AXISQA-GÜRJÜ DİL KONTAKTLARINA DAİR İSMAYIL KAZIMOV 90-jı illərdə, yəni SSRİ
dağılandan sonra BMT çərçivəsində
azsaylı və dəfələrlə deportasiyalara
məruz qalmış türk xalqlarının
siyasi və etnik tarixinin, mədəniyyəti və
folklorunun, həmçinin dil xüsusiyyətlərinin
öyrənilməsinə xüsusi diqqət yetirilmişdir.
Axısqa türkləri də iki dəfə
deportasiya olunmuş kiçik xalqlardandır; hələ
də öz əzəli topraqlarına qayıda
bilməmişlər. Onların qat-qat çox
olan problemlərinin bütün mürəkkəb
kompleksini öyrənib dərk etmək üçün
həmin toplumun dilinin indiki vəziyyətini də
dərindən təhlil edib öyrənmək
lazım gəlir. Təəssüf ki, keçən
dövr ərzində bu sahədə əsaslı
tədqiqatlar aparılmamış, bu xalqa və
onun dilinə maraq göstərilməmişdir.
Sovet dövründə axısqalıların
dilinin araşdırılmasına imkan və
şərait yaradılmamış, həmin
mövzu bir növ yasaq olmuşdur. Yalnız 1989-ju
ildə Özbəkistanın Fərqanə vilayətində
qanlı toqquşmadan sonra Axısqa türklərinin
varlığı yada düşmüşdür.
Bu gün Axısqa türkləri öz
tarixi torpaqlarında yaşayan və siyasi təşəkkülü
olan bir xalq deyildir. Axısqa türkləri kimi tanınan
həmin xalqın bu gün öz əzəli bölgəsində,
demək olar ki, heç bir təmsilçisi yoxdur.
Axısqadan Orta Asiyaya sürgün edildikdən sonra
mədəniyyət, dil və siyasi yöndən
bir azlıq təşkil edərək, təbii
ki, tamamən məjhul və unudulmuş bir vəziyyətə
düşmüşlər. Müxtəlif ərazilərdə məskunlaşmasına,
müxtəlif sistemli dillərin əhatə və
təsiri altında olmasına baxmayaraq, bu xalqın
dili milli və oricinal xüsusiyyətlərini qorumuş,
uzun bir mübarizə yolu keçərək başqa
dillərin assimilyativ təsirindən özünü
xilas edə bilmişdir. Əksəriyyət etibarilə
öz varlığını qorumaqla bəzi
yad dillərin təsirlərinə də məruz
qalmışdır. Axısqa türkləri tarixən gürjülərlə
kontaktda olmuş, bir- birinə söz verib söz almışlar.
Bu xalqların dilləri arasında da leksik əlaqələr
formalaşmışdır. Dil əlaqələrinin
müəyyənləşməsində substrat
leksimlər mühüm rol oynamışdır:
A) GÜRJÜ SUBSTRATLARI «Substrat» sözü fəlsəfi
bir termin olub dilçilikdə də "əsas"
mənasında işlədilir. Substrat leksemlər alınmalarla bəzən
qarışıq salınır, belə leksik-terminoloci
vahidlər alınma sözlər deyil. Çox qədim
dövrlərdən qarşılıqlı
əlaqələr nətijəsində, qaynayıb-qarışma
nətijəsində bir dildən digər dilə
keçən sözlərdir. Axısqa türkləri ilə bir regionda
məskunlaşan, tarixən qaynayıb-qarışan
gürjülər biri digərindən söz alıb-vermişlər.
İndi Axısqa türklərinin dilində işlədilən
xeyli gürjü sözləri tədqiqatçıların
göstərdiyinə görə, XVI yüzilliyə
aid edilir. Həmin substrat leksemlərin tarixi çox
qədimlərə gedib çıxır və
həmin dil vahidləri ümumi-kartvel epoxasını
özündə əks etdirir. Müşahidə olunan substrat leksemləri
ayrı-ayrılıqda nəzərdən keçirək:
Kuç «mədə»<gürjüjə
kuçi. Axısqa türklərinin dilində kuç
sözü ilə paralel olaraq mədə/məddə
sözü də işlədilir. İndi kuç
sözünün işlənmə sahəsi daralmışdır.
Hazırda bu söz heyvandarlıq təsərrüfatında
istifadə olunur. Bu söz həmçinin kuçitar
sözünün bir komponenti kimi işlədilməkdədir.
Bu sözün mənası «zəlzələ»;
«qorxmaq», «ağjiyər» anlamlarına
uyğun gəlir. Bu fakt göstərir ki, həmin
söz keçmiş dövrlərdə söz
yaradıjılığı elementi kimi aktiv
olmuşdur. Tuç «dodaq»<tuçi. Bu leksik
substratın da işlənmə sahəsi indi
məhdudlaşmış, yalnız heyvandarlıq
təsərrüfatında istifadə olunmaqdadır.
Tuç sözü indi tuçlarni sözünün
ilkin komponenti kimi Axısqa türklərinin dilində
geniş dairədə işlənməkdədir.
Bu söz insanlara da aid edilə bilir. Məsələn,
tuçlaruni büzmax (dodaqlarını büzmək-mənasında).
Tün «beyin»<tvin twin> gürjüjə
twini. Qeyd: Gürjü kompleksi olan Wi türk dilindəki
ü/i saitinə uyğun gəlir. Müqayisə
et: twin>tün. Hazırda axısqalıların dilində
tün sözü tüniboş mürəkkəb
sözünün tərkibində işlədilir,
yəni, «beyni boş», «ağılsız»
mənasında. «Tünsüz» sözü
də dildə işləkliyini saxlamaqdadır.
