Axiska (Mesxet) turklerinin dili
İXTİSARLAR

GİRİŞ

I FƏSİL. AXISQA TÜRKLƏRİNİN DİL VƏ ETNİK TARİXİNƏ BİR NƏZƏR

II FƏSİL. FONETİKA

III FƏSİL. LEKSİKA

3.1. Əsas leksik fond

3.1.1. Əkinçilik leksikası

3.1.2. Kənd təsərrüfatı və bostançılıq leksikası

3.1.3. Heyvandarlıq leksikası

3.1.4. Məişət leksikası

3.1.5. Mərasimlərlə (toy mərasimi) bağlı leksika

3.1.6. Xalq musiqi alətlərinin və oyunların adları

3.1.7. Bə'zi bəzək (taxıncaq) adlarının leksik-semantik xüsusiyyətləri

3.2. Alınma leksika

3.3. Terminoloji leksika

3.3.1. İnsanın bədən üzvlərinin adları

3.3.2. Ay, gün, həftə və astronomik adlar

3.3.3. Xalq təbabəti terminləri

3.3.4.Heyvan adları (Zooloji terminlər)

3.4. Regional tə'sirlər, kənara çıxmalar

3.5. «Dədə Qorqud» və Axısqa dil uyğunluqları

3.6. Türk və Azərbaycan ədəbi dilləri ilə ortaq olan sözlər

3.7. Dilin şivələri

3.8. Gürcü substratları

3.9. Gürcü dilində Axısqa türklərinin dilinin elementləri

3.10. Onomastik leksika

3.10.1. Antroponimlər

3.10.2. Toponimlər

3.11. Sözün semantik strukturu: əsas semantik proseslər

3.12. Frazeoloji vahidlər

IV FƏSİL. MORFOLOGİYA

V FƏSİL. SİNTAKSİS

NƏTİСƏ

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

3.10.1. Antroponimlər
Onomastik vahidlərin xüsusi bir qrupu antroponimik leksikadır. Bu xalqın onomastikasında elə şəxs adlarına, familiyalarına, nəsil adları və ləqəblərə rast gəlirik ki, bunlar özümlü cəhətləri ilə, eləcə də bu xalqın əmələ gəlmə tarixi ilə bağlı formalaşmışdır.

Şəxs adları bir insanı digərindən fərqləndirir. Quruluşuna görə şəxs adlarını iki qrupa bölmək olar:

1) Sadə şəxs adları: İlim, Bəhri, Mövlud, Məhlüd, Vətən, Fəzli, Usman, Xasan və s.

Sadə şəxs adları kişi və qadın adlarından ibarətdir:

a) Sadə quruluşlu kişi adları: Ömər, Məhəmməd, Hüseyn, Laçın, İlyas və s.

b) Sadə quruluşlu qadın adları: Şuşa, Taci, Süsən və s.

2) Mürəkkəb quruluşlu şəxs adları: Belə şəxs adları iki sözün birləşməsindən əmələ gəlir. Məsələn: Lətifşah, Abubekir, Balabek, Vəlican, Şəhmərdan, Gülsara, Bağdaqül və s.

Mürəkkəb şəxs adları kişi və qadın adlarından ibarət olur.

a) Mürəkkəb quruluşlu kişi adları: Güləhməd, Zeynali, Şahismayıl, Şahyusif və s.

b) Mürəkkəb quruluşlu qadın adları: Sayalı, Gülzada, Gülşən, Gülhar, canxanım, Bağdaqül və s.

Kişi adlarının bir hissəsi dini adlardan ibarətdir: Ömər, Ali, Məhəmməd, İslam, Namaz və s.

Kişi adlarının leksik tərkibi müxtəlifdir. Bunları aşağıdakı kimi qruplaşdırmaq olar:

1."Xan" tərkibli kişi adları: Xanmirzə, Alixan, Vəlixan və s.

2."Mirzə" tərkibli kişi adları: Təhərmirzə, Balamirzə və s.

3."bek" /bəy/ tərkibli kişi adları: Balabek, Əhədbek, Ənvərbek və s.

4."Şah" tərkibli kişi adları: Bədirşah, Şahismayıl, Şahyusif, Muqimşah, Şahvələd, Şəhmərdan, Şahbaz və s.

5."can" tərkibli kişi adları: Vəlican, Sabircan və s.

-Jan /djan/ komponentli kişi adları /Alimjan/ digər türk dillərində də müşahidə edilir. Müasir uyğurlarda -jan /-djan/ komponentli adlar 35% təşkil edir [151, s. 192].

6."ağa" tərkibli kişi adları: Bədəlağa, Yusifağa və s.

Kişi adlarının tərkibində "Ali" /Əli/ sözü çox işlənir: cumali, Qınali, Köşali, Palnali, Zeynali, Minəli, Binali, Sərvəli və s.

7."dar" tərkibli kişi adları: Təhmindar, Bayraqdar və s.

Qadın adlarının da leksik tərkibi müxtəlifdir. Bunları da aşağıdakı kimi qruplaşdırmaq olar:

1."can" tərkibli qadın adları: Gülcan /nənə/, Abican və s.

2."xanım" tərkibli qadın adları: Gülxanım, Nazxanım, canxanım, Şəfiqəxanım və s.

3."Qül" /gül/ tərkibli qadın adları: Narqül, Bağdaqül, Qülsara, Qülzada və s.

"Qül" komponentli kişi adları da var: Güləhməd.

Göründüyü kimi, kişi adlarının tərkibində "xan", "mirzə", "bek", "şah", "din", "can" və s. sözlər, qadın adlarının tərkibində isə "can", "xanım", "qül" və s. leksik vahidlər çox işlənir.

