Axiska (Mesxet) turklerinin dili
İXTİSARLAR

GİRİŞ

I FƏSİL. AXISQA TÜRKLƏRİNİN DİL VƏ ETNİK TARİXİNƏ BİR NƏZƏR

II FƏSİL. FONETİKA

III FƏSİL. LEKSİKA

3.1. Əsas leksik fond

3.1.1. Əkinçilik leksikası

3.1.2. Kənd təsərrüfatı və bostançılıq leksikası

3.1.3. Heyvandarlıq leksikası

3.1.4. Məişət leksikası

3.1.5. Mərasimlərlə (toy mərasimi) bağlı leksika

3.1.6. Xalq musiqi alətlərinin və oyunların adları

3.1.7. Bə'zi bəzək (taxıncaq) adlarının leksik-semantik xüsusiyyətləri

3.2. Alınma leksika

3.3. Terminoloji leksika

3.3.1. İnsanın bədən üzvlərinin adları

3.3.2. Ay, gün, həftə və astronomik adlar

3.3.3. Xalq təbabəti terminləri

3.3.4.Heyvan adları (Zooloji terminlər)

3.4. Regional tə'sirlər, kənara çıxmalar

3.5. «Dədə Qorqud» və Axısqa dil uyğunluqları

3.6. Türk və Azərbaycan ədəbi dilləri ilə ortaq olan sözlər

3.7. Dilin şivələri

3.8. Gürcü substratları

3.9. Gürcü dilində Axısqa türklərinin dilinin elementləri

3.10. Onomastik leksika

3.10.1. Antroponimlər

3.10.2. Toponimlər

3.11. Sözün semantik strukturu: əsas semantik proseslər

3.12. Frazeoloji vahidlər

IV FƏSİL. MORFOLOGİYA

V FƏSİL. SİNTAKSİS

 

3.1.7. Bə"zi bəzək /taxıncaq/ adlarının leksik-semantik xüsusiyyətləri
Boncuq. Bu bəzək adının bon hissəsi boyun sözü ilə bağlıdır. Boyundan asılan bəzək əşyası. "Qədim türk lüğəti"ndə bu söz monçak, Azərbaycan dilində munçuq, qazax dilində monşakğ, kumık dilində minçakğ, tatar dilində və onun dialektlərində muen, buyınsa [175, s. 152], V.Radlovun lüğətində [165, T. IV, s. 2120] moinşak "krasnıe busı" şəklindədir.

Küfə. Axısqa türkləri həm sırğa, həm də küfə sözündən istifadə edirlər. Küfə - sırğanın küpəyə oxşamasına görə verilmişdir.

"Kübə" formasında "Kitabi-Dədə Qorqud"da rast gəlirik; Çaya çalmalu, çal qaraquş ərdəmlü, qurqurma quşaqlu, qulağı altun kübəli... [38, s. 148].

Küpə sözünün paraleli kimi Azərbaycan dilinin dialektlərində təpə sözü də işlədilir: Qıza nişan göndərəndə üzüx də, təpə də qoyillər [5, s. 378]; Qulağımı təpə incider [5, s. 378; 122, s. 24].

Türk dillərində daha çox işlənən sırğa sözüdür. Sırğa sözünü bə"zi tədqiqatçılar rus mənşəli [165, T. I, s. 398], bə"ziləri [162, T. II, s. 281/qot mənşəli, Fasmer isə [174, T. III, s. 611] türk mənşəli hesab edirlər. Sonuncu fikir düzgündür. Sırğa - asırğa sözünün kontaminasiya olunmuş formasıdır. "Qulaqdan asılmış bəzək əşyası" - mə"nasındadır.

 
 

© WebMaster: CAhid KAazimov - cahidbdu@yahoo.com - {WebStar} - Muellif huquqlari qorunur.

Bu sehife qedim tarixe malik Axiska turklerinin etnik tarixi, medeniyyeti, dilinin fonetik, leksik, onomastik, semantik, morfoloji ve sintaktik xususiyyetlerinin sistematik tesvirini ehate edir. Muellif ilk defe olaraq bu dilin ses sistemi, luget terkibi, qrammaik qurulushunun genish ve aydin menzeresini yarada bilmishdir. Meslehet, teklif, fikir ve iradlarinizi cahidbdu@yahoo.com-a gondermekle muellifle elaqe saxlaya bilersiniz...

© 2002-2003, www.axiska.narod.ru - Muellif huquqlari qorunur (© Ismayil Kazimov).

 

Ismayil Kazimov
Hosted by uCoz