Axiska (Mesxet) turklerinin dili
İXTİSARLAR

GİRİŞ

I FƏSİL. AXISQA TÜRKLƏRİNİN DİL VƏ ETNİK TARİXİNƏ BİR NƏZƏR

II FƏSİL. FONETİKA

III FƏSİL. LEKSİKA

3.1. Əsas leksik fond

3.1.1. Əkinçilik leksikası

3.1.2. Kənd təsərrüfatı və bostançılıq leksikası

3.1.3. Heyvandarlıq leksikası

3.1.4. Məişət leksikası

3.1.5. Mərasimlərlə (toy mərasimi) bağlı leksika

3.1.6. Xalq musiqi alətlərinin və oyunların adları

3.1.7. Bə'zi bəzək (taxıncaq) adlarının leksik-semantik xüsusiyyətləri

3.2. Alınma leksika

3.3. Terminoloji leksika

3.3.1. İnsanın bədən üzvlərinin adları

3.3.2. Ay, gün, həftə və astronomik adlar

3.3.3. Xalq təbabəti terminləri

3.3.4.Heyvan adları (Zooloji terminlər)

3.4. Regional tə'sirlər, kənara çıxmalar

3.5. «Dədə Qorqud» və Axısqa dil uyğunluqları

3.6. Türk və Azərbaycan ədəbi dilləri ilə ortaq olan sözlər

3.7. Dilin şivələri

3.8. Gürcü substratları

3.9. Gürcü dilində Axısqa türklərinin dilinin elementləri

3.10. Onomastik leksika

3.10.1. Antroponimlər

3.10.2. Toponimlər

3.11. Sözün semantik strukturu: əsas semantik proseslər

3.12. Frazeoloji vahidlər

IV FƏSİL. MORFOLOGİYA

V FƏSİL. SİNTAKSİS

NƏTİСƏ

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

3.10.2. Toponimlər
Toponimlər bu xalqın etno-linqvistik yaddaşı kimi qiymətlidir. Keçmiş nəsillərin qoyub getdiyi yer-yurd adlarına türklər həmişə həssas münasibət bəsləmiş, haraya sürgün olunmuşlarsa, yeni məskən saldığı yerlərə keçmiş məskənlərinin adlarını vermişlər. Bir vaxt Türkoba adı (Böyük və Didi Türkoba) cənubi Gürcüstanda məşhur idi. 1944-cü ildə buradan sürgün olunanda həmin toponimi də özləri ilə Özbəgistana apardılar, oradan ikinci dəfə buraya - Azərbaycana - Abşeronun Şurabad qəsəbəsinə gətirdilər. Yeni salınan kəndə Türkoba adını verdilər. Adı yaşatdılar. Təskinlik tapmaq üçün. Tarixi birliyi yaşatmaq üçün. Eləcə də Axısqa, Adıgün, Azqur, Zeqan, Oşora və digər toponimlər düz 46 ildir ki, yeni-yeni regionlarda öz varlığını qoruyur. Bu əlamət milli mədəniyyətə, el-obaya ehtiramın böyük ifadəsidir.

Axısqa türkləri cənubi Gürcüstanda, Özbəkistanda, Qazaxıstanda, Azərbaycanda, Türkiyədə, Rusiyanın bir çox bölgələrində yaşamışlar və orada həm milli toponimlərdən, həm də yerli coğrafi adlardan istifadə etmişlər.

cənubi Gürcüstanda 300-dən çox türk kəndi qeydə alınıb: Əsasları bunlardır: Axısqa, Adıgün, Azqur, Apiyet, Axaşen, Arzine, Aqara, Amxer, Abastuban, Anni, Aqobil, Andal, Axılkələk, Badela, Bağdad, Balağul, Bolazul, Boqal, Borcom, Bennara, Varxan, Vale, Qaratuban, Qortuban, Qacvi, Qoders, Qorqul, Qorza, Qomoro, Qurgel, Ququnavur, Quratuban, Dersel, Aşağı Entel, Yuxarı Entel, Ərdahan, Böyük Zanav, Küçük Zanav, Zarzin, Zazala, Zarumali, Zir, Zigilə, Zeqan, Zediban, Zedeqav, Mivital, İcaret, İncqola, Kortok, Kexvan, Kaxaret, Kılde, Kikinet, Kasaraul, Laşe, Lelivan, Muke, Marel, Muqaret, Naxurdev, Nəmniyavur, Yuxarı Oşora, Aşağı Oşora, Orala, Orçoşan, Paraxa, Parexəz, Pərvanə, Pulate, Posxov, Papoli, Pamoq, Pelvan, Persay, Qabat, Sanqur, Saxan, Sarbastuban, Sarıqıze, Saxtev, Sakunet, Sabzara, Silvan, Sirə, Sivri, Sixisuban, Səvirmə, Siminda, Seniban, Sinil, Sıqara, Böyük Smada, Küçük Smada, Sür, Sulis, Tatonis, Toloş, Temlala, Tisel, Tutacuval, Ude, Utqusuban, Xuro, Xevsşen, Çela, Çeçla, Çixicuban, Çisey, Çarel, Çıxeli, Çörxey, Çurçut, Çüntə, Çursutal, caxsu, cela, caxsma, cüntəy, Şolavər, Şokay, Şurda.

Axısqa türklərində bu və ya digər toponimik adlar müqəddəs anlamlardandır. Heç bir türk adi danışıqda doğma yerin adlarını konkretləşdirmir - Vətən deyir. Bu kövrək yasaq nə qədər mifik əskilərə gedib çıxır. Demək olar ki, hər bir uşaq nağıllarına çevrilmiş bu yerlərin - Azqur, Adıgün, Axısqa, Varxan, Abastuban, Axılkələk, Zediban, eləcə də onlara qardaş olan Ağbulaq, Sarvan, Başkeçid, Qarayazı obalarının doğma adlarını, nadir təbiətin gözəlliyini bütün ruhuyla hiss edir [27, s. 40-41].

İndi bu xalqa məxsus olan toponimik adlar çoxlu şe"r və nəğmələrdə saxlanılır. Aşıq Məhəmməd Səfilinin 38 bəndlik bir qoşmasında bu xalqa məxsus olan 100 kəndin adı çəkilir, onların xarakteri açılır.

Səvirliya - xoşməkan, sudların yeri,

Apiyet də yaxşıdır, kalmazlar geri,

Kortubanda Rəşid xoca Ərənlər piri,

Zeduban da ziyan verur o yana.

Varxani yaxşı gördüm, çarşibazari,

Sabzara ağalarına eylə nəzəri,

Xarcam camisində oxunur əzəni

Yoxari nəzər et - Abastubana

Adıgendə oturur paşazadələr,

Çalğılar çalınur, türli sədələr,

Xizmətdə dolanur, verür badələr,

Haxlızu aldurur, olman divana.

Karatubanda saqilər olmuşlar haci,

Pelvanni Nuri xoca - başımın taci,

Xeyrat camilərinə verür kirəci,

Sarayi-dövlətdür, sahib-zamana.

Getdim Kexvana, çəkmək talaşi,

Süngəret halvasi, ətməgi-aşi,

Daima mət edem molla Kələşi,

Dəliğanliləri bənzər huri qılmana.

Bəxşi bek əfəndi, öpərim əlin,

Allah bağışlasın dövlətin-malın,

Kərəm et, görəyim Korkulun halın,

Nəzər etdim, çox xor baxırsan bana.

X X X

Axısqa yıxılmış, olmişdür əsir,

Nə kilim kalmişdür, nə əski xasır,

Əhmədiyyə camisi olmuşdur yesir,

Ağliyer gözlərim, dolmişdür kana.

Azğur ağaları palto geyinmiş,

Əgdürmüş papaği, faytona binmiş,

Eşitdim, ramazan üç günə enmiş,

Ömər Əfəndi qoymiş əhdi-peymana.

Səfili, et ibadət, kendini kurtar,

Aldanma dünyaya, günəhin yetər,

Nizam-tərəzidə daha çox artar,

Ya rəbbim, kömək ol, sığındım sana.

