Axiska (Mesxet) turklerinin dili
İXTİSARLAR

GİRİŞ

I FƏSİL. AXISQA TÜRKLƏRİNİN DİL VƏ ETNİK TARİXİNƏ BİR NƏZƏR

II FƏSİL. FONETİKA

III FƏSİL. LEKSİKA

3.1. Əsas leksik fond

3.1.1. Əkinçilik leksikası

3.1.2. Kənd təsərrüfatı və bostançılıq leksikası

3.1.3. Heyvandarlıq leksikası

3.1.4. Məişət leksikası

3.1.5. Mərasimlərlə (toy mərasimi) bağlı leksika

3.1.6. Xalq musiqi alətlərinin və oyunların adları

3.1.7. Bə'zi bəzək (taxıncaq) adlarının leksik-semantik xüsusiyyətləri

3.2. Alınma leksika

3.3. Terminoloji leksika

3.3.1. İnsanın bədən üzvlərinin adları

3.3.2. Ay, gün, həftə və astronomik adlar

3.3.3. Xalq təbabəti terminləri

3.3.4.Heyvan adları (Zooloji terminlər)

3.4. Regional tə'sirlər, kənara çıxmalar

3.5. «Dədə Qorqud» və Axısqa dil uyğunluqları

3.6. Türk və Azərbaycan ədəbi dilləri ilə ortaq olan sözlər

3.7. Dilin şivələri

3.8. Gürcü substratları

3.9. Gürcü dilində Axısqa türklərinin dilinin elementləri

3.10. Onomastik leksika

3.10.1. Antroponimlər

3.10.2. Toponimlər

3.11. Sözün semantik strukturu: əsas semantik proseslər

3.12. Frazeoloji vahidlər

IV FƏSİL. MORFOLOGİYA

V FƏSİL. SİNTAKSİS

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2.3. Fonetik hadisələr

Assimilyasiya. Söz tərkibində bir səsin özündən əvvəl və ya sonra gələn səsə tə"sir etməsi hadisəsi Axısqa dilinin fonetik sistemində də geniş yayılmışdır. Səslərin eyniləşməsi bu hadisənin əsas məğzini təşkil edir. Həmin hadisə fonetik və morfoloji səviyyələrdə meydana çıxır.

Fonetik assimilyasiya nəticəsində söz kökündə olan samit səs sonrakı səsin tə"sirinə mə"ruz qalaraq dəyişir və eyniləşir. Kökə qoşulan şəkilçi isə sabit qalır. Axısqa türklərinin dilində fonetik assimilyasiya s, n samitlərinin "çevik"liyilə bağlıdır. Yə"ni, bu səs özündən əvvəlki səsi öz tə"siri altına alaraq uyğunlaşdırır. Məsələn, TS (atsa) - SS (assa): Yokari assa his olur, aşaği qoysa pas olur (əski söz); NĞ (ağnamaq) - NN (annamax): Bişe ağnaşılmaz dünya varından, ğəmlənib oturma ahu-zarinən (Usta Mürtəz).

Morfoloji assimilyasiya söz kökü və leksik, qrammatik şəkilçilər ətrafında müşahidə olunur. Sözün sonuncu samiti şəkilçinin ilk samitini öz tə"siri altına alaraq eyniləşdirir: NL (düzənlik) - NN (düzənnux): Tağın üstündə düzənnuxda bir göl var (nağıllardan); NL (makaronlar) - NN (m akoronnar); ND (bostandan) - NN (bostannan): Bismillah deməynən doouz bostannan çıxmaz (əski söz); ND (arslandan) - NN (arslannan): Yatağan arslannan gezegen tilki eydir (əski söz); MD (adamdan) - adamnan (MN): Qari yüzli adamnan (kişidən) adam yüzli qaridən əlhəzə (əski söz). Morfoloji assimilyasiyada n səsinin mövqeyi güclüdür.

cingiltiləşmə hadisəsi. Bu hadisə Axısqa türklərinin dilində intensiv deyil. Qeyri-bərabər inkişaf kar samitlərin bu dildə cingiltiləşməsini tə"min edə bilməmiş, nəticədə bu proses öz qədimliyini Axısqa türklərinin dilində hələ də qoruyub saxlamışdır. Zəif cingiltiləşmə nəticəsində samit səslər söz daxilində keyfiyyətcə dəyişmir, məsələn, g samitinin y samiti ilə əvəzlənməsi müasir Azərbaycan dilində olduğu kimi görünmür: ignə (iynə), ögüd (öyüd), degirman (dəyirman), gögərçin (göyərçin), sögüd (söyüd) və s. Nümunələr: İgnə sançdım sögüdə, yeni girdim ögüdə (mani); Dün gecə neredəydin, kövlümün gögərçini (mani); Degirmanın bendinə, dönər kendi - kendinə (mani); Bu dərənin yavşani, yügrək olur tavşani (mani).

Labiallaşma hadisəsi. Labiallaşma hadisəsində belə bir ardıcıl proses müşahidə olunur ki, arxa sıraya aid açıq damaq saitindən dilarxası və dilönü dodaq samitinə keçid olduğu halda, dilönü açıq damaq saitindən yalnız dilönü dodaq saitinə keçid vardır. Dilarxası qapalı damaq saitindən yalnız dilarxası qapalı dodaq saitinə, dilönü qapalı damaq saitindən isə dilönü qapalı dodaq saitinə keçid mümkündür [72, s. 14].