Semantik cəhətdən qadın adlarını bir neçə cür qruplaşdırmaq olar:

1. Planet adlarından ibarət olanlar: Bədriya, Şimşək, Qünəş və s.

2. Metal əşyaların adlarından ibarət olanlar: Altun, Kufə, Furuza və s.

3. Bitki adlarından ibarət olanlar: Lələ /lalə/, Reyhan və s.

4. Spesifik qadın adları: Taci /Kamalova/, Zərə nənə, Qülhar, Bilorxala, Mehri, Şuşa, Nunuş və s.

Kişi adlarını da semantik cəhətdən aşağıdakı kimi qruplaşdırmaq mümkündür.

1. Əşya adlarından ibarət olanlar: Bayraq, Dəmür, Taştan və s.

2. Planet adlarından ibarət olanlar: Şimşək /Atayev/: Bu ad həm kişi, həm də qadınlara verilmişdir; Şimşək Dursunov /kişi/, Şimşək Faxlulova /qadın/, Bədir, Bədirşah və s.

3. Quş adı ilə bağlı kişi adları: Laçin /Türkoğli/, Laçın /Sağrızeli/ və s.

4. Spesifik kişi adları: Köşəli, Bəhri, Meyyar, Vətən, Qınali, İlim, Toraman, Şəhri, Qoçali, Çəlik, Başad və s.

Bu xalqın antroponimik leksikasının bir hissəsi türk, digər hissəsi isə ərəb-fars mənşəlidir.

Türk mənşəli şəxs adları çoxluq təşkil edir: Dursun, Taştan, Dəmür, İşıx, Orman, Balabəy, Türən və s.

Bununla belə ərəb-fars mənşəli şəxs adları da müəyyən münasibətlərlə /xüsusən də, dini münasibətlər/ əlaqədar bu xalqın məişətinə daxil ola bilmişdir. Bu baxımdan aşağıdakı şəxs adları xarakterik sayıla bilər: Mövlüd, Məhəmməd, Hüseyn, İlim, İslam, Mikayıl, Bədəl, Ənvər, Heydar, Fərman, Xalid, Reyhan, Firuza, Mustafa, Ələddin, Osman, İlyas və s.

Ərəb-fars mənşəli qadın adları da çoxdur: Zülfiyyə, Şahzadə, Sayali, Xeyransa, İzzət, Reyhan və s.

Axısqa türklərinin özlərinin göstərdiyi kimi "dilimizdəki hər yüz adam və qari adından 90-95 -i arap və fars sözləridur ("Vətən eşqi" qəzetindən). Bu cəhəti Ömər Faiq də məqalələrində dönə-dönə qeyd etmişdir [59].

Şəxs adları leksik-semantik cəhətdən bir neçə cür təsnif olunur:

1. İgidliklə, qəhrəmanlıqla bağlı şəxs adları: Qoçali, Mərdalı, Qəhrəman və s.

2. Arzu, istək, həsrət mə"nalı şəxs adları: Murad, Həsrət və s.

3. Əzizləmə mə"nalı şəxs adları: Vəlican, Sabircan və s.

4. Gözəllik anlayışı ilə bağlı şəxs adları: Qözəl.

5. Vətən anlayışlı şəxs adları: Vətən, Aləm, Dünya. Axısqa türkləri üçün Vətən məfhumu müqəddəs olduğu üçün şəxs adlarına da belə adları veriblər. Bu adda Vətənə məhəbbət, Vətənə sevgi duyğuları öz ifadəsini tapmışdır.

6. Məişət sözləri xüsusiləşərək şəxs adlarına çevrilə bilir. Məsələn, dəmir - Dəmür, taş - Taştan, altun - Altun, almas - Almaz və s.

Bu xalqın familiyalarında müxtəliflik daha çoxdur. Familiyaların tərkibindəki şəkilçilərə görə bunları iki qrupa bölmək olar:

1. Tipik olanlar.

2. Tipik olmayanlar.

Tipik olanlar -lı, -li şəkilçili və oğli sözünün iştirakı ilə düzələn soy-köklərdir. -lı, -li şəkilçili familiyalar milli xüsusiyyəti ilə fərqlənir. Məsələn, Ş.Adıgünlü, Yusifli, Muradli, Şahvələdli və s.

Oğli sözünün iştirakı ilə düzələn soy-köklər. Məsələn: İlim Şahzadə oğli, Müsəddin Seyfəddinoğli və s.

Türk adını, Buntürk adını yaşatmaq üçün Turanşahoğli, Buntürk /Seyfəddin/, Türkoğli /Laçin/ kimi soy adlardan istifadə olunur.

Seyfəddin şəxs adının sonunda olan Buntürk təxəllüsü oğuz tayfalarından birini əks etdirir. Buntürk /böntürk/ adı altında qədim oğuz eli, oğuz yurdu nəzərdə tutulur. Buntürklər - əsas türklər, yə"ni qalın oğuzlardır.

Tipik olan familiyalara nümunə olaraq yer adlarına qoşulan -li şəkilçili adları da aid etmək olar. Belə təxəllüslərdən biri Adıgünli adlanır. Bu təxəllüs Adıgün kənd adı ilə əlaqədardır. Adıgün həm də Gürcüstanda Axısqa türklərinin yaşadığı rayonlardan biridir.

Tədqiqat göstərir ki, Axısqa türkləri bu təxəllüsün bir neçə formasından istifadə etmişlər. Birinci variant dialekt, ikinci isə ədəbi dil formasıdır. Hər iki təxəllüs, inisallardan göründüyü kimi, ayrı-ayrı şəxslərə verilmişdir. Tipik olan şəxs adlarına qoşulan təxəllüslərdən biri də X.Acarlı təxəllüsüdür. Təxəllüs "Acar+lı" komponentlərindən ibarətdir.

