Axiska (Mesxet) turklerinin dili
İXTİSARLAR

GİRİŞ

I FƏSİL. AXISQA TÜRKLƏRİNİN DİL VƏ ETNİK TARİXİNƏ BİR NƏZƏR

1.1. Axısqa türklərinin etnik tarixinə dair

1.2. Müxtəlif türk tayfalarının Axısqa toponimlərində ini’kası

1.3 Axısqa türklərinin mənşəyinə dair

1.4. Dilin keşiyində, müxtəlif dillərin əhatəsində. Dil xüsusiyyətlərinin öyrənilməsinə dair

II FƏSİL. FONETİKA

2.1. Fonemlər sistemi

2.1.1.Abruptiv fonemlər

2.1.2. Tayfa dilinin qalıqları

2.2. Ahəng qanunu

2.3. Fonetik hadisələr

III FƏSİL. LEKSİKA

3.1. Əsas leksik fond

3.1.1. Əkinçilik leksikası

3.1.2. Kənd təsərrüfatı və bostançılıq leksikası

3.1.3. Heyvandarlıq leksikası

3.1.4. Məişət leksikası

3.1.5. Mərasimlərlə (toy mərasimi) bağlı leksika

3.1.6. Xalq musiqi alətlərinin və oyunların adları

3.1.7. Bə'zi bəzək (taxıncaq) adlarının leksik-semantik xüsusiyyətləri

3.2. Alınma leksika

3.3. Terminoloji leksika

3.3.1. İnsanın bədən üzvlərinin adları

3.3.2. Ay, gün, həftə və astronomik adlar

3.3.3. Xalq təbabəti terminləri

3.3.4.Heyvan adları (Zooloji terminlər)

3.4. Regional tə'sirlər, kənara çıxmalar

3.5. «Dədə Qorqud» və Axısqa dil uyğunluqları

3.6. Türk və Azərbaycan ədəbi dilləri ilə ortaq olan sözlər

3.7. Dilin şivələri

3.8. Gürcü substratları

3.9. Gürcü dilində Axısqa türklərinin dilinin elementləri

3.10. Onomastik leksika

3.10.1. Antroponimlər

3.10.2. Toponimlər

3.11. Sözün semantik strukturu: əsas semantik proseslər

3.12. Frazeoloji vahidlər

IV FƏSİL. MORFOLOGİYA

4.1. Sözün morfoloji quru-luşu

4.2. Nitq hissələri

4.2.1. İsim

4.2.2. Sifət

4.2.3. Say

4.2.4. Əvəzlik

4.2.5. Fe"l

4.2.6. Fe"lin təsriflənmə-yən formaları

4.2.7. Zərf

4.2.8. Köməkçi nitq hissələri

V FƏSİL. SİNTAKSİS

5.1. Dilin sintaktik quruluşu

5.1.1. Söz birləşmələri

5.1.2. Cümlə konstruksi-yaları

5.1.3. Əlavələr

5.1.4. Cümlədə sözlərin sırası (inversiya)

5.1.5. Cüttərkibli və təktərkibli cümlələr

5.1.6. Yarımçıq və elliptik cümlələr

5.1.7. Xüsusiləşmə

5.1.8. Xitab və ara cümlələr

5.1.9. Mürəkkəb cümlə. Tabesiz və tabeli mürəkkəb cümlələr

NƏTİСƏ

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

 

İXTİSARLAR
5.1.3. Əlavələr. Axısqa türklərinin dilində özündən əvvəlki üzvün daha aydın, daha dəqiq ifadəsinə xidmət edən əlavəli cümlələrə də rast gəlmək olur. Bu dildə əlavələrin müxtəlif növləri işlədilir.

Əlavəli cümlələr bədii əsərlərin dilində də geniş yayılıb: Doğma ocax, doğma yurd, doğma torpax - Vətən həsrəti, yürəklərdə alışıb sönmək bilmiyan elə bir məhəbbət mə"şəli ki, nə tufan, nə çovğun, nə də yillərin savux yüzgərləri oni söndürməz /Məhəmməd Paşali oğli/.

"Vətən həsrəti" əlavəsindən hiss edilir ki, bu əhalinin çəkdiyi həsrət doğma ocaq, yurd və torpaqdır.

Qəzet məqalələrinin başlıqları da əlavələrdən düzələ bilir: "Tale yazısı - bədbəxtlux".

Axısqa türklərinin dilində ayrı-ayrı cümlə üzvlərinin əlavəsi də geniş yayılmışdır.

Mübtədanın əlavəsi: Xar toy - duqunun safali qeçardi, şenniqin turkiynan çayir biçardi /Nasim Dunmas/; Qatarlar - sürgün qatarlari, zulum qatarları adresi bəlli olunmiyan tərəfə gediyerdi /Ş.Adıgünli/; Basmaçılar - daşnaklar hücum etdilər, günəhsiz türkləri oda atdilər /Müsəddin/.

Xəbərin əlavəsi: Bura Orta Asiyadır - yilan məliyan çöllərdir.

Zərfliyin əlavəsi: Bu yilin fevral ayının 14-15-də Kabarda - Bolkariya Respublikasının başkəndi Nalçik şəhərində sürgündə olmiş xalqların Konfederasiyasının fövqəl"adə qurultayı keçürüldi [70, 27.III.1992].

Tamamlığın əlavəsi: Qara vaqonlar şaxtalı bir gündə 220 kövi - onun dul qalan gəlinlərini, körpələrini, qavğadan yarali dönənlərini, gücdən düşmiş qocalarıni vətəndən ayırıb qara günlərə doğru götüriyerdi /Ş.Adıgünli/; Bizdən - tarixçilərdən, hüquqçilardan, siyasətçilərdən, elmlər doktorlarından, professorlardan bizim çocuxların gələcaği asilidur [70, 03.III.1992].

Xüsusiləşmiş əlavənin bir növü də əlavə ilə özündən əvvəlki üzvün arasına "əsəs" sözünün işlənməsidir. Bu söz xüsusiləşməni daha da qüvvətləndirir. Məsələn: Xalqa, əsəs də, ziyalılara mürəciətimiz cavabsız qaliyer [70, 10.IV.1992].

 
 

© WebMaster: CAhid KAazimov - cahidbdu@yahoo.com - {WebStar} - Muellif huquqlari qorunur.

Bu sehife qedim tarixe malik Axiska turklerinin etnik tarixi, medeniyyeti, dilinin fonetik, leksik, onomastik, semantik, morfoloji ve sintaktik xususiyyetlerinin sistematik tesvirini ehate edir. Muellif ilk defe olaraq bu dilin ses sistemi, luget terkibi, qrammaik qurulushunun genish ve aydin menzeresini yarada bilmishdir. Meslehet, teklif, fikir ve iradlarinizi cahidbdu@yahoo.com-a gondermekle muellifle elaqe saxlaya bilersiniz...

© 2002-2003, www.axiska.narod.ru - Muellif huquqlari qorunur (© Ismayil Kazimov).

 

Ismayil Kazimov
Hosted by uCoz