Naxülə «öd, səfra»,
«öd kisəsi», <gürjüjə navwela/najweli.
Göründüyü kimi, axısqalıların
dilindəki naxülə sözü gürjü dilindəki
najweli sözünün fonetik jəhətdən
dəyişdirilmiş şəklidir. Gürjü
dilindəki we kompleksi axısqalıların dilindəki
ö refleksinə uyğun gəlir. Naxülə sözünün semantik çalarları
Axısqa türklərinin dilində zənginləşmişdir.
Gürjü dilində navwela təkjə «öd
kisəsi» mənasında işləndiyi
halda, axısqalıların dilində bir neçə
mənada istifadə olunmaqdadır: 1. Celçnıy
puzırğ; 2. Celçğ, əd (v perenosnom
smısle). Nümulərə diqqət yetirək:
1. Naülam ayricerdi da kurota gettim. 2. Jorbaya o qətən pirpila qatmış
ki, naülaca dönmiş. Axısqalıların dilində naüla
sözü ilə paralel olaraq öd, öd kisəsi,
zəhər sözləri də işlənməkdədir.
Kud «quyruq» <* kud (gürjüjə);
çan dilində: kudel; meqr kydel; cban-hakwad; haked, akwed.
Kud sözü ümumkartvel mənşəli əsasdır.
Gürjü dilinin ən qədim dövrlərində
işlənmişdir. Lakin kudi şəklində
bəzi gürjü dialektlərində istifadə
olunmaqdadır. Axısqalıların dilində bu substrat
leksemlə yanaşı qujrux sözü də
işənir. Kud sözü axısqalıların
dilində iki sözün tərkibində hazırda
müşahidə olunur: 1) kudijan; 2) kuda. Kudijan (kudiani)
həm gürjü, həm də axısqalıların
dilində: 1.Quyruqlu; 2. Küpəgirən qarı,
jadugər qarı, əjinnə mənalarında
istifadə olunmaqdadır. Hiss olunur ki, zaman keçdikjə,
bu jür leksik substratlar əvvəlki mənasını
da itirmək üzrədir. Əlavə mənalar
kəsb etməyə meyllidir. Kuda sözü indi axısqalıların
və gürjülərin dilində heyvandarlıq
sahəsində (1. Quyruqsuz, 2. Qısa quyruq mənalarında)
işlənir. Gürjü dilində kudian «quyruqlu»
deməkdir. Həmin söz məjazilik kəsb
edərək «hər bir şeyin biləni»
mənasında da istifadə olunmaqdadır. Aşağıdakı
nümunələrə diqqət yetirək: 1. Ban na bilejdim, kudum joxdur ki, bilejdim san golazaxsun.
2. Kudijan: nanain kudu varimis da oninan sazijermis ki,
na olazax. 3. Atyn qujrujuni ki, kesarsun olur kuda. Zuk (donqar-beldə, burunda) < gürjüjə:
zurki «bel, dal, kürək». Zuk sözü
axısqalıların dilinə gürjü dilindəki
zurki sözündən keçmişdir. Həmin
söz axısqalıların dilində forma və
mənasını dəyişmişdir. Axısqa türklərinin dilində bu
söz zuk formasına düşmüş, sözün
tərkibində olan «r» səsi düşmüşdür:
Müq. et. zurki > zuki. Formal jəhətdən olduğu kimi,
həmin leksik substrat məna baxımından da
diferensiasiyaya uğramışdır. Belə
ki, gürjü dilində yuxarıda qeyd olunduğu
kimi bel, dal, kürək mənasında işlənən
bu söz zaman keçdikjə, Axısqa türklərinin
dilində yeni məna, yuxarıdakı məna
ilə bir az da olsa səsləşən donqar,
qozbel semantikasına sahib çıxmışdır.
Sonunju məna aşağıdakı kontekstdə
də ehtiva olunmuşdur: Aydyn tayynyn arxasynda zuku vardur.
Zuk sözünün keçid mənalarından biri
də «şəxsi yük» mənasıdır.
Məs.: Gendim gedamiyerdim sani da arxama zuk ettim. Gendan niya
zuk etmissin? Zuk sözü gürjü şəkilçisi
ian morfoloci göstərijisini qəbul edib zukijan sözünü
əmələ gətirir: zukijan sözü «qozbel»,
«donqar» (adam) mənasındadır: Aidyn
tajijnan Asma xalaj zukijandurlar. Pexi < pexi (gürjüjə - ayaq). Gürjü
dilində «ayaq» mənasında işlənən
bu substrat axısqalıların dilində nida kimi
fəaliyyət göstərir. İş, fəaliyyət
vaxtı Axısqa türkləri bu nidadan inəyin
ayaqların qalxıb-enməsi prosesində istifadə
edirlər. Məs.: pexi! pexi! (noqa! noqa!). Qeyd: Mənə
məlumat verən informator Sabirjan Jəlilov belə
bir izah verdi:... pexi, pexi, diyerux ki, inək ayaxlaruni aralasun.
Menz «omba, bud» < gürjü dilində
menze. Turkmel «böyrək» < gürjüjə
- tirkmeli «böyrək». Bəzi axısqalıların
dilində bu sözlə yanaşı, onun sinonimi
bökrək sözü də işlədilir,
lakin yaşlı adamlar təkjə turkmel sözündən
istifadə edirlər. Tot «ləpir, iz» <*tot - gürjü
dilində «budaq», «qol». Tət «pənjə», «ayaq»
(heyvanlarda) < tati «pənjə», «ayaq»
- gürjü dilində. Axısqa türklərinin
dilində bu söz pişiyin ayağı, pənjəsi
birləşmələri daxilində işlədilir.
