Axiska (Mesxet) turklerinin dili
İXTİSARLAR

GİRİŞ

I FƏSİL. AXISQA TÜRKLƏRİNİN DİL VƏ ETNİK TARİXİNƏ BİR NƏZƏR

II FƏSİL. FONETİKA

III FƏSİL. LEKSİKA

3.1. Əsas leksik fond

3.1.1. Əkinçilik leksikası

3.1.2. Kənd təsərrüfatı və bostançılıq leksikası

3.1.3. Heyvandarlıq leksikası

3.1.4. Məişət leksikası

3.1.5. Mərasimlərlə (toy mərasimi) bağlı leksika

3.1.6. Xalq musiqi alətlərinin və oyunların adları

3.1.7. Bə'zi bəzək (taxıncaq) adlarının leksik-semantik xüsusiyyətləri

3.2. Alınma leksika

3.3. Terminoloji leksika

3.3.1. İnsanın bədən üzvlərinin adları

3.3.2. Ay, gün, həftə və astronomik adlar

3.3.3. Xalq təbabəti terminləri

3.3.4.Heyvan adları (Zooloji terminlər)

3.4. Regional tə'sirlər, kənara çıxmalar

3.5. «Dədə Qorqud» və Axısqa dil uyğunluqları

3.6. Türk və Azərbaycan ədəbi dilləri ilə ortaq olan sözlər

3.7. Dilin şivələri

3.8. Gürcü substratları

3.9. Gürcü dilində Axısqa türklərinin dilinin elementləri

3.10. Onomastik leksika

3.10.1. Antroponimlər

3.10.2. Toponimlər

3.11. Sözün semantik strukturu: əsas semantik proseslər

3.12. Frazeoloji vahidlər

IV FƏSİL. MORFOLOGİYA

V FƏSİL. SİNTAKSİS

 

NƏTİСƏ

1. Axısqa türklərinin dilinin fonetik sisteminin tədqiqi göstərir ki, burada qədim səslər (n - sağır nun, nq-qovuşuq səs) hələ də işlənir, abruptiv səslər (k, p, t, ç, g) mövcuddur, digər dillərdən bə"zi səslər (x, ə, ü) mənimsənilmişdir. Söz əvvəlində ğ səsinin işlənməsi qədim xüsusiyyətdir və bu əhalinin dilində işləkliyini saxlamışdır.

Ahəng qanununun pozulması halları müşahidə olunur ki, bu da, əsasən, "i"-ləşmə hadisəsi ilə bağlıdır.

cingiltiləşmə hadisəsi Axısqa türklərinin dilində nisbətən zəifdir. Ona görə ki, bu əhalinin dili qeyri-adekvat inkişaf prosesi keçirmiş, kar samitlərin cingiltiləşməsi tə"min olunmamışdır.

Fonetik qanun və hadisələrin meydana çıxmasında nitq və dilin diferensiallaşması nəzərə alınmış, başqa dillərdən fərqli fonetik tərəddüdlər orfoqrafik və orfoepik normaların dialektikasına əsaslanılmışdır. Bütün bu məsələlərin araşdırılması digər qohum türk dillərindəki alınma sözlərdəki fonetik dəyişmələrin oriyentasiyasını müəyyən etməkdə də mühüm əhəmiyyət kəsb edir.

2. Tədqiqat göstərir ki, leksik şəkilçilər bu əhalinin dilində, əsasən, birvariantlıdır. Bu, dildə zəif şəkilçiləşmə ilə bağlıdır. Adlardan isim düzəldən -çi, lux (nux), li (ni), ci, nax, lax, çaq, ğaç, çuk, ciy, çə, t, mac, taş, diş, kuç, qaq və s. şəkilçilər həm birvariantlı, həm də qədimdir.

Bu əhalinin dilini digər türk dillərindən fərqləndirən bir xüsusiyyət də bə"zi hallarda -lux, -nux şəkilçisinin kəmiyyət kateqoriyasının morfoloji göstəricisi kimi işlədilməsidir.