"Sağrıze" Gürcüstanda türklərin yaşadığı kəndlərdən biridir. Bu kənddə yaşamış Laçın adlı bir şəxs özünə Sağrızeli təxəllüsünü götürmüşdür: Laçın Sağrızeli.

"Varxan" cənubi Gürcüstanda türklərin yaşadığı kəndlərdən biridir. Bu kənddə yaşamış Meyyar, Nədim adlı şəxslər Varxanlı təxəllüsünü götürmüşdür: Meyyar Varxanlı, Nədim Varxanlı.

"Azqur" cənubi Gürcüstanda Axısqa türklərinin yaşadığı kəndlərdən biridir. Bu kənddə yaşamış Faiq adlı şəxs özünə Azqurlu təxəllüsünü götürmüşdür: Faiq Azqurlu.

"Kaxaret"də Axısqa türklərinin Gürcüstanda yaşadığı kəndlərdən biridir. Bu kənddə yaşamış Şimşək adlı şəxs özünə Kaxaretli təxəllüsünü götürmüşdür: Şimşək Kaxaretli.

"Sakunet"də Axısqa türklərinin Gürcüstanda yaşadığı kəndlərdəndir. Məhəmməd adlı həmin kənddən olan bir şəxs özünə Sakunetli təxəllüsünü götürmüşdür: Sakunetli Məhəmməd.

Kənd adlarından düzələn təxəllüslər sadə şəxs adlarına əlavə olunduğu kimi, mürəkkəb şəxs adlarına da artırılır. Xeveşenli kənd adı bu baxımdan səciyyəvidir. Ali Sultan adlı bir şəxs özünə Xeveşenli təxəllüsünü götürmüşdür.

Bu və ya digər təxəllüslər həmin xalqın milli xüsusiyyətlərini əks etdirir. Həmin təxəllüsün familiya əvəzinə işlənməsini müsbət hal kimi qiymətləndirmək olar.

"Zazola" da kənd adlarından biridir. cənubi Gürcüstan ərazisindədir. Bu addan Zazolali təxəllüsü meydana gəlmişdir. Həmin təxəllüsü isə Rızayev Nuri adlı bir şəxs daşıyır.

Kalmıkiyada yaşayan Süleyman adlı bir Axısqa türkü də Zazolali təxəllüsünü götürmüşdür.

Sise adlı kənd də Gürcüstanda yerləşir. Astarxanda yaşayan Vəhli adlı bir şəxs bu toponimlə bağlı Siseli təxəllüsündən istifadə edir.

Kikinet toponimindən Kikinetli təxəllüsü əmələ gəlmişdir ki, bu təxəllüsü də cavab Kikinetli adlı bir şəxs daşıyır. cavab Kikinetli Axısqa türklərinin məşhur pəhləvanlarındandır.

Qafur Hüseynov adlı bir şəxsin də təxəllüsü Kikinetlidir.

Entel kənd adından Entelli təxəllüsü yaranmışdır ki, bu təxəllüs də Bədəlağa adlı bir şəxsə məxsusdur. Bədəlağa Entelli də axısqalıların məşhur pəhləvanlarındandır.

Gürcüstanda Axısqa türklərinin məskunlaşdığı kəndlərdən biri də Qorqisimda adlanır. Abbas adlı bir pəhləvan Qorqisimdalı (Abbas) təxəllüsünü özü üçün seçmişdir.

Təxəllüslər təkcə kişilərə məxsus deyil. Axısqa qadınları da bir sıra təxəllüslərdən istifadə etmişlər: Gülxanım Binəli qızının təxəllüsü Laşe kəndinin adı ilə Laşeli əlaqədardır.

Axısqa türkləri familiyalar əvəzinə ata adından daha çox istifadə edirlər. Bunun üçün oğli, qızi sözlərindən istifadə olunur.

1) oğli sözü ilə düzələn ata adları. İlim Şahzadə oğli, Məhəmməd Paşali oğli, Köşəli Bəhri oğli, Murad Əfət oğli, cumali Murad oğli, Müsəddin Seyfəddin oğli, Eyvaz Əməz oğli, Məhəmməd Dərvişoğli, İlyas Hüseynoğli, Şahbəndər Muradoğli, Alı Sədimoğli və s.

2) qızi sözü ilə düzələn ata adları: Səriyyə Mirnağı qızi, Səbriyyə Mizan qızi və s.

Belə ata adları da tipikliyi ilə seçilir.

"İ" - şəkilçili familiyalar da qismən yayılmışdır. Məsələn: Bayram Muslimi, Əli Səbri.

Bayraxdarov familiyalı antroponimlər də çoxdur. Bu familiya bütöv bir nəsli əks etdirir. Nəsrətdin Bayraxtarov, Mövlüd Bayraxdarov, Rza Bayraxdarov, Rasim Bayraxdarov və s. Bu familiya tipik deyil. Çünki ov, şəkilçisinin iştirakı ilə əmələ gəlmişdir. Şimşək Dursunov, Şimşək Aytayev, Vahid Validov, Məhəmməd Usmanov, Bəxtiyar Faxlulov və s. kimi familiyalar da tip olmaması ilə fərqlənir. -ova, -yeva şəkilçili qadın familiyaları da çoxdur: Xuşminaz Binaliyeva, Gülzada Faxlulova, Satun Fayzulova, Taci Kamalova, Zülfiyyə Mürsəlova, Gülsara Mövlüdova və s.