Axısqalılar pişiyə mürajiətlə
tət!, ətət də deyirlər (pişiyi
qovan zaman). Aydın görünür ki, bu sözlər
arasında məntiqi jəhətdən bağlılıq
vardır. Nikor «ağ xallı, ləkəli
tük» < gürjü dilində nikor. Hər
iki dildə bu söz eyni formalı və eyni mənalıdır.
Həm gürjü, həm də Axısqa türklərinin
dilində ağ xallı heyvanları nikora adlandırırlar.
Məs.: Bir nikora öküzüm var idi, yaman güləşxan
idi. Kututo «göz qapağı» <
gürjü dilində kututo «göz qapağı».
Hər iki dildə bu söz eyni mənadadır.
Lakin axısqalıların dilində sözün
tərkibində abruptiv (nəfəsli) səslər
iştirak etmişdir. Elenta/ələntə «dalaq»
< gürjü dilində elenta «dalaq». Zeqan
şivəsində gürjü dilində işlənən
forma (elenta) qalmışdır. Savel və digər şivələrdə
isə e, a>ə fonetik dəyişkənliyi
müşahidə olunur. Bu sözün sinonimi kimi türk mənşəli
talax (<dalak) sözü də işlənilməkdədir.
Bibilo/biblo «pipik» <* bibil; gürjü
dilində bibilo «quşun pipiyi», çan
dilində bibil - xoruzun saqqalı mənasında
(GSKƏ, 54). Axısqa türklərinin dilində biblo
şəklində işlənən bu sözdə
- i- səsi düşmüşdür. Ziğel - diş əti <* jrili «diş
əti», gürjü dilində: jrzil, meqr. Zirgil;
çan. Jizgil [191, s. 207]. Müasir gürjü ədəbi dilində
bu söz jrzili şəklində işlədilir.
Gürjü və Axısqa türklərinin dilində
bu söz epenteza və metateza hadisələrinə
uğrayır: jizili - jzili; j~z (jizil>zijel). Gürjü dilinin inqloy dialektində bu söz
jrqili formasındadır. Kakal - türk dilində göz karası
«göz qarası». Bu məna gürjü
ədəbi dilində dida «zeniüa oka»
sözü ilə ifadə olunur. İnqloy dialektində
isə kakalay şəklində müşahidə
olunur. Bu, kakal sözünün gürjü mənşəli
olduğunu təsdiq edir. Nikart - «dimdik» <* ni-kart «dimdik»>
gürjü dilində, ni(s) Kart, cban. Nikart-nikrat (GSKƏ,
148). Qeyd etmək lazımdır ki, Axısqa türklərinin
dilində bu leksik substratın qədim forması
saxlanmışdır. Bu leksik substrat * krt-wn-i «klevat» - dimdikləmək
sadə felindən törəmişdir. * ni və
* ni-kap «niqab»-«podborodok» həmin kök
əsasında formalaşmışdır. «Nikap»-«üz»
mənasında bir sıra türk dillərində,
o jümlədən axısqalıların dilində
işlənməkdədir. Axısqalıların dilində nikart
sözünə - an şəkilçisini artırmaqla
sözün mənası da dəyişir. «Nikartani»-«üz»
mənasında. «Nikartani töküləjax»
carqonunun feli birləşməsinin tərkibində
də bu söz hazırda işlədilir. Kojor «ləçək» < gürjü
dilində kojori «ləçək». Forma və mənada heç bir dəyişkənlik
yoxdur. Xejo «boyun ardı», gürjü
dilində kejo. K > x dəyişkənliyi bu formalarda
özünü göstərir. Məna jəhətdən
heç bir dəyişiklik görünmür. Xurxi «boğaz» * < xorx «boğaz»,
gürjü dilində: xorxi «boğaz». *
o>u əvəzetməsi bu formalarda özünü
göstərir. Kiko «çinədan», «boğaz
uru» < gürjü dilində kikvi «çinədan».
Məna dəyişkənliyi bu formalarda müşahidə
olunmasa da, hər bir dilin daxili qayda-qanunlarına uyğun
olaraq sözün formasında interferensiya hadisəsi
baş vermişdir. Maraqlıdır ki, bu dilin Artvin şivəsində
kıkı «boğaz uru» forması ilə
qarşılaşmaq olur. Puş «qarın» < gürjü
dilində paşvi (paswi) eyni mənada. Zirkol «şiş», «boğazın
şişməsi», < zirkvali: gürjü
dilində. Qeyd edilən məna gürjü dilində
zirqwali sözü ilə də ifadə edilir. Bu
formalar arasında z>z və wa>o əvəzlənməsi
özünü göstərir. Çerjul «bağırsaq». Bu
məna gürjü dilində celi forması ilə
ifadə olunur. Axısqalıların dilində
işlənən çerjul sözü gürjü
dilindəki çeli sözünün əsasında
formalaşmışdır. Burada türk dillərində
müşahidə olunan reduplikasiya, yəni qoşalaşma,
təkrarlanma əsas rol oynamışdır.
Cer-cyl-i (çox bağırsaq). Ehtimal etmək olar ki, Axısqa toponimi olan
Qorqul da bu prinsip əsasında yaranmışdır:
gor-gor-i > gorguli. Çip «göz zəifliyi», <
gürjü dilində çirpli «göz zəifliyi».
