a) Kənd təsərrüfatı
ilə bağlı leksika: Xotman (ot topası),
ceb (otun yerdə qalanı), mərək
(ot yeri), səbət (ot yığılan
əşya), kum (quzu yeri), nuş oti (otun
artığı), basdırma (tövlənin
qabağındakı yer), bağa (ot tökülən
yer), hağıl (davar saxlanan yer) və s.
Kütən, boyunduruq, somı, qotay, kayış kimi sözlər də bu əhalinin dilində istifadə olunur.
b) Axısqa türklərinin dilində bostançılıqla bağlı spesifik leksika formalaşmışdır: lazut* (qarğıdalı), laxana (kələm), patlican (pamidor), çarxala (çuğundur), kartopi (kartof), şalğam (turp), zərdə (yer kökü), gözüm (nanə), pırasa (kəvər), pimpila (bibər), buğday, qarpuz, darı, arpay, kətan, noxud, mərci, yulaf, pərinc, çəltik, qavın, qəblica, bolqarçki, qabax, mayeş, sarmusax və s.
----------------
*Qeyd: Bu sözün mənşəyi haqda bax: [220, T. 4, c. 227-235].
Bağçılıq leksikası. Bu leksikaya bitki, ot (müalicə, yemlik), göbələk, meyvə ağacları və növləri adları daxildir. Bunları aşağıdakı kimi qruplaşdırmaq olar:
Bitki adları: çincar (giçitkən), qızılcuk (zoğal), girəz (gilas) - kara girəz, ceviz (qoz), peçək (ağ gül açan sarmaşıq), bağayarpağı, bayaz tut, panta, furuc, çancur, tut, kuknər, leknar, palıd, zərdəli (ərik), cancur (gavalı), kəsdənə (şabalıd), ulaf, bayaz taxıl (yazlıq buğda), kırmızı taxıl (payızlıq taxıl), çavdar, ərük, fişna, kurkantal, ələmələk, temal.
Ot adları: çayır-çəmən, əbəköməci, neqo gülü, saleka otu, qalo otu, pampara, gəlinbarmağı, telpəncəri, atol cemisi, yarpuz, kazayaği, pəncər, dağ pəncəri, çirəçuta, kükül, arçikela, cemi, çarbadela, tita, alağunta, çiyeyançola, talexeş, ciryançola, aptarak.
Yemlik otlarının adları: kuzi-kulaqi, gözüm, kazayağı, atol cemisi, tita, alağunta, talaxoş, cincar, pəncər, çirətuta, cemi, çarbadela, gülül, ciryançola, aptarak.
Yeməli göbələk adları: kama sokosi, çuxa sokosi, sığın sokosi, mantar, pirpilə sokosi, papaxli soko, tita sokosi.
Gül adları: qül, lələ, kar çiçəqi, mənəmşə (bənövşə) və s.
Xalq istifadə etdiyi hər bir meyvəyə özünəməxsus ad seçmişdir. Alma adları: şəkərə, şəkər nabada, qərənfil, deqirman, söbəşah, şəfrən, uruset, yağ, maxara, bumajnik, paşa, əcərə, yaz, əhmədiyyə, siran, bayaz, koprezyü, opport, yer alması və s., armud adları: nənə, qüz, gügüm, qızıl, bayaz, siçan, qızıl, bibi, ağırşah, korda, dedirza, incir, bağriqara, beg, odisxoro və s., panta adları: sari, şərbət, soltanli, qara, mesrik, karğuç, kut, tamara, barcuc və s.