Aşığın həmin qoşmasında adı çəkilən toponimik vahidlərin xarakterik cəhəti odur ki, burada türk, qafqaz və slavyan mənşəli coğrafi adlar - kənd adları yanaşı mövcuddur. Bu toponimlərin bə"zilərinin mənşəyi və mə"nası tam aydın deyil. Bu, müəyyən dərəcədə onunla bağlıdır ki, bir sıra yer adları - kənd adları bizə təhrif olunmuş şəkildə gəlib çatmışdır. Bə"ziləri isə fonetik dəyişikliyə uğramışdır. Məsələn, aşağıdakı toponimlər gürcü dilinin fonetikasına uyğun olaraq təhrif edilmiş, ya da onların sonuna a, i səsləri artırılmışdır: Qotura, Pulateli, Qağvi, Tuxi, Laşi, Amxeri, Papoli, Çıxeli, Axali və s.

Bu xalqın el nəğməkarı Müdir də türkülərində daha çox kənd adlarından istifadə etmişdir.

Nerdə kaldı o Zeduban dərəsi?

Eşidilməz suların şərşərəsi,

Yeşil, gözəl Azqurumun meşəsi,

Gəl, dönəlim o yerlərə arkadaş!

Qoşmada adı çəkilən türk kəndləri və qəsəbələri: Dersel, Kexvan, Zeduban, Pulateli, Qortuban, Apiyet, Adıgün, Zanav, Qağvi, Nəmniyavur, Ququnavur, Kortox, Çixicuban, Muxi, Çela, Çeçla, Səvirma, Laşi, Zarzmali, Qoders, Utqusuban, Rabat, Sirə, Qorqul, Qaratuban, Pelvan, Sanqur, İcaret, Amxeri, Qorza, Zazala, Kaxaret, Çisey, Xona, Sarbastuban, Marel, Orçoşan, Badila, Papoli, Silvan, Potsxov, Ərdahan, caxsu, Qomor, Böyük Smada, Küçük Smada, Entel, Bolacur, Şolaver, Unçal, Bennor, Şokay, Xero, Xeveşin, Varxan, Sabzar, Xarcam, Abastuban, Çərmük, Saxan, Tutacuvar, Kinkinet, Anı, Zir, Tsiminda, Quratuban, cüntəy, Sürli, Şurda, Boqal, Kılde, Çıxeli, Çurçut, Parexəz, Axısqa, Sakunet, Pamac, Temlal, Çorxey, Sinis, Saxtev, Persay, Muqaret, Zigilə, Aqara, Azqur, Borcom [28, 1989, №7, s. 69].

Mesxeti - cavaxeti Gürcüstanın qədim tarixi - coğrafi ərazisidir. Bu ərazi haqqında aşağıdakı mə"lumatlar regionun toponimik zənginliyini nümayiş etdirir: Bu ərazidə əhali çox seyrək yaşayır. Belə ki, respublikanın hər kv. km. sahəsində 75 nəfər yaşadığı halda Mesxeti və cavaxeti ərazisində 4 nəfər yaşayır. Bu rayonun şəhər və şəhər tipli qəsəbələrində (Ədigön, Axıska, Aspinza, Axılkələk, Baqdanovka və Abastuban) yaşayan əhali sənaye ilə məşğul olur. Atarada şəhər çuğunduru e"mal edilir. Heyvandarlıq, əsasən, cavaxetidə, meyvəçilik isə Samsxe ("Üç qala" - Axısqa) rayonunda inkişaf etmişdir.

Bu regionun iqtisadiyyatının yüksəlməsində Barjam - Axıska - Vale dəmiryolu və avtomobil nəqliyyatının böyük əhəmiyyəti vardır. Abastuban dünya əhəmiyyətli kurortlardan sayılır. [70, 10.04.1952].

Axısqa türklərinin yaşadığı rayonların (5 rayon) adları da fonetik cəhətdən müxtəlif cür tələffüz olunur. Yə"ni, eyni adın bir neçə variantları mövcuddur. Məsələn: Bu variantlarla yanaşı, həmin adların digər əlamətləri (coğrafi şəraiti) "Vətən eşqi" qəzetində aşağıdakı kimi göstərilmişdir.

Adıgeni (Ədigön) - Ədigön rayonun mərkəzidir. Kobliyan çayının kənərindədür. Sahəsi - 1056 km2-dur. Axısxa dəmür yoli stansiyasından 32 km qərbdə, Batumi - Axısxa avtomobil yoli üstündədür. Əhalisi 2,1 bin nəfərdir (1974). Taxta-şalban və limonat zavodlari var.

Axalsixe (Axısxa) - Axısxa rayonunun mərkəzidir. Dəmir yoli stansiyasidür. Batumi, Axarkələk və Borcoma gedan yolların kesişuğidur. Sahəsi 1208 km 2, əhalisi 19,3 bin (1975) nəfərdür. Qonur kömür hasilati mərkəzidür. Nişasta (Kraxmal), şarab, piva, limonat, kirpic zavodlari, ət, ətmək kombinatlari, mebel fabriki, tibbi (med.) məktəbi, kənd təsərrüfatı (selxoz) texnikumu, teatr, muzey var. Orta yüzyilluxlardan qalma Safara monastri Axısxanın yaxınlığundadur. Axıska rayonunda diatomit və əqiq çıxarıliyer.

Aspindza (Aspinza) - Aspinza rayonunun mərkəzidir. Kür çayı kənərində, Axısqa dəmir yoli stansiyasından 34 km cənub-şərqdə, Axısqa-Leninakan şose yoli üstündədür. Ərazisi 796 km2, əhalisi 2,6 bin (1974) nəfərdür. 2 taxta-şalban zavodı, limonat zavodi, qənnadi fabriki, xastaxana, muzey və s. vardur.

Axalkalaki (Axarkələk) - Axarkələk rayonunun mərkəzi, Axarkələk çayının kənərində, Axısxa dəmür yoli stansiyasından 74 km cənub-şərqdədür. Şose yolları kesişuğidur. Sahəsi 1598 km2, əhalisi 11,4 bin (1975) nəfərdür. Yağ-peynir, taxta-şalban, limonat, piva zavodlari, pedaqoji və kənd təsərrüfati texnikomlari var.

Axısqalılar kənd, dərə, dağ, meşə adlarını, ümumiyyətlə, bütün toponimik sərvətlərini türkülərində, manilərində vəsf etməkdən yorulmurlar.

Şe"rlərdə toponimik adlar geniş şəkildə təbliğ olunur. Məsələn, Şimşək Dursunov adlı şair "Vatani qördum" şe"rində Kaxaret, Mlivan, Uraveli, Sonkursya, Avxer, Yayla, Zarzma, Mlaşe kimi yaşayış məskənlərinin adını çəkir.

Kaxaretda veyran qördum vatani

Lelivanin camisi kluba donmiş

Qazdim Uraveli koşama-koşa

Simasi kudratdan çakilmiş taqinan-taşa.

Çixdim Sankureya tutildi dizlarim,

Avxeri veyrana qordi qozlarim

Yaylanin elunda koldi izlarim

Kan aqliyan meşalar qordumda qaldim

Şimşək diyar, qetdim Vatan qazmaya,

Mlaşedan oqradim qeçdim Zarzmaya [70, 01.03.1991].

Axısqa türkləri manilərdə işlətdiyi toponimik adları öz deyim tərzlərinə uyğunlaşdırırmışlar. Başqa sözlə, toponimik vahidlər interferensiya olunmuşdur. Məsələn:

Ağ dəvə düzdə kaldi

Yüki Tevrizdə kaldi

Oğlani sanci dutdi

Dermeni kızda kaldi

x x x

Su gəlür harx uzuni

Qəzəl örter yüzüni

Əgil, Kavkaz tağlari,

Görem yarın yüzüni

Axısqa türklərinə məxsus toponimlərə bə"zi lüğətlərdə və mənbələrdə toxunulmuşdur. Məsələn, V.A.Nikonov "Kratkiy toponimiçeskiy slovarğ" adlı əsərində "Abastuman" adı və mənşəyi haqqında aşağıdakı mə"lumat verir: "Abastumani" - pos. v Qruzinskoy SSR. İz qruzin. Xabaz "pekarğ" i ubani "kvartal". V period persidskoqo zavoevaniə pereosmısleno po naimenovaniə k denejnıx edineü abaz i tuman. Drevnee naze. oüxe, iz qruzin, oçüie "medvejğə berloqa" i xevi "uhelğme" [152, s. 14].

