Axiska (Mesxet) turklerinin dili
İXTİSARLAR

GİRİŞ

I FƏSİL. AXISQA TÜRKLƏRİNİN DİL VƏ ETNİK TARİXİNƏ BİR NƏZƏR

II FƏSİL. FONETİKA

III FƏSİL. LEKSİKA

3.1. Əsas leksik fond

3.1.1. Əkinçilik leksikası

3.1.2. Kənd təsərrüfatı və bostançılıq leksikası

3.1.3. Heyvandarlıq leksikası

3.1.4. Məişət leksikası

3.1.5. Mərasimlərlə (toy mərasimi) bağlı leksika

3.1.6. Xalq musiqi alətlərinin və oyunların adları

3.1.7. Bə'zi bəzək (taxıncaq) adlarının leksik-semantik xüsusiyyətləri

3.2. Alınma leksika

3.3. Terminoloji leksika

3.3.1. İnsanın bədən üzvlərinin adları

3.3.2. Ay, gün, həftə və astronomik adlar

3.3.3. Xalq təbabəti terminləri

3.3.4.Heyvan adları (Zooloji terminlər)

3.4. Regional tə'sirlər, kənara çıxmalar

3.5. «Dədə Qorqud» və Axısqa dil uyğunluqları

3.6. Türk və Azərbaycan ədəbi dilləri ilə ortaq olan sözlər

3.7. Dilin şivələri

3.8. Gürcü substratları

3.9. Gürcü dilində Axısqa türklərinin dilinin elementləri

3.10. Onomastik leksika

3.10.1. Antroponimlər

3.10.2. Toponimlər

3.11. Sözün semantik strukturu: əsas semantik proseslər

3.12. Frazeoloji vahidlər

IV FƏSİL. MORFOLOGİYA

V FƏSİL. SİNTAKSİS

NƏTİСƏ

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

3.3.2. Ay, gün, həftə və astronomik adlar
Ay, gün, həftə və planet adlarında xalqın dünyagörüşü, zəkası, inamı və müdrikliyi əks olunub. Bu adların formalaşmasında xalqın müşahidəsi əsasdır. Belə ki, xalq aya, günə və s. öz əlamətinə görə ad vermişdir.

Bu adlar Axısqa türklərinin dilində milli xarakteri ilə fərqlənir. Bu spesifiklik ilk dəfə bu dilin xüsusiyyətlərindən bəhs edən Y.N.Marrın, S.cikiyanın və F.Əliyevin diqqətini cəlb etmişdir [137, s. 28; 113, s. 117; 78, s. 22].

Ay adlarını həm Axısqa türklərinin, həm də bə"zi türk dillərinin materialları əsasında nəzərdən keçirək:

Yanvar. Türk dillərində bu ay adının bir neçə paralelləri işlənir. Müasir türk dilində bu ay osakau adlanır. Qaqauzlar isə bu ayı həm janavar, həm də bÿÿk ay - yə"ni "böyük ay" adlandırırlar.

Axısqa türkləri isə zimhəri-zəmhəri deyirlər. "Zəmhəri" sözü (ərəbcə) - qışın ən soyuq vaxtı deməkdir.

Fevral. Müasir türk dilində bu aya şuvat (subat) deyirlər. Türk dilinin əksər dialektində bu ada rast gəlmək olur. Axısqa türkləri həmin aya qücük (küçük) deyirlər. Axısqalıların fikrincə, qüç sözü ağır deməkdir. Yə"ni qışın ən ağır vaxtı bu aya təsadüf edir. Lakin mövcud lüğətlərdə "qücük" sözü-qısa, gödək ay mə"nasında işlənir [98, s. 112]. Doğurdan da, fevralda günlər qısalır, gecələr uzanır. Qaqauzlar da qujuay deyərkən qısa ayı (korotkiy mesəü) nəzərdə tuturlar. Onlar yanvara bÿÿk qujuk, fevrala isə kÿçÿk qujuk deyirlər [172, s. 361].

Mart. Bu ay adının fərqli olanı yoxdur.

Aprel. Əksər türk dillərində, o cümlədən, axısqalıların dilində bu forma saxlanılmışdır. Qaqauzlar isə paralel olaraq həm april, həm də çiçek ayı işlədirlər. Çünki bu ay ağacların, güllərin çiçək açdığı vaxta təsadüf edir. Apreldə hər tərəf gül-çiçəyə qərq olur.

May. Mayis (müasir türk dilində), pipiruda ayı (qaqauz dilində), "Pipiruda" - boboçka, flutura -kəpənək, böcək deməkdir. Bu ayda təbiət gözəlləşir, havalar istiləşir, kəpənəklər, böcəklər uçuşurlar. Qaqauzların diqqətini bu ayda, görünür daha çox kəpənəklərin uçuşu, böcəklərin səs-küyü cəlb edib. Ona görə də bu aya pipiruda adı vermişlər. Qaqauzlar may ayına "ay petri ayı"da deyirlər.

Axısqa türklərinin dilində may ayının başqa adı yoxdur.

İyun. Naziran (müasir türk dilində), "ay petri ayı" (qaqauz dilində). Axısqa türkləri bu aya kirəz ay deyirlər. Kirəz - yunan mənşəli sözdür, gilas deməkdir. Həmin ayda gilas yetişir. Buna görə də belə adlandırılmışdır.

İyul. Temmuz (müasir türk dilində), "ay iliya" (qaqauz dilində), Axısqa türklərirnin dilində bu aya orağ ayı deyirlər. Bundan əlavə, Axısqa türkləri iyulu çürük ay da adlandırırlar. Orağ ayına osmanlıca çürük ay deyirlər. Laz dilində isə iyula çuruği deyirlər [138, s. 143].

