Axiska (Mesxet) turklerinin dili
İXTİSARLAR

GİRİŞ

I FƏSİL. AXISQA TÜRKLƏRİNİN DİL VƏ ETNİK TARİXİNƏ BİR NƏZƏR

II FƏSİL. FONETİKA

III FƏSİL. LEKSİKA

3.1. Əsas leksik fond

3.1.1. Əkinçilik leksikası

3.1.2. Kənd təsərrüfatı və bostançılıq leksikası

3.1.3. Heyvandarlıq leksikası

3.1.4. Məişət leksikası

3.1.5. Mərasimlərlə (toy mərasimi) bağlı leksika

3.1.6. Xalq musiqi alətlərinin və oyunların adları

3.1.7. Bə'zi bəzək (taxıncaq) adlarının leksik-semantik xüsusiyyətləri

3.2. Alınma leksika

3.3. Terminoloji leksika

3.3.1. İnsanın bədən üzvlərinin adları

3.3.2. Ay, gün, həftə və astronomik adlar

3.3.3. Xalq təbabəti terminləri

3.3.4.Heyvan adları (Zooloji terminlər)

3.4. Regional tə'sirlər, kənara çıxmalar

3.5. «Dədə Qorqud» və Axısqa dil uyğunluqları

3.6. Türk və Azərbaycan ədəbi dilləri ilə ortaq olan sözlər

3.7. Dilin şivələri

3.8. Gürcü substratları

3.9. Gürcü dilində Axısqa türklərinin dilinin elementləri

3.10. Onomastik leksika

3.10.1. Antroponimlər

3.10.2. Toponimlər

3.11. Sözün semantik strukturu: əsas semantik proseslər

3.12. Frazeoloji vahidlər

IV FƏSİL. MORFOLOGİYA

V FƏSİL. SİNTAKSİS

NƏTİСƏ

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

3.1.4. Məişət leksikası
Mə"lumdur ki, məişət leksikasına məişətin müxtəlif sahələri ilə bağlı sözlər - geyim və bəzək şeylərinin adları, yeyinti məhsulları adları, ev əşyaları və kənd təsərrüfatı əşyalarının adları və s. daxildir.

Bu xalqın həyatı, məişəti, adət-ən"ənəsi, psixologiyası məişət leksikasında real təsvir olunur. Məsələn:

Yəməni, ya yəməni,

Yəməniyə qoy bəni

İki kız bir səvilməz

Ya oni al, ya bəni (mani).

Biləziqim nal edəyim,

Fəracemi qül edəyim (türkü) və s.

Axısqa türklərinin dilində məişətlə bağlı sözlər zənginliyi və qədimliyi ilə seçilir. Leksikanın bu sahəsinə aid sözlər, demək olar ki, hələ toplanmamış, "Sözlük" şəklində tərtib olunmamışdır. Biz məişətdə işlədilən sözləri ancaq danışıq dilindən və folklor materiallarından, el şairlərinin əsərlərindən, eləcə də "Vətən eşqi" adlanan qəzetin səhifələrindən seçmişik.

Məişət leksikası deyəndə bu xalqın məişətinə daxil olan sözlərin ümumi məcmusu nəzərdə tutulur. Dildə elə söz və ifadələr mövcuddur ki, həmin söz və ifadələr hamı tərəfindən işlədilir və dərk edilir.

Bu leksika əsas leksik fondun bir hissəsidir. Məişət leksikası bu xalqın həyatını, məişətini, adət-ən"ənəsini, konkret ictimai mərhələdə psixologiyasını əks etdirir. Bu leksikanı leksik-semantik baxımdan aşağıdakı sahələrə ayırmaq olar:

