Axiska (Mesxet) turklerinin dili
İXTİSARLAR

GİRİŞ

I FƏSİL. AXISQA TÜRKLƏRİNİN DİL VƏ ETNİK TARİXİNƏ BİR NƏZƏR

1.1. Axısqa türklərinin etnik tarixinə dair

1.2. Müxtəlif türk tayfalarının Axısqa toponimlərində ini’kası

1.3 Axısqa türklərinin mənşəyinə dair

1.4. Dilin keşiyində, müxtəlif dillərin əhatəsində. Dil xüsusiyyətlərinin öyrənilməsinə dair

II FƏSİL. FONETİKA

2.1. Fonemlər sistemi

2.1.1.Abruptiv fonemlər

2.1.2. Tayfa dilinin qalıqları

2.2. Ahəng qanunu

2.3. Fonetik hadisələr

III FƏSİL. LEKSİKA

3.1. Əsas leksik fond

3.1.1. Əkinçilik leksikası

3.1.2. Kənd təsərrüfatı və bostançılıq leksikası

3.1.3. Heyvandarlıq leksikası

3.1.4. Məişət leksikası

3.1.5. Mərasimlərlə (toy mərasimi) bağlı leksika

3.1.6. Xalq musiqi alətlərinin və oyunların adları

3.1.7. Bə'zi bəzək (taxıncaq) adlarının leksik-semantik xüsusiyyətləri

3.2. Alınma leksika

3.3. Terminoloji leksika

3.3.1. İnsanın bədən üzvlərinin adları

3.3.2. Ay, gün, həftə və astronomik adlar

3.3.3. Xalq təbabəti terminləri

3.3.4.Heyvan adları (Zooloji terminlər)

3.4. Regional tə'sirlər, kənara çıxmalar

3.5. «Dədə Qorqud» və Axısqa dil uyğunluqları

3.6. Türk və Azərbaycan ədəbi dilləri ilə ortaq olan sözlər

3.7. Dilin şivələri

3.8. Gürcü substratları

3.9. Gürcü dilində Axısqa türklərinin dilinin elementləri

3.10. Onomastik leksika

3.10.1. Antroponimlər

3.10.2. Toponimlər

3.11. Sözün semantik strukturu: əsas semantik proseslər

3.12. Frazeoloji vahidlər

IV FƏSİL. MORFOLOGİYA

4.1. Sözün morfoloji quru-luşu

4.2. Nitq hissələri

4.2.1. İsim

4.2.2. Sifət

4.2.3. Say

4.2.4. Əvəzlik

4.2.5. Fe"l

4.2.6. Fe"lin təsriflənmə-yən formaları

4.2.7. Zərf

4.2.8. Köməkçi nitq hissələri

V FƏSİL. SİNTAKSİS

5.1. Dilin sintaktik quruluşu

5.1.1. Söz birləşmələri

5.1.2. Cümlə konstruksi-yaları

5.1.3. Əlavələr

5.1.4. Cümlədə sözlərin sırası (inversiya)

5.1.5. Cüttərkibli və təktərkibli cümlələr

5.1.6. Yarımçıq və elliptik cümlələr

5.1.7. Xüsusiləşmə

5.1.8. Xitab və ara cümlələr

5.1.9. Mürəkkəb cümlə. Tabesiz və tabeli mürəkkəb cümlələr

NƏTİСƏ

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

 

İXTİSARLAR
3.4. Regional tə"sirlər, kənara çıxmalar

Hər hansı bir dil sosial hadisə kimi cəmiyyətin həyatında öz məqsəd və vəzifəsini müxtəlif sferalarla yerinə yetirərkən təkmilləşmək, mükəmməlləşmək, öz daxili resurslarını inkişaf etdirmək üçün başqa dillərlə də qarşılıqlı əlaqəyə girməlidir. Bu əlaqə bə"zən dil normalarının pozulmasına, yeni xüsusiyyətlər kəsb etməsinə səbəb olur. Yə"ni bir dilin daxili modelləri başqa dil modelləri üzrə tərtib edilmiş olur. Beləliklə də, hər iki dilin modelləri bir-birinə tə"sir edib biri digərinin yerini tuta bilər. Lakin daha çox və daha müntəzəm işlədilən dilin tə"sir edəcəyi şübhəsizdir. Odur ki, bir neçə dil arasında müştərək cəhətləri təkcə nəzəri cəhətdən deyil, ümumi ehtiyac və tələbat baxımından da öyrənmək faydalıdır.

N.A.Baskakov göstərir ki, xalqların və dillərin inkişafında bə"zən elə tarixi şərait olur ki, onların tə"siri altında ayrı-ayrı dillərin ictimai funksiyası qeyri-adi dərəcədə genişlənir, dillərin yeni şəraitə uyğunlaşması baş verir və bu zaman baxmayaraq ki, bu şəraitdə onların tipologiyasında mühüm dəyişikliklər baş vermir, lakin dillərin tipoloji dəyişmə prosesləri qabarıq olur [87, s. 53].

