Axiska (Mesxet) turklerinin dili
İXTİSARLAR

GİRİŞ

I FƏSİL. AXISQA TÜRKLƏRİNİN DİL VƏ ETNİK TARİXİNƏ BİR NƏZƏR

1.1. Axısqa türklərinin etnik tarixinə dair

1.2. Müxtəlif türk tayfalarının Axısqa toponimlərində ini’kası

1.3 Axısqa türklərinin mənşəyinə dair

1.4. Dilin keşiyində, müxtəlif dillərin əhatəsində. Dil xüsusiyyətlərinin öyrənilməsinə dair

II FƏSİL. FONETİKA

2.1. Fonemlər sistemi

2.1.1.Abruptiv fonemlər

2.1.2. Tayfa dilinin qalıqları

2.2. Ahəng qanunu

2.3. Fonetik hadisələr

III FƏSİL. LEKSİKA

3.1. Əsas leksik fond

3.1.1. Əkinçilik leksikası

3.1.2. Kənd təsərrüfatı və bostançılıq leksikası

3.1.3. Heyvandarlıq leksikası

3.1.4. Məişət leksikası

3.1.5. Mərasimlərlə (toy mərasimi) bağlı leksika

3.1.6. Xalq musiqi alətlərinin və oyunların adları

3.1.7. Bə'zi bəzək (taxıncaq) adlarının leksik-semantik xüsusiyyətləri

3.2. Alınma leksika

3.3. Terminoloji leksika

3.3.1. İnsanın bədən üzvlərinin adları

3.3.2. Ay, gün, həftə və astronomik adlar

3.3.3. Xalq təbabəti terminləri

3.3.4.Heyvan adları (Zooloji terminlər)

3.4. Regional tə'sirlər, kənara çıxmalar

3.5. «Dədə Qorqud» və Axısqa dil uyğunluqları

3.6. Türk və Azərbaycan ədəbi dilləri ilə ortaq olan sözlər

3.7. Dilin şivələri

3.8. Gürcü substratları

3.9. Gürcü dilində Axısqa türklərinin dilinin elementləri

3.10. Onomastik leksika

3.10.1. Antroponimlər

3.10.2. Toponimlər

3.11. Sözün semantik strukturu: əsas semantik proseslər

3.12. Frazeoloji vahidlər

IV FƏSİL. MORFOLOGİYA

4.1. Sözün morfoloji quru-luşu

4.2. Nitq hissələri

4.2.1. İsim

4.2.2. Sifət

4.2.3. Say

4.2.4. Əvəzlik

4.2.5. Fe"l

4.2.6. Fe"lin təsriflənmə-yən formaları

4.2.7. Zərf

4.2.8. Köməkçi nitq hissələri

V FƏSİL. SİNTAKSİS

5.1. Dilin sintaktik quruluşu

5.1.1. Söz birləşmələri

5.1.2. Cümlə konstruksi-yaları

5.1.3. Əlavələr

5.1.4. Cümlədə sözlərin sırası (inversiya)

5.1.5. Cüttərkibli və təktərkibli cümlələr

5.1.6. Yarımçıq və elliptik cümlələr

5.1.7. Xüsusiləşmə

5.1.8. Xitab və ara cümlələr

5.1.9. Mürəkkəb cümlə. Tabesiz və tabeli mürəkkəb cümlələr

NƏTİСƏ

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

 

İXTİSARLAR
5.1.5. cüttərkibli və təktərkibli cümlələr. cüttərkibli cümlə. Axısqa türklərinin dilində cüttərkibli sadə cümlənin bir neçə tipi işlədilir.

1. Yalnız təşkiledici üzvlərdən ibarət olan cüttərkibli sadə cümlələr: Mal-qara mələşiyerdi. Maşinlər uğuldaşiyerdi. Dava gediyerdi və s.

2. Təşkiledici üzvlərlə yanaşı, ikinci dərəcəli üzvləri də olan cüttərkibli sadə cümlələr: Dava bu dağlardan çox-çox uzaxlarda gediyerdi /Ş.Adıgünli/; Silahli əsgərlər onlari əvdüryerdi /Ş.Adıgünli/; Qatarlar adresi bəlli olunmiyan tərəfə gediyerdi /Ş.Adıgünli/ və s.