M.M.İzzatov "Mesxeti" toponimi haqqında aşağıdakı mə"lumatı verir: Mesxetiə - gto drevniy qruzinskiy kray. Öqozapadnaə çastğ, Axalüinskiy reqion respubliki v Qruzii. Qeoqrafiçeskoe nazvanie kraə - Mesxetiə - Djavaxetiə. Gto Axalüinskiy, Adiqenskiy, Aspindzevskiy, Axalkalakskiy i Boqdanovskiy rayonı respubliki Qruziə, qraniçahie na suşe s Tureükim qosudarstvom. Gto kray zasnejennıx qor v tesninax oblakov, kanjonov, raspadnov i lesov [123, 02.VIII.1992].

Axısqa toponimlərini mənşə cəhətdən iki qrupa ayırmaq olar:

a) Türk mənşəli toponimlər;

b) Gürcü mənşəli toponimlər.

Türk mənşəli toponimlər oykonim, oronim və hidronimlərdən ibarətdir.

Oykonimlər - yaşayış məskənlərinin adları: Axısqa, Adıgün, Azqur, Axılkələk, Qaratuban, Qortuban, Sarıqıze, Utqusuban, Xırtız, Yenigöy və s.

Eyni kənd adları "yuxarı- aşağı" istiqamətlərinə görə fərqləndirilir. Məsələn: Yuxarı Oşora - Aşağı Oşora, Yuxarı Entel - Aşağı Entel və s.

Asif Hacılı Axısqa mahalının iç dünyasından bəhs edərkən yazır ki, əski etnik xüsusiyyətlərə uyğun olaraq, bir çox kəndlər bir-birilə əkizdir, yə"ni ən"ənəvi cüt quruluşa malikdir: Yuxarı Oşora, Aşağı Oşora, Yuxarı Entel, Aşağı Entel.. Ümumiyyətlə, bu ulu mahalı təbii şərait iki hissəyə bölüb: yuxarı və aşağı kəndlərə. Bu bölgü yalnız təbii-coğrafi deyil, müəyyən etnoqrafik və dil çalarları ilə də əsaslanır. Aşağı kəndlərlə yuxarıların dialekt fərqləri, əsasən, s - ş /istiyiruk - iştiyiruk/, e-ə /emi-əmi/ kimi əvəzlənmələrdə təzahür edir. Türk ədəbi dilinə ən yaxın şivə Axısqa-Azqur şivəsidir [27, s. 41].

Oronimlər - obyekt adları: dağ, dərə, təpə, meşə, qaya, yayla, qışla, tarla, çayır-çəmən, bağ və s. adlar.

Dağ adları: Horos, Persat, Abioğli, Bolacul, Fındıqlı, Çekilli, Didimağa, Askilli, Qanli, Çobanköprüli, Artnal, Dersel, Əcərə, Saxan, Sosola, Sirit, Yalbuz, Yiləsatan, Alazana, Baxacax, cebil, Saburtağ.

Bu adların bə"ziləri dağın bitki örtüyü ilə əlaqədardır. Məsələn, çəkil sözü tut ağacının bir növüdür. Dağ bu ağacla əhatə olunduğu üçün Çekilli adlandırılmışdır. Fındıqlı. Bu dağ fındıq kolları ilə dövrəyə alınmışdır.

Askilli. Oronim Axısqa türklərinin deyim tərzinə uyğunlaşdırılmışdır. Askil - əzgil deməkdir. Bu dağda görünür, əzgil ağacı çoxluq təşkil edir.

Bə"zi Axısqa dağlarının adları antroponimlərlə bağlı olur. Məsələn; Saburtağ /Sabirdağ/ və s.

Dağ adları sadə, düzəltmə və mürəkkəb quruluşda müşahidə olunur.

a) sadə: Horos, Sirit və s.

b) düzəltmə: Çekilli, Askilli /bu adların əmələ gəlməsində -li şəkilçisi əsas rol oynamışdır/.

v) Mürəkkəb: Abioğli /qohumluq termini ilə oğli sözünün birləşməsindən/; Çobanköprüli /çoban və köprüli sözlərindən/, Yiləsatan və s.

Dərə adları: Dersel, Zediban, Sabiyet, Derin, Dörtdaş, Degirman, Sabzara, Çaxi, Uzun, Küknəlli və s. Dərə adlarının bə"ziləri ərazinin bitki örtüyü ilə əlaqədar formalaşmışdır. Məsələn, Küknəlli dərəsi - küknar ağacının çox olması ilə bağlı əmələ gəlmişdir.

Bə"zi dərə adları obyektin həcmi ilə bağlı formalaşmışdır. Məsələn: Uzundərə, Derindərə.

Dərə adları obyektin yerləşdiyi yaxın subyektlə bağlı formalaşmışdır. Məsələn, Dörtdaş, Degirmandərə; bu dərə su, dəyirmanının yanında yerləşdiyi üçün belə adlandırılmışdır.

Dərə adları bu obyektdən istifadə edən heyvan adları ilə bağlı da əmələ gəlmişdir. Məsələn: Qoyundərə - bu dərədə ot çox olduğu üçün qoyun sürülərini burada otarırmışlar.

Bə"zi dərə adları gürcü mənşəlidir: Sabiyet, Çaxi və s.

Təpə adları: Böyük sırt, Naomar sırti, Sekirə sırti, Dorux tepesi, cuvallar tepesi, Satarınbaşi. "Sırt" sözü türk dillərində "təpə" mə"nasında işlənir. Axısqa türkləri həm "sırt", həm də "təpə" sözündən oronimlərin tərkibində istifadə etmişlər.

Meşə adları: Zediban, Qusxana, Qarasu, Melislər, Qostala, Hamzula, Nakal, Qavaxli, Nadqur və s. Bunlardan Qarasu, Qostala, Qavaxli türk mənşəlidir.

Qaya adları: Yaruk, Qüzeyli, Qalabayri, Böyük, İsitmə və s.

"Qalabayri" - yə"ni, qalanın bayırı, çölü mə"nasındadır.

"Qüzeyli qaya" - qayanın qüzeydə yerləşməsi ilə əlaqədar adlandırılmışdır.

Böyük sifəti ilə əlaqədar olan bu qaya adı («Böyük») onun böyüklüyü, əzəməti, hündürlüyü ilə bağlı əmələ gəlmişdir.

Yayla adları: Abastuban, Sarıqaze, Saxan, Xarcan, Varxan, Uravel, Kikinet, Əski, Çoban, Persat, Qaxgilin yaylası, Öküz koxi, Çeçla və s.

Yayla adları da türk və gürcü mənşəlidir.

Türk mənşəli olanlar rəng adı ilə /sarıqaze/, peşə adı ilə /Çoban/, nəsil adı ilə /Qaxgilin yaylası/, heyvan adı ilə /Öküz koxi/, dövrlə, zamanla /Əski/ və s. ilə bağlı yaranmışdır.

Gürcü mənşəlilər: Çeçla, Persat, Uravel, Varxan, Xarcam, Saxan və s.

Yayla adlarının bə"ziləri /Abastuban, Saxan, Xarçam, Varxan və s./ həm də yaşayış məskənlərinin adıdır. Görünür, bu yerlərin adamları getdikləri yaylalara öz kəndlərinin adını vermişlər.

Qışla və yataq adları: Çillər qışlasi, Xurşudun yatağı.

Axısqalılar qışlalarda, əsasən, heyvanları saxlayırlar. Yataqlarda heyvanlar qərar tutur.

Tarla adları: Qaramoğli, Zaden, Qara, Böyük, Uzun, Selasu, Tört, Axaşen, Qostama, Qırıxlar, Nariya, cami, Varazan, Qıraçlar, Çolalar, Sukuletlər, cuvarlar, cumatar, Meydanlar, Qəssabxana, Xerek, Pisara, Gürgənə, Dərə, Qusxal, cuhut, Bağbanlar və s.

