Axiska (Mesxet) turklerinin dili
İXTİSARLAR

GİRİŞ

I FƏSİL. AXISQA TÜRKLƏRİNİN DİL VƏ ETNİK TARİXİNƏ BİR NƏZƏR

II FƏSİL. FONETİKA

III FƏSİL. LEKSİKA

3.1. Əsas leksik fond

3.1.1. Əkinçilik leksikası

3.1.2. Kənd təsərrüfatı və bostançılıq leksikası

3.1.3. Heyvandarlıq leksikası

3.1.4. Məişət leksikası

3.1.5. Mərasimlərlə (toy mərasimi) bağlı leksika

3.1.6. Xalq musiqi alətlərinin və oyunların adları

3.1.7. Bə'zi bəzək (taxıncaq) adlarının leksik-semantik xüsusiyyətləri

3.2. Alınma leksika

3.3. Terminoloji leksika

3.3.1. İnsanın bədən üzvlərinin adları

3.3.2. Ay, gün, həftə və astronomik adlar

3.3.3. Xalq təbabəti terminləri

3.3.4.Heyvan adları (Zooloji terminlər)

3.4. Regional tə'sirlər, kənara çıxmalar

3.5. «Dədə Qorqud» və Axısqa dil uyğunluqları

3.6. Türk və Azərbaycan ədəbi dilləri ilə ortaq olan sözlər

3.7. Dilin şivələri

3.8. Gürcü substratları

3.9. Gürcü dilində Axısqa türklərinin dilinin elementləri

3.10. Onomastik leksika

3.10.1. Antroponimlər

3.10.2. Toponimlər

3.11. Sözün semantik strukturu: əsas semantik proseslər

3.12. Frazeoloji vahidlər

IV FƏSİL. MORFOLOGİYA

V FƏSİL. SİNTAKSİS

NƏTİСƏ

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

4.2.3. Say
Axısqa türklərinin dilində istifadə olunan saylar digər türk dillərindəki saylarla oxşarlıq təşkil edir. Lakin bə"zi sayların formasında fonetik fərqlər özünü göstərir: alti, doxxuz, un, ottuz, bin və s.

Sayların inkişafındakı sabitlik bir başqa xüsusiyyətlə də təsdiq olunur. Türk dillərinin bütün inkişaf dövrlərində saylar başqa dillərin tə"sirinə ən az mə"ruz qalmış nitq hissəsidir. Məsələn, Orxon-Yenisey abidələrindəki miqdar saylarının hamısı /monqol dili ilə müştərək hesab edilən tümen sayı müstəsna olmaqla/ türk dillərinin özünəməxsus sözləridir [52, s. 32].

Müxtəlif fonetik dəyişikliyə /səsartımı, səsdüşümü, səsdəyişməsi və səsəvəzlənməsi hadisələrinə/ mə"ruz qalan, eyni zamanda həm abidələrin, həm də Axısqa türklərinin dilində işlədilən saylar: yigirmi /iyirmi/, tört /dört/, bin /min/, sekiz /səkkiz/, doxxuz /doqquz/ və s.

Axısqa türklərinin dilində sayların qədim formalarından da istifadə olunur. Məsələn, hazırda adamların dilində ottuzun, doxxuzun kimi mürəkkəb saylar işlənir ki, bu saylar da üç yüz, doxsan kimi sayları əvəz edir. Bu xüsusiyyət abidələrdən gəlmədir. Abidələrin dilindən verilmiş aşağıdakı nümunələrə diqqət yetirək: Küli çur sekiz on yasap yok boltı /Küli Çur səksən il yaşayıb yox oldu -KÇ.Z... tokuz on kon utmış /...doxsan qoyun udmuş/ -F. 44.

Bu mürəkkəb saylar sonradan sadələşmişdir.

Səs əvəzlənməsi hadisəsi bu dilin saylarında da müşahidə edilir. Məsələn, beş sayının sonundakı ş-səsi bə"zi hallarda - s səsi ilə əvəzlənmişdir.

