Axiska (Mesxet) turklerinin dili
İXTİSARLAR

GİRİŞ

I FƏSİL. AXISQA TÜRKLƏRİNİN DİL VƏ ETNİK TARİXİNƏ BİR NƏZƏR

II FƏSİL. FONETİKA

III FƏSİL. LEKSİKA

3.1. Əsas leksik fond

3.1.1. Əkinçilik leksikası

3.1.2. Kənd təsərrüfatı və bostançılıq leksikası

3.1.3. Heyvandarlıq leksikası

3.1.4. Məişət leksikası

3.1.5. Mərasimlərlə (toy mərasimi) bağlı leksika

3.1.6. Xalq musiqi alətlərinin və oyunların adları

3.1.7. Bə'zi bəzək (taxıncaq) adlarının leksik-semantik xüsusiyyətləri

3.2. Alınma leksika

3.3. Terminoloji leksika

3.3.1. İnsanın bədən üzvlərinin adları

3.3.2. Ay, gün, həftə və astronomik adlar

3.3.3. Xalq təbabəti terminləri

3.3.4.Heyvan adları (Zooloji terminlər)

3.4. Regional tə'sirlər, kənara çıxmalar

3.5. «Dədə Qorqud» və Axısqa dil uyğunluqları

3.6. Türk və Azərbaycan ədəbi dilləri ilə ortaq olan sözlər

3.7. Dilin şivələri

3.8. Gürcü substratları

3.9. Gürcü dilində Axısqa türklərinin dilinin elementləri

3.10. Onomastik leksika

3.10.1. Antroponimlər

3.10.2. Toponimlər

3.11. Sözün semantik strukturu: əsas semantik proseslər

3.12. Frazeoloji vahidlər

IV FƏSİL. MORFOLOGİYA

V FƏSİL. SİNTAKSİS

NƏTİСƏ

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

5.1.1. Söz birləşmələri
Axısqa türklərinin dilində söz birləşmələrinin müxtəlif tipləri işlədilir:

İsmi birləşmələr. Bu dildə ismi birləşmələrin ən çox yayılmış formaları bunlardır:

İsim + isim; Tavar oti, kalemkuşun yuvasi, camuşların səsi, tauxun kanadı, dağ yoli, dədə-baba yurdi, meşə zolağı və s.

Yolumuz dəmür yolunun kənəriynən uzanan meşə zolağının arasından keçiyerdi /G.Şahin/; Odur ki, dədə-baba yurdumizi kendi gözləriminan görmaği qərara aldım /G.Şahin/; Dağ yoli uzanırdı /G.Şahin/ və s.

Axısqa türklərinin dilində də "isim+isim" modelinə uyğun gələn 3-cü növ tə"yini söz birləşmələrinin arasında müvafiq sözlər artırmaq olur. Məsələn: Orta Asiyanın çölləri - Orta Asiyanın yilan məliyan çölləri; Babamın səhhəti - Babamın ağır səhhəti; Ailənin qöskü - Ailənin dağlanan qöskü və s.

Sifət + isim: - Silahli əsgərlər /Silahli əsgərlər onlari əvdüryerdi /Ş.Adıgünli/; Üstiaçux maşin /Üstiaçux bir maşin də qapının ağzıni kəsdirmişdi /Ş.Adıgünli/; Savux Sibir, körpə cocuxlar /Savux Sibir, körpə cocuxlar, hələ yaralari sağalmamiş əlsiz-ayaxsızlar /Ş.Adıgünli/, yanuxli hava /Yanuxli hava idi /Ş.Adıgünli/ və s.

Say + isim: Birinci maşin boşalan kimi ikinci maşini vaqona söykiyerdilər /Ş.Adıgünli/; Qara vaqonlar şaxtalı bir gündə iki yüz iyirmi kövi - onun dul qalan gəlinlərini, körpələrini, qavğadan yarali dönənlərini, gücdən düşmiş qocalarıni vətəndən ayırıb qara günlərə doğru götüriyerdi /Ş.Adıgünli/ və s.

Əvəzlik + isim: - Hələ heç kim belə hava eşitməmişdi /Ş.Adıgünli/; Bu səs bir anda bütün köyə yayıldı /Ş.Adıgünli/; Bütün canlilər göz yaşi içindəydi /Ş.Adıgünli/.

