Axiska (Mesxet) turklerinin dili
İXTİSARLAR

GİRİŞ

I FƏSİL. AXISQA TÜRKLƏRİNİN DİL VƏ ETNİK TARİXİNƏ BİR NƏZƏR

1.1. Axısqa türklərinin etnik tarixinə dair

1.2. Müxtəlif türk tayfalarının Axısqa toponimlərində ini’kası

1.3 Axısqa türklərinin mənşəyinə dair

1.4. Dilin keşiyində, müxtəlif dillərin əhatəsində. Dil xüsusiyyətlərinin öyrənilməsinə dair

II FƏSİL. FONETİKA

2.1. Fonemlər sistemi

2.1.1.Abruptiv fonemlər

2.1.2. Tayfa dilinin qalıqları

2.2. Ahəng qanunu

2.3. Fonetik hadisələr

III FƏSİL. LEKSİKA

3.1. Əsas leksik fond

3.1.1. Əkinçilik leksikası

3.1.2. Kənd təsərrüfatı və bostançılıq leksikası

3.1.3. Heyvandarlıq leksikası

3.1.4. Məişət leksikası

3.1.5. Mərasimlərlə (toy mərasimi) bağlı leksika

3.1.6. Xalq musiqi alətlərinin və oyunların adları

3.1.7. Bə'zi bəzək (taxıncaq) adlarının leksik-semantik xüsusiyyətləri

3.2. Alınma leksika

3.3. Terminoloji leksika

3.3.1. İnsanın bədən üzvlərinin adları

3.3.2. Ay, gün, həftə və astronomik adlar

3.3.3. Xalq təbabəti terminləri

3.3.4.Heyvan adları (Zooloji terminlər)

3.4. Regional tə'sirlər, kənara çıxmalar

3.5. «Dədə Qorqud» və Axısqa dil uyğunluqları

3.6. Türk və Azərbaycan ədəbi dilləri ilə ortaq olan sözlər

3.7. Dilin şivələri

3.8. Gürcü substratları

3.9. Gürcü dilində Axısqa türklərinin dilinin elementləri

3.10. Onomastik leksika

3.10.1. Antroponimlər

3.10.2. Toponimlər

3.11. Sözün semantik strukturu: əsas semantik proseslər

3.12. Frazeoloji vahidlər

IV FƏSİL. MORFOLOGİYA

4.1. Sözün morfoloji quru-luşu

4.2. Nitq hissələri

4.2.1. İsim

4.2.2. Sifət

4.2.3. Say

4.2.4. Əvəzlik

4.2.5. Fe"l

4.2.6. Fe"lin təsriflənmə-yən formaları

4.2.7. Zərf

4.2.8. Köməkçi nitq hissələri

V FƏSİL. SİNTAKSİS

5.1. Dilin sintaktik quruluşu

5.1.1. Söz birləşmələri

5.1.2. Cümlə konstruksi-yaları

5.1.3. Əlavələr

5.1.4. Cümlədə sözlərin sırası (inversiya)

5.1.5. Cüttərkibli və təktərkibli cümlələr

5.1.6. Yarımçıq və elliptik cümlələr

5.1.7. Xüsusiləşmə

5.1.8. Xitab və ara cümlələr

5.1.9. Mürəkkəb cümlə. Tabesiz və tabeli mürəkkəb cümlələr

NƏTİСƏ

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

 

İXTİSARLAR
3.2. Alınma leksika

Məişət sözlərinin bir hissəsi alınmalardan ibarətdir. "Terminologiyada alınmalar dilin kasıblığına dəlalət etmir, əksinə, onun dil kontakları hesabına zənginləşməsinin göstəricisi kimi çıxış edir" [49, s. 9]. Alınma sözlərdə danışıq dilinin güclü tə"siri hiss olunur. Türk dili tədqiqatçısı Xeyriyye Süleymanoğlu Yenisoy yazır ki, mesxet türklərinin söz xəzinəsinə ümumi bir nəzər yetirsək, rus dilinin bu dilə nə dərəcədə böyük tə"siri olduğunu görə bilərik. Araşdırdığımız bir hissə alınmaların çox keçmiş zamanda bu dilə keçdiyi mə"lumdur: vedre /vedro/, sapuk /sapoq - çizmə/ və s. [33, s. 15].