Axısqa türklərinin dilində labializasiyanın bə"zi tipləri müəyyənləşdirilmişdir:

A-O. Mə"lumdur ki, a səsindən o səsinə keçid sonrakı prosesdir. İndi bə"zi türk dillərində (ədəbi dillərdə) vaxtı ilə a səsinin iştirak etdiyi sözlərdə o səsinə keçid baş vermişdir. Lakin Axısqa türklərinin dilində ilkin forma mühafizə edilmişdir. Bunu indi müasir bədii əsərlərdə, qəzetlərdə işlədilən av, avci, savux, tavux, alav, avuc, qaun kimi sözlər bir daha təsdiq edə bilər. Bu cür sözlərin a səsi ilə işlənməsi qədim xüsusiyyətdir; belə formalara qədim abidələrimizin dilində də rast gəlirik: av [121, s. 68, 492]. Deməli, Axısqa türklərinin dilində inkişafın qeyri-adekvatlığı nəticəsində yuxarıdakı sözlərdə labiallaşma hadisəsi baş verməmiş, proses ləngimişdir. Nəticədə sözün tarixən işlənən forması olduğu kimi qalmışdır.

Aşağıdakı nümunələr bu cəhətdən səciyyəvidir:

Alavli yürəgin ataşsız yandi,

Bənim həyatımın mə"nası anam! (X.Acarli);

Bizə güc gələməz boran, qar, savux,

Qırx yildə bunlari biz çox görmüşux (G.Şahin);

Dost yolunda bir avuc

Verməyə canın olsun (M.Səfili);

Toprağa nə əksən, inkarmi edər,

Laxana, baklacan, qartopi, qaun (M.Səfili);

İlk bahar olanda yaylaya qaxar

İnəgi, camuşi, tovar surüsi (A.M.Səfili);

Qazanduğuz "şan-şöhrətin" savurdilər külüni (M.Səfili);

Dağ bizim, maral bizim,

Yad avcilər nə gezər (mani);

Bu dərənin yavşani,

Yügrək olur tavşani (mani).

Türk dillərinin inkişafının müəyyən pilləsində a-dan o-ya keçid nəticəsində av - ov, avci-ovçu, alav - alov, savux - soyuq, avuc - ovuc, qaun - qovun, savurmax - sovurmaq, yavşan - yovşan, tavşan - dovşan tipli sözlərdə labializasiya hadisəsi baş vermiş, a saitindən o saitinə sıçrayış olmuşdur.

Azərbaycan dilindən fərqli olaraq, Axısqa türklərinin dilində sözün ikinci hecasındakı a səsi o səsinə keçmişdir. Məs.: boğaz (Azərbaycan dili) - boğoz (Axısqa türk dili). Padişahın boğozundan əkmək keçmiyer ("Şah Abbasinən Usta" nağılından).

Bundan əlavə, Axısqa türklərinin dilində aşağıdakı səs keçidləri müşahidə olunur:

A-Ə keçidi:

Çorabın naxışlari,

Çıxamam yoxuşlari.

Qardaşa selem götür

Əzerbeycan quşlari (mani).

Toponimik adlarda müşahidə edilən a-ə keçidi fonetik antonamaziyaları yaradır. Bu o deməkdir ki, toponimin tələffüz forması, həmin dil-nitq şəraitində ə-a uyğunluğu əsas götürülür. Bu cür antonamaziyalar ə-e saitlərinin keçidində də müşahidə edilir.

Ağ dəvə düzdə qaldi,

Yüki Tevrizdə qaldi (mani)

A-Ə keçidinə aşağıdakı alınma sözlərdə də rast gəlmək olur: cəməət (camaat), dərmən (dərman), sələvət (salavat), əşkər (aşkar), sələm (salam), sədə (səda), minə (mina), kələndər (kalendar), maşinə (maşina) və s.

Ə-A keçidi: xasta (xəstə), xarc (xərc), şarab (şərab), hafta (həftə), Ali (Əli), xalbur (xəlbir), geca (gecə).

Prof. M.Yusifov göstərir ki, Azərbaycan dilində a-ə istiqamətindəki keçid zəifdir, lakin bir sıra oğuz qrupu (türkmən) və qıpçaq qrupu türk dillərində a refleksi üstün mövqe tutur. Məs.: qəmə (Azərbaycan dili) - qama (türkmən), qəflət (Azərbaycan dili) - qaflat (türkmən dili) [72, s. 16].

Ə-E keçidi bu dildə daha çox müşahidə olunur: edebiyat, senet, kesa, esgi, zengin. Tədqiqatçı Asif Hacılı bu səs keçidini yuxarı və aşağı kəndlərin (Axısqa türklərinin yaşadığı kəndlər nəzərdə tutulur - İ.K.) təbii coğrafi xüsusiyyətləri deyil, müəyyən etnoqrafik və dil çalarları ilə əsaslandırır və yazır: Aşağı kəndlərdə yuxarıların dialekt fərqləri əsasən s - ş (istiyuruk - iştiyirux), e-ə (e m i -əmi) kimi əvəzlənmələrdə təzahür edir. Türk ədəbi dilinə ən yaxın şivə Axısqa-Azqur şivəsidir [27, s. 41].

A saitindən e saitinə keçid türk dillərinin əksəriyyətində qeyri - adekvatdır. Odur ki, bu istiqamətdə olan keçidlərdə bir dili digər dildən üstün hesab etmək mümkün deyil. Bu cəhətdən müasir Azərbaycan dili Axısqa türklərinin dili ilə müqayisədə bu keçid baxımından sabitliyini qoruya bilmişdir. Müq. et: yaşıl (Azərbaycan dili) - yeşil (Axısqa türk dili). Dünya bənə dar gəliyer, Yeşil daşdan qan gəliyer (Türk marşı).

Ö-Ə keçidi: dövlət (devlət), bənövşə (mənəmşə) və s.