1. Ev, tikinti işləri və ev əşyaları, mətbəx avadanlıqlarının adları: yastı damlı ev, çardaqlı ev, havli (dəhliz), koşat (tir), qübbəvari taxtapuşu olan ev, kirəmitli ev, baja, tülkülü pəncərə, kirəmid dam, taxta döşəmə, yazlux (şüşəbənd), furun, sac, tandur, kersan, ustura, maxas (qayçı), anaxtar, mitəkkə, döşəklux, peşkun, kaşuk, biçak, küp, səbət, maşa, çəngəl, farduc, süzək, paxır, kəpçə (çömçə), vedrəy, sahan (kasa), qüqüm (su üçün kiçik bardaq), səkü (taxt), miz, sufra, dolab, tərəkə, mindər, xali-palaz, oturqax mindəri, yastux, zandux, yorğan, döşək, boyaynasi, söbə, buxari, kilim, çatal kilim, cecim, palas, məndil, alaça (palaz), sapli (çömçə), ibrıx (bardaq), aş taliki (boşqab), çay talik, ləngər (sini), xasır, kazan, nəlbəki, sini, çul, həgbəy, marşafa (su qabı), tas (qüqüm), çötal (vilka).

2. Geyim adları:

A) Kişi geyimləri adları: çarux, çaruxbaği, kömlək, qaftan, xələt, ətək, kürk, tavşali, qaytanlı köynək, arxalıx, dəri papax, başlıx, fəs, çalma, çoxa, dar şalvar, yelək (zubon), canlıq-jilet, gödəkcə, "qızılbaş qiyafəsi", palto, qalife şalvar, frenc, gimnastyorka, furajka, sırıxli bera, papax, börk, potinka, qondura, tapuçka;

B) Qadın geyimləri adları: ehram (bəyaz çadra), belbağ, şal, tavşal, al don, önlük, gümüş belbağ, ləçəkli şal, katxa (altun pulla, bəzənmiş araqçın növü), çalma, yəməni, foşi, kondura, çit, çənbər, şitambil, boyunlux (şarf), buluz (köynək), kabalax (ayaqqabı dabanı), doppi, şuba, qayısa, dufli.

Axısqa türklərinin dilində olan geyim adlarının bir çoxu ümumtürk sözləridir. Bunların bə"zilərini nəzərdən keçirək:

Giyim. Sözün kökü gey fe"li, -im şəkilçisi fe"ldən isim düzəldən leksik şəkilçidir. Bu sözün tarixi inkişafı maraq doğurur. Belə ki, XI yüzilliyə aid qədim türk abidələrində bu söz knzqu formasındadır [201, s. 167].

Bu söz türk lüğətində kedim [165, T. II, s. 1343], Azərbaycan dilində geyim, türkmən dilində qeyim, kumık dilində kiyim, qazax dilində kiim, tatar dilində kiom, qırğız dilində kiyim şəklindədir.

Kömlək. Bu söz də ümumtürk mənşəlidir. "Köynək", "rubaşka" mə"nasında bir sıra türk dillərində işləkdir. Müasir türk (qomlek) və Axısqa türklərinin dilində (kömlək) variantında olan bu geyim adı Azərbaycan dilində köynək, kumık dilində qelek, tatar dilində kumlmek, özbək dilində kuylak, qırğız dilində koğynoğk, tuvin dilində xoğylenq variantlarında müşahidə olunur.

Bu geyim adı qədim türk mənbələrində də qeydə alınmışdır. Mahmud Kaşğarinin lüğətində kenqleker kenqleklendi-Kişi köynəyini geydi [202, s. 350-411].

Özbək dilində geyim adlarından namizədlik dissertasiyası yazmış M.Asamutdinovanın nöqteyi-nəzərincə, kelek - komn "vıdelannaə koja" mə"nasında olmuşdur [82, s. 16].

Axısqa türklərinin dilində tışkömlək adı isə digər türk dillərində alt köynək (Azərb.), işki koğlek (qazax), iç kuylak (özbək), ij gomlegi (türk), tış kelek (qaraçay-balkar), tıskı koğylek (noqay), tışkğı kulğdgk (başqırd) və s. formalarda işlədilir.

Qaftan. Kişi geyimidir. Sözün mənşəyi mübahisəlidir. Mahmud Kaşğarinin lüğətində (I, 408) kaftan "üst geyim, xalat, kaftan" mə"nasındadır. V.V.Radlov bu sözü fars mənşəli kaba (üst geyim) sözü ilə əlaqələndirir [165, T. II, s. 434]. Qaftan sözünün kaftan (Azərb.), kaptal (qırğ.), kaptal (alt.) kaptal (çuv.) kimi variantlarına təsadüf olunur. İ.M.Otarov bu sözün kmaptal "kaftan-beşmet" şəklində qaraçay-balkar dilində olduğunu göstərir [155, s. 15].