Tarla adlarının mə"na və mənşəyi maraqlıdır. Bə"ziləri tayfa, millət /Qaramonoğli, Qırıxlar, Qıraqlar, Bağbanlar, cuvarlar, cuhut/ adları ilə, bə"ziləri tarlanın həcmi ilə /Qara, Böyük, Uzun, Tört/, bə"ziləri müəyyən obyektlərin yaxın və oxşarlığı ilə /Dərə, Selasu, Qəssabxana/ əlaqədar adlandırılmışdır.

Bə"zi tarla adları isə yad dillərin, xüsusən də, gürcü dilinin tə"sirindən yaxa qurtara bilməmişdir. Bunlar aşağıdakılardır: Zaden, Axaşen, Nariya, Varazan və s.

Bağ adları: Gülbaxça,* Qamabaxça, Ardmulbaxça, Çəyürnəbaxça, Kirəzlibaxça, Ömərəfəndibaxçasi, Qazaxlibaxça.

---------------------

*Qeyd: Asif Hajılının müəyyən etdiyinə görə, Axısqada tarixi Gülbaxçalar çoxdur. Məsələn: Varxan Gülbaxçasından, deyilənlərə görə, Kərəm gəlib keçmişdir.

Kirəzlibaxça - "Girəz" - gilas, yə"ni gilaslı baqça. Bu baqça, deyilənə görə, gilas ağacları ilə başdan-başa örtülmüşdür.

Ömərəfəndibaxçası - Ömərəfəndiyə məxsus baqça.

Qazaxli baxça - Qazax tayfasına mənsub baqça.

Çayır-çəmən adları: cırknal çayıri, Başaberet çayıri, Acartuba çalasi, Xəlid çayıri, Hokançala çayıri, Düz çayır, Sabadur çayıri, Kirəzli çayıri, Dərvişin çayıri və s.

Çayır-çəmən adlarında da türk və gürcü mənşəli sözlər əsas yer tutur.

Hidronimlər bulaq, göl, çay, çərmük /mineral su/, çay qovşağı adlarından ibarət olur. Bunları aşağıdakı kimi qruplaşdırmaq olar:

Bulaq /puvar/ adları: Savuk, Zanduxli, İncə, Qara, Taxtali, coç, Çift, Bəyaz, Gügümpartladan, Süd, Çəmi, Qındıs, Tökuz gözəl, Qərincəri puvarlari, Almanın suyi, Xeveşen suyi, Məmmədali, Rəşidağa, Məhrəmdədə, Hüseyndədə, Paşa, Hasan, Məhəmməddədə puvarları və s.

Bulaq adları suyun soyuqluğu /Savuk/, rəngi /İncə, Qara, Bəyaz, Süd/, suyun dərəcəsi /Gügümpartladan/, suyun nəyə isə bənzədilməsi ilə /Tökuz gözəl, Almanın suyu, Xeveşen suyi/, bulağın kimlər tərəfindən inşası ilə /Məmmədali, Rəşidağa, Məhrəmdədə, Hüseyndədə, Paşa, Hasan, Məhəmməddədə puvarlari/ və s. ilə bağlı qoyulmuşdur.

Göl adları: Dibsiz, cazi, Pərvanə, Qotur, Sabiet, Qara və s.

"Qotur", "Qara", "Dibsiz" adları gölün suyunun keyfiyyətinə, həcminə əsasən verilmişdir.

Çay adları: Kür, Xeveşen, Poskov, Abastuban, Xarcam, Laşe, Arzine və s. Çay adlarının əksəriyyəti yaşayış məskənlərinin adı ilə əlaqədardır. Görünür, çay həmin yaşayış məskənlərinin yaxınından axır.

Axısqalılar çay qovşaqlarına da adlar vermişlər. Məsələn: Çatalsu, Körpülü çatal və s.

Çərmük /mineral su/ adları: Abastuban, Aqobil, Pulate, Akaşen, Sabiyet, Küknəlli, Arazinda və s. Bu çərmüklər cənubi Gürcüstan ərazisində yerləşir, həm türk mənşəli, həm də gürcü mənşəlidir.

Tədqiqat göstərir ki, Axısqa toponimlərinin əksəriyyəti etnik müxtəlifliyin mövcud olduğu bir şəraitdə, əsasən də qıpçaq, oğuz, Hun-bulqar, kürd və digər tayfa adları ilə bağlı əmələ gəlmişdir. Bunların bəzilərini nəzərdən keçirək:

Samqur etnotoponimi - gürcücə Samkure. Bu toponimin birinci komponenti Hun-bulqar tayfalarından olan sam (və ya samar) etnosu ilə bağlıdır. Həmin toponimə Adıgün rayonunda, Qardabani rayonunda isə Samqari şəklində rast gəlirik. Toponimin ikinci komponenti isə ümumhun etnik adı olan «qur»la (məşhur hun tayfaları: onoqur, saraqur, uyğur, utiqur, kutriqur və s.) əlaqədardır.

Sam tayfasının adı Özbəkistanın (Səmərqənd - Samarkand) və Rusiyanın Samara şəhərlərinin adlarında da yaşayır.

Adıgün etnotoponimi - gürcücə Adiqene. Qədim türk tayfası olan Adıgün əfsanəvi pravətəni, əski abidələrdə olan Otyuken vilayətini yada salır. V.V.Bartold yazır ki, XIX əsrin sonlarından Qırğızıstanda Adıgün nəslindən olanlar yaşamaqdadırlar [91, tom 2, çastğ 1, s. 533].

Qobieti etnotoponimi. Mesxetiyada kənd adıdır. cənubi Gürcüstanda da Kobuleti adlı şəhər vardır. Gürcü dilində bu etnosun adı «Kobu», «qobi» ölkəsi mə

Kobu (qobu) tayfasının adı Qafqazın bir sıra yer adlarında öz əksini tapa bilmişdir: Dağıstanda Qobi dağı, Azərbaycanda Bakıdan çox da uzaq olmayan yaşayış məntəqəsinin adı və geniş ərazi Qobustan (türk dilində «qobuların yeri»), respublikanın digər rayonlarında Qobu, Qobustyu, Qobu-Dilağarda kəndləri də mövcuddur. XVIII yüzillikdə kobi köçəri tayfasının Gəncə şəhərindən çox da uzaqda məskunlaşmaları haqda mə

Qandza etnotoponimi - Gürcücə Qandzani. Kendjek tayfasının izlərinə Gürcüstanın cavaxeti ərazisinin Boqdanovka rayonuna məxsus olan Qandza kənd adında rast gəlirik. Kendjek tayfası türk xaqanlığının hakimiyyəti dövründə Qafqazda görünməyə başladılar. X-XII yüzilliklərdə Orta Asiyada tanınan yerli əhali qırğızlarda qendje, türkmən və qazaxlarda kendje adı isə çağrılırdı. Bu adla bağlı toponimlərin geniş arealları mövcuddur. Orta Asiyanın uyğur ölkəsində Kendjek şəhəri və Kendjalu rayonu, Türkmənistanda Kendji-Karabaq, XIX əsrdə Şimali Qafqazda Kenje və Qendje kəndləri, Qendjeçay [118, s. 140], Azərbaycanda məşhur Gəncə şəhəri kendjek tayfasının adını özündə yaşadır.

Kuna, Tazakov, Yençikov etnotoponimləri. Bu etnotoponimlər əsas qıpçaq tayfalarından olan köv (kai, koi) və kunı adlarını özündə qoruyub saxlamışdır. Qeyd edilən etnotoponimlərə Gürcüstanın Aspinza rayonunda olan Kuna, Tazakov («yeni kövlar»), həmçinin Yenqikov («yeni kövlar») (Axalsıx rayonunda) yaşayış məntəqələrinin adında rastlaşırıq. Mənbələr göstərir ki, qıpçaq tayfaları arasında kun və kov tayfaları islam dinini qəbul edənə kimi xristyan olmuşlar [188, s. 34, 35]. Azərbaycanda qov tayfasını iki kənd (Qovlar və Qovlarsarı) özündə qoruyub saxlamışdır. Qovdərə və Qovdaq etnotoponimləri də Azərbaycanda qeydə alınmışdır. Azərbaycana XIX yüzilliyin ortalarından 96 qov tayfasından olan ailənin köçdüyü də mənbələrdə göstərilmişdir [188, s. 34]. Həmin yüzillikdə qov tayfaları Ermənistana da axın etmiş, burada türk kəndi olan Qovunlu yaşayış məntəqəsini yaratmışlar [101, s. 41; 155, s. 210].