I-U keçidi. balux (balıq), bağarsux (bağırsağ), baba lux (babalıq), balduz (baldız), yazlux (yazlıq) və s.

Axısqa türklərinin dilində eyni sözdə ə-dən a-ya və i-dən u-ya keçid də baş verir: xərbil (Azərbaycan dili) - xarbul (Axısqa türk dili).

Axısqa türklərinin dilində saitlərin keçmə istiqamətləri özümlü cəhətləri ilə nəzərə çarpır. Digər türk dilləri ilə müqayisədə bə"zi sait keçidləri ləngimiş və nə vaxtsa həmin proses baş verə bilər. O zaman sözlərin ilkin formaları yeni strukturla əvəzlənəcəkdir. Bir sıra keçidlər isə dialekt səciyyəlidir. Lakin ümumi halda bu hadisə fonetik sistemin təkamülü ilə bağlı şəkildə yaranır.

Axısqa türklərinin dilində samitlərin spesifik keçmə oriyentasiyası mövcuddur. Bu oriyentasiyalar samitlərin məxrəcləri ilə əlaqəlidir. Samitlərin keçidlərində əsas prinsip "güclü - zəif" iyerarxiyasına əsaslanır, yə"ni fonoloji-akustik cəhətdən güclü olan samit zəif samiti üstələyir [72, s. 16].

Samitlərin keçid istiqamətləri, başlıca olaraq, aşağıdakı iyerarxiyaya əsaslanır:

B-P istiqamətində keçid: parmax (barmaq), pac (bac), pal (bal), çorap (corab), səpət (səbət), panqa (banka), patinka (botinok), qəssap (qəssab). Nümunələrdən göründüyü kimi, bu dildə b samitinin refleksi kimi p samiti işlənir və bu da həmin dildə cingiltiləşmə meylinin zəifliyi ilə bağlıdır.

Bə"zi alınma sözlərdə əksinə keçid istiqamətləri (p-dən b-yə) müşahidə olunur: başport - pasport.

Q-K istiqamətində keçid: kara (qara), kuyi (quyu), kılıc (qılınc), kardaş (qardaş), buruk (buruq), kayğanaq (qayğanaq), kəhvə (qəhvə), kazan (qazan), kız (qız), kuzi (quzu), koy (qoyun), kayın (qayın), kabux (qabıq), kazayaği (qazayaği) və s.

Axısqa türklərinin dilində əksər vaxt q səsi əvəzinə x səsi işlənilir. Bu vəziyyət söz sonunda müşahidə edilir: kabux (qabıq), yaprax (yarpaq), budax (budaq), kavax (qabaq), kuyrux (quyruq), kırıx (qırıq), çıxux (çıxıq), yanux (yanıq), oğlax (oğlaq), bajanax (bacanaq), kabalax (qabalaq), bonjux (muncuq) və s.

Axısqa türklərinin dilində h samitinə x səsi mövqeyində rast gəlmək olur. Məsələn, harman (xırman), haşlama - kartopi haşlaması (xaşlama). Müasir türkmən dilində də həmin mövqedə işlədilən sözlərə təsadüf olunur. hendek (xəndək).

Əksinə, müasir Azərbaycan dilində h samiti ilə başlanan və bitən elə sözlər vardır ki, bunlar Axısqa türklərinin dilində x səsilə ifadə olunur: xasır (həsir): Nə kilim qalmışdür, nə əsgi xasır (M.Səfili), sabax (sabah), ancax (ancaq).

G səsinin q samiti ilə əvəzlənməsi. Bu hadisə Axısqa türklərinin dilində geniş yayılmışdır: qörüm (görüm), qə-lin (gəlin), qöqərçin (göyərçin), qül (gül), qünəş (günəş), qüz (güz) və s.

M.Ş.Şirəliyev bu hadisənin Zaqatala və Qax şivələrində müşahidə olunduğunu göstərmişdir: qün, qördi, qöz, qo-muş və s. [66, s. 84].

Alınma sözlərdə x samiti ğ samiti ilə əvəzlənir: buğan-tel (buxalter), buğantellux (buxalterlik).

Axısqa türklərinin dilində q səsinin x səsi ilə əvəzlənməsinə də rast gəlirik: Yuxarıda qeyd edildiyi kimi qoşa q səsləri əvəzinə x səsi işlədilir: saxal (saqqal), çaxal (çaqqal). Qoşa q səsi qoşa x səsilə də əvəzlənir: doxxuz (doqquz).

Ğ səsinin x səsilə əvəzlənməsinə az da olsa bu dildə təsadüf olunur: axsuvax (ağ suvaq): cumadan-cumaya gəlür sədələr, Axsuvaxli, mərmər taşli adalar (Usta Mürtəz).

Y səsinin q səsi ilə əvəzlənməsi. Bu əvəzlənmə tarixən qədimdir. Axısqa türklərinin dilində bu qədim xüsusiyyət hələ də qalmışdır. Aşağıdakı sözlər bu baxımdan səciyyəvidir: söqüt (söyüd), çiqit (çiyid), iq (iy), düqün (düyün), iqnə (iynə): İlim-ilim iqnəsi, ilim xatun düqməsi (bulmaca), İqnə sançdım sögüdə, Yengi girdim ögudə (mani).

S-Ş əvəzlənməsi: Vaxtı ilə akademik Y.N.Marr Axısqa türklərinin dilində bu keçid prosesini müşahidə etmiş və iştər (ister) sözündəki ş-s əvəzlənməsini nümunə göstərmişdir [137, s. 27].

