, yaba, bel, kütən, kafesli tırpan, oraq.

---------------

*Qeyd: Saban ümümtürk mənşəlidir. «Qutan, kotan» mə

Bu sözlərin əski xarakteri folklor nümunələrində, el şairlərinin şe"rlərində geniş dairədə yayılması ilə təsbitlənir: Xarmana qiran posrux dirqənə tayanur (əski söz); Sapanla çapa dünyayi bəslər (əski söz);

Düzülüb sıraya siz ot biçəndə

Yorulanda puardan su içəndə

Səslənəndə tırpanlar qol gücünə

Tırpanıni kıran Vətənsiz hani? (cabir Xalidov).

Bə"zi əkinçilik terminlərinin struktur inkişafı və semantikası maraq doğurur. Məsələn, dirqən - yaba mə"nasında işlənir. Bu söz dirqə(mək) - toplamaq, yığmaq fe"llərinin mə"nasını ehtiva etmişdir.

Tırpan - dəryaz. Bu söz V.V.Radlov və L.Z.Budaqov lüğətlərində də "dəryaz, kərənti" mə"nasında qeydə alınmışdır [166, s. 1329; 95, t. 1, s. 554]. Hər iki lüğətdə həmin sözün türk (osmanlı) dilində işləndiyi və tırpançı "biçinçi; dəryaz düzəldici", dırpanla - tırpanla - "biçmək" tipli derivatların yaranmasında əsas kimi çıxış etdiyi göstərilir. V.V.Radlov tırpan sözünün türk dilində "cərrahiyyə burğusu" (xirurqiçeskiy buravçik) mə"nasını da qeyd edir. Onun fikrincə, tırpan "dəryaz" sözü yunan dilindən alınmadır. Həqiqətən də, yunan dilində bu söz oxşar fonetik tərkibdə və eyni mə"nada işlənməkdədir. Tırpan "dəryaz" sözünə yazılı abidələrdə və başqa türk dillərində təsadüf olunmadığından bu sözün yunan dilindən türk dilinə (o cümlədən də Axısqa türklərinin dilinə) keçməsi barədəki V.V.Radlovun fikri inandırıcı görünür. Belə bir faktı da qeyd edək ki, yakut dilində tır - "kəsmək, bölmək" fe"li işlənir. E.K.Pekarsin bu fe"li başqa türk dillərindəki tor - "biçmək, kəsmək" fe"li ilə əlaqələndirir [157, s. 2955]. Olsun ki, karaim dilindəki toruq "biçin" [127, s. 539], Azərbaycan dilindəki dəryaz sözləri də bu köklə bağlıdır. Bütün bunlar tırpan "dəryaz" formasını türk dilləri materiallarına istinadən izah etməyə zəif şəkildə əsas versə də, başqa faktlarla bunu möhkəmləndirmək çətindir. Bu səbəbdən biz də V.V.Radlovun fikrinə şərik olaraq tırpan "dəryaz" sözünü türk dilində yunan mənşəli alınma söz kimi qəbul edirik.

Asif Hacılı Axısqa türklərinin əkinçilik mədəniyyətindən bəhs edərkən onların taxıl və otu biçmək üçün oraq, tırpan, kafesli tırpan, kerendi, sırma, kavrama; səpin üçün çapa (toxa növü), toxa, dırmıx, sürgü (dırmıq növü), kazma, burçaq, kılıc; şum üçün sapan, tapan, cılğa, arona, sel, dögen, vəl, gəmi və s. bu kimi alətlərdən istifadə etdiklərini qeydə almışdır [27, s. 15].

 
 

© WebMaster: CAhid KAazimov - cahidbdu@yahoo.com - {WebStar} - Muellif huquqlari qorunur.

Bu sehife qedim tarixe malik Axiska turklerinin etnik tarixi, medeniyyeti, dilinin fonetik, leksik, onomastik, semantik, morfoloji ve sintaktik xususiyyetlerinin sistematik tesvirini ehate edir. Muellif ilk defe olaraq bu dilin ses sistemi, luget terkibi, qrammaik qurulushunun genish ve aydin menzeresini yarada bilmishdir. Meslehet, teklif, fikir ve iradlarinizi cahidbdu@yahoo.com-a gondermekle muellifle elaqe saxlaya bilersiniz...

© 2002-2003, www.axiska.narod.ru - Muellif huquqlari qorunur (© Ismayil Kazimov).

 

Ismayil Kazimov
Hosted by uCoz