Axısqa türklərinin antroponimik sistemində şəkilçisiz familiyalar, yalnız şəxs adından ibarət olan familiyalar da üstünlük təşkil edir. Belə adlar da spesifikliyi ilə seçilir. Məsələn: Ömər Faiq, Hüseyn Çəlik, İlim Səfil, Güləhməd Şahin, Məhəmməd Zəki, Rza Şahvələd, Sabircan Toraman, Zeynul Yektay və s.

Bu mürəkkəb quruluşlu antroponimlər türk dilinin tə"siri ilə formalaşmışdır. Müasir Türkiyədə belə antroponimlər çoxluq təşkil edir.

Tipik olmayan, fars mənşəli zadə şəkilçili familiyalar da az da olsa işlədilir. Məsələn: Şəfiqəxanım Əfəndizadə.

Familiyalarda interferensiya hadisəsi müşahidə olunur Məsələn:

Azərbaycan dilində, Minəliyev Elmdar ad və familiyası axısqalıların dilində Binaliyev İlimdar şəklindədir.

Əksər ad və familiyalar Azərbaycan ad və familiyaları ilə oxşarlıq təşkil edir. Lakin son illər türk modelinə uyğun ad və familiyalar formalaşmaqdadır. Məsələn, Məhəmməd Zəki, Zeynul Yektay, Rza Şahvələd, Nasim Dunmas və s.

Tipik olmayan familiyalar regional tə"sirlərin nəticəsidir. Həmin tə"sirlər rus, gürcü, özbək və qazax dillərinin nəticəsidir.

Tipik olmayan familiyalar, demək olar ki, şəxsin istəyi və soy-kökü ilə bağlı deyil, burada yad dillərin, yad faktorların tə"siri danılmazdır. Məsələn, Axısqa türkləri Vətənə dönmək üçün məcburiyyət qarşısında qalıb öz familiyalarını dəyişmək istəmişlər. Bu fikrə biz "Vatan aski" qəzetinin səhifələrində rast gəlirik. Burada oxuyuruq: "Son zamanlar xalq arasında başxa-başxa ideyalar yayılmaxdadur. Bazilari familiya və millətini degişmax yoluni doğri sayiyer, bu yolinan Vətənə dönəcəğımizi düşüniyerlar. Bu yolda "Komsomolğskaə pravda" /02 aprel 1992-ci yil/ qəzetində çıxan məqalə də xalqi şaşurdiyer. Bütün bunlar bir qrup mə"nəviyyatca düşgün adamların quramasıdur" [70].

Gürcülər də Axısqa türklərinin gürcü familiyaları qəbul etdiyini təsdiqləyirlər. Məsələn, Mayya Purtseladze "Qarı düşmən dost olmaz" adlı məqaləsində /məqalə tərcümədə "Vətən eşqi" qəzetinin noyabr 1992-ci il sayında dərc edilmişdir - İ.K/ Axısqa türklərinə düşmən münasibət bəsləyərək bir şahidin - Georgi Velicanaşvilinin dilindən yazırdı ki, familiyaları gürcü familiyası olsa da, məgər gürcüdürlərmi?

Əslinə baxanda, Georgi adlı bu şəxsin familiyası olan Vəlican türk adıdır.

Tipik olmayan familiyalara ən çox gürcü dili tə"sir göstərmişdir. Belə ki, mə"lumdur ki, 20-30-cu illərdə Axısqa türklərinin familiyaları məkrli siyasətin nəticəsində zorla - məcburən gürcüləşdirilmişdir.

N.Marr "Zametki o tureükom əzıke okrestnostey Abastumani" /1937/ məqaləsində 1928-ci ildə Abastumanda Axısqa türklərinin dilinin fonetik və leksik xüsusiyyətlərini öyrənərkən bu siyasətin qurbanı olan həmin xalqın mə"ruz qaldığı problemləri göstərir. N.Marr yazır: Ne uqlubləə voprosa o tom, kak imenovatğ mestnıx törok: adjarskimi, djavaxskimi ili mesxskimi, ə otmeçu tolğko, çto sami sebə oni nazıvaöt törkami, toçnee adjarskimi törkami, qruzinami - turkami, a to inoqda qruzinami - musulğmanami. Vozmojno, çto poslednee obstoətelğstva, uslojennoe tem, çto mnoqie törki nosət qruzinskie familii, əvilosğ priçinoy otsutstviə mestnıx törok v spiske narodnostey SSSR [137, 27-31].

Beləliklə, məkrli siyasət nəticəsində /Stalin siyasəti/ Mesxet-Axısqa türklərinin soykökündə dəyişiklik edilmişdir. Bir çox ad və familiyaları gürcüləşdirilmiş, bir sıra el şairləri Aşıq Mahmud Yaralaşvili, Aşıq Murad İsparaşvili, Yetim Gürcü, Aşıq İşva və b. gürcü sənətkarları kimi təqdim edilmişdir. Halbuki həmin sənətkarların dili, istifadə etdikləri qaynaqlar, öncə milli kolorit həmin sənətkarların əsərlərinin Axısqa türklərinə mənsub olduğundan xəbər verir.

İndi də gürcü familiyalarını daşıyanlar az deyil. Həmin familiyalar dze, şvili şəkilçiləri vasitəsilə əmələ gəlmişdir.

1) dze - şəkilçili Axısqa türklərinə məxsus familiyalar: Zakir Tutadze, Sariya Lomidze və s.

2) şvili - şəkilçili Axısqa türklərinə məxsus familiyalar: Xəlil Quzalaşvili, Lətifşah Barataşvili, Trubkay Xəlil Quzalaşvili və s.

Assimilyasiya - gürcüləşmə meylinin nəticəsində Axısqa türklərinin bə"zi dərnəkləri /məsələn, "Kısna" dərnəyi/ - bizlər, Axısqa türkü deyilik, Axısqa gürcüləriyik - deyirlər, beləliklə, özlərini əsil türklərdən ayırmış olurlar.