Tuğ etnotoponimi. Axısqa türklərinin yaşadığı kəndlərdən biri də Tuğ adlanır. Kənd Boqdanovka rayonuna məxsusdur. Tuq (tuk, tok) məşhur qıpçaq tayfalarındandır. Qafqazda, o cümlədən Gürcüstanda bir çox yaşayış məntəqələrinin adları bu tayfa ilə əlaqədardır. Şimali Qafqazda Tuq, Tuk, Tok, Tukdaq, Tukovo və s. kəndlər vardır. Azərbaycanda üç Tuğ kəndi, Tuğ çayı, Tuğ dağı və Tuğ yurdu əraziləri mə

Çala, çela etnotoponimləri. Bu qıpçaq etnosun bir sıra toponimlə bağlılığı mənbələrdə göstərilmişdir [139, vıp. 2, s. 160]. Bu köçəri tayfa adı Mesxetiyanın Axalsıx rayonundakı Çala kəndində, Adıgün rayonundakı Çela kəndində öz in

Türkiyə ərazisində 7 kənd «Çala» adlanır. Azərbaycanda Çala adlı kənd və göl, Çaldaş, Çalburun kəndləri, Çaldaq adlı dağ vardır. Ermənistanda Çaldaq adlı kənd və dağ, Çaldaş adlı dağ, Çaltəpə adlı iki kənd mövcuddur. Həmçinin Sibirin müxtəlif regionlarında və Mərkəzi Asiyada da xeyli toponimik vahidlər həmin etnosun adını özündə yaşadır.

Bazarxana etnotoponimi. Bazar və ya basar qıpçaq tayfalarından biridir. Qafqazın bir çox toponimik vahidlərində bu etnonim əsas komponentlərdən birini təşkil edir.

Axısqa türklərinin yaşadığı kəndlərdən biri də Bazarxana adlanır. Kənd Mesxetiyanın Aspinza rayonunda yerləşir.

Q.Qeybullayev, S.Axinjanov XVII-XIX yüzilliklərin Orta Asiya, həmçinin Şərqi Sibir (qırğız, qaraqalpaq, özbək) mənbələrinə əsaslanaraq bu tayfanın müxtəlif regionların toponimiyasında yayıldığını göstərirlər: Şimali Qafqazda (Bazarört, Bazarkişlak kəndləri), Azərbaycanda (Bazar və Bazarçay, Bazaryurd və Bazardüzü), Ermənistanda (üç Bazardjıq kəndi, Bazar çayı) [101, s. 50; 83, s. 206, 230].

Çikil etnotoponimi. Çiqil (çikil) məşhur qıpçaq tayfalarındandır. Axısqalıların yaşadığı kəndlərdən biri də Adıgün rayonuna məxsus olan Çikil kəndidir. Bu kənd həmin tayfanın adı isə əlaqədardır. Gürcülər bu kəndin adını Çixelğ şəklində təhrif etmişlər. Tədqiqatlar bu tayfanın erkən orta əsrlərdə Mərkəzi Asiya çöllərində yaşadığını təsdiqləyir [9, s. 36]. Azərbaycanda Çiqil adlı çay (Sumqayıt ətrafında) yə

Qorqul etnotoponimi. Kerqil (qurqul) oğuz tayfasıdır. Adıgün rayonundakı Qorqul kəndinin adında bu oğuz tayfası öz əksini tapmışdır.

Balta (boltalı) etnotoponimi. Gürcüstanın Laqodexsk və Znaursk rayonlarında Balta adlı kənd qeydə alınmışdır. Balta türk tayfası Mesxetiyaya (Samsxe) monqol dövründə XIII-XVII əsrlərdə axın etmişlər. Yerli toponimlərdə bu tayfanın adı qorunmuşdur. Ümumiyyətlə, türklərin yaşadıqları ərazilərdə (Şimali Qafqazda - Balta, Balta-Çoxrak kəndləri), cənubi Azərbaycanda - Balta kəndi), Ermənistanda - Baltadərəsi və Baltaçay və s.) bu tayfanın adı mühafizə edilib saxlanmışdır.

Xançala etnotoponimi. Axısqalıların yaşadığı Axalkələk və Boqdanovka rayonlarında Xançala adlı iki kənd vardır. Xançal tayfasının osmanlı mənbələrində Gürcüstan ərazisinə XV-XVII əsrlər arası Kiçik Asiyadan gəldiyi göstərilmişdir. XIX əsrə aid xəritədə Xançallı adlı iki kəndin Ermənistan ərazisində - türklərin yaşadığı bölgələrdə olduğu da qeyd edilmişdir.

Qomar etnotoponimi. cənubi Qafqazın bir çox toponimləri türk tayfası olan kamar (və ya qamar) etnosları ilə əlaqədardır. Bu tayfa hunların tərkibində Qafqazda görünməyə başlamışlar. XIX yüzillikdə Azərbaycan və Ermənistanda 7 kənd Qəmərli (Kamarlu) adlanırdı. 1728-ci il Osmanlı türklərinin Gürcüstanda siyahıya alınmasında Qamarli adlı tayfa da qeydə alınmışdır. Gürcüstanın Borçalı qəzasında (indiki Bolnisi rayonu) Böyük və Kiçik Qəmərli və Qomareti adlı türk kəndləri də vardır. «Qomareti» - gürcücə «qomar yeri, yurdu» mə

Tədqiqatlar göstərir ki, İranda Kamara, Kamare, Qomar, Qomarabad və s., Türkiyədə Kamarlı adlı oykonimlər vardır [102].

Kola etnotoponimi. XIX əsrdə Gürcüstan toponimikası üç qədim bolqar tayfasının (kul, kol, kuvyar-xubiar) adını özündə qoruyub saxlamışdır. Erkən orta əsr mənbələrində bu tayfalar haqqında müfəssəl mə

Kola etnonimi ilə bağlı toponimlərə geniş şəkildə Orta Asiya, Ural və Sibir ölkələrində rast gəlmək olur.

Qədim bolqar tayfası olan Kuyvar (Xubiar) tərkibli yer adlarına XIX əsrə aid Qafqaza və Azərbaycana aid olan xəritələrdə (Xubyarlı kəndi Azərbaycanda iki rayonda), Dağıstanda Xublar dağı, Xubyarkənd, Gürcüstanda Xubiar yaşayış məntəqəsi) rast gəlirik.

Kanqar etnotoponimi. Gürcücə Kanqari, ermənicə Kanqark. Erkən orta əsrlərə aid mənbələr xəbər verir ki, V əsrdə cənubi Qafqaza Kanqar adlı türk tayfası gəlməyə başlayır. Onlar Azərbaycanın şərqində, Naxçıvan və Qazaxda, eləcə də cənubi Gürcüstanın Ermənistanla olan sərhədlərində məskunlaşırlar. «Letopisğ Kartli»də, «Kartlis Sxovreba»da «Konqar-kəngər ölkəsi» haqqında maraqlı mə

Qarabağda da Kəngərli adlı kənd və bu kəndə yaxın Kəngər dağı vardır.

Azqur etnotoponimi - gürcücə Aükuri. Axalsıx rayonunda Azqur kənd adı az tayfasının adı ilə bağlıdır. Orta əsr Gürcüstan tarixində az tayfasının VII-XIII əsrlərdə Altaydan Orta Asiyaya, oradan da Qafqaza miqrasiya olunması haqqında mə

Azlar hun-bolqar tayfalarının tərkibində Qafqaza gəlmiş və burada məskunlaşmışlar. Həmin tayfanın adı bir sıra toponimlərin tərkibində ilişib qalmışdır: Azov dənizi, Azaklar kəndi (XIX əsrin əvvəllərində Azərbaycanda), Aza kəndi (Naxçıvanda), Azqur kəndi (Türkiyənin Gürcüstan və Ermənistanla olan sərhəddində), Azqir (Rumıniyada), Azqir (Qazaxıstanda kənd) [203, s. 139].