S və Ş samitləri məxrəclərinə görə yaxın səslərdir. Ş samiti S samitinə nisbətən bu dildə güclü artikulyasiyaya malik olduğundan bə"zi sözlərdə üstün mövqe qazanır və s samitinin yerinə işlənir:

Gövül iştar, düşem dövran eyliyem,

Qoy çox olsun belə toyi şennigin (c.Xalidov);

Yuxi yastux iştəməz (əski söz); Yügrək at qamçi iştəməz (əski söz); Getdi gül, gəldi bülbül, iştər ağla, iştər gül (mani), hər keş (kəs) vətəndə yaşar, biz qaldux köşələrdə (mani). Belə bir keçid də tarixən qədimdir, tarixi abidələrimizdə, Azərbaycan klassiklərinin əsərlərində, həmçinin qərb qrupu dialektlərində belə keçid prosesi müşahidə olunmuşdur: şaj (sac), şancı (sancı) [72, s. 83].

Həmin sözlərə şanşu şəklində qazax, ş a ş şəklində isə qaraqalpaq dillərində də rast gəlirik [72, s.39].

S-Z əvəzlənməsi: Axısqa türklərinin dilində s samitindən z samitinə keçid söz əvvəlində və söz sonunda özünü göstərir. S samiti akustik - fonoloji cəhətdən z samitindən güclü olsa da, Axısqa türklərinin dilində əksinə müşahidə olunur: zarxoş (sərxoş) - Zarxoş puvarlar, Zarxoş Qafur; zandux (sandıq), zanki (sanki) - Məndüfün gövdəsi boşlaşdı, zankioni dov vurdu ("Vətən eşqi" qəzeti, noyabr 1992-ci il), zanmax (sanmaq) - Əsgərə gedəni gəlürmi zandım, kəsilən kəlləri qoyunmi zandım (folklor nümunəsi); giraz (gilas) və s.

Bə"zi hallarda əksinə keçid prosesi də müşahidə olunur. Məsələn: Azərbaycan dilində sonu z samiti ilə bitən bə"zi sözlər bu dildə s səsilə ifadə olunur: palas (palaz).

c-J əvəzlənməsi: Azərbaycan dilinin dialektlərində müşahidə edilən bu əvəzlənməyə Axısqa türklərinin dilində də rast gəlmək olur. Aşağıdakı sözləri bu əvəzlənməyə nümunə göstərmək olar: jəuüz (cəviz), jamuş (camuş), jana var (canavar), böjük (böcək), jüjük (cücük), çəkür jək (dəmirçi), örümjək (hörümcək), yonja (yonca), haj (hacı), jüzdan (sumka), tüjjər (tacir), xoja (xoca).

B-M əvəzlənməsi. Müasir Azərbaycan dili ilə müqayisədə Axısqa türklərinin dilində bu cür əvəzlənmə qeyri-bərabərdir. Yə"ni, həm b, həm də m refleksləri bu dildə eyni səviyyədə qorunub saxlanmışdır. Müq. et: bonjuk (Axısqa türk dili) - muncuq (Müasir Azərbaycan dili), mənəmşə (Axısqa türk dili) - bənövşə (Azərbaycan dili), bin (Axısqa türk dili) - min (Azərbaycan dili). Nümunələr: Bənim səvdəli yarım, Gecəyi bələr gəlür (mani), Puvar, zarxoş axarsın, Mor mənəmşə qoxarsın (mani).

F-P əvəzlənməsi. P samitindən F samitinə keçid Axısqa türklərinin dilində sözün əvvəlində özünü göstərir: Poşi - foşi: Foşilər, ay foşilər, Əl degməmiş foşilər (mani).

D-T əvəzlənməsi. Axısqa türklərinin dilində işlənən t samiti əksər sözlərdə d samitinin refleksi kimi çıxış edir. Belə əvəzlənmə sözün əvvəlində və sonunda özünü göstərir: tuar (divar), ton (don), tolma (dolma), tırmıx (dırmıx), tayi (dayı), tavar (davar), tay (dayça), tabak (dabaq), tavşan (dovşan), armut (armud) palut (palıd), taş (daş), süt çorbasi, (süd şorabası), tarax (daraq), tört (dörd), tokuz (doqquz), tuz (duz) və s.

N-V əvəzlənməsi: kövül (könül), dovuz (donuz): Kövlüm qöqərçin oldi, Durmuyer yad vətəndə (mani): Kövül iştar, düşem dövran eyliyem (c.Xalidov). Dovuzun bitin ələn alma ki, başan çıxar (əski söz).

Səs düşümü. Qədim fonetik hadisələrdən olan səs düşümünün söz daxilində yaranması, başlıca olaraq, səslərin tutduqları mövqe və münasibətlə, həmçinin səslərin güc iyerarxiyası ilə əlaqədardır. Belə ki, nitq prosesində bə"zi səslər gücünü itirir və əvvəlki mövqeyində qala bilmir. Səslərin düşümü nəticəsində sözlər sadə şəkil alır və bu prosesdə "artıqlıq" deyilən qüsur aradan götürülür. Əvvəlcə nitq daxilində əmələ gələn bu hadisə sonradan dil normasına çevrilir.

Axısqa türklərinin dilində səs düşümünün aşağıdakı tiplərinə rast gəlmək olur.

a) Səslər sözün ortasında düşür. Söz ortasında n, l, h, r, v, d, y samitləri düşür. Bu samitlərin bə"zi türk dillərində düşümü, fikrimizcə, nitq prosesi ilə əlaqədar olsa da, Axısqa türklərinin dilində artıq bədii əsərlərin və mətbuatın dilinə yol tapmış, beləliklə, dil normasına çevrilmişdir.