Axısqa türkləri Qazaxıstanda da uzun müddət yaşamışlar. Bu uzunmüddətli məskunlaşma onların ad və familiyalarına da öz tə"sirini göstərmişdir. Raxmatullin, Mustafina familiyaları axısqalıların Qazaxıstan ərazilərində tarixən yaşamaları, qaynayıb-qarışmaları ilə əlaqədardır.

Axısqa türkləri adın /şəxs adı/ ixtisar və əzizləmə formalarından çox istifadə edirlər. İxtisar və əzizləmə formaları aşağıdakı morfoloji göstəricilərlə əmələ gəlir:

-oş şəkilçisi ilə: İdoş /Hidayət/, Xadoş /Xədicə/, Saboş /Səbriyyə/, Teloş /Telman/ və s.

-ış4 - şəkilçisi ilə: Bunun üçün sözün birinci hissəsi /iki və ya üç səs/ saxlanılır və üzərinə həmin şəkilçi əlavə edilir: İbiş /İbrahim/, Diliş /Dilarə/, Fatış /Fatimə/ və s. Bu formalara Azərbaycan antroponimik sistemində də rast gəlinir.

-ir şəkilçisi ilə: Kibir /Kəbirə/, Fikir /Fikriyyə/ və s.

-ik şəkilçisi ilə: Sürik /Süreyya/, Mizik /Mizayya/, Nazik /Nizami/ və s.

-o şəkilçisi ilə: Sabo /Səbriyyə/, Kibo /Kibriyya/ və s.

Bə"zi hallarda sözün ilk iki hecası saxlanılır və heç bir şəkilçi əlavə edilmir. Məsələn: Fati /Fatimə/, Xədi /Xədicə/ və s.

-at şəkilçisi ilə: Faxat /Fərhad/, Xənzət /Xənzədə/ və s.

Adda baş verən belə hadisələrə, əsasən, Azərbaycan dilinin Naxçıvan və Ordubad dialektlərində və bə"zi türk dilinin dialektlərində rast gəlmək olur [66, s. 137].

Axısqa türkləri hörmət əlaməti olaraq adın sonuna dədə, nənə sözlərini (qohumluq terminləri - İ.K) əlavə edirlər: Məlik dədə, Kibar dədə, Əhməd dədə; Gülcan nənə, Səkinə nənə, Göyərçin nənə və s.

Ləqəblər axısqalılar arasında çox yayılıb. Ləqəblərlə müraciət dəb halını alıb. Hər kəsi öz işinə, sənətinə, məşğuliyyətinə görə adlandırmaq əsas xüsusiyyət kimi diqqəti cəlb edir. Sənətkarlıqla bağlı ləqəblər intensivliyi ilə seçilir: Davulçu Mərdalı, Davulçu Şahbaz, Qavalçı Əhməd, Zurnaçı Şəhmərdan, Zurnaçı Əmirşah, Zurnaçı Mehri, müğənni Müdir, müğənni Nurəddin, müğənni Mikayıl, müğənni Yunis, müğənni Zülfiqar, müğənni Lətif, müğənni Osman və s.

Bu fakt göstərir ki, Axısqa ellərində sənətkarlar çoxdur.

Bə"zi ləqəblərin, təxəllüslərin mə"nasını açmaq çətindir. Çünki bu sözlər xalqdan gəlir. Məsələn: Sürlü Türən, Sabircan Toraman və s.

Axısqa türklərinin antroponimləri nitq hissələri ilə ifadəsinə görə 2 yerə bölünür:

a) İsmi antroponimlər;

b) Fe"li antroponimlər

İsmi antroponimlər adlardan qurulur: Səbriyyə, Mizan, Dərviş, Məhəmməd, Şimşək, Müşür, Nihad, Sazair, cabir, Şəhri, Xasan və s.

Fe"li antroponimlər fe"llərdən ibarət olur: Bunlar sadə, düzəltmə və mürəkkəb olur.

1) Sadə formada olan fe"li antroponimlər: Turdi, Tursun və s.

2) Düzəltmə formada olan fe"li antroponimlər: Yitgin (Qomoroli).

3) Mürəkkəb formada olan fe"li antroponimlər: cumaqeldi, Xudaberdi, Berdişükür, Keldimühəmməd, Dursunmühəmməd, Qurdumurad və s.

Fe"li antroponimlər bütöv və yarımçıq formalarda müşahidə olunur. Bu adların həm birinci, həm də ikinci tərəfi fe"llərdən əmələ gəlir.

1) Birinci tərəfi fe"ldən ibarət olanlar: Berdimurad, Keldiilim və s.

2) İkinci tərəfi fe"ldən ibarət olanlar: cumaverdi, Tanrıberdi, Dustkeldi və s.

Axısqa türklərinin antroponimikasına məxsus xüsusiyyətlərdən biri şəxs adı, ata adı və familiyanın əvvəlinə hansı kənddən olmasının göstərilməsidir. Konkretləşdirmə baxımından bunun əhəmiyyəti çoxdur. Bu faktı aşağıdakı cədvəldə göstərə bilərik.

