Axiska (Mesxet) turklerinin dili
İXTİSARLAR

GİRİŞ

I FƏSİL. AXISQA TÜRKLƏRİNİN DİL VƏ ETNİK TARİXİNƏ BİR NƏZƏR

1.1. Axısqa türklərinin etnik tarixinə dair

1.2. Müxtəlif türk tayfalarının Axısqa toponimlərində ini’kası

1.3 Axısqa türklərinin mənşəyinə dair

1.4. Dilin keşiyində, müxtəlif dillərin əhatəsində. Dil xüsusiyyətlərinin öyrənilməsinə dair

II FƏSİL. FONETİKA

2.1. Fonemlər sistemi

2.1.1.Abruptiv fonemlər

2.1.2. Tayfa dilinin qalıqları

2.2. Ahəng qanunu

2.3. Fonetik hadisələr

III FƏSİL. LEKSİKA

3.1. Əsas leksik fond

3.1.1. Əkinçilik leksikası

3.1.2. Kənd təsərrüfatı və bostançılıq leksikası

3.1.3. Heyvandarlıq leksikası

3.1.4. Məişət leksikası

3.1.5. Mərasimlərlə (toy mərasimi) bağlı leksika

3.1.6. Xalq musiqi alətlərinin və oyunların adları

3.1.7. Bə'zi bəzək (taxıncaq) adlarının leksik-semantik xüsusiyyətləri

3.2. Alınma leksika

3.3. Terminoloji leksika

3.3.1. İnsanın bədən üzvlərinin adları

3.3.2. Ay, gün, həftə və astronomik adlar

3.3.3. Xalq təbabəti terminləri

3.3.4.Heyvan adları (Zooloji terminlər)

3.4. Regional tə'sirlər, kənara çıxmalar

3.5. «Dədə Qorqud» və Axısqa dil uyğunluqları

3.6. Türk və Azərbaycan ədəbi dilləri ilə ortaq olan sözlər

3.7. Dilin şivələri

3.8. Gürcü substratları

3.9. Gürcü dilində Axısqa türklərinin dilinin elementləri

3.10. Onomastik leksika

3.10.1. Antroponimlər

3.10.2. Toponimlər

3.11. Sözün semantik strukturu: əsas semantik proseslər

3.12. Frazeoloji vahidlər

IV FƏSİL. MORFOLOGİYA

4.1. Sözün morfoloji quru-luşu

4.2. Nitq hissələri

4.2.1. İsim

4.2.2. Sifət

4.2.3. Say

4.2.4. Əvəzlik

4.2.5. Fe"l

4.2.6. Fe"lin təsriflənmə-yən formaları

4.2.7. Zərf

4.2.8. Köməkçi nitq hissələri

V FƏSİL. SİNTAKSİS

5.1. Dilin sintaktik quruluşu

5.1.1. Söz birləşmələri

5.1.2. Cümlə konstruksi-yaları

5.1.3. Əlavələr

5.1.4. Cümlədə sözlərin sırası (inversiya)

5.1.5. Cüttərkibli və təktərkibli cümlələr

5.1.6. Yarımçıq və elliptik cümlələr

5.1.7. Xüsusiləşmə

5.1.8. Xitab və ara cümlələr

5.1.9. Mürəkkəb cümlə. Tabesiz və tabeli mürəkkəb cümlələr

NƏTİСƏ

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

 

İXTİSARLAR
4.2.6. Fe"lin təsriflənməyən formaları. Axısqa türklərinin dilində də fe"lin üç təsriflənməyən forması vardır: məsdər, fe"li sifət və fe"li bağlama.

Məsdər. Fe"lin adını bildirməyə xidmət edən məsdər Axısqa türklərinin dilində bir variantlı -max şəkilçisi ilə formalaşır. Məs.: Həm də biz yengmax üzrəydux. Bu nə demax idi. Ağlamaxdan kəndini gücinən saxladi [70, XI.1992]. Yorulmax bilmadan geca-gündüzi, hüsnünə türkilər qoşeydim, Vətən /G.Şahin/, Bu işdə yorulmax, yilmax, Deyin, bizə yaxışurmi? /Yitkin Qomoroli/.

Axısqa türklərinin dilində məsdərlər hallananda yönlük halda x səsi y səsinə, tə"sirlik halda isə ğ səsinə keçir. Məs.:... iztirab və əzab izlərini bizdən gizlətmaya çalışan babamın hər kəlməsində Vətən sevgisi, Vətən həsrəti duyiyerdim. Odur ki, dədə-baba yurdumizi kendi gözləriminan görmaği qərara aldım [70, XI.1992].

