Axiska (Mesxet) turklerinin dili
İXTİSARLAR

GİRİŞ

I FƏSİL. AXISQA TÜRKLƏRİNİN DİL VƏ ETNİK TARİXİNƏ BİR NƏZƏR

1.1. Axısqa türklərinin etnik tarixinə dair

1.2. Müxtəlif türk tayfalarının Axısqa toponimlərində ini’kası

1.3 Axısqa türklərinin mənşəyinə dair

1.4. Dilin keşiyində, müxtəlif dillərin əhatəsində. Dil xüsusiyyətlərinin öyrənilməsinə dair

II FƏSİL. FONETİKA

2.1. Fonemlər sistemi

2.1.1.Abruptiv fonemlər

2.1.2. Tayfa dilinin qalıqları

2.2. Ahəng qanunu

2.3. Fonetik hadisələr

III FƏSİL. LEKSİKA

3.1. Əsas leksik fond

3.1.1. Əkinçilik leksikası

3.1.2. Kənd təsərrüfatı və bostançılıq leksikası

3.1.3. Heyvandarlıq leksikası

3.1.4. Məişət leksikası

3.1.5. Mərasimlərlə (toy mərasimi) bağlı leksika

3.1.6. Xalq musiqi alətlərinin və oyunların adları

3.1.7. Bə'zi bəzək (taxıncaq) adlarının leksik-semantik xüsusiyyətləri

3.2. Alınma leksika

3.3. Terminoloji leksika

3.3.1. İnsanın bədən üzvlərinin adları

3.3.2. Ay, gün, həftə və astronomik adlar

3.3.3. Xalq təbabəti terminləri

3.3.4.Heyvan adları (Zooloji terminlər)

3.4. Regional tə'sirlər, kənara çıxmalar

3.5. «Dədə Qorqud» və Axısqa dil uyğunluqları

3.6. Türk və Azərbaycan ədəbi dilləri ilə ortaq olan sözlər

3.7. Dilin şivələri

3.8. Gürcü substratları

3.9. Gürcü dilində Axısqa türklərinin dilinin elementləri

3.10. Onomastik leksika

3.10.1. Antroponimlər

3.10.2. Toponimlər

3.11. Sözün semantik strukturu: əsas semantik proseslər

3.12. Frazeoloji vahidlər

IV FƏSİL. MORFOLOGİYA

4.1. Sözün morfoloji quru-luşu

4.2. Nitq hissələri

4.2.1. İsim

4.2.2. Sifət

4.2.3. Say

4.2.4. Əvəzlik

4.2.5. Fe"l

4.2.6. Fe"lin təsriflənmə-yən formaları

4.2.7. Zərf

4.2.8. Köməkçi nitq hissələri

V FƏSİL. SİNTAKSİS

5.1. Dilin sintaktik quruluşu

5.1.1. Söz birləşmələri

5.1.2. Cümlə konstruksi-yaları

5.1.3. Əlavələr

5.1.4. Cümlədə sözlərin sırası (inversiya)

5.1.5. Cüttərkibli və təktərkibli cümlələr

5.1.6. Yarımçıq və elliptik cümlələr

5.1.7. Xüsusiləşmə

5.1.8. Xitab və ara cümlələr

5.1.9. Mürəkkəb cümlə. Tabesiz və tabeli mürəkkəb cümlələr

NƏTİСƏ

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

 

İXTİSARLAR
3.11. Sözün semantik strukturu: əsas semantik proseslər

Dildə olan sözlər öz şəkil və mə"nalarına görə çoxmə"nalı, omonim, sinonim və antonimlərdən ibarət leksik-semantik söz qruplarını təşkil edir.

Çoxmə"nalılıq. Axısqa türklərinin dilinin sözlərində olan çoxmə"nalılıq, demək olar ki, əksər nitq hissələrində müşahidə edilir. Bunların içərisində kəmiyyət e"tibarilə isimlər, sifətlər və fe"llər çoxluq təşkil edir.