Axısqa türklərinin dilində kök + xəbərlik kateqoriyası + kəmiyyət kateqoriyası sırası yerlərini dəyişir. Belə bir vəziyyətdə cəm şəkilçisi xəbər kateqoriyasından əvvələ keçir. Onlar elçilardur (elçidurlar).

Axısqa türklərinin dilində hal kateqoriyasının digər türk dillərindən fərqli xüsusiyyətləri özünü göstərir. Yönlük halın qədim forması (-ğa, -gə) işlədilir. Tə"sirlik halın əsas göstəricisi -y şəkilçisidir. Birgəlik halı (-inən, -nan) geniş yazılmışdır. Müraciət halından (şəkilçiləri "ay" və "li") istifadə edilir. Yönlük halda olan söz hallanarkən türk dilləri üçün qanun olan kök + mənsubiyyət şəkilçisi + hal şəkilçisi forması dəyişilib kök + hal şəkilçisi + mənsubiyyət şəkilçisi formasına keçir. Müqayisə et: başına - başan.

Qədim bölüşdürmə sayları (birər, beşər, onar, ikişər) öz işləkliyini qoruyub saxlaya bilmişdir.

Dilin inkişafı analitik formaların öz yerini sintetik formalara verilməsi ilə də səciyyələnir. Lakin tədqiqat göstərir ki, bu əhalinin dilində sintetizmə meyl zəif olduğundan analitik formalar hələ də saxlanılmışdır.

3. Axısqa türklərinin dilinin lüğət tərkibi bu əhalinin tarixi inkişafına, mədəni səviyyəsinə, maddi və mənəvi tələblərinə, istehsalat münasibətlərinin dəyişməsinə müvafiq olaraq inkişaf etmişdir. Bu leksikanın əsasında, əsasən, ümumtürk mənşəli sözlər durur. Yad mühitdə, müxtəlif dillərin əhatəsində uzun bir inkişaf yolu keçmiş Axısqa türklərinin dilinin leksikası bu gün daha çox təsərrüfatla bağlı mövqeyini mühafizə etmişdir. Bu leksikanın işlənmə sahələri genişdir: əkinçilikdə, kənd təsərrüfatı və bostançılıqda, heyvandarlıqda, məişətdə, maddi-mədəniyyət sahələrində və s.

Alınma leksikanın xeyli hissəsi interferensiya hadisəsinə mə"ruz qalmışdır.

Bu əhalinin dilində gürcü substratlarına rast gəlirik ki, məsələn, kuç (mədə), tuç (dodaq), tün (beyin), naxülə (öd), kud (quyruq), pexi (ayaq), tot (ləpir, iz), bibilo (pipik), kakal (göz qarası), nikart (dimdik)/ və s. bu kimi leksik substratların həmin əhalinin dilinə gürcü dilindən keçidi lap qədimlərə gedib çıxır. Belə gürcü sözləri ümumkartvel epoxasını yaşadır. XVI yüzillikdə keçid prosesinin intensivliyi sübut edir ki, indi belə sözləri alınma hesab etmək doğru deyil, bunlar substrat leksemlərdir. Kökləri çox dərinlərə gedib çıxır. Bu kimi substratlar gələcəkdə türk-gürcü dil əlaqələrinin hərtərəfli şəkildə öyrənilməsi üçün mühüm əhəmiyyət daşıyacaq.

Terminoloji leksikanın əsasını fono-morfoloji quruluşa uyğun olan ümumtürk sözləri təşkil edir. Ay, gün, həftə, planet və digər adların formalaşmasında xalqın dünyagörüşü, inam və müdrikliyi əsas rol oynamışdır.