Kəndin adı Nəslin adı Şəxsin adı Ata adı Familiya

Laşeli

Varxanlı

Saxanlı

Varxanlı

Xarcamlı

Varxanlı

Saxanlı

Xerolu

Pulateli

Adıgünlü

Axısqalı

Saxanlı

Abastubanlı

Utqusubanlı

Axısqalı

Soxdeli

Çiçolu

Saxanlı

Saxanlı

Kikinetli

Kikinetli

Çinabetli

Ziqlalı

Senibanlı

Pulateli

Pulateli

Pulateli

Xerolu

Kikinetli

Pulateli

Abastubanlı

-

Mollakillərdən

Baxçacigillərdən

Puşukgillərdən

Tellogillərdən

Dabaxgillərdən

-


Poteləgillərdən

Kuşogillərdən

Muxtarpaşagillərdən

-

-

Hacıgillərdən

Topaloğullarıgildən

-

-

-

-

-

-

Mahmudgillərdən

Torogillərdən

-

-

Kuşogillərdən

-

Hamidağagillərdən

-

-

Qayadədəgildən

Hacıgillərdən

Hemidağakillərdən

-

Gülxanım

Yıldız

A. Nəcihə

Bahar

Sənəm

Zümrüd

Ruqiyyə

Məlik dədə

Gülcan

Məhəmməd dədə

Pambux

Ömər

Katib

Nəriman

Aygün

Hədiyyə

V. Xeyransa

Nəcihə

Rəhimə xala

Tuntul

Süsən

Göyərçin

Satun

Göyərçin

Gülcan

Güllər

Şüşə

Züleyxa

Tuntul

Binəli qızı

Süleyman qızı

Əhməd qızı

Ürfan qızı

a) Həşim qızı

-

Osman qızı

-

Süleyman qızı

-

-

-

Aslan oğlu

-

-

Abdulla qızı

Mirzə qızı

Əhməd qızı

-

Yunus qızı

Salah qızı

-

Qoçali qızı

Sarı qızı

Süleyman qızı

Məhəmməd qızı

-

Aslanova

-

-

Aslanova

-

Türəkova

Səlimova

-

-

-

Kamalova

Səlimov

Aslanov

Dursunov

Kamalova

-

-

-

-

Tahirova

Eyyubova

Çaxalova

-

-

-

-

-

Əliyeva

Tahirova

Müftiyev

Aslanov

Mirabov

Dədəyeva*


------------------

* Qeyd: Dəqiq mə

Yuxarıda qeyd olunduğu kimi, Axısqa türklərinin bir-birinə çox vaxt adla yox, məhz ləqəblərlə müraciət etmələri qədim magig təsəvvürlərin, insanı şər qüvvələrdən qorumağa yönəlmiş ad yasağının qalığıdır. Asif Hacılı "Axısqa türklərinin etnik mədəniyyəti" kitabında onların ləqəblərini də toplamış və geniş yayılmış ləqəblərə aşağıdakıları nümunə göstərmişdir: Aprak /tənbəl/, Beç səmə /yelbeyin/, Verasiya /avara, səfil/, Qaraquyruq /yekəbaş, lovğa/, Şoşi /acgöz/, Hoyrat /eybəcər/, Quduz böcek /əsəbi, çılğın/, Nakubal /balacaboy/, Paşa /səfil, veyil/, Peçxat /hərfi mə"nası - köhnə süpürgə, məcazi mə"nası əl-ayağa dolaşan adam/, Gecrəvi /dəcəl, zəhlətökən/, Xınzır /kobud, qara adam/, Tazlax, sırıx, Filiç boyli /uzun, nazik adam/... Bundan başqa, fərdi ləqəblər də var. Ağzıqara Rəhim, Zarxoş Qafur, Qanli Osman, Qurd Çələm, Dındıl Xəlil, Tilos Xəlil, Atqafa Məcid, Zıbıl Məhlüd. [27, s.89].

Fərdi ləqəblər arasında Sabircana məxsus Toraman, İlimə məxsus Səfil ləqəbləri də seçilir. Trubkay Xəlil, Qınali Gülşən ləqəbləri də maraq doğurur.

Nəsil adları - taxımlar

Nəslin mənşəyi çox zaman nəsil adında - taxımlarda təsbitlənir.

Axısqa türklərində nəsil adları - taxımlar soy-kök, peşə-sənət, tarixi xidmətlər və s-dən doğur. Hər bir taxımda bir neçə ailə, familiya birləşir. Məsələn, hal-hazırda Saatlı rayonunun Varxan kəndində yaşayan Abastubanlı Hacıgillər nəslinə - taxımına dörd familiya (Hüseynov, Akifov, İbrahimov, Aslanov) aiddir. Axısqa türkləri, əsasən, bu məqsədlə - gil və -lar, -lər morfoloji göstəricilərindən istifadə etmişlər.

Hər bir türk kəndi müxtəlif uruğlardan - taxımlardan ibarətdir. Bə"zi kəndlər üzrə taxım nümunələri bunlardır:

Varxan - Baxçacikil, Abdullagil, Balcigil, Həsrətgil, Dabaxgil, Badurgil, Hasanağagil, Mollagil, Reşidağagil, Tillogil, colakgillər, Bampagil və s.

Seniban - Hasangil, Torogil, Qoçagil, Çolokgil, Qukyagil, Tosoygil və s.

Abastuban - Hacıgil, Eyyubağagil, Mehrigil, Puşolar, ciftçigil, Saracoğullarıgil, Qaxgil, Abdıgil, Səfərdədəgil, Xurşidağagil, Hüsigil, cebeçigil;

Laxis - Mollagil, Dəmircigil, Qotomangil, Türənağagil, Sulmağagil;

Kikinet - Eyyubgil, Toromangil, Çobangil, İsmayılemigil, Alıemigil, Qoryagil, Musagil, İstanbolligillər, Mahmudgillər, Yetimgil;

Pulate - Qayadədəgil, Hemidağagil, coşğundədəgil, Təmiroğullarıgil, Əcərəlilər, Dursundədəgil, Yuxalar, Husogil, İşıqdədəgil, Ömürdədəgil, Quşogil, Durajalar, Yeqanağagil;

Utkusuban - Topaloğullarıgil, Şamanlar, Xocagillər, Moşolar;