N səsinin düşməsi: Sora (sonra) gəmükləri yığıyer, ancaq düz yığmıyer ("Vətən eşqi" q. noyabr 1992-ci il), Qərəfil (qərənfil) qoxi neynar (Taxtalar muxi neynar) (mani).

H.Mirzəzadə n səsinin sözdə düşümünü qədim hadisə hesab edir və aşağıdakı nümunəni də göstərir: Tortasın atandan sora. Yüz dirhəm zeytun yağı töküb. ordan alış-veriş kəsülür (RƏF, N 2225) [52, s. 31].

L səsinin düşməsi: İlk bahar olanda yaylaya qaxar, İnəgi, jamuşi, tovar sürisi (Aşıq Məmməd Səfili), Qax ayaği ey məzlum xalq, Şər atarlar yatma nahax (Aşıq Məmməd Səfili), Nəsrəddin oxuyer, koç ayaq kaxiyer (nağıllardan).

V səsinin düşməsi: Bu samit iki qalın sait (u, a) arasında düşür: puar (puvar), qaun (qavun), daul (davul), tuar (divar). Nümunələr: Düzündə gezibdə, meşəyə çıxın, Puardan, dəryadan açılmaz gözün (Aşıq Məmməd Səfili), Torpağa nə əksən, inkarmi edər? Laxana, baklacan, qartopi, qaun (A.M.Səfili), Səslənsin toylarda zurnanın səsi, Patladın dauli qızışsın meydan (A.M.Səfili), cəhd edib qaxanda tuardan dutma (A.M.Səfili).

D səsinin düşməsi: qünüz (gündüz). Qünüz günəşlidir, gecə işıxli, İşığa qərq olmiş nur Kobilyani (A.M.Səfili).

R səsinin düşməsi: biləzük (bilərzük), patlatmax (partlatmaq); Səslənsin toylarda zurnanın səsi, Patladın dauli qızışsın meydan (A.M.Səfili).

Y səsinin düşməsi. Axısqa türklərinin dilində o, u saitləri arasında y samiti düşə bilir: saux (soyuq), taux (toyuq).

Baxarım yağan qara

Toprax saux nəfəsli

Həsrətim səvən yara (A.M.Səfili).

b) Səslər sözün əvvəlindən düşür. Bu səs düşümünə çox az təsadüf olunur. Yalnız örümjək (hörümçək) sözünün əvvəlində h samitinin düşməsinə təsadüf etmək olur.

v) Səslər sözün sonunda düşür. Alınma sözlərdə bu düşüm daha geniş yayılmışdır.

H samitinin düşməsi. Mət (h), padişa (h): Daima mət edem molla Kələşi. Dəliğaniləri bənzər huri qılmana (A.M.Səfili); Padişa qızi onlara diyer ki, elə bir saray yapacaqsızki, heç bir vilayətdə olmasın ("Şah Abbasinən usta" nağılından).

T samitinin düşməsi: sərbəs (t), manifes (t), oblas (t).

Ə saitinin düşməsi: nec (necə): Bir miras sorayım, miras deqirman, Aşıxların sadıx yari nec olmiş (A.M.Səfili).

Azərbaycan dilində sonu l samitilə bitən bə"zi sözlərə cəm şəkilçisi (-lar) artırılanda qoşa samitli söz əmələ gəlir. Məs.: yollar, ballar, mallar. Axısqa türklərinin dilində qoşa l samitlərindən biri düşür. Məs.: yolar (Tağlari karladilər, yolari bağladilər (mani).

Səsartımı. Səsartımı hadisəsi dildə səs düşümünün əksidir. Səs artımı hadisəsinə təkcə türk mənşəli sözlərdə deyil, həmçinin alınma sözlərdə də təsadüf olunur. Alınmalara artırılan səslər söz alan dilin qanunlarına unifikasiya olunur. Axısqa türklərinin dilindəki alınmalarda bu fonetik hadisə geniş yayılmışdır. Səslər sözün əvvəlinə artırılır, bu dilin orfoepik tələblərini ifadə edir.

Axısqalıların dilində səsartımının məqamı və sabitləşmə dərəcəsi nəzərə alınmır. Ümumiləşmiş qanuni bir hal sayılmayan (müasir Azərbaycan dili ilə müqayisədə) məqamlar yazıda da qeyri-qanuni olaraq sabitləşmişdir. Bunlar alınmalarda ən çox müşahidə olunur.

a) Alınma sözlərə artırılan səslər: istikan (stakan), iskam (skameyka), iştapil (ştapel): Ermanilar kəndi dinin taparlar, İstikani bir-birindən qaparlar (A.M.Səfili);

Furun üstündə furun,

Əngəllər geri durun

Bu gecə yar gələcəx

Altun iskamlar qurun (mani).

Axısqa türklərinin dilində protezanın digər növləri ilə də qarşılaşırıq. Rus alınmalarında səsartımı sözün həcmini, kütləsini artırır. Haftamat (avtomat), hayripulan (aeroplan) və s.

Axısqa türklərinin dilində ən çox müşahidə olunan səsartımı h-laşma hadisəsi ilə bağlıdır. H səsi, əsasən, a səsi ilə başlayan axl (ağıl), açar, ax (ah), arx tipli sözlərin əvvəlinə artırılır. Məsələn, Arın haxli tarimar, genə səvdə bəndədir (mani): Biri bağliyan kapiy, Biri haçar, ağlama (mani); Buynuzsuz koçun haxi (ahi) buynuzli koçda kalmaz (əski söz); Su gəlür harx (arx) uzuni, Qəzəl örtər yüzüni (mani); Uzaxdasan, yaxın gəl El haxlidür* tez düyar (mani); Xizmətdə dolanur, verür badələr, haxlızu aldurur. olman divanə (A.M.Səfili).