Fe"li sifət. Axısqa türklərinin dilində fe"li sifətlərin xüsusi morfoloji göstəriciləri mövcuddur. Bu morfoloji əlamətlər, əsasən, oğuz qrupu türk dillərindəki şəkilçilərlə uyğun gəlir. Həmin şəkilçilər aşağıdakılardır:

1. İndiki zaman fe"li sifət şəkilçisi -an, -ən:

Vətəndə doğulan çocux,

Qundaxdaydı biz sürüldük /İ.Şahzadə oğli/;

Ey dərədə gürliyan çay

Yay, səs-sədan ellərə yay /c.Xalidov/,

Atılan ox geri dönməz /əski söz/,

Sən, ey gözəl arzu, günəş,

Dağ köskünə çökən duman /c.Xalidov/,

Vaxtsız ötən xorozin başıni kəsərlər

/əski söz/,

Zəhmətinən yeyilən aci soğan,

minnətinən yeyilən baldan tatlidur /əski söz/.

2. Keçmiş zaman fe"li sifət şəkilçiləri:

-mış: Bişmiş aş qazanda qalmaz /əski söz/, Bişmiş aşa su qatma /əski söz/, Qurumuş ağacın kölgəsi olmaz /əski söz/ və s.

-dıği, -duği şəkilçili fe"li sifətlər:

Verduğun bir yumurta, öldürdün dürtə-dürtə /əski söz/, İp qırılduği yerdən bağlanur /əski söz/, Köçduğun yurdun qədrini qonduğun yurdda bilürsün /əski söz/, Geyduği ipək, yeduği kəpək /əski söz/ və s.

Dıği, -duği fe"li sifət şəkilçisi Azərbaycan dilinin bütün dövrlərində də geniş miqyasda işlənmişdir. Məs.: Nəsimi sofi dəgişərdi ğəmindən geydigi şalı /Nəsimi/, Qazdığı quyuya düşərdi əcəl /RƏF/.

3. Gələcək zaman fe"li sifət şəkilçisi -acax, -əcax:

Kölgəsində yatacax ağaci budama /əski söz/, Öpüləcax yüzi tüfrüləcax etmə /əski söz/, İnanılacax şeylərə qısaca və topdan inanmaxdur [44, IV-V.1992].

Axısqa türklərinin dilində indiki zaman anlayışı ilə yanaşı, keçmiş zaman məzmununu ifadə edən ağan, -egen, -əyən fe"li sifət şəkilçisinə də rast gəlirik. Bu şəkilçi mə"lum və məchul fe"llərin sonuna artırılaraq fe"li sifət əmələ gətirir; şəxsin və ya əşyanın əlamətini, keyfiyyətini və b. xüsusiyyətini bildirir. Məs.: Yatağan arslandan gezegen tilki eydür /əski söz/, Gezağan gəlinən, güləyən qızdan çarşi-bazarda loti eydir /əski söz/ və s.

Fe"li bağlama. Axısqa türklərinin dilində fe"li bağlamalar fe"llərə xüsusi morfoloji göstəricilərin artırılması ilə formalaşır. Əksər türk dillərində -ıb fe"li bağlama şəkilçisinə bu dildə təsadüf olunmur. Bu şəkilçinin funksiyasını ər də, ür də və də şəkilçiləri yerinə yetirir.

Axısqa türklərinin dili -ibən, -ubən, -übən fe"li bağlama şəkilçisinin müasir dövrdə işlətdiyinə görə xüsusi maraq doğurur. Bu qədim fe"li bağlama şəkilçisi Azərbaycan dilində XIX əsrin əvvəllərinə kimi geniş miqyasda işlənmişdir. Bütün ədəbi növlərdə yazılmış əsərlərin dilində bu şəkilçi özünü göstərir. Bu isə onun həmin dövrlərin ədəbi dilində normal olduğunu sübut edir [55, s. 171].

Axısqa türklərinin dili bu şəkilçini qoruyub saxladığı üçün qədim xüsusiyyətlərinə sadiq qalmışdır:

Öz ətməgin, suyun bölübən verdi

Dənizlər keçibən çox çaylar aşdi /Müsəddin/,

Çoxdan bu yerlərə divan tutmişlər,

Millətimi qul dəyibən satmişlər

/Şimşək Sürgün Kaxaretli/,

Qırx beş yaşında yoruluban murd olur

Bir də təqavüt olub qocalur könül /Usta Mürtəz/,

Bu sözümdən əgər hissa almasan,

Əşna olub söyləyibən gülməsən /Usta Mürtəz/.

 
 

© WebMaster: CAhid KAazimov - cahidbdu@yahoo.com - {WebStar} - Muellif huquqlari qorunur.

Bu sehife qedim tarixe malik Axiska turklerinin etnik tarixi, medeniyyeti, dilinin fonetik, leksik, onomastik, semantik, morfoloji ve sintaktik xususiyyetlerinin sistematik tesvirini ehate edir. Muellif ilk defe olaraq bu dilin ses sistemi, luget terkibi, qrammaik qurulushunun genish ve aydin menzeresini yarada bilmishdir. Meslehet, teklif, fikir ve iradlarinizi cahidbdu@yahoo.com-a gondermekle muellifle elaqe saxlaya bilersiniz...

© 2002-2003, www.axiska.narod.ru - Muellif huquqlari qorunur (© Ismayil Kazimov).

 

Ismayil Kazimov
Hosted by uCoz