Bes öküzüm var,

Törti yatiyer,

Biri işdiyer /bulmaca/

Ümumiyyətlə, ş- səsinin -s -səsi ilə əvəzlənməsi hadisəsi digər sözlərdə də müşahidə olunur:

Getdi gül,

Gəldi bülbül,

İşter /istər/ ağla,

İşter /istər/ gül /Sanama və oyun/.

Axısqa türklərinin dilində əlli sayına elek də deyirlər:

Altun - elek /əlli/,

Demir selek,

Salla buni,

Çek şuni /Sanama və oyun/.

Orxon-Yenisey abidələrinin dilində isə əlli sayı elik şəklində işlədilmişdir [67, s. 100].

Axısqa türklərinin dilində bə"zi saylar mə"nalandırılır, demək olar ki, sayın semantikası açılır. Aşağıdakı sanamalarda bu əlamət qabarıq görünür.

İki - ikligim,

Bir - birligim,

Üç - üçlügüm,

Tört - törtlügüm,

Bes-besligim.

Axısqa türklərinin dilində mürəkkəb sayların qədim formalarında rast gəlmək olur:

Binə bir söylə, birə bin söylə /əski söz/.

Mürəkkəb saylardan poeziya dilində üslubi məqsədlər üçün də istifadə olunur. Məs.:

Otuz iki fərzi bəyan etdin qırx səkkiz cümaynan,

Üç yüz altmış altı gündür, bir sənə vəda ilən

Çahar kitab, çahar könül, çahar məzhəb sövdə ilən

Təsdiqi iqrar etdim, getmədim kənara bən /Aşıq Sümmani/.

Axısqa türklərinin dilində sıra saylarını əmələ gətirmək üçün - inçi /birvariantlı/ şəkilçisindən istifadə edilir:

İkinçi kərə gəlin uşaği quyiya, sonra dərəyə atiyer /nağıllardan/.

Axısqa türklərinin dilində -nci şəkilçisi əvəzinə -si şəkilçisi sıra saylarını əmələ gətirir.

Yeddisi /yeddinci/ güni cinlər gəliyerlər /nağıllardan/.

Axısqa türklərinin dilində qədim abidələrimizdə olduğu kimi, ilkinti sayından da indi də istifadə olunur:

İlkinti çağı bostana gediyeriz [48, 03.VII.1992].

İlkinti-ikinci deməkdir. Bu, sıra sayının əvəzinə işlədilir. İlkinti sözünün digər bir mə"nası «günün ikinci yarısı, namaz vaxtı» və s.-dir [52, s. 59].

«KDQ»da ekindü şəklində: Mərə qocalar, ekindü vəqti munı mana çevirəsiz, yiyəm- dedi.

Azərbaycan dili şivələrində (Qazax, Göyçay, Şəki, Oğuz) ilkindi şəklində «günorta ilə axşam arasındakı vaxt, günbatan vaxt» mə

M.F.Axundov da həmin sıra sayından istifadə etmişdir: ... gərək bu gün ilginti çağı buraya yetişsinlər [6, II c., s. 389].

Axısqa türklərinin dilində qeyri-müəyyən saylar /birisi, kimsə, neçələri/ substantivləşir:

Birisi sinəmdə yanar, birisi də yanub tütər /Xasta Hasan/;

Kimsə bilməz bu dünyanın işini,

Neçələri tökmiş köün yaşıni (Şimşək Sürgün Kaxaretli)

Bölüşdürmə sayları.

Bölüşdürmə sayları əşyanın müəyyən hissələrinin sayını bildirir. Müasir Azərbaycan dili üçün xarakterik olmayan bölüşdürmə saylarına hazırda bu əhalinin dilində rast gəlirik. Bölüşdürmə sayları -ar, -ər, -şar, -şər şəkilçiləri vasitəsilə düzəldilir. Məsələn: birər, beşər, onar, ottuzar və s. Nümunələr: Əti ikişər kilodan bölüşdux; Üyəni bax nənə, çepinə almay ikişər-ikişər dürtiyer.

Bölüşdürmə saylarına az da olsa "Kitabi-Dədə Qorqud" dastanlarının dilində təsadüf edirik: Təpəyən göynək, süsəyən birər at verdi.