Çunçuxo «mədə»
(quşun mədəsi). Gürjü dilində
buna oxşar məna çinçaxvi leksik vahidi ilə
öz ifadəsini tapır. Sulukun «hıçqırmaq» <
* slok «hıçqırmaq»; gürjü
dilində slokin, meqr sikin; çan: sikin. Beləliklə, biz tədqiqatda axısqalıların
dilində indi də qalmış gürjü substratların
struktur-semantik inkişafı ilə tanış
olduq. Maraqlıdır ki, bu leksemlərin əksəriyyəti
insan və heyvanların orqanları ilə bilavasitə
əlaqəlidir. Belə sözlər, həqiqətən
də, bu toplumun dilində çoxdur. Belə leksik
vahidlər müasir gürjü dilindən keçmə
deyil. Tədqiqatda göstərildiyi kimi, bu sözlər
- bədən üzvləri adları hər iki
xalqın birgə heyvandarlıq, quşçuluq
təsərrüfatında çalışmaları,
birgə ünsiyyət prosesində tarixən belə
leksemləri mənisəmələri ilə
bağlıdır. Bunlar indiki dövrdə alınma
sözlər yox, leksik substratlar kimi başa düşülməli
və öyrənilməlidir. Fikrimizjə, bu kimi
substratlar gələjəkdə türk-gürjü
dil əlaqələrinin hərtərəfli
şəkildə öyrənilməsi üçün
böyük əhəmiyyət daşıyajaq.
Fikrimizjə, həmin substratların hər iki
dildə izahlı lüğətini yaratmaq türkologiya
üçün də faydalı ola bilər. B) GÜRJÜ DİLİNDƏ AXISQA
TÜRKLƏRİNİN DİLİNİN ELEMENTLƏRİ Gürjüstan Qafqaz sıra dağlarının
güneyində yerləşir. Türkiyə-Ermənistan
- Azərbayjan-Dağıstan - Kabartay-Arkazeli və
Qaradəniz arasında yerləşən Gürjüstan
joğrafi baxımdan, ta qədimdən iki hissəyə
ayrılaraq tanınır. Doğu Gürjüstan
və Sağ-Gürjüstan. Ta qədimdən bu yerlərdə türklər
yerləşmiş və uzun sürən hakimiyyətə
sahib olmuşlar. Türk dili bu ölkədə dərin
izlər buraxmışdır. Bir az tarixə
baxmamız gərəkdir. Tiflis və Çıldır
gölü arasında və Xram çayı hövzəsində
yerləşə Tıryal/Tıryalet bölgəsi
kurqanlarında Saka (Skuth) atlı köçərilərinə
aid çoxlu gümüşdən düzəldilmiş
əşyalar əldə olunmuşdur. Tarixi mənbələr göstərir
ki, Saka adı ilə tanınan bu tayfalar Kür çayı
boyunja yuxarı hərəkət edib (28000 ailə
- 28 oymaq) Karteldə yerləşərək farsları
bu ölkədən qovdular və Sarkinet (Sarkın
yurdu) adlı şəhər saldılar. Bu zaman
həmin ərazilərdə 6 dildə (kartveljə-gürjüjə,
xəzərjə, asurja, yahudijə, yunanja, ermənijə)
danışırdılar. Filipp oğlu Aleksandr
m. e. 320-ji ildə Kartelə gələndə
Kür çayı və onun qolları boylarında
yəni, «Sağ Gürjüstan» (Tərəkəmə-Gürjüstan
kəsiyində) yerləşmiş qorxunj dərəjədə
yabanı tayfalardan sayılan Bun-türk (Bön) Saf-oğuzlar
kimi yalan və hiylə bilməyən Türk və
Qıpçaqlar ilə qarşılaşır.
Bunların qoruduqları istehkam: Göruh boyunda və
Şavşat quzeyindəki Viran-şehir yerində
yerləşən Tukharis (Tukhari), (Xram çayı
boyunda, qədimdən Qartal yurdu mənasında
«Orbet» deyilən və Çenastan) ortasaylı
türklərin ölkədə Ojaqlı Başkumandan
xanədanı «Orbeliyan»ların mərkəzi
və «Üç-ok» anlamına gələn),
«Şam-Şvilde» («Kitabi-Dədə
Qorqud» kitabındakı «Şor» boyundan
«Şamsoldın» adlı xanədanın
malikanəsi) və Kür çayı ilə
Xram çayı qovuşuğundakı torpaq hasar
(«Kunan»)-Hunlar adlı qalaları bu türklərin
şiddətlə müdafiə etdikləri «Kartlis-Skovreba»da
anladılır. M. Brossetin fikrinjə, qıpçaq şəhəri
Sarkinet üçün «Türk orbeliyanlar yapısı»
və «Sam-Şvilde» //-Sami-solge (Üs-Ok)
istehkam mərkəzində oturan Başkumandalar
xanədanı içində, haqlı olaraq «Orbelyanlar
Gürjüstanda yerləşən türklərdir»,
bir yurdları da (İmeretdə və Kutayis) Arquetdə
(Arqu yurdu) idi. A. Zəki və V. Toğan Türküstan
tarixindən bəhs edən əsərlərində
yazırlar ki, Sarkinet adını verən türk
tayfasının Orta Asiyada qalan qolunun torunları-nəvələri
bu gün «Sarık» və «Sarıq»
adları ilə qırğızlar və təkə
türkmənləri arasında yaşamaqdadırlar.
«Sarkın» adı qıpçaq dillərində
«Sarıklar» deməkdir. Azqur (Axısqa quzeyində qala, Oğuzların
«Yazqur»/ Yazır boyundan). Arquet (Kutayisin güneyində
bölgə, «Arqu»lardan). Şoraqet (-Şor
çayı, Borçalıda Şor / Şor
boyundan). Xalxal (Kürün solunda, Şırak - Kızık
- düzü kəsimində Alban/Aran hökmdarlar
qışlağı). Xoni (Hun, Kutayis elində).
