Axiska (Mesxet) turklerinin dili
İXTİSARLAR

GİRİŞ

I FƏSİL. AXISQA TÜRKLƏRİNİN DİL VƏ ETNİK TARİXİNƏ BİR NƏZƏR

1.1. Axısqa türklərinin etnik tarixinə dair

1.2. Müxtəlif türk tayfalarının Axısqa toponimlərində ini’kası

1.3 Axısqa türklərinin mənşəyinə dair

1.4. Dilin keşiyində, müxtəlif dillərin əhatəsində. Dil xüsusiyyətlərinin öyrənilməsinə dair

II FƏSİL. FONETİKA

2.1. Fonemlər sistemi

2.1.1.Abruptiv fonemlər

2.1.2. Tayfa dilinin qalıqları

2.2. Ahəng qanunu

2.3. Fonetik hadisələr

III FƏSİL. LEKSİKA

3.1. Əsas leksik fond

3.1.1. Əkinçilik leksikası

3.1.2. Kənd təsərrüfatı və bostançılıq leksikası

3.1.3. Heyvandarlıq leksikası

3.1.4. Məişət leksikası

3.1.5. Mərasimlərlə (toy mərasimi) bağlı leksika

3.1.6. Xalq musiqi alətlərinin və oyunların adları

3.1.7. Bə'zi bəzək (taxıncaq) adlarının leksik-semantik xüsusiyyətləri

3.2. Alınma leksika

3.3. Terminoloji leksika

3.3.1. İnsanın bədən üzvlərinin adları

3.3.2. Ay, gün, həftə və astronomik adlar

3.3.3. Xalq təbabəti terminləri

3.3.4.Heyvan adları (Zooloji terminlər)

3.4. Regional tə'sirlər, kənara çıxmalar

3.5. «Dədə Qorqud» və Axısqa dil uyğunluqları

3.6. Türk və Azərbaycan ədəbi dilləri ilə ortaq olan sözlər

3.7. Dilin şivələri

3.8. Gürcü substratları

3.9. Gürcü dilində Axısqa türklərinin dilinin elementləri

3.10. Onomastik leksika

3.10.1. Antroponimlər

3.10.2. Toponimlər

3.11. Sözün semantik strukturu: əsas semantik proseslər

3.12. Frazeoloji vahidlər

IV FƏSİL. MORFOLOGİYA

4.1. Sözün morfoloji quru-luşu

4.2. Nitq hissələri

4.2.1. İsim

4.2.2. Sifət

4.2.3. Say

4.2.4. Əvəzlik

4.2.5. Fe"l

4.2.6. Fe"lin təsriflənmə-yən formaları

4.2.7. Zərf

4.2.8. Köməkçi nitq hissələri

V FƏSİL. SİNTAKSİS

5.1. Dilin sintaktik quruluşu

5.1.1. Söz birləşmələri

5.1.2. Cümlə konstruksi-yaları

5.1.3. Əlavələr

5.1.4. Cümlədə sözlərin sırası (inversiya)

5.1.5. Cüttərkibli və təktərkibli cümlələr

5.1.6. Yarımçıq və elliptik cümlələr

5.1.7. Xüsusiləşmə

5.1.8. Xitab və ara cümlələr

5.1.9. Mürəkkəb cümlə. Tabesiz və tabeli mürəkkəb cümlələr

NƏTİСƏ

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

 

İXTİSARLAR
3.12. Frazeoloji vahidlər

Nitqdə hazır şəkildə işlədilən frazeoloji vahidlər axısqalıların dilinin inkişaf tarixinin indiki mərhələsində söz birləşmələrinin tam və qəti kombinasiyasıdır. Düzəltmə nominativ mə

Dil faktlarından aydın olur ki, türk dillərinin frazeoloji vahidləri Hind-Avropa dillərindən fərqli olaraq, bir sıra ortaqlı əlamətlərə malikdir. Frazeoloji vahidlərin müəyyən qismi ta qədimlərdən - müstəqil ümumxalq türk dillərinin formalaşmağa başladığı dövrlərdən mövcud olmuş, sonralar ümumxalq, daha sonralar isə milli dil səciyyəsi daşıyan bu dillərin frazeologiyası tərkibində işlənərək indiyə qədər gəlib çıxmışdır. Əlbəttə, müstəqil türk dillərinin təşəkkülündən sonra zəmanəmizə qədər dilin başqa sahələrində olduğu kimi, burada da ayrılan cəhətlər meydana gəlmişdir ki, bu da həmin dillərin müstəqil inkişafı ilə əlaqədar olaraq ortaqlı cəhətlərin müəyyən dərəcədə zəifləməsinə səbəb olmuşdur. Yaxud bu dillərin hər birində özünəməxsus frazeoloji vahidlər də formalaşmışdır [11, s. 65-66; 53, s. 22].

