Axiska (Mesxet) turklerinin dili
İXTİSARLAR

GİRİŞ

I FƏSİL. AXISQA TÜRKLƏRİNİN DİL VƏ ETNİK TARİXİNƏ BİR NƏZƏR

1.1. Axısqa türklərinin etnik tarixinə dair

1.2. Müxtəlif türk tayfalarının Axısqa toponimlərində ini’kası

1.3 Axısqa türklərinin mənşəyinə dair

1.4. Dilin keşiyində, müxtəlif dillərin əhatəsində. Dil xüsusiyyətlərinin öyrənilməsinə dair

II FƏSİL. FONETİKA

2.1. Fonemlər sistemi

2.1.1.Abruptiv fonemlər

2.1.2. Tayfa dilinin qalıqları

2.2. Ahəng qanunu

2.3. Fonetik hadisələr

III FƏSİL. LEKSİKA

3.1. Əsas leksik fond

3.1.1. Əkinçilik leksikası

3.1.2. Kənd təsərrüfatı və bostançılıq leksikası

3.1.3. Heyvandarlıq leksikası

3.1.4. Məişət leksikası

3.1.5. Mərasimlərlə (toy mərasimi) bağlı leksika

3.1.6. Xalq musiqi alətlərinin və oyunların adları

3.1.7. Bə'zi bəzək (taxıncaq) adlarının leksik-semantik xüsusiyyətləri

3.2. Alınma leksika

3.3. Terminoloji leksika

3.3.1. İnsanın bədən üzvlərinin adları

3.3.2. Ay, gün, həftə və astronomik adlar

3.3.3. Xalq təbabəti terminləri

3.3.4.Heyvan adları (Zooloji terminlər)

3.4. Regional tə'sirlər, kənara çıxmalar

3.5. «Dədə Qorqud» və Axısqa dil uyğunluqları

3.6. Türk və Azərbaycan ədəbi dilləri ilə ortaq olan sözlər

3.7. Dilin şivələri

3.8. Gürcü substratları

3.9. Gürcü dilində Axısqa türklərinin dilinin elementləri

3.10. Onomastik leksika

3.10.1. Antroponimlər

3.10.2. Toponimlər

3.11. Sözün semantik strukturu: əsas semantik proseslər

3.12. Frazeoloji vahidlər

IV FƏSİL. MORFOLOGİYA

4.1. Sözün morfoloji quru-luşu

4.2. Nitq hissələri

4.2.1. İsim

4.2.2. Sifət

4.2.3. Say

4.2.4. Əvəzlik

4.2.5. Fe"l

4.2.6. Fe"lin təsriflənmə-yən formaları

4.2.7. Zərf

4.2.8. Köməkçi nitq hissələri

V FƏSİL. SİNTAKSİS

5.1. Dilin sintaktik quruluşu

5.1.1. Söz birləşmələri

5.1.2. Cümlə konstruksi-yaları

5.1.3. Əlavələr

5.1.4. Cümlədə sözlərin sırası (inversiya)

5.1.5. Cüttərkibli və təktərkibli cümlələr

5.1.6. Yarımçıq və elliptik cümlələr

5.1.7. Xüsusiləşmə

5.1.8. Xitab və ara cümlələr

5.1.9. Mürəkkəb cümlə. Tabesiz və tabeli mürəkkəb cümlələr

NƏTİСƏ

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

 

İXTİSARLAR
3.3.1.İnsanın bədən üzvlərinin adları. Axısqa türklərinin dilinin leksikasının qədim layını insanın bədən hissələri və üzvlərinin adları da təşkil edir. Belə adlar çoxmə"nalılıq, metaforik və metonimik keyfiyyətlərə malikdir. Belə adlar əsas mə"nalarına görə anatomik terminlərdir.

Bədən hissələri və üzvlərinin adları türk dillərinin ilkin formalaşma dövrünə təsadüf edir. Odur ki, bunlar ümumtürkoloji səciyyə daşıyır və əksər türk dillərində eynilə işlədilir. Məs.: baş, arın /alın/, yanax /yanaq/, yüz /üz/, boyun, boğoz /boğaz/, əl, yan, parmax /barmaq/, bel, kıç /qıça/, yürək /ürək/, bayaz jiqər /ağ ciyər/, kara jiqər /qara ciyər/, bağarsux /bağarsıq/, oynax /oynaq/ və s.

Axısqa türklərinin dilində qoşa bədən üzvlərinin adlarına da rast gəlirik. Məsələn:

Yüz-göz: Qərənfilim, bibərim,

Bən həppizdən dilbərim.

Yüz-gözün eşkitmen

Misəfirim, gedərim (mani).

Bədən üzvləri adlarından mürəkkəb sözlər də əmələ gəlir. Məsələn "alın" sözündən "alnıaçıq", "üz" sözündən "üzüağ" mürəkkəb leksemləri yaranmışdır. Axısqa türklərinin dilində bu sözlər "arniaçux" və "yüziağ" formasında işlədilir.

Daşan çaylar durula,

Əv tikilə, qurula.

Arniaçux, yüziağ

Gəl qurula, qurula (mani).

Bədən hissələrinin adlarını bildirən qoşa sözlərdən biri asemantik olur. Məs.:

cigər-cügüm səvincindən tel olur,

Hər adamın əl tutanı, el olur (c.Xalidoğlu).

Bədən üzvlərinin adlarını bildirən qoşa sözlər təkrar olunur.

Həm baş-başa, həm qol-qola

Qışda saçi appaq ola (c. Xalidoğlu).

İnsanın bədən üzvlərinin adlarından ibarət olan bir çox terminlər heyvanların da bədən üzvlərinə aid olur. Lakin elə bədən üzvlərinin adları vardır ki, bunlar ancaq heyvan və quşlara məxsusdur. Məsələn: kanat /qanad/, nikart /dimdik/, quyrux /quyruq/, buynuz, yüng /yun/, yal /atda, uzun saç/ və s.

Axısqa türklərinin dilində sinonimlərin meydana gəlməsi bir sıra sözlərin, o cümlədən bədən üzvləri adlarının da bə"zilərinin sıradan çıxmasına və dilin lüğət tərkibinin passiv fonduna keçməsinə şərait yaratmışdır. Məsələn: sina /sinə/, qədd, qərdən /gərdən/, tən /bədən/, kafa /baş/, yelkə /peysər, boyun ardı/ və s.

 
 

© WebMaster: CAhid KAazimov - cahidbdu@yahoo.com - {WebStar} - Muellif huquqlari qorunur.

Bu sehife qedim tarixe malik Axiska turklerinin etnik tarixi, medeniyyeti, dilinin fonetik, leksik, onomastik, semantik, morfoloji ve sintaktik xususiyyetlerinin sistematik tesvirini ehate edir. Muellif ilk defe olaraq bu dilin ses sistemi, luget terkibi, qrammaik qurulushunun genish ve aydin menzeresini yarada bilmishdir. Meslehet, teklif, fikir ve iradlarinizi cahidbdu@yahoo.com-a gondermekle muellifle elaqe saxlaya bilersiniz...

© 2002-2003, www.axiska.narod.ru - Muellif huquqlari qorunur (© Ismayil Kazimov).

 

Ismayil Kazimov
Hosted by uCoz