Xunan (Hunlar mənasında, Kür-Xram qovuşuğunda
torpaq hasarlı alınmaz sayılan yer). Kankark (erməni
dilində - «Kankarlar» mənasında, gürjüjə,
«Kanqarni» - Kanqarlar güjlü qıpçaq
boylarındadır, Çıldır gölü
sahillərində sanjaq adıdır). Kasak (646-jı
ildə islam fatehində anılır, Kürün
sağında və Tiflis-Gənjə arasında).
On-Oğuri 550-ji ildə Fars-Bizans müharibəsində,
Şərqi Gürjüstanda Fas/Riyon irmağı
boyunda qədim Çanar-Laz bölgəsində
yerləşən Türk uruğu adıyla,
təhrif olunmuş şəkildə «Onur-Kurisi»də
deyirlər). Sığnak - Alazan çayının
sağında ölkə, mərkəz. Taşırık
(Taşırlar, mərkəzi Loru (Lore şəhəri
olan Borçalı kəsiyində, Potolemeydə
Tosaren). Tukhark (Tukharlar, «Kartlis Skhovreba»da «Tukharisi»
- Tukharlı, Şavşat quzeyində qədim
istehkam qala, Batı Türküstanda Tokhar tayfasının
qolu var, Ağqoyunlulardan «Duharlı Yusif bəy».
«Kitabi-Dədə Qorqud»da adı çəkilən
və bu gün Gürjüstan ərazisində qalan
bölgələr aşağıdakılardır:
Ak-sıka qalası (Akhıska); Başıaçuk;
Karaçuk; Kökjə-tağ; Tokuz-tümen; Tumanın
(Tumanlar qalası). Gürjüstanda xalq arasında yaşayan
qədim oğuzlardan qalma sözlər: Jildo - ödül, mükafat mənasında.
«KDQ»-da «juldu» şəklində.
Bani - yüksək, çatı, dam mənasında.
«KDQ»-da «Ban-ev» - yüksək otaq.
Qosani - ozan, saz şairi. Xel-Osani - usta, mahir adam, kişi
mənasında. Qosan - sözündə sonralar «q»
səsi düşmüş, söz «osan-ozan»
şəklində sabitləşmişdir. Gürjü dilinə keçən türk
sözləri. Belə sözlər təkjə
türk mənşəli deyil, həmçinin
ərəb, fars, rum, yunan mənşəlidir.
Gürjü dilinə keçən bu jür sözlər
bəzi fonetik dəyişiklərə uğramışdır.
Gürjü dili (bu dilə kartuli də
deyirlər - İ. K.) belə sözləri qəbul
edərkən M. Fahrettin Kırzıoğlunun
göstərdiyi kimi «səsli ilə bitən
adların və sözlərin sonuna bir A və
çoxluqla bir İ eklenerek işlənir. Məsələn: A) (Türkçə sözlər: adati
(adət), almasi (almas/elmas taşi), amaqi (yemək),
arxi (arıq), bayraqi (bayraq), baği (bağ-bağça),
batmani (batman), bulbuli (bülbül), qutani (kotan, pulluk),
kabakhi (kabak, nişangah), ojaki (hojak, aile), soloqa (solak),
torula (torul, toğrul, toydar kuşu), yalkani (yelgen),
yataqi (yatak), yerişi (yeriş, hujum). B) Xüsusi adlar: Ajara (Ajar, qədim eger əvəzinə),
Kura (Kür çayı), Batumi (Batum şəhəri),
Korkuta (kişi adlı-Korkut), Mamuka (kişi adı-Mamuk),
Tatari (Tatar), Turki (Türk). V) Alınma sözlər. Gürjü dilində
işlənən belə sözlərdə
leksik vahidin ilk və ya ikinji hejasının saiti
düşür. Məs.: Rakhsi (Araks, Aras), Rani (Aran),
Rat (Arat - qıpçaqlarda kişi adı), Şota
(Aşot, Aşut - kişi adı), çraki (çırak,
yağkandili), dram (dirhem, direm), Ksani (Kasan-Kür çayının
bir qolu), Karçokh (Karaçuk - «KDQ»-da «Karaçuk-Çoban»),
Terqi (Terek çayı) və s. q) Gürjü dilində «f» səsi
olmadığı üçün onun yerinə
«p» və ya «v» səslərindən
biri işlənir. Məs.: Pineti (Finet-Fin yurdu, Finlandiya),
peranqi (firengi, fireng kömleqi), Sapranqeti) Fireng eli, ölkəsi,
Fransa), alapi (alaf, heyvan yemi), davtari (defter, hesap kitabı),
dapi (def, tef çalğısı) və s. Gürjü dili şəkilçilərini
qəbul etmiş türk soyadları Gürjüstanda XIX yüzilliyin ortalarında
türk bəy ailələrinin soyadlarında gürjü
dilinə məxsus aşağıdakı morfoloci
göstərijilər işlənmişdir. Şvili - oğlu. Dze - fars dilində keçən «zadə»,
ən çox bəy ailələrində işlənmişdir.
İya və ya Türk dilində nisbət
bildirən - lı, Eli -li, -lu, -lü şəkilçisi
mənasında. Yani. Türk dillərindəki gil/lər
şəkilçilərinin qarşılığı
kimi işlənir. Həmin şəkilçiləri qəbul
etmiş 44 bəy ailəsinin soyadları M. Brossetin
«Wakhuşt Çoğrafiya»sında və
«Tavadlar Listesi»nin sənədlərində
qeydə alınmışdır. Jamakuryan (Jan - Bakuryan (Orbelyan qolu); Yaralış-şvili.
Dolenojis-şvili. Barata-şvili (Orbelyan qolundan Barat-Eli
bəyləri). Solaqa-şvili. Arquta-şvili. Amilakhori.
Xidir-Beqis-şvili. Javaxis-şvili. Tumanis-şvili
(Orbelyan qolu, Amerikadakı Tarix professoru Prens Tumanov bunlardandır).