Xero - Üzeyirlər, Boranlar, Abdurazaxlar, Totoşlar, İbişlər, Arabağullarıgil;

Zediban - Hacıoğullarıgil, Altunoğligil, Həsrətlər, Memişlər, Kurtaoğullarigil;

cela - Balaşgil, İbogil, Lazgil, Tosogil, Kirtanolar;

Adıgün - Alışangil, Poladgil, Şeyixgil, Xalidgil, Zəkimgillər, Lanqolar;

Çeçla - Yavanoğullarigil, canioğullarıgil, Mollagillər, Qırtseloğligil, Yaholar, Dadaşoğullarıgil;

Qortuban - Dursunağagil, Qarasupogil, Sivitlər, Çeçelgillər, Mollaosmangil;

Xeveşen - Kekeçgillər, Haytagil, Qırımlar, Qurbangil, Gidellər;

Zanav - Bayraqdarlar, Dədəgil, Qoçaligil, Danağigil, Hüseynağalar, Reşidağalar, Yetim İbrahimlər və s.

20-ci yüzilliyin əvvəlindən yeni nəsil adları - familiyalar meydana çıxmış, məşhur ziyalı nəsilləri olan Ne"manzadələr, Pepinovlar, Emilzadələr və başqalarının yeni tipli taxımları bütün Qafqaza yayılmışdır.

Axısqa türkləri familiyalarının mənfur siyasət nəticəsində dəyişilməsinə qarşı da e"tiraz səsini qaldırmışlar. Filologiya elmləri doktoru Məhərrəm Qasımlı Qazaxıstanın combul vilayətində elmi səfərdə olarkən Axısqa türklərinin də nümayəndələri ilə görüşüb söhbət edib. Müşür baba ilə olan söhbət familiyalara, soy-kökə münasibət baxımından maraq doğurur. Həmin söhbəti olduğu kimi burada verməyi məqsədəuyğun sayırıq:

Müşür baba:

- Bizim oymaqlarımız binayi - qədimdən Anadolu bölgəsinin torpaqları sayılıb. Sonradan sərhəd çəkiblər, biz qalmışıq bu üzdə. Yadımdadır, davadan qabaq əlləşirdilər ki, bizi türklükdən çıxarsınlar. Özü də nə desələr yaxşıdır. Min bir yalan-palannan uydururdular ki, bəs biz qədimlərdə gürcü olmuşuq, sonradan bizi zorla türkləşdiriblər. Bu torpaqlar da qədim gürcü torpaqlarıdır. Odur ki, gərək biz təzədən qayıdıb gürcüləşək. Çox deyirdilər, yazıb-pozurdular, di gəl bir kimsənin ağlına yerləşdirə bilmirdilər;

- Baba, bəs sənin familiyan niyə Paşaladzedir?

Elə biləsən nəsə yarasına toxunur. Sinədolusu qullab vurub söhbətini bir az da isidir:

- Söhbətimi elə oraya gətirirəm, oğul. Qəsdən eləyiblər. Gördülər özümüzü gürcüləşdirə bilmirlər, başladılar familiyalarımızı dəyişməyə.

Biz türklərdə familiya məsələsi belədi ki, babanın adına "oğlu" sözü qoşulur. Mənim babamın adı Paşa olub. Bizə də Paşa oğlu deyiblər. Di gəl ki, pasport verəndə Paşaoğlunu zorla çevirib yazdılar Paşaladze. Qonşumuz Dadaşoğluydu, elədilər Dadaşidze. Bir para adları dəyişəndə qəsdən korlayıblar. Mənim xalauşaqlarım var. Zeynaloğlu tayfasıdır. O vaxt zorla yazıblar Zenişvili. Hərəni bir yolla kökündən azdırmaq istəyirdilər. Gündə bir hoqqa çıxardırdılar.

- Müşür baba, bəs sonra niyə fikirlərini dəyişdilər. Gürcüləşdirmək istədikləri bir elə əhalini ilan mələyən səhraya sürgün elədilər?!

- Mən bilən baxdılar ki, baş tutan iş deyil. Bizi türklükdən çıxarmaq çətin məsələdir. Özü də bizim haqq-hesabla Stalin, Beriya şəxsən maraqlıydı. Dava vaxtı əllərinə girəvə düşdü.

Axısqa türklərinin soy-kökündə olan məcburi dəyişiklik onların mə"nəviyyatını sarsıtmadı. Onlar türk adını yüksək şəkildə qorudular. Məhərrəm Qasımlı bu yenilməzliyi aşağıdakı şe"rində çox gözəl əks etdirmişdir.

Sökülməyən bənd-bərələr sökülər,

Dəli çaylar yatağından çəkilər,

Dağlar - daşlar əriyib də tökülər,

Türklüyümüz yenilməz!

Qarı düşmən, yüz dəyişsin adımız,

Qandan getməz dədə-baba odumuz,

Gör nə deyir sümüyümüz - südümüz,

Türklüyümüz yenilməz!

Sən ha çalış azdırasan yolunu,

Tanıyaram ulusumu - ulumu,

Bağlasan da qanadımı-qolumu,

Türklüyümüz yenilməz!

Biz qartalıq, tükü-tükdən seçərik,

Gərək olsa, çəkib ağı içərik.

Qanlı-qanlı qılınclardan keçərik,

Türklüyümüz yenilməz!