3. Şəxs əvəzliyi ilə ifadə olunmuş mübtədası işlənməyən cüttərkibli sadə cümlələr: Vətən eşxininən yaniyerux. Vətəndən düşdux ayri, yürəgimiz daraldi /G.Şahin/; Qocaldım, gedar oldum, güc-qüvvətin qori oğul! /G.Şahin/; Sabaha qədər bizdə oturub məsləhətləşdilər /G.Şahin/ və s.

Bu cümlələrin birincisində "biz", ikincisində "bən", üçüncüsündə isə "onlar" mübtədası buraxılmışdır. Buraxıldığına baxmayaraq belə cümlələr də cüttərkiblidir [14].

Təktərkibli cümlə. Axısqa türklərinin dilinin cümlə sintaksisində həm xəbər, həm də mübtəda qütbi əsasında formalaşan təktərkibli cümlələr də əsas yer tutur. Bu dildə də mübtədasız təktərkibli cümlənin şəxssiz, qeyri-müəyyən şəxsli, ümumi şəxsli növləri fərqləndirilir.

Şəxssiz cümlə. Belə cümlələrdə mübtəda olmur və təsəvvürə də gəlmir.

Şəxssiz cümlənin xəbəri ismi və fe"li olur. İsmi xəbər adlarla, ismi söz birləşmələri (II, III) ifadə olunur. Məsələn: Heç bişə də dözüm yox idi. Yanuxli hava idi. Yeni havaydi. Gecənin ortasıdır.

Şəxssiz cümlənin xəbəri məsdərlə də ifadə edilir: Hərəkatımızın üçüncü qoli beynəlmiləlləşdurmax [70, 10.IV.1992]; - Tariximizi araşdurmax və təbliğ etmax; - Yerimiz-yurdumizi çocuxlarımıza ögrətmax [70, 03.III.1992].

Şəxssiz cümlənin xəbəri şəxssiz fe"llərlə də ifadə olunur: bizim məsələ haxda maraqi (əlaqəsi) olan ölkələrin başçilari qarşısında BMT-nin İnsan Hüquqlari üzrə və Azluxda qalan xalqların müdafiəsi və Diskriminasiyadan (ayri-seçkiluxdan) Qoriyan komissiyalarında baxılacax [70, 10.IV.1992].

Axısqa türklərinin dilində şəxssiz cümlə məsdər + lazım quruluşunda da müşahidə edilir: Şimdi "cəmiyyəti" hangisinan əvəz etmax lazım? [70, 10.IV.1992].

Qeyri-müəyyən şəxsli cümlə. Təktərkibli cümlənin bu növündə iş görən qeyri-müəyyən olur və belə cümlələrin mübtədası faktiki olmur, lakin təsəvvür edilə bilir. Təsəvvürə gətirilən III şəxsin cəmi ilə (onlar - əvəzliyi) ifadə olunan mübtədadır. Məsələn: Şennik sicağ yuxasından tökülüşən kimi qapiləri möhürlədilər. Elə o daqqa əli gücli olan adamlari nerəsə götürdülər (Ş.Adıgünli).

Qeyri-müəyyən şəxsli cümlə sual formasında müşahidə edilir: - Sizidəmi meşaya götüriyerlər? (Ş.Adıgünli); - Bizi niya süriyerlər? (Ş.Adıgünli).

Qeyri-müəyyən şəxsli cümlə əmr formasında müşahidə edilir: - Sizi Sibirə sürgün ediyerlər! (Ş.Adıgünli).

Qeyri-müəyyən şəxsli cümlə nida cümləsindən ibarət ola bilir: "Bizi Sibirə sürgün ediyermişlər"! (Ş.Adıgünli).

Qeyri-müəyyən şəxsli cümlə xəbər şəklinin müxtəlif zaman formalarında işlənə bilir. Axısqa türklərinin dilində belə formalara da tez-tez rast gəlmək olur: 1936-cı yildə babasi molla Dursuni də Sibirə sürgün etmişdilər (Ş.Adıgünli); Artux kiminsə qapısından bir maşin tərpəndi, öləni son mənzilə götürən kimi hönkürdilər, saç yeldilər, yaxa cırdilər (Ş.Adıgünli); Sizdən ayıriyerlər! (Ş.Adıgünli).

Qeyri-müəyyən şəxsli cümlələrin xəbəri bu dildə də fe"lin vacib şəkli ilə də ifadə olunur: Bu yurdi göz-bəbəgi kimi qorimalidurlar (G.Şahin).