(A)Ratis-şvili. Tarxanis-şvili (Tarkhan oğlu).
Amir-Ejibi (Emir-hajib-saray naziri). Şalıka-şvili.
Şolaka-şvili. Turkistanis-şvili (Turkistanlı
oğlu). Korkana-şvili. Qarakani-dze. Karaqozis-şvili.
Tur(A) Manis-şvili. Urkmazas-şvili (Urkmez oğlu).
Tukhar-Eli. Tazis-şvili. Kadaqis-şvili (Kadaklı-Yasaklı
oğlu). Lala-dze (Lalazadə). Tula-şvili. Çubini-şvili
(Horasan-sakalı «Bəhrəm-Çubin»
nəslindəndir). Tatis-şvili (Tat (Tatlı oğlu).
Kobyakhi-dze (Kobyakzadə). Ali-Beqis-şvili (Ali-Beqli
oğlu). Budukh-avuri. Şaka-şvili. Ali-Kula-şvili
(Şiə müsəlmanı olmuş Ali-Kuli
oğlu). Bejanis-şvili (oymak Bejanlı oğlu).
Alkahazis-şvili (Alkasın oğlu). Çaşita-şvili
(Çaşit-Devlet-Jasusu oğlu). Çaçika-şvili.
Kay (I) Tmaza-şvili (Kayıtmaz oğlu). Kabak-şvili
(Kabak oğlu). Tarulis-şvili. Kar (A) Khana-şvili.
Kodala-şvili (Orta-Toroslardakı Bulqar-Karsak oymağı
«Kodallı» adı ilə də tanınan
Qıpçaq oymağı qolundan «Kodal oğlu».
Uqana-dze (Uqanzadə). Ağa-şvili (Ağa oğlu).
Gürjülər Axısqa türklərinə
məxsus olan sözləri də aşağıdakı
formalarda işlətmişlər: Ayasi (ayaz, şafak
aydınlığı), Baği (bağ, bağçe),
Bağa (beğe, hayvan yemliqi), Palakhi (palak, kıraç
yerdə bitən injə yarpaqlı ot), Baykuşi
(baykuş), Bayraqi (bayrak), Bokhça, Buqa, Bukhari, Burqi
(burqu), Burquli (bulqur), Japa (çapa, emek), Jari (çeri,
asker), Jeyrani (jeyran, jeylan), Jilağo (jidağu, atın
omuzbaşı), Jildavo (çağatay-qıpçaq
şivələrində jilqava, bir soy tilki), Jiridi
(jirid oyunu, atlı takım sporu, İstanbul ağızlarında
«jirit»), Jirid-Oba (jiritçilik, jirit oynama), Juja
(jüje, çox ufak gövdeli kişi), Çanari
(janar balığı), Çanqali (çengel,
yaba), Güli (gül), Dağ (dağma, damğa),
Dinçi (dinj, rahat, hüzurlu), Doşaki (döşek),
Dudquna (tutkun burunla danışan), Duşaki (KDQ-da
tuşak-at və insan ayağına vurulan göstek),
Qazli (qazil, yun-iplik), Qutani (kotan, 6-12 jift öküz və
ya manda ilə çəkilən ağır
yerli pulluk), Xali (hali), Xav (tüq, injə dəri),
Xizani (göçkün), Kada (kete, su katılmadan yoğurt
və ya süd ilə yoğrulan yufkalar yağlanaraq
yapılan və «iç» denilən yağla
umajlanmış kısmı ilə çox dayanıqlı
yolçu çörəyi (yağ ketesi, tava ketesi,
paşa ketesi, şeker ketesi kimi növləri var),
Kalaki (kalak, şəhər) Qazax, qırğızlarda
da var. «KDQ»-da Oğuz eli çifte başkendindən
«Ağça Kala» adı sonundakı «k»
səsi düşmüşdür), Kağalki
(kağıt, kuru, türkjə - «Kakıt»),
Keça (keçe, fərt), Köpaki (köpək),
Kaçaği (qaçaq), Kaçaq-Oba (kaçaklık,
kazaklık), Kadağa (qıpçaqlarda-yasak), Karaçi
(karaçi, çox yağız, esmer kimse), Karavuli
(karağul, karavul), Karavi (karaev, kıl-çadır),
Karkumi (kakum-çöl hayvanı), Koçaği
(koçak, yigit), Koçi (koç), Komrali (kumral), Korqani
(korqan, kurqan, tümsek və ya dikmetaş), Kuti (kutu),
Maraği (merek, yem və ot, saman anbarı), Noxi (Şəki-Nuxa
halvası), Nokari (monqol dilində nökər, başqasının
işçisi və ya malını satan), Oda (ev),
Ojaxi (oçak, ailə), Tasma, Tati (tetik, ət yeyən
məməlilərin en ayağı, pənjə),
Tav (baş, qıpçaq dillərində «tav»-dağ
mənasında, tepe (Eristav - Er başı), Tavani
(tavan (tavan), Teni (ten, islak, nemli), Tuçi (tuç, tunj),