Avqust. Agustos (müasir türk dilində), Axısqa türkləri bu aya xarman ayı deyirlər. Qaqauzlarda da xarman ayı işlənir. Çünki bu ay taxılın biçin vaxtıdır: xırman döyülən vaxtdır. Bu ay Azərbaycanın bə"zi dialektlərində biçin ayı da adlanır.

Sentyabr. Eylul (müasir türk dilində), Axısqa türkləri bu aya böqrüm (bögrüm) ayı deyirlər. Sentyabrda sığırın, öküzün, inəyin höyürə gələn vaxtıdır. Mal-qara höyürə gəlmə vaxtı çatanda böyürdüyü üçün bu ay belə adlandırılmışdır.

Qaqauzlar isə bu aya həm sentyabri, həm də panaya ayı deyirlər. Bu ad xristianlıqda İisus Xristosun anası bakirə Mariyanın adının epitetidir. Qaqauzlar panayır qunu deyərkən "bazar günü" (bazarnıy denğ) nəzərdə tuturlar.

Oktyabr. Ekim (müasir türk dilində), Axısqa türkləri bu aya şarapayı deyirlər. Bu zaman üzüm və digər meyvələrin yığıldığı, toplandığı vaxta təsadüf edir. Meyvələrdən şərab hazırlanır.

Noyabr. Kasim (müasir türk dilində), Axısqa türkləri bu ayı koçay (sluka oveü i baranov) adlandırırlar. Koçi kattallar tovara, hoqur alsın tavar [137, s. 28].

Qaqauzlar noyabr ayını kasım ayı adlandırırlar.

Dekabr. Araliq (müasir türk dilində), Axısqa türkləri karakış (qara qış) deyirlər. Bu ay qışın ən sərt vaxtıdır. İlin axır ayıdır.

Axısqalılar "güzay",* "bahar ayı" adlarından da istifadə edirlər. "Güz"- payız deməkdir. İndi də bu əhalinin dilində güz sözü işlənir: Güzə yaxın meyvələri döşrülür (İ.Şahzadayev).

----------------

*Qeyd: Dialekt leksikasında geniş şəkildə işlənən güz/küz/kuz «quzu salınan yer» sözü də mənşəjə «payız mə

Beləliklə, ay adlarının bə"zi türk dillərilə qarşılaşdırılması göstərir ki, Axısqa türklərinin istifadə etdiyi ay adlarında özümlü cəhətlər çoxdur. Bunlar xalqın mifik təsəvvürünün, zəngin dünyagörüşünün məhsuludur. Onların aylar haqqındakı təsəvvürləri maraqlı olduğu qədər də orijinaldır, bir-birini təkrarlamır.

Oğuz qrupu türk dillərində ay adları

Müasir Azərb. Dili Müasir türk dili Axısqa türklərinin dili Qaqauz dili

Yanvar

Fevral

Mart

Aprel

May

İyun

İyul

Avqust

Sentyabr

Oktyabr

Noyabr

Dekabr Osak

Subat

Mart

Nisan

Mayis

Naziran

Temmuz

Aqustos

Eylul

Ekim

Kasim

Aralik Zəmhəri

Qücük

Mart

Aprel

Mayis

Kirəz

Orağ

Xarman

Bögrüm

Şarap

Koç

Karakış Vook ayı

Qujuk ayı

-

Çiçek ayı

Pipiruda ayı

Ay petri ayı

Ay iliya

Xarman ayı

Panaya ayı

Oktəbri

Kasım

Dekabri

Kəəbə yoli /müqəddəs yol/, Tərəzilər /kiçik ayı bürcü/, Hüngərlər /ülkər/, Gökyoli /Ağ yol, Süd yoli/, /planet adları/, ayna, sali /həftə adları/ və s. astronomik həyatın spesifik cəhətlərini aydın əks etdirir. Bu adlar arxaikləşsə də, indi yaşlı nəslin danışığında işlədilir.

Həftə günləri

Axısqa türklərinin dilində Azərbaycan dilində

Bazarertəsi birinci gün

Sali ikinci gün

Çerşamba üçüncü gün

cuma dördüncü gün

Perşamba beşinci gün

cumaertəsi altıncı gün

Bazar bazar

Sali /sayılı, sayli/ "opredelennıy denğ", "prazdnik" [168, T. II, №2, 1923, s. 103].

"Bazar" sözü türk dillərinə rus dili vasitəsilə daxil olmuşdur. Həmin söz təkcə həftə adını deyil, həm də bazar /rınok/ mə"nasını ifadə edir.

 
 

© WebMaster: CAhid KAazimov - cahidbdu@yahoo.com - {WebStar} - Muellif huquqlari qorunur.

Bu sehife qedim tarixe malik Axiska turklerinin etnik tarixi, medeniyyeti, dilinin fonetik, leksik, onomastik, semantik, morfoloji ve sintaktik xususiyyetlerinin sistematik tesvirini ehate edir. Muellif ilk defe olaraq bu dilin ses sistemi, luget terkibi, qrammaik qurulushunun genish ve aydin menzeresini yarada bilmishdir. Meslehet, teklif, fikir ve iradlarinizi cahidbdu@yahoo.com-a gondermekle muellifle elaqe saxlaya bilersiniz...

© 2002-2003, www.axiska.narod.ru - Muellif huquqlari qorunur (© Ismayil Kazimov).

 

Ismayil Kazimov
Hosted by uCoz