Fe"li sifət + isim: Gendimi anlayandan biyani, qocaman, ağsaçli, arnının hər qarışında Vətən həsrətinin qoyduğu, açıq- aşkar bilinan iztirab və əzəb izlərini bizdən gizlətmaya çalışan babamın hər kəlməsində Vətən sevgisi, Vətən həsrəti duyiyerdim /G.Şahin/; Yolumuz dəmür yolunun kənəriynən uzanan meşə zolağının arasından keçiyerdi /G.Şahin/;..cavanluxda bu yamyaşıl yamaclarda kendilarıni köçəcax qızlara göstərmaxdan ötəri sabahdan axşama qədər qurşax tutduxlarıni xəyala gətirduxca, babam hərdən bir dərindən of çekiyer/G.Şahin/və s.

Axısqa türklərinin dilində ismi birləşmələr daha çox sintetik yolla əmələ gəlir. Belə birləşmələrin tərəflərində yiyəlik və mənsubiyyət şəkilçiləri çox vaxt iştirak edir: Vaqonun nəfəsluğu, vətənin dağlari, insanların yürəgi və s.

Analitik yolla əmələ gələn ismi birləşmələr də az deyil; belə birləşmələr "şəkilçisiz" struktura malikdir: Doğma Vətən, uzun yol, kiçik köv və s.

Axısqa türklərinin dilində də tə"yini söz birləşmələrinin üç tipi də işləkdir.

1 növ: Qara kağızlar qaç ailənin qösküni dağliyerdi /Ş.Adıgünli/,... bu yol xəritəsi bizə doğma torpağımızda gərəksiz bir əşyaya çəvrülacaxdur /G.Şahin/; Göz oxşaduxca uzanan bu egri-bügri dağ yoli bizi bir yuvadan ayıriyersa, başqa bir yuvaya yaxınlaşduriyerdi /G.Şahin/ və s.

II növ: dağ döşündən sızıltı ilə axan puvarlardan su içduxlarıni... xəyala gətirduxca, babam hərdən bir dərindən of çekiyer /G.Şahin/, dağ yoli bizi bir yuvadan ayıriyerdi /G.Şahin/; Bənim və babamın həyatında dəyərdə qiyməti bilinməz dərəcədə bağışlanmiş bir ne"mət, qırx yil həsrətinan alışıb yanduğumuz Vətən torpağıni görmax idi /G.Şahin/ və s.

III növ: Babamın səhhətini nəzərə alarax bu səfərə maşinaynan çıxmaği qərara aldux /G.Şahin/; Türbəluğun yanından keçəndə dad-fəryad daha da ucaldi /Ş.Adıgünli/; İtlərin, camuşların səsi kəsilmiyerdi /Ş.Adıgünli/; Əvəzolunmaz bir həqiqətdür Vətənin cənnətluği /G.Şahin/ və s.

Fe

Digər türk dillərində olduğu kimi, Axısqa türklərinin dilində də fe"li birləşmələr fe"li bağlama, fe"li sifət və məsdərlə başqa sözlərin birliyindən təşkil olunur. Fe"li bağlama, fe"li sifət və məsdər birləşmənin ikinci komponentini təşkil edir.

Bu dildə -duxca şəkilçili fe"li birləşmələr geniş yayılmışdır. Məsələn: Göz işləduxca hər tərəf bam-bayaz idi /Ş.Adıgünli/; bu yaşlar onun nurani sıfatına süzüldüxca nə qədər aci həyəcan hislari keçuracağıni təsəvvürə gətürmax olduxca çətin oliyerdi /G.Şahin/ və s.

-Əndə şəkilçili fe"li birləşmələr: Qatar tərpənəndə arxa vaqonların birindən zurna səsi eşidildi /Ş.Adıgünli/.

-an, -ən şəkilçili fe"li birləşmələr: Əli silah tutanların həppisi davada idi. Əvdə qalanlar qocalar, əlillər, çəl-çocuxlar idi /Ş.Adıgünli/; Qorxidən bayılanlar da oldi /Ş.Adıgünli/ və s.

-max şəkilçili fe"li birləşmələr: 37-ci yilə kimi Ömər Faiqləri olan bir xalqın elmini, mədəniyyətini, belki də köküni kesmax üçün götüriyerdi /Ş.Adıgünli/, Yemax, yorğan-döşək götürməyi unutmayın! /Ş.Adıgünli/ və s.

Axısqa türklərinin dilində də adlarla fe"llərdən ibarət fe"li birləşmələrin formalaşmasında, hissələrin əlaqəyə girməsində hal şəkilçiləri də böyük rol oynayır.