tuniki (tənəkə), Tusaqi (tutsaq, əsir),
Tusaq-Oba (tutsaklık), Urdo (ordu, qadilə), Yağunti
(yakut taşi), Yalkani (yelkən), Yataki (yatak), yonja
(ot adı). Geyim adlarında türklüyün izləri:
Çuxa, Vezneli (fişeklili), Çepken, Arkalık,
Kuşak, Serhadlık (enli kayış kəmər),
Sallama-Kemer (injə və gümüşlü),
Matara (kayışdan bıçaq və başqa
əşyalar asılır), Şalvar, Görüklü-Ziqva,
Çizme (çarık), Kabalak (papak), Xevsu (kaftan),
Süslü jorap, Peştemal (önlük), Bonjuk (merjan
şüşeli), Jura (sədəfli saz), Abruşumi
(ebrüşüm, ipek, ipekli), Arxaluki (arkalık,
kişilərin geydiyi uzun jübbə), Atlasi (atlas,
kumaş), Bamba/Pamba (farsja - pambık, pam uklu), Bambazi
(pamuklu, kutnu), Başliği (başlık), Boxça,
Bur/U/Ka (bürük, bürünjek), Jibe (sep), Jiğa
(jığa, sorğuj), Çanta, Çekme (ayaqqabı),
Me-Çekme (çekmeçi), Çoxa (çuka, kişi
çekmeçi), Çuli (çul, bərk qumaşdan
hazırlanmış geyim), Dambaça/Tambaça
(tabanja), Dolbandi (dölbend, tülbend), Dukme/Tokma (düğme),
Eleqi (yelek), Qazli (qazil, jorablıq yun ipliği), Xalati
(ərəbjə - «xilat», xalat, kaftan),
Xançali (Xançari-hançer), Kaba (kaba, jübbe,
kaftan), Kabalakhi (kabalak, iki yandan başa sarıq kimi
dolanan şal - başlıq), Kamari (kemer), Kavuxi (kavuk),
Kondaxi (kundak, tüfek), Kürki (kürk), Me-Küke (kürkçü),
Kürk-Oba (kürkçülük), Kürtaki (kürdek,
qısaqollu qadın kaftanı), Kuti (kutu, koynunda
və ya kəmərdə-kuşakda daşınır),
Leçaki (leçek, tüldən qadın başörtüyü),
Matara, Matraxi (matrak, kamçı), Mesti (mest, mes), Pambuli
(pamuklu), Papaxi (papak), Peranqi (firengi gömlek, beyaz və
dönmə yaxalı gömlek), Partle (partal, paltar,
kumaş), Me-Partle (partalçı, kumaşçı,
manifaturaçı), Sima (Sirme-sırma, kaytan, ipekli
şerit), Şali (şal), Şalvari/Şarvali
(şalvar), Tasma, Tardzi (Terdzi-terzi), Yaraqi (yarağ,
kesiji silah). Çalğılarda və oyunlarda türklüyün
izləri: lek-uri (lek/ilek/Lezgi oyunu), mezure (zurnaçı),
medole (davulçu), Vurmalı, Doli («tovıl»,
«davul») , Diplipito, «Daura» (Dayra, daire),
Zilli-def (tef), Çonquri (çonqür/çequr, qopuz,
bağlama saz), Çiyanuri (üç telli kemençe).
Nəfəsli çalğı alətləri:
duduki (düdük), Mey/Meyi/- meydan çalğısı,
zurnadan kiçik çalğı), Zazandari/Tulumi/-
tulum/tulum-zurna, Salamuri (endən altı, arxadan bir deşiyi
olan kaval), Zurna (kamışlı, kıskançalı
və tablalı türk zurnası), Ar-La (türküsü),
Horovel (xalq şarkısı), Davluri/Davli/Dağlıuri
(oyun adı), Xorumi (oyun adı), Dağlıların
dansı (oyun adı), Davli oyunu, «Koroğlu»
oyunu (kılıç ve ya kama ile iki erkek oyunu), «Kılıç-Kalkan»
oyunu, Şorani oyunu, Xançer-Barı oyunu, Bıçak
oyunu, Kazbek dansı, Qoça-Oba (-koç oyunu, qoç
döyüşdürülür), Çida-Oba (-çida/karğı
oyunu), Jirit-Oba (-çırıt oyunu), Genj Kızların
Ağır Dansı, Terekeme, «Karabağ»,
«Jamış Girdi Bağa», Jeyrani, Partsa
(parça- qıpçaqlarda- barça- bütün-
birlikdə oynamaq), Khorum oyuni (Dünya yansa, bir xorum
otu yanmaz); Ağzını, bir xorum ot tutmaz (tıkımaz)-
deyimləri də axısqalılarda geniş
yayılıb. Şavşat-Artvində yaşayan
axısqalılar deyirlər ki, «Xorum, bir çeşid
oyun» (xalq oyunudur). Gürjülərdə «xorumi»
şəklində söylənməkdədir.