Azlar erkən orta əsrlərdə Gürcüstanın Mesxetiya ərazisində məskunlaşmış, bu tayfa adı Azqur (Axalsıx rayonunda) və Azqyuda (Axalsıx rayonunda) kəndlərinin adında komponent təşkil etmişdir.

Muqareti və Moxe etnotoponimləri. Muqareti (gürcücə, «muqar ölkəsi») kəndi Mesxetiyanın Axalsıx rayonuna, Moxe kəndi isə Adıgün rayonuna məxsusdur. Mənbələr moxg, moqg, mukri(n) və ya muqri(n) tayfalarının avarların tərkibində Qafqaza axını haqqında mə

Toloş etnotoponimi - gürcücə Toloşi. Mesxetiyanın Aspinza rayonunda yerləşən toloş kəndinin adı tolos adlı tayfanın fonetik cəhətdən cüzi dəyişiklik hiss olunan formasıdır. Toloslar Qafqazda VI yüzillikdən görünməyə başlamış və müxtəlif variantlarla (tulus, teles, tules) çağrılmağa başlamışlar. cəbrayıl rayonunda Tulus adlı kənd bu etnosun Azərbaycanda da yayıldığını sübut edən dəlillərdəndir.

Uran etnohidronimi. XIX əsrə Gürcüstanın Mesxetiyaya aid olan xəritəsində Kok Uran və Ak Uran çayları və Uran Qutan kəndinin adı çəkilir [102, s. 121-122; 83, s. 128-129].

Uran qıpçaq tayfalarından biridir. Oran və aran variantları müxtəlif areallara yayılmışdır. Sibirin və Qafqazın bir çox regionlarında Uran çayı, Uranqa, Uranqiç, Ural gölləri, Aran, Aranbulaq, Arankutan, Aran Mirzə, Aranzamin, Aranyanıqlı, Örən, Örənqala və s. kəndlər qeydə alınmışdır.

Edinja, İndjqala və İndjebla etnotoponimləri. Bu kəndlər Mesxetiyanın Axalsıx rayonundadır. XIX əsrə aid Gürcüstan xəritəsində İnça, Ondja-xevi, İndjioqlı, İndjadra, İndjadaq və s. yaşayış məntəqələrinin adları göstərilmişdir.

Bu toponimlərinin ilkin komponentini təşkil edən andja qıpçaq tayfalarından biridir. Toponimik vahidlərin tərkibində bu forma indja, ondja, ança, onça kimi variantlarda da müşahidə olunur. Kök türklər sayılan bu tayfanın Gürcüstanda görünməsi Səlcuqların hərəkəti ilə üst-üstə düşür [107, s. 41].

Orta əsrlərə aid rus əlyazmalarında bu köçəri tayfalarla əlaqədar yaranmış Andja, Andj-oqlı oykonimlərinin adı çəkilir [90, s. 73, 77-8].

Azərbaycanda bu tayfanın adı İncə, İncəli, Oncaqala, İncili, İncir adlı oykonimlərin tərkibində daşlaşmışdır. Dağıstanın Maxaçkala şəhərinin adı əvvəllər - orta əsrlər dövründə Andjikala adlanırmış.

Zilan və Zazalı etnotoponimləri. Türk tayfaları ilə yanaşı Mesxetiyaya XV-XVII əsrlərdə yeni kürd tayfaları da axın edirdilər. Onların əksəriyyəti cənubi Gürcüstanda məskunlaşırdılar. Bu tayfa zilan və zaza adları ilə məşhur idi. XIX əsrə aid osmanlı və rus sənədlərində həmin tayfalar təqdim olunur. Mesxetiyada iki kənd - Zilan (Axalsıx rayonunda) və Zazalı (Adıgün rayonunda) kürd tayfalarının adı ilə bağlıdır.

Tədqiqatçılar Türkiyənin Ərzurum şəhərinin adının da bu tayfa ilə bağlı əmələ gəldiyini qeyd edirlər [130, s. 45; 81, №2, s. 23; 122, s. 96]. Ermənistanda da Zazançı və Zilan adlı kəndlər vardır.

Damğalı etnotoponimi. Axalsıx rayonunda damqa tayfasının adı ilə bağlı formalaşan kəndlərdən biri də Damğalı adlanır. XVI əsrdə Ermənistan ərazisində Damqa adlı kənd də qeydə alınmışdır [93, s. 226, 350, 399].

Axısqa etnotoponimlərini əks etdirən cədvəl

№ Etnosun adı və variantları Toponimik vahidin adı və yerləşdiyi ərazi

1. Bozal/bazal Bazaleti kəndi, Bozaliane, Bozaleti gölləri

2. Kamar/qamar Qamar (Qomaro) kəndi, Böyük və Kiçik Kamarlı kəndi, Qomareti kəndi

3. Udi-udı, udon, utin, utiqurı Ude kəndi (Adıgün r.)

4. Onoqur Onqar, Onqora (Aspinza r.)

5. Kuyvar (xubiar) Xubiar kəndi

6. Kanqar Kanqar ölkəsi (Kanqari)

7. Sam və ya Samar Samqur (Samkure) (Adıgün r.), Samqori (Qardabani r.) kəndləri

8. Az Azqur (Aükuri) kəndi (Axalsıx r.)

9. Avar və ya abar, varxon Abari kəndi (Ambrolaur r.), Varxan (Varxani), Vartaxana (Adıgün və Asrinza r.)

10. Sal Salieti, Saloqlı kəndləri

11. Moxg, moqg, mukri(n), muqri(n) Muqareti kəndi (Axalsıx r.), Moxe kəndi (Adıgün r.)

12. Tolos-tulus, teles, tules Tolosi kəndi (Aspinza r.)

13. Tuba (tubo, tobel, tobol) Toba, Qurutuban kəndləri (Axalsıx r.); Karatuban, Kortuban kəndləri (Adıgün r.); Tobaxçi kəndi (Axalsıx r.)

14. Kuzan (kuzen, quzan) Kola vilayəti (cənubi Mesxetiya)

15. Adıqün Adıgün (Adiqene) rayonu

16. Kobu (qobu) Kobuleti şəhəri, Qobieti kəndi; Kobıxevi (Aspinza r.); Kobaze (Axalsıx r.)

17. Kendjek Qandza (Qandzani) (Boqdanovka r.)

18. Balandjar Baladjur kəndi (Adıgün r.); Balaçauri küç. (Tbilisi)

19. Markis (markiz) Markistan kəndi (Aspinza r.)

20. Kikan və ya Kikin Kikineti kəndi (Adıgün r.)

21. Uran-oran, aran Kok Uran, Ak Uran çayları, Uran Qutan kəndi (Aranisi və Duşet r.)

22. Kov (kai, koi), kunı Kuna, Tazakov (Aspinza r.); Yenqikov (Axalsıx r.) kəndləri

23. Andja-indja, ondja, ança, onça Gdinja, İndjqala, İndjebla kəndləri (Mesxetiya); İnça, Ondja-xevi, İndjioqlı, İndjadara, İndjadaq (Gürcüstanda yaşayış məntəqələri)

24. Tuq (tuk, tok) Tuq kəndi (cavaxeti, Boqdanovka r.)

25. Çala Çala kəndi (Axalsıx r.), Çela (Adıgün r.)

26. Bazar və ya basar Bazarxana kəndi (Aspinza r.)

27. Çiqil (Çikil) Çikil (Çixelğ) (Adıgün r.) kəndi

28. Salar Salardağ (Axalsıx r.-da dağ)

29. Oral/Aral Oral kəndi (Axalsıx r.); Aral kəndi (Adıgün r.)

30. Avat/abat Abatxevi (Axalsıx r.)

31. Kerqil/qurqul Qorqul kəndi (Adıgün r.)

32. Balta Balta kəndi (Laqodex və Znaur r.)

33. Xançal Xançala kəndi (Axalkələk və Boqdanovka r.)

34. Damqa Damğalı kəndi (Axalsıx r.)

35. Zilan, zaza Zilan kəndi (Axalsıx r.), Zazalı kəndi (Adıgün r.)

Oral/Aral kəndləri Adıgün rayonundadır. Oral/Aral/Oğuz tayfasının adında qorunmuşdur. Avat/Abat/tayfa adı isə Axalsıx rayonunun Abatxevi kəndinin adında qorunub saxlanmışdır.