A.Q.Preobrajenski etimoloji lüğətində "kaftan" sözünü rus dilindən alınma söz hesab edir [162, T. I, s. 302].

M.Fasmer isə bunun əksinə olaraq həmin sözü fars mənşəli sayır [174, T. II, s. 212].

D.N.Uşakovun lüğətində də bu sözün fars mənşəli olduğu qeyd edilmişdir [171, T. I, 1935, s. 1338].

M.Ryasanen hesab edir ki, bu söz türk dillərinə gəlmədir və aşağıdakı dəyişmələrlə inkişaf etmişdir: kmapton - kmaptan - kaftan [167, s. 65].

Digər müəlliflər hesab edirlər ki, kaftan -kaptun "dublennaə şuba" mə"nasındadır [170, s.154].

Al don. Ümumtürk sözüdür. Qadın üst geyimidir. Bə"zi türk dillərində, məsələn, qaraçay-balkarlar ton sözünü şuba mə"nasında (isti, yuxarı geyim) işlətmişlər.

Bu söz qohum türk dillərində müxtəlif forma və mə"nalarda istifadə olunur: don (azərb.), ton (noq., tat-kumık), tun (tat.), son (yakut).

Bu sözün bir variantı "iç donu"da türk dillərində işlədilir. "İç don - işton - iştan - ştanı [181, s. 173].

Belbağ. Axısqa qadınlarının üst geyimini bağlayan əşyanın adı. Bu söz mürəkkəb quruluşda olub, "bel" və "bağ" sözlərindən ibarətdir. Həmin mürəkkəb sözlə hələ qədim türk qaynaqlarında rastlaşırıq. Müasir Azərbaycan dilində /belbağı/, qaraçay-balkar dilində /bel bau/, kumık dilində /belbav/, yakut dilində /biln/, karaim dilində /belibau/ formalarında müşahidə olunur.

Bə"zi tədqiqatçılar bu geyim adının prosadik əlamətə, malik olduğunu, belbeu, bel, bau, beu sözlərinin semantik yaxınlığını, analoji quruluşlu olduğunu qeyd edirlər [163, s. 182-183].

Axısqa türkləri belbağına "oxçuri" də deyirlər: Əvə gələndən sonra oxçurini /belbağı/ açanda əmədəni /qəfil/ oxçurundan altun düşiyir [27, 126].

Boyunlux. Şarf mə"nasında Axısqa türklərinin dilində işlədilir. Türk mənşəli söz olan bu düzəltmə termin, təəssüf ki, Azərbaycan dilində rus alınması /şarf/ ilə öz ifadəsini tapır. Müasir türk dilində isə bu söz, söz birləşməsi şəklindədir /boyun atrisi/. Qazax dilində bu ad moyın oramal şəklindədir [155, s. 31].

FƏS. Papaq növüdür. Din adamları mədrəsələrdə başlarına qoyurlar. D.Uşakov bu sözün mənşəyini Fes şəhərinin adı ilə əlaqələndirir. Fars mənşəli olan bu söz fes, fers, pes, fng "freska" formasında işlənməkdədir [171, IV, s. 1070; 158, s. 236].

Başlıx. Başörtüyü mə"nasında türk dillərində işlədilir. Morfoloji yolla /baş+lıx/ yaranan geyim adıdır. Q.X.Mambetov bu ad haqqında yazır: K qolovnım uboram otnositsə i başlık. İzqotovləöt eqo iz domotkanoqo sukna. Osnovnoy çastğö başlıka əvləetsə kapöşon v forme ravnobedrennoqo treqolğnika, ot kotoroqo otxodət v obe storonı dlinnıe i şirokie lopasti dlə zavəzıvaniə şei. K makuşke kapöşona prişivaetsə kruqlaə kistğ s baxromami. V xolodnuö poqodu başlık nadevali poverx şapki i zavəzıvali u şei, a pri xoroşey poqode on zakidıvalsə çerez pleço na spinu, na burku i derjalsə na şei s pomohğö tesemoçnoqo şnura [140, s. 271].