Yad mühitdə, müxtəlif dillərin əhatəsində uzun bir inkişaf yolu keçmiş Axısqa türklərinin dili qədim qatları saxlamaqla yanaşı, regional tə"sirlərdən də yaxa qurtara bilməmişdir.

Dil dar mühitə, durğunluq vəziyyətinə düşəndə ictimai funksiyasını qismən itirir, onun yayılma arealı isə zəif olur. Axısqa türklərinin dili də belə olmuşdur. Bu dil Qafqazda və Orta Asiyada əsas funksiyanı yerinə yetirməmiş, ancaq kommunikativ və təsərrüfatla bağlı mövqeyini qoruyub saxlamışdır.

Maraqlıdır, eyni dil müxtəlif regionlarda fərqli əlamətlər qazana bilər. Məsələn, Moldavada və Ukraynada yaşayan qaqauzların dili ilə Qazaxıstanda yaşayan qaqauzların dili arasında, eləcə də orada yaşayan azərbaycanlılarla, Qafqazda yaşayan azərbaycanlıların dili arasında müəyyən diferensiya mövcuddur.

Bu fikri Türkiyədə yaşayan türklərlə, keçmiş Sovetlər Birliyində yaşayan türklərin dilinə də aid etmək olar. Regional tə"sirlər, normadan kənara çıxmalar ikincidə daha çox müşahidə olunur. Birincidə isə sün"i sözlər yaratmaq meyli qüvvətlidir.

Gürcü, Azərbaycan, özbək və qazax dillərinin bu əhalinin dilinə regional tə"siri olmuşdur. Bu qarşılıqlı dil əlaqələrinin müqayisəli - tutuşdurma metodu ilə təhlili dilçiliyimizə xeyli fayda verə bilər.

Axısqa türklərinin dilinin lüğət tərkibinin iki faizdən çoxunu gürcü-kartvel mənşəli sözlər təşkil edir.

Gürcüstanda yaşayan türklərin dilinin lüğət tərkibinə aşağıdakı sahələrə dair gürcü dilinin sözləri daxil olmuşdur:

1. Yeyinti məhsulları adları: karaki-kərə yağı, satxi - qoyun pendiri, çadi - qarğıdalı çörəyi, pəpə - çörək, xinkal - düşbərəyə oxşar xörək, xaçapur - pendirdən və soğandan hazırlanmış duzlu salat və s.

XVII əsrdə Mesxet-cavaxetidə yeni kənd təsərrüfatı bitkiləri əkilməyə başlandı. Əkilən bitkilərdən biri "kukuruza" adlanırdı. Gürcücə bu söz "çapı" və ya "lazut" adlanırdı. Gürcü dilində olan "lazut" sözü o vaxtdan kənd təsərrüfatı ilə məşğul olan türklərin dilinə də daxil olmuş, indi də işləkliyini itirməmişdir.

2. Botanika terminləri: lazut - qarğıdalı, çarxala - çuğundur, pazı; çançur - gavalı, kurka - meyvə, soko - göbələk və s.

3. Zoologiya terminləri: şoşnya - zağca, porosenok - donuz potası, mışonok - siçan balası, çiya - qurd, soxulcan; çintal - pişik balası və s.

4. Bədən üzvləri adları: zığel - diş əti, kakal - göz bəbəyi, biblo-rişə, nikart - dimdik, tot - ayı ləpiri və s.

5.Kənd təsərrüfatı və torpaqşünaslıq terminləri: bulul - dəyə, kuz - uzun ağac, şüvül, kort - təpə və s.

Axısqa türkləri Qazaxıstanda da bir əsrdən artıq yaşamışlar. Türk və Qazax dilləri o vaxtdan bir-birinə qarşılıqlı tə"sir göstərmişdir. Qazax dili vasitəçi rol oynamış, beynəlmiləl alınmaları bu dilə gətirmişdir: avtobaza, avariya, albom, oqorod, oblas və s.

Qazaxıstanda yaşayan türklərin dilinin lüğət tərkibinə aşağıdakı sahələrə dair qazax dilinin sözləri daxil olmuşdur:

a) yeyinti məhsulları adları: kəsmə /əriştə/, toxaç /bağırsaq/, xımız /at südündən hazırlanmış içki/ və s.

b) ev əşyaları, geyim adları: kömbəç /çörək bişirən tava/, taxya /araqçın/, tolax /dolax/ və s.

v) botanika, aqrotexnika terminləri: büldürğün /vəhşi çöl giləmeyvəsi/, masak /çuğundur/, qüzlux /payızlıq buğda/, yazlux /yazlıq buğda/, skirda /taya/ və s.

q) etnoqrafik terminlər: çille /yayın isti vaxtı/, kobuz /musiqi aləti/, dombura /xalq çalğı aləti/ və s.

Qazaxıstanda yaşayan türklər öz sözləri ilə yanaşı qazax dilinin sözlərindən də paralel olaraq istifadə etmişlər.