Yemək adları və onlarla bağlı
digər sözlər. Yemək alınan yerlərin adları:
Bazar (pazar, çarşı), Bostani (bostan), dukani
(dükkan), Me-dukane (dükkançı), Xabazi (ərəbjə-xabbaz
- ekmekçi), Xabaz-Oba (ekmekçilik), Kasapi (kasap), Purni
(furun). Qab-qajaq adları: Badya (badiya, çanak), Jami (jam, ağzı
geniş tas, su və şarap içmeğe yarar),
Çanaxi (çanak), çanqali (çengel, yemek çatalı),
Kobi (küp), kalyani (kalyan, nargile), Kapkuri/kapkiri (kefqir,
kevqir), Pinjani (finjan), Supça/supri (sofra), Şuşa
(şişe, şişe kap), Tabaxi (tabak), Taxta,
tapa (tava), Tasi (tas), Tepşi (tepsi), tolça (tolça-dolça),
Tulumi (tulum, yağ, bal, pekmez, şarap kibi nesneler için),
Tuji (tuç/tunç, dökme demir tençere), Tunqi
(tünqü, şarap ve su için ufak tulum, tavşan
tulumu). Yemək və içki adları: Abi
(hap), Badrijan/Patrijani (badınjan/patlijan), Banqi (bend, afyon,
esrar), Birinji (pirinj), Bozbaşi (bozbaş, pirinj- soğan
və bibərli haşlama), Burquli (bulqur), Burnuti
(burunoti, enfiye), Jadi (çadi-mısır etmeqi/ekmeqi),
Çıxitma (çiklutma- çıkıtma-
sirke, etli- yumurtalı- sirkeli çorba), Dombaki (tömbeki,
nargile tütünü), Komi (kum darısı, darı),
Halva (helva), Xaşi (xaşil, kotan xaşılı),
Xinkali (xingel, bol yoğurt və yağla bişirilən
«tatar böreqi»; etli-xingel- mantı- bu da axısqalılarda
sultani yeməklərdən sayılır), Kada
(kete), Kandi (kand, kelle-şeker), karaki (kerek yağı)
tereyağ) azərbayjanja - kərəyağ,
karapapaklar və dağıstanlılar «kere/kereğ»
deyirlər, Kava (kahve), Me-Kava (kahveçi), Kavurma, lavaşi
(lavaş, injə və uzun ekmeqi). Ərzurumda
«ejem-ekmeqi» deyirlər. Muraba (mürebba, reçel),
Plapi (pilav), Şarbati (şerbet), Tarkhuni (tarxun- güzel
kokulu bostan otu), Taro (taru, darı), Tutuni (tütün),
Zaprani (za'feran). Ölçü adları: 1. Ağırlıq ölçüləri:
Batmani (batman- 6 okka), Çağurdaği (çekirdek,
kuyumçu tartısı), Drami (dirhəm), Kankari
(qıpçaqlarda «Kankar»ların adı
ilə), Miskhali (4 miskal), Nuki (nüqü), Oka (okka -
400 dirhəm), Tukhti (tukht- 3 yumurta); 2. Taxıl ölçüləri: Çanakhi
(çanak- yarım kod), Kharvari (kharva/xalvar- 12, 5 kod),
Kila (kile), Kodi (kod- buğdası 20, arpası 16 kq.
Gəlir), Somari (somar- 16 kod), Tağari (tağar-
3 kod); 3. Sulu yemək ölçüləri:
koka (koqa/kova- 12 tünqü), Sitil/1/2 tünqü, «Koroğlu»
dastanında belə bir jümlə var: «Koroğlu
bir oturuşda üç tünqü şarap içər,
bir qızarmış qoyun yeyirdi»); 4. Uzunluq ölçüləri: Ağaçi
(ağaç, fersax, 5000 m. ə. yaxın yol ölçüsü.
«KDQ»-da belə bir ölçü adından
istifadə olunmuşdur), Andaza (endazə, terzi, və
kumaşçı arşını), Arşuni
(arşın- 67 santım); 5. Pul (para) ölçüləri: Abazi
(abbasi- 200 dinar- 20 köpük), Altuni (altın- 1 dinar,
5 altun- 1 pul), denqa (tenqe- 1 pul- 5 dinar), min-altuni (bin- altın-
5 abazi (Abbasi- 1 altın), Uz-Altuni (yüz altın-
100 dinar- 10 qəpik- 1 tanqiri (tanqir), Puli (pul- 5 dinar-
1 denqa- yarım qəpik), Tumani (tümən- onbin-
10 bin dinar- 20 altın ruble). Bu və ya digər dil fakları göstərir
ki, Axısqa türklərinin gürjülərlə
kontaktları nətijəsində gürjü
dilinə türk dilindən qeyd edilən sahələrlə
bağlı xeyli sözlər keçmişdir.
Gürjü dilində - məişətində
belə sözlər daha çox -i- və -a- şəkilçilərini
qəbul edib işlənmişdir. XÜLASƏ Məqalədə Axısqa- gürjü
dil əlaqələri məsələsi ön
plana çəkilmişdir. Axısqalıların
dilində özünü göstərən gürjü
sübstratlarının (kuç- mədə,
tüç- dodaq, tün- beyin, naxülə-öd,
kud- quyruk, pexi- ayaq, tot- ləpir və s.) struktur- semantik
inkişafı izlənilmişdir. Bu kimi substratlar
gələjəkdə türk- gürjü dil
əlaqələrinin hərtərəfli şəkildə
öyrənilməsi üçün böyük
əhəmiyyət daşıyajaq. Həmin
substartların izahlı lüğətini yaratmaq
türkoloci leksikoqrafiya üçün faydalı ola
bilər. Məqalədə, həmçinin Axısqa türklərinə məxsus söz, ifadə və digər elementlərin (qədim oğuzlardan, qıpçaqlardan qalma sözlər) işlənmə səbəbləri, türklüyün izlərinin geyim, oyun, çalğı alətləri, qab- qajaq, yemək, içki, ölçü və s. adlarda qaldığı da tarixi mənbələrdən əldə olunan zəngin faktlar əsasında aydınlaşdırılmışdır. Gürjü dilində türk mənşəli sözlər ən çox -i və - a şəkilçilərini qəbul edərək işlənmişdir. |
© WebMaster: CAhid KAazimov - cahidbdu@yahoo.com - {WebStar} - Muellif huquqlari qorunur. Bu sehife qedim tarixe malik Axiska turklerinin etnik tarixi, medeniyyeti, dilinin fonetik, leksik, onomastik, semantik, morfoloji ve sintaktik xususiyyetlerinin sistematik tesvirini ehate edir. Muellif ilk defe olaraq bu dilin ses sistemi, luget terkibi, qrammaik qurulushunun genish ve aydin menzeresini yarada bilmishdir. Meslehet, teklif, fikir ve iradlarinizi cahidbdu@yahoo.com-a gondermekle muellifle elaqe saxlaya bilersiniz...
|
© 2002-2003, www.axiska.narod.ru - Muellif huquqlari qorunur (© Ismayil Kazimov).