Ümumi şəxsli cümlə. Bu cür təktərkibli cümlələrdə işi görən - icra edən bütün şəxslərdir - hamıdır. Mübtəda belə cümlələrdə ümumi şəkildə təsəvvür edilir. Ümumi şəxsli cümlələr ən çox hökmlərdən ibarət olur: Anasına bax, tanasını al. Ayıb söyləyənin ayıbını söyərlər. Bişmiş aşa su qatma. Vaxtsız ötən xorozin başıni kəsərlər. Verən əli kəsməzlər. Qapiyə gələni qataxlamazlar. Dəmüri sicax-sicax dögərlər və s.

Axısqa türklərinin dilində ümumi şəxsli cümlələr xəbərin ifadə formasına görə 2 cür olur:

1. Xəbəri II şəxsin təkində olan fe"llərlə ifadə olunanlar: Eski şəhərə təzə nırx qoyma. Edəcağından söyləmə, etduğundan xəbər ver. Zorun var isə, zurnacibaşi ol.

2. Xəbəri III şəxsin cəmində olan fe"llərlə ifadə olunanlar: Qapiyə gələni qataxlamazlar. Yilani yarali buraxmazlar. Namusi altuna degişməzlər. Xastayi buza yollamazlar. Aşıği sözə yollamazlar.*

---------------

*Qeyd: Ümumi şəxsli jümlələrə aid verilən nümunələr Asif Hajılının «Qəribəm bu vətəndə» (Axısqa türklərinin etnik mədəniyyəti: Gənjlik, Bakı, 1992, s. 108-119) kitabından götürülmüşdür.

Bu ümumi şəxsli cümlələrin xəbərləri III şəxsin cəmində işlənsə də, məzmun bütün şəxslərə və kəmiyyətlərə aid edilə bilər.

Adlıq cümlə. Mübtəda əsasında əmələ gələn təktərkibli cümlənin tiplərindən biridir. Belə cümlələr adlıq hallı isimlərlə, substantivləşmiş digər söz qrupları ilə və adlıq halda olan tə"yini söz birləşmələri ilə ifadə edilir.

Adlıq cümlələrdə müxtəlif hadisə və proseslərin yalnız adı çəkilir. Məsələn, Axısqa türkləri birinci dəfə 14 noyabr 1944-cü ildə, Qazaxıstan çöllərinə sürgün edilmişlər. Bu hadisə Ş.Adıgünlinin "Ayrilux havasi" adlı hekayəsinin birinci cümləsində adlıq cümlə şəklində öz ifadəsini tapmışdır: 14 noyabr 1944-cü yil. Noyabr gecəsi. Sabah namazına yaxın gecənin içində vahiməli bir canlanma vardı.

Adlıq cümlələr toponimik vahidlərdən ibarət olur: Tise köyi. Bu köy Türkiya sərhəddinə çox yaxundur (Ş.Adıgünli).

Adlıq cümlələr söz və həmin sözdən yaranmış söz birləşmələrindən formalaşır: Qatarlar. Sürgün qatarları, Zülüm qatarları. Adresi bəlli olmiyan tərəfə gediyerdi. Orta Asiyanın yilan məliyan çölləri. Bu xalqı belə yerə səpələdilər (Ş.Adıgünli).

Adlıq cümlə ilə bu xalqın bədii yaradıcılığında - nəsr dilində çox rastlaşmaq olur.

Adlıq cümlələrdə nəzəri cəlb edən cəhətlərdən biri məzmunca yer və zaman bildirməsidir. Məsələn: Sibirə sürgün. Məndüfün gövdəsi boşlaşdi. 1944-ci yılın qışı. Mesxeti türkləri bu tarixi heç vaxt unutmayacaqlar.

 
 

© WebMaster: CAhid KAazimov - cahidbdu@yahoo.com - {WebStar} - Muellif huquqlari qorunur.

Bu sehife qedim tarixe malik Axiska turklerinin etnik tarixi, medeniyyeti, dilinin fonetik, leksik, onomastik, semantik, morfoloji ve sintaktik xususiyyetlerinin sistematik tesvirini ehate edir. Muellif ilk defe olaraq bu dilin ses sistemi, luget terkibi, qrammaik qurulushunun genish ve aydin menzeresini yarada bilmishdir. Meslehet, teklif, fikir ve iradlarinizi cahidbdu@yahoo.com-a gondermekle muellifle elaqe saxlaya bilersiniz...

© 2002-2003, www.axiska.narod.ru - Muellif huquqlari qorunur (© Ismayil Kazimov).

 

Ismayil Kazimov
Hosted by uCoz