Sinonim kimi aşağıdakı sözlər paralel işlənmişdir: toxac /lüxum/, baursak, kant /kırma şəkər/, kumşəkər /toz şəkər/, qüzlux /kırmızı taxıl/, yazlux /bayaz taxıl/, mas /zarxoş/, dekabr /karakış/ və s.

Leksik interferensiyalar qazax dilinin tə"siri ilə daxil olmuş və bə"zi fonetik hadisələrə uğramışdır. Məsələn: vokzal /vazqal/, butılka /potlika/, skameyka /iskam/, eşelon /şalon/ və s.

Leksik interferensiyalarda fonetik və semantik mənimsəmə müşahidə edilir. Maşinə - maşina, nəçəlik - naçalnik, iliktir - elektriçestvo, vədrə - vedro, kuartel - kvartira, zavana - zveno, laqir - laqer, koperet - maqazin və s.

Regional tə"sirlər antroponimiyada da müşahidə edilir. Türklər qazaxlara məxsus şəxs adlarından, toponimlərdən istifadə etmişlər. Çimkənd vilayətində Sayram rayonu var. Bu toponimdən Sayrambəy adlı türk adı qoyulmuşdur. Gürcüstanda da əksər türklər gürcü familiyalarını daşımışlar. Yaralaşvili, Beridze və s.

cənubi Gürcüstandan sürgün edilən türklərin bir hissəsi Rusiyanın vilayətlərində yaşamağa başladılar. Yunanlarla qaynayıb-qarışdılar. Yunan dilindən aşağıdakı sözləri aldılar: kiramet /kərpic/, laxana /kələm/, tırpan /dəryaz/, dirqən /yaba, şana/, sinor /sərhəd/, nənni /beşik/, umuz /çiyin/.

Özbəkistanda yaşamış Axısqa türklərinin nitqində özbək dilində işlənən sözlər: çekiş, çamaşır, paxta /pambıq/, fərzənt, kisla /qışlaq/, asiman və s.

Özbəkistandan Azərbaycana pənah gətirmiş axısqalıların nitqində aşağıdakı rus sözləri işlənir: produkt, reforma, dokumentasiya, qrajdan, orqanizator, zapiska, oqorod, kultura, sekretar, prosent, semzavod, poliqon, aqitator və s.

Tədqiqat göstərir ki, eyni dil müxtəlif regionlarda diferensial əlamətlər qazana bilir. Təbiidir ki, çox işlənən dilin az işlənən dilə tə"siri güclü olur.

Dillərin təması - dəyişkən nəticədir və təqdim olunan müxtəlif etnoslar arasında əlaqənin bilavasitə uzun sürən davamıdır.

Gürcü - Axısqa - Azərbaycan dil paralelləri

Gürcü Axısqa Azərbaycan

bazi bazi boz quş

banaki ban 1 binə (yurd)

bakmazi bekmes bəkməz

buqu qu bayquş

qazi qay /qıy/ 2 qayçı

uto utoq ütü

papaxi papax papaq

puçana bicək buzov

kalaki kala qala /şəhər/

taşti tas teşt, tas

pialla çaşa pialə

qoçi koç qoç

quitukii tüy tük

qorni qarğa qarğa

şeneba, şenoba şennik şen/lik

şuşabandi havli şüşəbənd

çaydani çaynik çaydan-çaynik

çamça sapli çömçə

çekme sapuq çəkmə

djadja çeçə cecə

----------------

Qeyd: 1. Ban - qədim türk sözüdür. «Kitabi Dədə Qorqud»da ağ-ban evim şəklində işlənmişdir. Gögdən ildırım ağ-ban evim üzərinə şağır gördüm [60, c. 44].

2. Qay, qay, kə köklərinin «kəsmək» anlamında işləndiyi haqqında ətraflı mə

3. Dil paralellərinin müəyyənləşməsində Mahar Qəhrəmansoyun «Gürjü-Azərbayjan dil paralelləri» (»Təbib» nəşriyyatı, 1992) əsərinə istinad edilmişdir [134].

 
 

© WebMaster: CAhid KAazimov - cahidbdu@yahoo.com - {WebStar} - Muellif huquqlari qorunur.

Bu sehife qedim tarixe malik Axiska turklerinin etnik tarixi, medeniyyeti, dilinin fonetik, leksik, onomastik, semantik, morfoloji ve sintaktik xususiyyetlerinin sistematik tesvirini ehate edir. Muellif ilk defe olaraq bu dilin ses sistemi, luget terkibi, qrammaik qurulushunun genish ve aydin menzeresini yarada bilmishdir. Meslehet, teklif, fikir ve iradlarinizi cahidbdu@yahoo.com-a gondermekle muellifle elaqe saxlaya bilersiniz...

© 2002-2003, www.axiska.narod.ru - Muellif huquqlari qorunur (© Ismayil Kazimov).

 

Ismayil Kazimov
Hosted by uCoz