Axısqalıların iri tarlalarından birinin adı Qırıxlar adlanırdı. Bu oronim türk tayfalarından kırık/kırız adlı etnoslarla bağlıdır. Mənbələrdə kırık/kırız adlı tayfa adı və XI yüzillikdə həmin tayfanın Türkiyənin Avropa hissəsində yaşadığı ərazinin Qırıxlareli adlandığı qaynaqlarda qeyd edilmişdir [208, s. 89]. Gürcüstanın Marneuli rayonunda da Qırıxlı adlı kənd vardır. Azərbaycanın Tovuz rayonundakı Qırıxlı, Düz qırıxlı kəndlərinin adları da oğuz tayfalarından biri olan kırık tayfasının adı ilə bağlı izah edilir [32, s. 23].

Sarıqıze /həm kənd, həm də yayla adı/. Türk xalqlarının toponim yaradıcılığında sarı komponentli sözlər də mühüm rol oynamışdır. Sarıqıze toponimin tərkibindəki «sarı» sözü isə rəng mə

Sarbastuban-/Sarbastubani/ toponiminin tərkibindəki sar komponenti də çox güman ki, sarı qıpçaqlarla, sarı tubalarla əlaqədar ola bilər. D.E.Eremeev türklərin etnogenezindən bəhs edərkən «sarı tubo», «sarı tubalar»dan danışır. Bu tayfaların tarixən qədim olduğunu, qıpçaqların tərkibində Qafqaza gəlişini, cənubi Gücüstanda nüfuzunu göstərmişdir [32, s. 35-37].

Gürcüstanın Marneuli rayonunda Aşağı və Yuxarı Saral kəndləri də var. Tədqiqatçılar göstərirlər ki, bu kəndlərin də adı sarı qıpçaqlarla bağlı formalaşmışdır [79, s. 11].

Sarkine şəhərinin adı bə


Samşvilde toponimi /»Kitabi-Dədə Qorqud»dakı «Şor» boyundan, «Şamsoldın» adlı xanədanın adı ilə əlaqədardır/.

Axısqalıların bağlarından biri Qazaxli baxça adlanır ki, bu da Qazax-qasak tayfasının adını özündə yaşadır. Mənbələr göstərir ki, qazaxlar gürcü çarı II Georqa /1072-1089/ hərbi qüvvə ilə kömək etmək məqsədilə onların bir hissəsi Şərqi Gürcüstana gəlmiş və sonralar buranın müxtəlif yerlərinə yayılmışlar. Onların ilk orta yüzilliklərdə Şimali Qafqazda, Kuban çöllərində, «Dəşti-Qıpçaq» deyilən yerdə yaşamaları da göstərilir [27, s. 144].

Axısqa toponimləri komponentlərinə görə müxtəlifdir. Komponentlərinə görə bunları aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Təzə komponentli kənd adları: Təzəköv - «köv» sözü türk dilindəki «köy» sözünün fonetik variantıdır. «Kənd» mə

2. Yengi komponentli kənd adları: Yenkikov. Axısqa rayonu ərazisində olan yaşayış məntəqəsinin adıdır. Təzəköv kənd adının mə

3. Oba komponentli kənd adları: Vaşloba. Belə oykonimlərin yaranmasının əsas səbəbi yaxın keçmişə qədər ayrı-ayrı yaşayış məntəqələrinin daha əlverişli, müəyyən mövsümi işlərin görülməsi, maldarlığın inkişaf etdirilməsi üçün daha münasib yerlərdə obaların olması, onların tədricən mənsub kənd sakinləri hesabına genişlənməsi olmuşdur.

4. Qışla /qışlaq/ formantlı kənd adları: Taşlıqışla. Yaşayış məntəqəsinin adının mə

5. Yuxarı və aşağı komponentli kənd adları. Axısqalılar 6 kənd adını bu antonim sözlərin köməyilə fərqləndirmişlər: Yuxarıentel - Aşağıentel, Yuxarıtsxis - Aşağıtsxis, Yuxarı-Oşora - Aşağı-Oşora, Yuxarı Varxan - Aşağı Varxan və s.

Aşağı-yuxarı üzrə yerləşmə istiqaməti eyniadlı məntəqələrin şaquli xətt üzrə diferensiallaşmasına şərait yaradır. Bu müxtəliflik türk dilli xalqların toponimik sistemində də sabit fərqləndirici əlamətlərin ən işlək və geniş yayılmış tipi sayılır.

Axısqalıların toponimik sistemində təkrarlanan coğrafi adlardan bə

Təkrarlanma prinsipi ilə əmələ gələn yaşayış məntəqələrinin bir çoxu indi gürcüləşdirilmişdir. Məsələn, Yuxaritsxis /Zemotsxise/, Aşağıtsxis /Kvetotsxise/, Aşağı Oşora /Aşoranik/, Yuxarı Oşora /Oşoraverx/, Yuxarıentel /Zemo-enteli/, Aşağıentel /Kvemo-Enteli/ və s.

6. Xana formantlı kənd adları: Bazarxana, Vartaxana, Mirşxana. Göründüyü kimi, İran dillərində müstəqil leksik vahid kimi «ev, mənzil» mə

Nəticə olaraq deyə bilərik ki, axısqalıların toponimik sistemindəki bir sıra onomastik vahidlər uzun bir tarixi inkişaf yolu keçməklə yanaşı, həm də aid olduğu xalqın, etnosun və mövcud olduğu ərazinin, tarixən bu ərazidə baş vermiş ictimai, siyasi hadisələrin bir çox spesifik cəhətlərini də özündə əks etdirmiş və bunlar da əksər toponimlərin yaranmasını şərtləndirmişdir. Göründüyü kimi, oykonimlərin əksəriyyəti etnik müxtəlifliyin mövcud olduğu bir şəraitdə, əsasən də tayfa adları ilə əlaqədar formalaşmışdır. Qədim türk tayfalarının adının coğrafi adda - yaşayış məntəqələrinin adında in

Axısqa türkləri, əsasən, 5 rayonda yaşayırdılar. Axısqa rayonunda 64, Adıgün rayonunda 71, Aspinza rayonunda 55, Axalkələk rayonunda 11 və Boqdanovka rayonunda 1 kənd türklərin yaşayış yurdu idi. cəmi 202 kənddə 195 min nəfər yaşayırdı.

Gürcü millətçiləri ən qədim türk yer adlarını da ya tamamilə dəyişir, ya da gürcüləşdirirdilər. Tarixi əhəmiyyət kəsb etdiyi üçün həmin adları-saxtalaşdırılmış oykonimlərin /yaşayış məntəqələrinin adları/ siyahısını veririk:

Axısqa rayonu: Azqur, Siryox, Tisal, Temlalo, Aqora, Zikila, Qurqəl, Siniban, Saqunet, Blorza, Kobaze, Orpola, Persa, Soxtev, Georgi imdə, Muqaret, Şurdo, Qilde, Tsiniz, Zeyban, Tatanis, Boqa, Sür, cunta, Eliasminda, Qurutuban, Zir, An, Tekrut, İmlita, Suxlis, Vale, Orjani, caral, cağisman, Ab, Xaq, Arjil, Anda, Odunda, Uravel, Yenkikov, Qoroma, Orsep, Kisətib, Qoltaxsev, Çala, Sxaltuba, Oral, Minazə, Oxera, Toba, Xevot, Vaşloba, Kikinet, Xrian, Tiribon, Çiorza, Azquri, Sirioxi, Tiseli, Tkemlalo, Aqara, Zikila, Qurqeli, Sinibani, Sakuneti, Blorza, Kopadze, Orpola, Persa, Soxtevi, Georgi linda, Muqareti, Şurdo, Klde, Teinisi, Zeibani, Tatanisi, Boqa, Sviri, Çvinta, Eliats minda, Kirtibani, Dziri, Ani, İkruti, İvlita, Sxvilisi, Vale, Ordşani, carali, Dakismani, Abi, Xaki, Ardşuli, Anda, Odunda, Uraveli, Eenqikevi, Qroma, Orepi, Kistibi, Koltaxevi, Çala, Tekoltibila, Orali, Minadze, Okera, Toba, Xeoti, Vaşlobi, Kikineti, Xriani, Triboni, Tskorza.