Axısqa türklərinin dilində də belədir. Həm qohum türk dilləri ilə ortaq, həm də spesifik frazeologizmlər bu xalqın dilində də zəngindir. Məsələn, özünəməxsus frazeologizmlər:

Ortaluğa çəpər atmax: O vakıt «gürcüləşənlər» ortaluğa çəpər atiyer /İ.Şahzadə oğli/,

Ömrü sökülmax: Vətən həsrətindən ömrüm söküldi // Gözümdən axiyer yaş birər-birər /L.Sağrızeli/,

Yürəginə qor salmax: Yanuxli hava idi. Nələsi daği-dərəyi lərzəyə götüriyerdi, bütün insanların yürəginə qor saliyerdi /Ş.Adıgünli/.

Uzun yoli dutmax: Siz çox uzun yoli turtmişiz. Bizlər isə kesa yoli /İ.Şahzadə oğli/.

Frazeologizmlər axısqalıların dilində də müxtəlif formalarda ifadə olunur:

Atalar sözü /əski sözlər - deyirlər/ və məsəllərlə: Dünyay umidinən yemişlər; Dərd çəkən insanın yüzi gülməz; Bizə də bir gün doğar və s.

Adlarla: qara gün, sönməz yürək, dağ baba, dar həyat, taş yürək, dərdin acısı, qaynar dünya və s.

Qara gün bu başıbəlalı xalqı sıxışdıriyerdi /İ.Şahzadə oğli/,

Biriklərdür dolax-dolax

Dağ babanın gözü bulax /c.Xalidov/,

Əldən gedər ömür, həyat,

Azmi oldi bu dar həyat /İ.Şahzadə oğli/,

Təkcə əsgərlər taş yürəkliydi, verilən tapşuruğa görə onlar belə də olmalliydılar /Ş.Adıgünli/,

Dişərkilər bizim dərdi nə bülir,

Dərdin acısıni Vətənsiz bülür /L.Sağrızeli/,

Çapdım ati, dünya böyük

Qaynar dünya bənə sönük.

Fe

Yürəkdə qəm bitürmax: Allah deyib oturmişux, Yürəkdə qəm bitürmişux /İ.Şahzadə oğli/,

Dərdi qəmə qatmax: hayıf, çox şey yitürmişux, Dərdi qəmə qatem, Allah /İ.Şahzadə oğli/,

Sıhırı açammax: Fələk bizi sıhırlamiş, bağlamiş, Bu sıhıri açamadım, Vətənim (L.Sağrızeli),

Perik düşmax: Perik düşdux quşlar kimi yuvadan, Ömür sürdüx həsrətinan, qəminan /G.Şahin/,

Yola vurmax: Bizi yola vurmağa /yola salmaq - Azərbaycan dilində - İ.K./ az qala bütün köv yığılmışdı /G.Şahin/,

İntizar çəkməx: Onlar da davadakilərinin intizarıni çəkiyerdilər /Ş.Adıgünli/,

Gözə degməx: Şindiluğa ailənin böyüki sayılan on dörd yaşlı Məndüf gəlinin gözünə degmədi /İ.Şahzadə oğli/ və s.

 
 

© WebMaster: CAhid KAazimov - cahidbdu@yahoo.com - {WebStar} - Muellif huquqlari qorunur.

Bu sehife qedim tarixe malik Axiska turklerinin etnik tarixi, medeniyyeti, dilinin fonetik, leksik, onomastik, semantik, morfoloji ve sintaktik xususiyyetlerinin sistematik tesvirini ehate edir. Muellif ilk defe olaraq bu dilin ses sistemi, luget terkibi, qrammaik qurulushunun genish ve aydin menzeresini yarada bilmishdir. Meslehet, teklif, fikir ve iradlarinizi cahidbdu@yahoo.com-a gondermekle muellifle elaqe saxlaya bilersiniz...

© 2002-2003, www.axiska.narod.ru - Muellif huquqlari qorunur (© Ismayil Kazimov).

 

Ismayil Kazimov
Hosted by uCoz