Alınmaların bir hissəsi interferensiya hadisəsinə mə"ruz qalmışdır. Məsələn, tilivizir /televizor/, şilapa /şlyapa/, iskam /skameyka/, istikan /stəkan/, sırtuk /sortuk/, potlika /butılka/, piçka /spiçka/, kirpiç /kərpiç/ və s.

Göründüyü kimi, bir qisim məişət sözləri fonetik cəhətdən həmin dilin tələffüz qaydalarına uyğunlaşdırılmışdır.

Alınmalar fonetik, qrafik, leksik, semantik və qrammatik cəhətdən mənimsənilir. Fonetik mənimsənilmə səs əvəzlənmələri nəticəsində baş verir: kuxna - kuxnə, sapuq - sapoq, kirpiç - kirpiç, iliktir - glektriçestvo, kuartel - kvartira, kırış -krışa və s.

Morfoloji mənimsənilmə: makoronnar - makaronı, çulkilər - çulki, tuflilər - tufli və s.

Müəyyən tarixi amillər, məkan-zaman koordinatları ilə bağlı olaraq ərəb, fars, rus -Avropa və Qafqaz dillərindən bu xalqın dilinə xeyli leksik vahidlər daxil olmuşdur.

Ərəb dilindən keçən leksik vahidlər: ramazan, iftar, yəməni /ayaqqabı/, maxaç/qayçı/, misəfir, Səlimə, Şahmurat və s.

Fars dilindən keçən leksik vahidlər: kəpçə /çömçə/, ləngər /padnos/, pirinç, əriştə, bəng /xal/, yüzqər /külək/, bərf /qar/ və s.

Bizə elə gəlir ki, alınma prosesi Qafqaz regionunda tarixi şəraitlə bağlı olaraq eyni vaxtda getmişdir. Lakin bə"zi alınmalar Azərbaycan dilindən "yan keçmişdir".

Rus-Avropa dillərindən keçən leksik vahidlər: laxana /kələm/, lodos /cənub küləyi/, tulumba /nasos/, olta /tilov/, kulup, uçaska, povar, xirul /cərrah/, sutka /gün/ və s.

Paralel şəkildə işlənən leksik-terminoloji vahidlər də bu dildə çoxdur: sırğa /küfə/, havli* /dəhliz/, anaxtar /açajak, açar/, mərtək /dirək/, örkən /ip/, cəhrə /çığırıq/, güz /payız/ və s.

------------

*Qeyd: Özbək dilində «xovli» şəklindədir.

Müasir Azərbaycan dilində işlənməyən, klassiklərimizin dilində mövcud olan bə"zi məişət sözləri bu xalqın dilində hələ də işləkliyini saxlamışdır. Məsələn: Tiğ-qılınc, ülgüc; Tiğ yarasi eylanur, dil yarası eylanmaz (əski söz).

M.Füzulinin dilində:

Qəmzəsin sevdin könül, canın gərəkməzmi sana,

Tiğə urdun ismi-üryanın gərəkməzmi sana?

 
 

© WebMaster: CAhid KAazimov - cahidbdu@yahoo.com - {WebStar} - Muellif huquqlari qorunur.

Bu sehife qedim tarixe malik Axiska turklerinin etnik tarixi, medeniyyeti, dilinin fonetik, leksik, onomastik, semantik, morfoloji ve sintaktik xususiyyetlerinin sistematik tesvirini ehate edir. Muellif ilk defe olaraq bu dilin ses sistemi, luget terkibi, qrammaik qurulushunun genish ve aydin menzeresini yarada bilmishdir. Meslehet, teklif, fikir ve iradlarinizi cahidbdu@yahoo.com-a gondermekle muellifle elaqe saxlaya bilersiniz...

© 2002-2003, www.axiska.narod.ru - Muellif huquqlari qorunur (© Ismayil Kazimov).

 

Ismayil Kazimov
Hosted by uCoz