Axısqa türklərinin dilində h səsi iki sait arasına da artırıla bilir: sahat (saat). İki sahat yan-yana, İştəməz rahatlanma (mani).

Y səsinin artırılması. Əslində bu səs aşağıdakı türk sözlərinin tərkibində qədimdən mövcuddur: Yüzük (üzük), yigid (igid), yüz (üz), yuca (uca): Bu dərənin taği yuca (cabir Xalidov); Baxçali, barli yigit, hayvali, narli yigit (mani); Yüz - gözüzi əşkitmen misəfirim, gedərim (mani).

Azərbaycan dilinin müasir səviyyəsində y samiti yürəg, yigirmi, yüzük və s. sözlərdən düşmüşdür. Lakin dialektlər qismən istisna təşkil edir.

Azərbaycan dilində elə alınma sözlərə rast gəlirik ki, Axısqa türklərinin dilində həmin sözlərdə artıq səslər özünü göstərir. Yə"qin ki, bu əlamət səsartımı hadisəsinin nəticəsidir. Məsələn, Azərbaycan dilində "vaxt" sözü işlənir. Axısqa türklərinin dilində bu söz "ı" saiti artırılmaqla işlədilir: Vakıt gəlür sənin də suyun isinur (A.M.Səfili).

B səsi də bu cür məqamda artırılır. Belə səsartımına Azərbaycan dilinin dialektlərində təsadüf etmək olur. Axısqa türklərinin dilində aşağıdakı nümunəyə diqqət edək:

Bir suval (sual) sorayım, miras deqirman,

Aşıxların sadıx yari nec olmiş (A.M.Səfili).

Qeyd etmək lazımdır ki, bə"zi alınma sözlərə ı, u saitlərinin artırılması da müşahidə olunur: kırış** (krışa), kulup (klub), urus (rus): Urus hökuməti açsın bu yoli (A.M.Səfili).

--------------

*Qeyd: Yazıda sabitləşmişdir.

**Qeyd: Yazıda qeyri-qanuni olaraq sabitləşmişdir.

Y səsinin artırılmasında digər türk dillərindən fərqli xüsusiyyətlər vardır. İtirmək sözü yitirməx, udan sözü yutan formalarında yazılı dildə də işlədilir: Oğul, bu torpağın havasından yutan (udan), suyundan içan hər bir türk oğli bu yurdi göz-bəbəki kimi qorimalidur (G.Şahin).

X səsinin artırılması ilə bir sıra sözlər Azərbaycan dili ilə müqayisədə fərqli şəkil alır: əliboxş (əliboş): Eşidən kimi buriya qaldım ki, əliboxş getmiyasız ("Vətən eşqi" q. noyabr 1992).

Ə səsinin artırılması: mandarinə (mandarin)

Q səsinin artırılması: çənqə (çənə)

K səsinin artırılması: yünk (yun)

Q və K səslərinin çənə və yun sözlərinə artırılması əslində qədim əlamətdir, qovuşuq nq, ng səslərinin həmin sözlərin tərkibində işlənməsi ilə bağlıdır. Lakin müasir dövrdə bu əlamət səs artımı kimi diqqəti cəlb edə bilər. Həmin sözlərin aldığı və yaxud da qaldığı forma bu dil üçün normal sayılır. Orfoepik norma və qaydaları əks etdirmək baxımından səs artımı hadisəsinin Axısqa türklərinin fonetik sistemində mühüm əhəmiyyəti vardır.

Yerdəyişmə hadisəsi. Dilçilikdə metateza adlanan bu hadisə orfoepik normalar əsasında formalaşır. Bu hadisə nəticəsində, səslərin ilkin sırası pozulur. Yerdəyişmə hadisəsi söz ortasında baş verir, sözün tərkibində fonoloji fərq meydana çıxır. Bu hadisənin meydana çıxmasını M.Yusifov belə izah edir: Yerdəyişmə hadisəsi, başlıca olaraq, o zaman meydana çıxır ki, etimoloji cəhətdən söz kökünün sonu güclü samitlə bitsin, şəkilçi əvvəli zəif samitlə başlasın. Bu zaman söz kökü sonu zəif mövqe olduğuna görə güclü səs qüvvətli mövqeyə, yə"ni şəkilçi əvvəlinə keçməli olur [72, s. 91].

Axısqa türklərinin dilində yerdəyişmə hadisəsi pr, ks, hn, çx, kz, ms, nr, xş kimi səslərin yanaşı işlənməsi məqamında baş verir. Bu səslərin yanaşma hüdudunda formalaşan yerdəyişmə hadisəsi Axısqa türklərinin dilində dil normasına kimi inkişaf etmiş, lakin ilkin formaların saxlandığı hallar da olmuşdur.

Axısqa türklərinin dilində yerdəyişmə hadisəsi həm türk mənşəli, həm də alınma sözlərdə özünü göstərir. Türk mənşəli sözlərdə səslərin yerdəyişməsi tarixən qədimdir. Qədim abidələrimizdə, klassiklərin yaradıcılığında işlənmiş bə"zi sözlərdə, məsələn köks sözündə bu vəziyyətlə qarşılaşmaq olur. Yə"ni, bu sözə köks formasında qədim türkdilli abidələrdə rast gəlirik. SK yanaşması fikrimizcə, ilkin formadır. Türk dillərinin sonrakı inkişafı bu səslərin yerini sözün tərkibində dəyişmiş, KS - şəklinə salmışdır. Maraqlıdır ki, Axısqa türklərinin dili bu inkişafdan kənarda qalmış, belə yerdəyişmə prosesi həmin sözün tərkibində baş verməmişdir, nəticədə yanaşmanın ilkin forması mühafizə edilmişdir. Aşağıdakı müasir şe"r nümunələri bu fikrə haqq qazandıra bilər:

Sən, ey gözəl arzu, gümən,

Dağ köskünə çökən duman (c.Xalidov);

Köskündə döqünən bu yarali yürəkdür (A.M.Səfili);

Mələkülmət gəldi kendi qöskümə

Ləün şeytan gəldi iman kəsdimə (A.M.Səfili).