Müşür baba, söylədiyin o sözü,

Tanrı qanımıza yazıbdı özü,

Qadir mövlan belə yaradıb bizi -

Türklüyümüz yenilməz! [39, s. 53-55]

Soyadların assimiliyasiyası tarixi bir prosesdir. Bu proses bir sıra səbəblərlə və sosial amillərlə bağlıdır. Soyadların assimiliyasiyasına iki amil tə"sir göstərir: a) linqvistik amillər; b) sosial amillər. Linqvistik amillərin tə"siri müsbət və mütərəqqi tə"sirdir. Bu istiqamətdə daha çox milli soy-kökə qayıdış ifadə olunur. Soyadlar bu zaman milliləşdirilir, həmin dilin özünəməxsus qayda-qanunlarına uyğunlaşdırılır.

Qeyd etmək lazımdır ki, türkdilli soyadlarımız əsrlər boyu assimiliyasiyaya mə"ruz qalmış, xalqın özü də bilmədən bu adlarda müəyyən əməliyyatlar aparılmış, zorakı tə"sir millətin mə"nəviyyatına, tarixi-etnik mədəniyyətinə, milli varlığına hopmuşdur.

Soy-kökdə olan əməliyyat-proses "Özününküləşmə siyasəti" ilə bağlı olmuş, türklər heç özləri də bilmədən gürcü və digər familiyaları qəbul etmişlər. Axısqa türkü cüməli Rasidzenin də bu haqda fikri dediklərimizi təsdiqləyə bilər. "Ədəbiyyat və incəsənət" qəzetinin müxbiri soruşur ki, cüməli əmi, bəs niyə familiyanız Rasidzedir? - "Eh, onun da uzun tarixcəsi var. O vaxt Gürcüstanda yaşayarkən bizə zorla bu famili verdilər. Özbəgistanda dəyişmək istədik, qoymadılar, dedilər ki, olmaz. Yuxarıdan belə tapşırıblar. Qaldıq məəttəl. Bəlkə indi familimizi dəyişib əslimizə, soy-kökümüzə qayıdaq... [19, 27.10. 1989].

Əlipaşa Ənsarov "Ahıska türkləri" kitabçasında gürcü millətçilərinin türklərə qarşı çox uzaqgörən bir siyasət yeritdiyini, vəzifə başına keçmək istəyənlərə gürcü familiyaları qəbul etməyi təklif olunmasını göstərmişdir, "Ahıska türkləri arasında zamanın bu ağır millətçilik təzyiqinə, tələbinə boyun əyənlər də oldu, familiyalarını dəyişdirənlər də... Əhali arasında belə bir ictimai fikir yaratmağa çalışdılar ki, guya Ahıska türkləri mənşə e"tibarilə gürcüdürlər, yə"ni gürcüdən dönmədirlər. Adamların bir qismi bu fikrə inansa da, böyük əksəriyyəti bunun təbliğat olduğunu duyur, "biz gürcüdən dönmə deyilik, türkük. Həqiqi türk heç vaxt öz dinindən, millətindən dönməz! [24, s. 7].

"Vətən eşqi" qəzeti Y.Sərvərovun "Podlostm i lijemerie-udel izmennikov" adlı məqaləsində (3 mart 1992-ci il sayında) "iskonnuö familiö" daşıyanların siyahısını və onların dönük çıxmasını göstərmişdir: Matanidze-Matanov Boxoder (Oşoroli), Korodaşvili - İskanderov Alixan (Abasdumnni), Şavadze-Mamedov Munur (Muxeli), Şavadze Şukri (Kexvanni), Dursunov - Manədze Fatul (Üaxanni), Koçaliev - Koçalidze Said (Zanovli) və b. [169, 03.03.1992].

Şamil Qurbanov "Vətən eşqi" qəzetində "Məhsəti türkləri" adlı məqaləsində familiyalarda baş verən repressiyanın səbəbləri haqqında yazırdı: Türklərin bə"zilərinin gürcü familiyası daşımasına gəldikdə, demək lazımdır ki, əvvəla, familiya hələ milli mənsubiyyətin yeganə ölçüsü deyildir. Rus familiyası ilə çoxlu gürcü (Sisianov, Mouravov, Andronikov və s.) vardır ki, onların gürcü olduğunu heç kəs inkar etmir. İkincisi, o zaman gürcü familiyasını daşıyan türklər buna ciddi əhəmiyyət vermirdilər. Gürcü familiyası ilə mollalar da vardır. Görünür, buna başqa cür əhəmiyyət verənlər və gələcəkdə müəyyən məqsəd daşıyanlar olmuşdur [45, 03.03.1992].

Ömər Faiq Ne"manzadə isə vaxtı ilə yazırdı ki, türklərin yaşadığı yerlərdə "ürəklərdən türklük duyğusunu, ağızlardan türk dilini nə cür olsa çıxarmaq" meyli bir vaxt çox güclənmişdir. Hətta türk olan Əlioğlunu məcburən "Alidze" yazmaq və türk familiyalarını bu şəkildə dəyişmək siyasəti baş vermişdir [9, 18.01.1917]. Lakin onlar qəlbən də, ruhən də türklüyündə qalmışlar və indi də qalırlar.

 
 

© WebMaster: CAhid KAazimov - cahidbdu@yahoo.com - {WebStar} - Muellif huquqlari qorunur.

Bu sehife qedim tarixe malik Axiska turklerinin etnik tarixi, medeniyyeti, dilinin fonetik, leksik, onomastik, semantik, morfoloji ve sintaktik xususiyyetlerinin sistematik tesvirini ehate edir. Muellif ilk defe olaraq bu dilin ses sistemi, luget terkibi, qrammaik qurulushunun genish ve aydin menzeresini yarada bilmishdir. Meslehet, teklif, fikir ve iradlarinizi cahidbdu@yahoo.com-a gondermekle muellifle elaqe saxlaya bilersiniz...

© 2002-2003, www.axiska.narod.ru - Muellif huquqlari qorunur (© Ismayil Kazimov).

 

Ismayil Kazimov
Hosted by uCoz