Adlıq halda olan fe

-anda, -əndə şəkilçili adlıq hallı fe"li birləşmələr: Qatar tərpənəndə arxa vaqonların birindən zurna səsi eşidildi /Ş.Adıgünli/; Dögüləndə "Vətən" dedux, sögüləndə "Vətən" dedux /G.Şahin/.

-duxca, -düxcə şəkilçili adlıq hallı fe"li birləşmələr: Göz işləduxca hər tərəf bam-bayaz idi /Ş.Adıgünli/; Biz qocalduxca yükümüz də artiyer /G.Şahin/.

Axısqa türklərinin dilində -ıb şəkilçisi adlıq hallı fe"li birləşmə yarada bilmir. Bu şəkilçili söz özündən əvvəl tə"sirlik halda olan söz tələb edir: cəməhət vaqonlari görüb dəhşətə gəldilər /Ş.Adıgünli/.

-ıb şəkilçili söz özündən əvvəl çıxışlıq halda olan söz də tələb edir: Qara vaqonlar şaxtalı bir gündə 220 gövi - onun gücdən düşmiş qocalarıni vətəndən ayırıb qara günlərə doğru götüriyerdi /Ş.Adıgünli/.

Axısqa türklərinin dilində yönlük hallı fe"li birləşmələr də geniş yayılmışdır. Belə birləşmələrin birinci komponenti yönlük halda olan adlardan, ikinci komponenti isə fe"li bağlama və məsdərlərdən ibarətdir. Məsələn: Biliyerdim ki, hər dəfə bu sahəyə toxunanda babamın gözləri yaşinan doliyer /G.Şahin/; ... bu yaşlar onun nurani sıfatına süzülduxca nə qədər aci həyəcan hislari keçuracağıni təsəvvürə götürmax olduxca çətin oluyerdi /G.Şahin/, Qış yuxusuna gedən ağaclar da elə bil oyanmişdi /Ş.Adıgünli/.

Tə"sirlik hallı fe"li birləşmələr: Fələk bizi daraduxca, dariyer, qocalduxca yükümüz də artiyer /G.Şahin/.

Axısqa türklərinin dilində birinci komponenti yerlik hallı fe"li birləşmələrə də rast gəlmək olur: Yerdə qalan əsgərlərə hücum çekdilər /Ş.Adıgünli/; Vaqonlarda qalan cəməhət qışqırişiyerdi /Ş.Adıgünli/.

Çıxışlıq hallı birləşmələr. Belə birləşmələrdə məkan əlaqəsi mühüm yer tutur. Burada birinci tərəf hərəkətin başlandığı yeri, geniş sahədə hərəkətin başlanğıc nöqtəsini bildirir. Bu birləşmələrin birinci tərəfi məkan bildirən sözlərlə, ikinci tərəfi isə, bir qayda olaraq hərəkət və iş fe"lləri ilə ifadə olunur [1, s. 86].

Türbəluğun yanından keçəndə dad-fəryad daha da ucaldi /Ş.Adıgünli/; Uzaxdan görəndə "can-can" diyardım, Balam, gülümə qurban diyardım /Xalid Acarli/, ...qocalarıni vətəndən ayırıb qara günlərə doğru götüriyerdi /Ş.Adıgünli/ və s.

Qoşmalı fe"li birləşmələr. Belə birləşmələrin formalaşmasında qoşmaların da müəyyən rolu vardır. Kimi, üçün, tərəf və s. qoşmalar müstəqil mə"nalı sözlə fe"l arasında işlənərək qoşmalı birləşmələri əmələ gətirir: Bütün stansiyalardan güllə kimi keçən bu qatarlar, iki-üç gündən bir qarli düzlərdə qısa fasilə ediyerdi /Ş.Adıgünli/; Öz peşinə palaz kimi sürütmüş, bilinmiyer izlərimiz nerədə /G.Şahin/; Allah fursant versa, onların yardıminan Vətən torpağıni ziyarət etmax üçün səfərə çıxacağım /G.Şahin/, Artux kiminsə qapısından bir maşin tərpəndi, öləni son mənzilə götürən kimi hönkürdilər /Ş.Adıgünli/ və s.