Adıgün rayonu: Kikinet, Tutaçir, Çurqota, Çixel, Səbuzər, Beynarə, Varxan, Xarjam, Tsaxan, Çixnaskaro, Sakraze, Nakirdev, Abastuban, Xevaşel, Untsa, Şoravəl, Yuxarıentel, Aşağıentel, Xero, Şoqa, Bulatsar, Böyüksmada, cordan, Qomora, Zanav, Sire, Adıgün, Osiet, Malaşe, Arzne, Plate, Zarama, Utxisiban, Sixisiban, Katsaral, Qoderzi, Çeçla, Çela, Sairma, Kortuban, Opiet, Dersel, Kakvi, Kekvan, Zeduban, Korotoxi, Kikinaur, Natinour, Moxe, Qorqul, Qaratuban, Lelovan, İjaret, Samqure, Avxer, Kaxaret, Kordze, Xuro, Ude, Aral, Yurxaritsxis, Aşağıtsxis, Zazola, Marel, Orqoşan, Xona, Tearbistuman, Teixis, Kikibo, Parexa, Kiqineti, Tutadşivari, Çurçota, Çixelm, Sabuzara, Benara, Varxani, Xardşami, Tsaxani, İxnaskara, Tsaqradze, Nakirdevi, Abastumani, Xevaşeni, Untsa, Şoraveli, Zemo-Enteli, Kvemo-Enteli, Pxero, Soka, Bolaşamçi, Didismada, Çarçani, Qomaro, Zanavi, Tsre, Adigeni, Osieti, Malaşe, Arzne, Plate, Zarzma, Utxisubani, Tsxisibani, Katsarail, Qoderdzi, Çeçla, Çela, Sairme, Qorotubani, Opieti, Der eli, Qaqvi, Kexovani, Zedubani, Korotoxi, Quqinauri, Natinauri, Moxe, Qorquli, Karatubani, Lelovani, İdşareti, Samkure, Avker, Kaxareti, Kordze, Kiro, Ude, Arali, Zemotsxise, Kvetotsxise, Zazola, Mareli, Orqoşani, Xona, Tearbastumani, Tsixise, Kikibo, Parexa.

Aspinza rayonu: Rustavi, Pertsixe, İndisa, Qəmze, Aşağı Oşora, İdumala, Laşixov, Yuxarı Oşara, Aspinza, Ota, Damala, Kelsuda, Xırtız, Makalekev, Markistan, colda, Karzamet, Panaket, Varnet, Artax, Niala, Lebis, Aqara, Təzəköv, Van, Qoyundərə, Şalişet, Alanza, Taşlıqışla, Dolaş, Atskvit, Kinça, Roçet, Erkota, Oskeriya, Varnet, Axaşen, Saxidabel, Axaşen, Orkora, Kabinet, Çabaret, Buzmaret, Tolerta, Kvarşa, Alejiva, Gilda, Bazarxana, Zeldovarziya, Varxan, Rustavi, Pertsixe, İndusa, Kamza, Aşoranij, İdumala, Mlaşixevi, Oşoraverx, Aspindza, Ota, Damala, Qelsuda, Xertvisi, Makalakeva, Marqistani, Djolda, Karzameti, Panaketi, Varneti, Artaxi, Niala, Lepisi, Aqara, Tazakevi, Vani, Koindara, Şalaşeti, Alandza, Taşli- Kişla, Tolaşi, Atskvite, Kina, Roketi, Erkota, Oskeriya, Varneti, Axaşeni, Saxudaveli, Axaşeni, Orqora, Qobieti, Çobareti, Buzmareti, Tolerta, Kvarşa, Aldjva, Kilda, Bazarxana, Zeldoverzu, Vartaxana.

Axalkələk rayonu: Okam, Azmana, Kartseb, Karta, Miraşxana, Xavət, Dabana, Edinça, Murakvali, Damğalı, Kaxaşen, Okami, Dzmana, Kartsevi, Qarta, Miraşxani, Xaveti, Dabania, Edindja, Murakvali, Damkali, Qoqaşeni.

Boqdanovka rayonu: Saramo, Saqamo.

Beləliklə, onomastik leksika bu xalqın tarixini əks etdirən dəyərli bir fakt kimi onların tarixi coğrafiyasını, insan obrazını və Vətən məfhumunu yaşadır.

Bir sıra regionlarda məskunlaşmaları bu elin onomastikasına da öz tə"sirini göstərmişdir.

Şəxs adları tərkibcə müxtəlifdir. Qadın adlarının tərkibində "can", "xanım", "qül" və s, kişi adlarının tərkibində isə "xan", "mirzə", "bek", "şah", "ağa", "dar", "din", "can" və s. komponentlər iştirak edir. Kişi adlarının məzmununda dini anlayışlar da əsas yer tutur.

Semantik cəhətdən qadın adları planet, metal əşyalarının adlarından, bitki və s. adlardan ibarətdir. Özümlü cəhətləri ilə seçilən qadın adları da müşahidə olunur. Kişi adları da semantik cəhətdən əşya, planet, quş adlarından ibarətdir. Kişi adlarında da spesifik cəhətlər vardır.

Tədqiqat göstərir ki, bu xalqın antroponimik leksikasının bir hissəsi türk, digər hissəsi isə ərəb-fars mənşəlidir.

Leksik-semantik cəhətdən şəxs adları igidliklə, qəhrəmanlıqla, arzu, istəklə, əzizləmə, gözəllik, Vətən anlayışları ilə bağlı təsnif edilmişdir. Familiyalarda müxtəliflik özünü göstərir. Tipik və tipik olmayan familiyalar fərqləndirilir. Familiyalarda gürcü, özbək və qazax dillərinin güclü tə"siri olmuşdur. Tipik olmayan familiyalar regional tə"sirlərin nəticəsidir. Belə familiyalar şəxsin istəyi və soy-kökü ilə bağlı deyil, burada yad dillərin, yad faktorların tə"siri danılmazdır.

Ləqəblər axısqalılar arasında çox yayılıb. Ləqəblərlə müraciət dəb halını alıb. Hər kəsi öz xarakterinə, işinə, sənətinə, məşğuliyyətinə və s. görə adlandırmaq əsas xüsusiyyət kimi diqqəti cəlb edir.

Soyadların assimiliyasına bir sıra səbəblər və amillər tə"sir göstərmişdir: a) linqvistik amillər; b) sosial amillər.

Toponimlər bu xalqın etno-linqvistik yaddaşı kimi qiymətlidir. Axısqa türklərinin yaşadığı məskənlərin adları bütün zamanlar ərzində fonetik cəhətdən dəyişdirilmiş, bir çox hallarda təhrif edilmişdir. (Adıgen - Adıgün - Adıgön - Ədigön; Axalsixe - Axısxa - Axısqa - Axıska; Axalkalaki, Axarkələk və s.).

Gürcü millətçiləri ən qədim türk yer adlarını ya tamamilə dəyişib, ya da gürcüləşdiriblər. Tarixi əhəmiyyət kəsb etdiyi üçün saxtalaşdırılmış oykonimlərin siyahısını vermişik.

 
 

© WebMaster: CAhid KAazimov - cahidbdu@yahoo.com - {WebStar} - Muellif huquqlari qorunur.

Bu sehife qedim tarixe malik Axiska turklerinin etnik tarixi, medeniyyeti, dilinin fonetik, leksik, onomastik, semantik, morfoloji ve sintaktik xususiyyetlerinin sistematik tesvirini ehate edir. Muellif ilk defe olaraq bu dilin ses sistemi, luget terkibi, qrammaik qurulushunun genish ve aydin menzeresini yarada bilmishdir. Meslehet, teklif, fikir ve iradlarinizi cahidbdu@yahoo.com-a gondermekle muellifle elaqe saxlaya bilersiniz...

© 2002-2003, www.axiska.narod.ru - Muellif huquqlari qorunur (© Ismayil Kazimov).

 

Ismayil Kazimov
Hosted by uCoz