3.3.4.Heyvan adları (Zooloji terminlər). Terminoloji söz qrupları arasında heyvan adları da mühüm yer tutur. Bu adların formalaşma tarixi qədimdir. Lap qədim zamanlardan türkdilli xalqlar təsərrüfatın heyvandarlıq sahəsi ilə də müntəzəm məşğul olmuşlar. Vəhşi heyvanları ovlamış, əhliləşdirmiş və ev heyvanları şəklinə salmışlar. Qədim türklər ev heyvanlarını fərqləndirmək üçün müxtəlif adlar qoymuşlar ki, bunların da böyük hissəsi ümumtürkoloji xarakter daşıyır. Bu adlar qədim epoxanı yaşatmaqla yanaşı, həm də heyvandarlıq terminologiyasını formalaşdırmış və zənginləşdirmişdir.
Axısqa türklərinin dilində heyvan adlarını tematik cəhətdən iki böyük qrupa bölmək olar:
a) Ev heyvanlarının adları
b) Vəhşi heyvanların adları.
Ev heyvanlarının adları arasında kənd təsərrüfatında çalışan heyvanların adları da müəyyən yer tutur. Məsələn: at, dəvə, inək, tavar, koyun, qeçi, öküz, douuz, tay /dayça, qulan/, tana /dana/, kuzi /quzu/, oğlax /təkə, erkək keçi/, ənük /küçük/ və s.
Azərbaycan dilində geniş dairədə işlədilən "mal" sözünü Axısqa türkləri "tavar" şəklində işlədirlər. "Mal" sözü ümumtürk mənşəlidir. Müasir türk dillərində işlənən areal adlardandır. Hər arealda müstəqil işlənir. K.M.Musayev "tuvar" sözünün şərqi qıpçaq qrupu dillərində - yeni mə"nalarda ("imuhestvo", "boqatstvo") işləndiyini göstərir [149, s.53].
"Davar" sözü müxtəlif fonetik variantlarda müasir türk dillərində işlənir. Türk, Azərb. (davar), türkm. (dovar, bir suri dovar), (tat. tuar, mal-tuar) və s.
"Tuvar"ın qədim abidələrdə tabar (tavar) formaları da var. Məsələn, anta ötriy turqes karlukığ tabarın alıp ebti yulın barmıs ebime tusmts. Uyğur abidələrində, o cümlədən Mahmud Kaşğarinin lüğətində bu ada "dobro", "imuhestvo", "boqatstvo" mə"nalarında rast gəlirik: bu buşıqı bramanlarka berquluq tavarım yokuçun [121, s. 542]. M.Kaşğarinin lüğətində tavar "skot, imuhestvo, tovar" mə"nalarında işlənmişdir: tavar kimin, uqilsə, bəkl anar kərkəiur, tavarsızın kalıb, bək erəkç e n eməqyur [202, T. III, s. 343].
"Mal" sözü oğuz qrupu türk dillərində aşağıdakı əsas mə"nalara malikdir: 1. İmuhestvo, sostoənie, tovar; 2. tovar; 3. skot; 4. denğqi; 5. krasota, prelestğ /arqo/ [180, s. 22].
"Mal" sözü başqırd dilində "mal-tıuar skot" formasında işlədilir [149, s. 76].
Qıpçaq qrupu türk dilləri üçün xarakterik olan "sıyır" sözü oğuz qrupu türk dillərinin əksəriyyətində "inək" şəklində işlənir. Lakin Axısqa türklərinin dilində, eləcə də qaqauzların dilində "sığır", "sıır" formasındadır.
Azərbaycan dilində atın balasına - cavanına "dayça", "qulan" deyirlər. Lakin Axısqa türklərinin dilində bu sözün qədim forması ("tay") hələ də qalmaqdadır.
Türk dillərində oxşar variantlar:
tay /dayça/ day / tai /tayunşa / tailak /taixar.
dəvə / dəyə /təyə /tebə / təbə /tgmggn / tgməqən /tgven / tgmgqg, tgmgn [180, s. 23].
at /aduu /at iteu / aduqun /adu/ adun
ayqır /ayqur /ayqır uqez / azraqa /adırqa / aifir/
İnək /inek /ine /ungg / inak / uniqg / un"gn.
eşşək /eşək / işək /iljiq / iljqgn / gljiq.
öküz /ököz /uqez /uxer / oqus / ovus / nqus /ukur /uku / ukurg/uker/ oquz / oquzça / [149, s. 54].
b) Vəhşi heyvan adları: avi /ayı/, aslan, kurt, janavar /canavar/, sığın /maral/, tavşan /dovşan/, jamuş /camış/, siçan və s.
Axısqa türklərinin dilində işlədilən vəhşi heyvan adları da ümumtürkoloji səciyyəlidir. Etimoloji təhlil göstərir ki, çto kasaetsə nazvaniy dikiy jivotnıx, to vajneyşie iz nix takje əvləetsə obhetörkskimi. Odnoqo v otliçie ot nazvaniy domaşnix jivotnıx oni nosət obhiy xarakter, t. e., kak pravilo, ne otrajaöt deleniə dikix jivotnıx po polu i vozrastu. Primeçatelğno takje, çto u nekotorıx törkskix narodov narədu s osnovnımi nazvaniəmi upotrebləötsə razliçnıe opisatelğnıe nazvaniə. Gto svəzano s suhestvovşimi u mnoqix narodov zapretami. Zapretı je v otnoşenii dikix jivotnıx, veroətno, vızıvalisğ tem, çto krupnıe dikie jivotnıe prinosili bolğşoy vred xozəystvu [97, s. 10].
Qeyd etmək lazımdır ki, bu dildə işlədilən vəhşi heyvan adları da Azərbaycan dilində olduğu kimidir. Lakin bə"zi fonetik fərqlər özünü göstərir. Məsələn, "avi" heyvan adı Azərbaycan dilində "ayı" şəklindədir.
v) Suda və quruda yaşayan heyvan adları: yilan /ilan/, xuliti /kərtənkələ/, qəməkli böjük /tısbağa/, kurbağa /qurbağa/ və s.
q) Ev və vəhşi quş adları: tauux /toyuq/, xoroz /xoruz/, jüjük, çuçul /cücə/, gələmkuş /qaranquş/, kukki /ququ quşu/, qöqərçin /göyərçin/ və s.
d) Həşərat adları: gərincə /qarışqa/, kinkilə /ağcaqanad/, sinək /milçək/, çəkürjək /şala cırcırama/, örümjək /hörümçək/, pətək /arı, bal arısı/, çiya /yağış soğulcanı/ və s.
Heyvandarlıq terminlərinin əsas kütləsi ata-baba sözləridir.
Axısqa türkləri Qazaxıstanda olarkən dəvəçiliklə daha çox məşğul olmuşlar. Odur ki, dəvəçilik leksikası bu dildə xüsusi tədqiqat tələb edir.
Qədim çəki və ölçü adları: karış, misqal, batman, arşun, toxar, hoxqa, girvənkə, pud, kodi, xalvar, süvəm /barmaq ölçüsü/, dirsək, qoq (böyük barmaq ölçüsü).
Vaxtın tə"yini: Türklər günlə vaxtı tə"yin edirlər. Deyirlər, dəstədən üç saat keçib.