Qavğada olubda ölümi görən

Hər dərdə, əzəbə, qösküni verən (A.M.Səfili).

SK-KS səs dəyişkənliyi yüskək sözündə də özünü göstərir. Axısqa türklərinin dilində də bu söz ilkin formasını - yə"ni səs dəyişikliyi baş verməmiş formasını saxlamışdır. Məsələn:

Yüskək minaradan atdım kəndimi,

Çox aradım bulamadım fəndimi (Usta Mürtəz).

Azərbaycan dilinin indiki mərhələsində yüskək forması yüksək şəklinə düşmüşdür. Göründüyü kimi, Axısqa türklərinin dilində bu qədim xüsusiyyət də qalmışdır.

KS səslərinin yanaşma sərhəddində baş verən yerdəyişmə hadisəsi "diskinmax" sözündə də özünü büruzə verir:

Başımda tolanur neçə xıl fikir

Pozulur rahatlux, yürək diskinur (A.M.Səfili);

ŞX və XŞ səslərinin yanaşma sərhəddində baş verən yerdəyişmə hadisəsi başqa türk dillərindən fərqli olaraq Axısqa türklərinin dilində mövcuddur. Məsələn, başqa - baxşa.

Baxşa planetə sürmədilər ki,

Azax yolumuzi, görmiyax səni (A.M.Səfili).

PR səslərinin yanaşma sərhəddində baş verən yerdəyişmə hadisəsi: toprax (torpaq), yaprax (yarpaq); İnsanlardur yurda naxış, Uli toprax, sənə alqış (cabir Xalidov).

Söz daxilindəki səslərin qarşılıqlı halda öz mövqelərini dəyişməsi hadisəsinə - metatezaya Axısqa türklərinin fonetikasında kontakt və distansion formalarda rast gəlinir.

Metateza hadisəsinə əsas e'tibarı ilə sonorlar (r, l, m, n), kar samitlər (t, p, k) və kar spirantlar (s, s, h, x, j) mə'ruz qalır.

Bu toplumun dilində metatezaya türk mənşəli sözlərdə, substratlarda və alınmalarda rast gəlinir.

Kontakt metateza: Bu növ metatezanın aşağıdakı tipləri işləkdir:

1. jk>[j(,kj): byxji<bıckı, oxjur<uckur (kəmər, qayış). Türk dilinin Anadolu dialektində: bıhcı<bıkcı<bıckı; ohcur (Divriki ağrı)< uckur [212, s. 1-7].

2. ğr>rğ: örğanmax>öğrenmek. Anadolu dialektininin Dmanisi şivəsində «örgənməx» [110, s. 64].

3. hr>rh: marhama<mahrama (burun dəsmalı): Anadolu dialektində: Zehra<Zerha, mamerhem<mamahrem (Çaferoğlu, 4); Azərbaycan dilinin dialektlərində səhra<səhra, çərhayı//çarhayı<çəhrayı [66, s. 118,124].

4. Kr>rk: tarkal<tekrar; Anadolu dialektində: terkel<tekrel<terrar [212, s. 4].

5. Ks>(sk)>sğ: Disğinmax<tiskinmek<tiksinmek; asgük<eskük<eksik, jüsgar<jüskar<jüksek, ösgürmax<öskürmax<öskürmek. Anadolu dialektində: yüsgek, ösgür, esgil<eksil [212, s. 4]; Azərbaycan dialektlərində: diskindi// disgindi<diksindi; əsginə< əksinə, əsgəriyyət<əksəriyyət [66, s. 120].

6. Kş>sg: esgi<ekşi (turş); Anadolu dialektində: eşgi

7. Kz>z

8. rhёm

9. ml>lm: kölmak<gömlek (köynək); Anadolu dialektində: melmeket<memleket, cölmek<cölmek, gölmek<gömlek [212, s. 5]; Azərbaycan dialektlərində: yelmix<yemlik, məlməkət< məmləkət [66, s. 121].

10. ms>sm: kisma< kim ise.

11. nh>hn: tanha<tenha; Anadolu dialektində tane [145, s. 5].

12. mr>rm: jyrmanmax<cemrenmek.

13. rp>pr: kiprik>kiprik.

14. pr>rp: körpi<körpü, jarpax<yarpak, tarpan<tepren, torpax<toprak; Anadolu dialektində: carpaz<capraz (Doğu illeri), torpah, yarpah, terpen [212, s. 5].

15. rv>vr: davrüs<derviş; Anadolu dialektində: devriş

16. rh>he: macramat<mehramet, pahriz<perhiz, manrüm<mehrum; Anadolu dialektində: mehremet, pehriz, mehreba, mehrum [212, s. 5].

17. rs>sr

18. şh>hş: mahşur<meşhur.

19. şr>rş: marşaba<maşrapa (suqabı). Anadolu dialektində: marşaba [212, s. 6].

20. ts>st: tustu<tutsu.

21. vh>hv: lövhə<levha (plastinka).

22. ru>ur^turba<truba (russ.); Azərbaycan dialektlərində: durba//durpa//turpa; Tatar dilinin mişar dialektində: torba

23. yl>li: potlika//potlika (butulka - russ.).

24. nu>un: dounz<donuz (donuz).