Tədqiqat göstərir ki, eyni dil müxtəlif regionlarda diferensial əlamətlər qazana bilər. Təbiidir ki, çox işlənən dilin az işlənən dilə tə"siri güclü olur. Dillərin tə"siri dəyişən nəticədir və kontaktda olan dillər arasında münasibətin bilavasitə uzun sürən davamıdır.

Dilxarici amillər dillərin bir-birinə qarşılıqlı təsirinə, müxtəlif dil elementlərinin bir dildən digər bir dilə keçməsinə real şərait yaratmışdır.

Onomastik leksika bu elin tarixini əks etdirən dəyərli bir fakt (T.Hacıyev) kimi onların orijinal tarixi coğrafiyasını, həmçinin insan obrazını, Vətən məfhumunu yaşadır. Bir sıra regionlarda məskunlaşmaları bu əhalinin onomastikasına da öz tə"sirini göstərmişdir.

Tipik olmayan familiyalar ekstralinqvistik və regional tə"sirlərin nəticəsidir. Mə"lumdur ki 20-30-cu illərdə Axısqa türklərinin familiyaları məkrli siyasət nəticəsində zorla gürcüləşdirilmişdir.

Yaşayış ərazilərinin, digər oykonim və oronimlərin qıpçaq tayfaları ilə bağlılığı axısqalıların mənşəcə qıpçaqlar olduğunu sübut edən dəlillərdəndir.

4. cümlə sintaksisində adi danışıq dilindən əldə olunan nisbi sərbəstlik özünü göstərir. Tədqiqat göstərir ki, istər sadə, istərsə də mürəkkəb cümlə sintaksisində cümlə üzvləri və komponentlərin yerləşməsinin sərbəstliyi qədim türk dilindən, ondakı güclü informasiyavericiliklə bağlı olan analitizmdən irəli gəlir.

5. Beləliklə, tədqiqatda xeyli praformalar üzə çıxarılmış, indi həmin dildə bu qalıqların səbəbləri aydınlaşdırılmış, axısqalıların dilinin yad mühitdə sıxılma, başqa dillərin əhatəsində olma və həmin dillərdən mənimsəmə xüsusiyyətləri aşkar edilmişdir.

Bu əhalinin dili Azərbaycanın qərb qrupu dialektləri ilə müqayisə edilmiş, oxşar və ayrılan cəhətlər dəqiqləşdirilmiş, türk dilləri ailəsinə mənsub olan bu dilin qohum dillərdən ayrılma, müstəqilləşmə və öz xüsusiyyətləri ilə müəyyənləşmə səviyyəsi də üzə çıxarılmışdır.

Tədqiqatdan son olaraq belə bir nəticə də çıxarmaq olar ki, Axısqa türklərinin dili nə Türkiyə, nə də Azərbaycan türklərinin dilidir. Bu etnosun-əhalinin dili hər iki dil arasında orta (keçid) mövqeyində dayanan özünəməxsus dil qrupudur. Çünki hələ çox qədimlərdən Qafqaz və sonralar Orta Asiya mühiti belə bir spesifik dil - dialekt fenomenini formalaşdıra bilmişdir.

 
 

© WebMaster: CAhid KAazimov - cahidbdu@yahoo.com - {WebStar} - Muellif huquqlari qorunur.

Bu sehife qedim tarixe malik Axiska turklerinin etnik tarixi, medeniyyeti, dilinin fonetik, leksik, onomastik, semantik, morfoloji ve sintaktik xususiyyetlerinin sistematik tesvirini ehate edir. Muellif ilk defe olaraq bu dilin ses sistemi, luget terkibi, qrammaik qurulushunun genish ve aydin menzeresini yarada bilmishdir. Meslehet, teklif, fikir ve iradlarinizi cahidbdu@yahoo.com-a gondermekle muellifle elaqe saxlaya bilersiniz...

© 2002-2003, www.axiska.narod.ru - Muellif huquqlari qorunur (© Ismayil Kazimov).

 

Ismayil Kazimov
Hosted by uCoz