A.M.Şerbak qədim özbək dilində -/ş ar -- /ş/ar /birar, ik /k/işar, yrar, tortar, beşar, altişar/ bölüşdürmə saylarını formalaşdıran şəkilçilərin olduğunu göstərmişdir [185, s. 139].

Bölüşdürmə saylarına türk /ujer, dorder, ikiser, dokuzar, yarimsar/; başqırd /unar, berər, altışar/; qaqauz /dordar, beşar, altışar, edişar, sekizar, onedişar/; qaraqalpaq /birer, öşer ekiser/; qaraçay-balkar /birer, altmışar, altışar, djetişer, öçöşer, gkşer/; karaim /birer, gkiser, beser, toğuzar, altışarı/; tatar /altışar, yözər/ və s. dillərdə də rast gəlirik.

Azərbaycan dilində isə -ar, -ər formalı saya təsadüf etmirik. Yalnız bir sözdə /birər/ bu hal özünü göstərir ki, o da ancaq cüt-cüt işlənərək /birər-birər/ zərf kateqoriyasına daxil olur.

F.Zeynalov göstərir ki, Azərbaycan dilində azda olsa, -şar, -şər şəkilçisi ilə əmələ gələn bölgülü say formasına rast gəlinir [74, s. 100].

Axısqa türklərinin dilində bə"zən beşin üçi /birinci tərəf yiyəlik hal, ikinci tərəf mənsubiyyət şəkilçili/ formasına da təsadüf olunur.

Numerativ sözlər /"Pustıe" imena/. Saydan sonra işlənib onun semantikasını konkretləşdirən, sayla aid olduğu əşya, hərəkət arasında qrammatik əlaqə yaradan numerativ sözlərə Axısqa türklərinin dilində də çox rast gəlirik. Bu dildə aşağıdakı numerativ sözlər işlədilir:

çift: Yeddi çift ignə qullanmamiş /nağıllardan/, Bir çift gözəl enmiş yola /mani/ və s.

təpə: İki təpə əringən oliyer /lətifələrdən/.

litrə: Gündə işləduğumuz bir litrə ayran

Oni da bulsax, zanarux bayram /türkü/.

ətəg: Bir ətəg kömür götürüb veriyerlər /nağıllardan/.

bölük: Gövümüzdə oturdi bir bölük ordi,

Kimin var taqəti çekə bu dərdi /Səkinə Bayraqdarova/.

qırıx, içim: Bir qırıx ətmək, bir içim su verməzlər

Qorxem axarında ac olur könül /Usta Mürtəz/.

Axısqa türklərinin dilində bir sıra saylar substantivləşir. Bunun üçün -lar şəkilçisindən istifadə olunur. Bu dildə qırx sayının substantivləşməsinə daha çox rast gəlinir. Çünki qırx sayı sakremental saylardandır:

Kim ki, qırxlar əlindən badə içdi, o hax aşuği oliyer. Qırxlar əvliyalardır, eyilərdəndir, onlar gözəgörünməzdir. /Hax aşuği Kərəm/.

Axısqa türklərinin dilində "yüz" və "bin" sayları "başi" sözünə artırılaraq substantivləşir:

Əsgərə gediyer baba yigitlər,

Yüzbaşi, binbaşi vurür ögüdlər /türkü/.

 
 

© WebMaster: CAhid KAazimov - cahidbdu@yahoo.com - {WebStar} - Muellif huquqlari qorunur.

Bu sehife qedim tarixe malik Axiska turklerinin etnik tarixi, medeniyyeti, dilinin fonetik, leksik, onomastik, semantik, morfoloji ve sintaktik xususiyyetlerinin sistematik tesvirini ehate edir. Muellif ilk defe olaraq bu dilin ses sistemi, luget terkibi, qrammaik qurulushunun genish ve aydin menzeresini yarada bilmishdir. Meslehet, teklif, fikir ve iradlarinizi cahidbdu@yahoo.com-a gondermekle muellifle elaqe saxlaya bilersiniz...

© 2002-2003, www.axiska.narod.ru - Muellif huquqlari qorunur (© Ismayil Kazimov).

 

Ismayil Kazimov
Hosted by uCoz