25. ym<mu: sarmusa<sapymsak (sarımsax).

Bə'zi metateza hadisəsinə mə'ruz qalmış sözləri qədim türk dili ilə müqayisə etmək lazım gəlir:

1. n>

2. ja>ju: çömüs<çömça//çümça.

Bu hadisə tatar dilinin mişar dialektində də müşahidə olunur: çüteç>qədim türk. jömça/çümça [143, s. 106].

3. br>rb: jorba qədim türk jobra: tatar dilinin mişar dialektində: şurba [143, s. 106].

Distansion metateza

1. l-n>n-l. nalet<lanet: Anadolu dialektində: naletleme< lanetleme, nağlet<lanet.

2. l-r>r-l: sarbal<şalvar, carval<yalvar.

3. r-l>l-r: telerka<tarelka (russ.). Tatar dilinin mişar dialektində: təlikə

4. M-n>n-m: mindar<nimdar; Mişar dialektində ağraman<aqronom [143, s. 105]; Azərbaycan dialektində: mindər<nimdər [66, s. 123].

5. n-r-r-n: ğeneral/general (Qazaxıstan şivəsində) - qeneral [78, s. 80].

ÇX səslərinin yanaşma sərhəddində baş verən yerdəyişmə hadisəsi: bıxçi (bıçxi).

HN səslərinin yanaşma sərhəddində baş verən yerdəyişmə hadisəsi: tanha - təhna: Atım qaşqa qabaxdur, Yüküm tanha tabaxdur (mani).

F.Əliyev bu söz haqqında yazır ki, metateza nablödaetsə i v bolee rannix zaimstvovaniəx, naprimer, persidskoe tanha proiznositsə təhnə - v odinoçestve, odinoko, otdelğno, uedinennıy, ukromnıy, i dr. [78, s. 80].

MS samitlərinin yanaşma sərhəddində baş verən yerdəyişmə hadisəsi: kismə - kimsə: Belə xoşbaxt kismə (kimsə) varmi? ("Şah Abbasinən usta" nağılından).

Alınma sözlərdə də yerdəyişmə hadisəsinə rast gəlmək olur. Aşağıdakı sözlər bu qəbildən maraq doğurur: vazqal (vokzal), qerenal (general), potlika (butılka), taska (taksa).

Dissimilyasiya (səs fərqlənməsi) hadisəsi. Bir çox dillərdə olduğu kimi, Axısqa türklərinin dilində də səs fərqlənməsi deyilən bir fonetik hadisə mövcuddur ki, nitq axını prosesində söz tərkibində olan həmcins səslər digər məxrəcdə olan bir səsə çevrilir. Bu hadisə belə bir fakta əsaslanır ki, sözdə eyni olan iki səsdən biri tələffüzcə dəyişir. Axısqa türklərinin dilində dissimilyasiya çox az hallarda müşahidə olunur və adi danışıq dilinin xüsusiyyətlərindən irəli gəlir. Bununla belə, dissimilyasiya bu dildə orfoqrafik norma səviyyəsinə keçmiş, tələffüzcə dəyişmiş sözlər artıq bədii əsərlərin, eləcə də mətbuatın dilində işlənməyə başlamışdır. Məs.: şarvar (şalvar): Şarvari - şaldan, oxçuri qaldan; mərdivan (nərdivan): Az yatiyer, çox yatiyer, bir də göriyer ki, bir gözəl qız mərdivandan enə-enə gəliyer ("Şah Abbasinən usta" nağılından). ləncpər (rəncbər): Berem onlardan sizə xəbəri, Ləncpərluxda yox barabari (Səkinə xanım Bayraqdarova).

laqan (naqan)

ordel (orden)

Yüzgər (rüzgar): Bir də gördilər ki, bir dumanli, yüz gərli bir şey gəliyer ("Şah Abbasinən usta" nağılından). Sararmax (saralmaq): Bən bir türküm, sülhi dostlux ararım, Səvdügümün boynuna qol sararım (cabir Xalidov).

Epenteza hadisəsi. Rus, ərəb və gürcü dillərindən alınmalarda epenteza hadisəsi özünü göstərir:

a) rus mənşəli sözlərdə: piriqada (briqada), zivana (zveno), kulup (klub), kırış (krışa) və s.

b) Ərəb mənşəli sözlərdə: iznun (izin), saxnun (sahan) və s.

v) gürcü mənşəli sözlərdə: jneli (jinel), ğılep (ğlep-porsux).

Alınma sözlərdə sinkop deyilən fonetik hadisə də özünü göstərir. Bu hadisəyə rus, ərəb, fars və gürcü dillərindən alınmış leksik vahidlərdə təsadüf olunur: paproz (papirosa), tona (tonna), xammamun (hamam), murabbaun (mürəbbə), çakkoş (çəküç), bibilə (biblo) və s.

 
 

© WebMaster: CAhid KAazimov - cahidbdu@yahoo.com - {WebStar} - Muellif huquqlari qorunur.

Bu sehife qedim tarixe malik Axiska turklerinin etnik tarixi, medeniyyeti, dilinin fonetik, leksik, onomastik, semantik, morfoloji ve sintaktik xususiyyetlerinin sistematik tesvirini ehate edir. Muellif ilk defe olaraq bu dilin ses sistemi, luget terkibi, qrammaik qurulushunun genish ve aydin menzeresini yarada bilmishdir. Meslehet, teklif, fikir ve iradlarinizi cahidbdu@yahoo.com-a gondermekle muellifle elaqe saxlaya bilersiniz...

© 2002-2003, www.axiska.narod.ru - Muellif huquqlari qorunur (© Ismayil Kazimov).

 

Ismayil Kazimov
Hosted by uCoz