1. İsmin çoxmə"nalılığı: ayax /davarın ayaği/, /işkafın ayaği/, ağız /adamın ağzı; bıçağın ağzı/ və s.

2. Sifətin çoxmə"nalılığı: ey /yaxşı və sağlam mə"nalarında/, kalın /Bu mindər kalındır; Onun göni kalındır/ və s.

3. Fe"lin çoxmə"nalılığı: çalmax /biçmək/ - çalmax /oğurlamaq/, kaxmax /qalxmaq/ - kaxmax /bir yerdən başqa yerə köçmək/ və s.

Omonimlik. Axısqa türklərinin dilində olan əksər omonimlər digər türk dilləri ilə, o cümlədən, Azərbaycan dili ilə də eyniyyət təşkil edir.

Axısqa türkləri eyni sözün müxtəlif mə"nalarından istifadə edərək dildə maraq doğuran zəngin omonimlik yaratmışlar. Məsələn: çağ /coşmaq mə"nasında/ -çağ /vaxt, zaman mə"nasında/:

Haçan ki cuş edib çağlasa sellər,

Açılar lalələr, sünbüllər, güllər /cövhəri/,

Güz çaği gətürdün bağına /Hüzuri/

kurd /canavar/ - kurd /həşərat/:

Gezərdi içində avisi, kurdi,

Çamli- namudli meşa haxlıma gəldi /İlim Şahzadayev/,

Laxanaya kurd düşmişdi /Xeyransa Mirzəyeva/.

Tığ /ülgüc, biz/ - tığ /buğda, arpa topası mə"nasında/: Tığ yarasu eylanur, dil yarasu eylanmaz /əski söz/, Uzaxdan buğday, arpay tıği göriniyerdi [70, 10.XI.1992].

Sinonimlik. Axısqa türklərinin dilindəki sinonim sözləri müəyyənləşdirmək üçün, öncə, onların leksik-semantik əlamətlərini nəzərə almaq lazımdır. Sinonimlərin əksəriyyəti mə"na incəliklərinə malik olan, az bir hissəsi isə eyni mə"nalı sözlərdir.

Bu dildə işlənən sinonimlər bədii dilin imkanlarını zənginləşdirir, mə"na çalarlarını genişləndirir. Aşağıdakı nümunələr bu cəhətdən xarakterik sayıla bilər:

qəm-qüssə: Xəbər-ətər yox idi, nə qəmdən, nə qüssədən.

çiplax-yalın ayax: Çiplax, yalınayax qaçardux.

ağlamax-sızlamax: can qalmadi daha bizdə ağlamaya, sızlamaya.

Yer-yurd: Yerimizdə, yurdumuzda başxaları at oynadur [70].

Antonimlik. Antonim sözlər zidd mə"naları ifadə edir. Axısqa türklərinin dilindəki əsas nitq hissələrinin hamısında antonimliyə rast gəlmək olur. Məsələn: Məcbur oldux geca-gündüz xısın-xısın söyləməyə. Ölən öldi, qalan qaldi. Bu böyüklük məmləkətdə varlux ikən yoxa döndux. Hər addımda bir mum kimi yanıb söndux. Yaramızın qabuğini biz bağladux, onlar açdi [70].

 
 

© WebMaster: CAhid KAazimov - cahidbdu@yahoo.com - {WebStar} - Muellif huquqlari qorunur.

Bu sehife qedim tarixe malik Axiska turklerinin etnik tarixi, medeniyyeti, dilinin fonetik, leksik, onomastik, semantik, morfoloji ve sintaktik xususiyyetlerinin sistematik tesvirini ehate edir. Muellif ilk defe olaraq bu dilin ses sistemi, luget terkibi, qrammaik qurulushunun genish ve aydin menzeresini yarada bilmishdir. Meslehet, teklif, fikir ve iradlarinizi cahidbdu@yahoo.com-a gondermekle muellifle elaqe saxlaya bilersiniz...

© 2002-2003, www.axiska.narod.ru - Muellif huquqlari qorunur (© Ismayil Kazimov).

 

Ismayil Kazimov
Hosted by uCoz