Axısqa türklərinin dilində I növ tə"yini söz birləşməsinin quruluşunda digər türk dillərindən bə"zi fərqli əlamət müşahidə edilir. Məsələn, böyük məmləkət I növ tə"yini söz birləşməsi bu dildə böyüklük məmləkət şəklinə işlədilir: Bu böyüklük məmləkətdə varlux ikən yoxa döndux /G.Şahin/.

Digər fərqli xüsusiyyətlərdən biri də III növ tə"yini söz birləşmələrinin birinci tərəfi arasında özünü göstərir. Belə ki, III növ tə"yini söz birləşməsində I şəxsin təkində uzlaşma əlaqəsi "bəni babam" şəklində olur. Yə"ni, bən şəxs əvəzliyi I şəxsin təkində "bənim" yox, "bəni" formasında işlədilir. Müqayisə et: Rəhmət sana, bəni babam! /G.Şahin/.

Bununla belə, bu dildə həmin əlaqənin /uzlaşmanın/ "bənim tamahım", "bənim həyatım" quruluşuna da rast gəlmək olur: Bu dünyada yoxdur bənim tamahım /G.Şahin/; Bənim həyatımın mə"nası anam! /Xalid Acarli/ və s.

"Dağ havası" tipli II növ tə"yini söz birləşməsi bu əhalinin dilində "dağlux havasi" şəklində müşahidə olunur.

Köski gül qaşi qaradur,

Kendini bənə aradur,

Dağlux havasi yaradur

Dağlar bənim yürəgimdə /c.Xalidov/.

Axısqa türklərinin dilində tərkiblər də geniş yayılmışdır.

1. Fe"li bağlama tərkibi: Bütün çətinlüxlara qatlaşaraq oni qorumağa qadir oldilər /Ş.Adıgünli/; Uzaxdan görəndə "can-can" diyardım /X.Acarli/; cəməhət vaqonlari görüb dəhşətə gəldilər /Ş.Adıgünli/; Göz işləduxca hər tərəf bam-bayaz idi /Ş.Adıgünli/; Bir də görüşəndə kesarım quzi, Dağlar halal edin, biz gedar oldux /Nurəddin Sasiyev/.

2. Fe"li sifət tərkibi: Bişmişə həsrət qalan adamlar da lazudi, lobyay, arpay cik-cik yiya-yiya gediyerdilər /Ş.Adıgünli/; Sizdəki hünərə şaşdım, coşa gəldi yatan aşxım /Yitgin Qomoroli/; Sancılmiş bayrax dalğalaniyerdi /Y.Qomoroli/; Vətəndə doğulan çocux qundaxdaydi, biz sürüldux /İ.Şahzadə oğli/, 68 bin mesxeti türki yaşiyan Azərbaycanda cəmi 50 üzvlux bileti 2000 kösk nişani paylanmişdür [70, 10.IV.1992].

3. Məsdər tərkibi: Sənin gül nəfəsin duymax üçün bən, quş olub havada uçeydim, Vətən! /G.Şahin/; İslamın şərti 5-dür: namaz qılmax, kəlimeyi şəhadət gətirmək, oruc dutmax, zəkat vermax, haca getmax [48, 03.VII.1992]; Bizi yola vurmağa az qala bütün köv yığılmışdı /G.Şahin/.

Axısqa türklərinin dili, daha çox məsdər tərkiblərinin birinci tərəfi qeyri-müəyyən tə"sirlik halda müşahidə edilir, bu da danışıq dilinin tə"sirinin nəticəsidir. Məsələn, nəfəsin duymax /qeyri-müəyyən tə"sirlik halda/ - nəfəsini duymaq /müəyyən tə"sirlik halda/.

 
 

© WebMaster: CAhid KAazimov - cahidbdu@yahoo.com - {WebStar} - Muellif huquqlari qorunur.

Bu sehife qedim tarixe malik Axiska turklerinin etnik tarixi, medeniyyeti, dilinin fonetik, leksik, onomastik, semantik, morfoloji ve sintaktik xususiyyetlerinin sistematik tesvirini ehate edir. Muellif ilk defe olaraq bu dilin ses sistemi, luget terkibi, qrammaik qurulushunun genish ve aydin menzeresini yarada bilmishdir. Meslehet, teklif, fikir ve iradlarinizi cahidbdu@yahoo.com-a gondermekle muellifle elaqe saxlaya bilersiniz...

© 2002-2003, www.axiska.narod.ru - Muellif huquqlari qorunur (© Ismayil Kazimov).

 

Ismayil Kazimov
Hosted by uCoz