Bu adın baslık /noq./, baslıq /kalmk./ fonetik variantları da işləkdir.

Şal. Fars mənşəlidir. Yun materialdan hazırlanmış qadın baş örtüyü. Şal sözü müxtəlif dillərdə müxtəlif formalarda işlədilir. Azərbaycan dilində şal sözü "yun parça", "dəsmal", qırğız dilində "şal jooluk", "kaşameriovıy platok", erməni dilində "yun kurtka", ləzgi, çeçen, abxas dillərində aşğal "platok-şalğ" mə"nalarında istifadə olunur [151, s. 124, 515, 611].

Axısqa türkləri tavşal /tavsal/ sözündən də istifadə edirlər. Bu söz hibrid sözdür. Sözün birinci komponenti mavi /tavi/ qıpçaq dillərində «dağ», şal isə fars mənşəlidir.

Çarux. Göndən kişi və qadın üçün tikilən ayaqqabı növü. Ümumtürk sözüdür. M.Kaşğarinin lüğətində /I, 363/ çaruk - ayaqqabının bir növü kimi göstərilmişdir.

Türk və digər müxtəlif sistemli dillərdə bu söz bəzi fonetik dəyişikliklə istifadə olunur: çarıq /azərb./, çarık /qaqauz, alt./, şarık /noq./, qen çarıkğ /kumık/, çargk /kürd/, çarıx /talış/, çgrq /kalm./, qonüarıx /diqor./.

M.Xabiçevin fikrincə, çarıkğ çarı jarı "zamşa iz oveçğey şkurı" mə"nasındadır [175, s. 76].

Şalvar. Kişi geyimi. Axısqa türklərində şalvarın iki növündən /dar şalvar, qalife şalvar/ istifadə olunur.

Tədqiqatçılar şalvar sözünü iran mənşəli sayırlar. D.Uşakovun lüğətində bu sözün fars sözü olduğu göstərilmişdir [171, T. IV, s. 1321]. A.Q.Preobrajenski [162, T. II, s. 1230] rus sözü olan "şarovarı" sözünün türk dilində şelvar "uzun ştan" formasında işləndiyini qeyd etmişdir.

Müxtəlif sistemli dillərdə şalvar sözünün şalbar, şalpar, salbar /oset./, çalbar, şalbır, şglver və s. variantlarına təsadüf olunur.

Məişət sözləri düzəltmə və mürəkkəb quruluşda da müşahidə olunur.

Axısqa türklərinin dilində məişət sözlərinin tərkibində aşağıdakı şəkilçilər özünü göstərir:

ça: ayax-ça, i: xoşav-i, turş-i, buxar-i /truba/, ajax: aç-ajak /açar/, jək: əl-jək: x: kaurma -kaurmax, la: buğlama - buğlamax: i: bişi, li: sap-sapli; lux: yazlux.

jux - şəkilçisi ilə "bonjuk" məişət sözü əmələ gəlmişdir. Azərbaycan dilində "muncuk" şəklindədir. Fikrimizcə, "bonjuk" sözünün "bon" hissəsi bədən üzü olan boyunla bağlıdır. Çünki bu əşya qadınların boynunda olur. Söz əslində "boyuncuq" şəklində olmalıdır. Azərbaycan dilində isə b səsi m səsilə əvəz edilmişdir. (bin-min sözlərində olduğu kimi)

Mürəkkəb məişət sözləri. Məişət sözlərinin bu tipi sintaktik yolla /iki sözün birləşməsilə/ əmələ gəlir. Bu yolla yeni sözlərin - leksemlərin yaranması türk dilli xalqların dilinin leksikasının inkişafında müəyyən rol oynamışdır.

Müasir dillərdə sintaktik yolla söz yaradıcılığı prosesi öz qədim dövrlərindən fərqli olaraq, bir çox yeni əlamətlər qazanmışdır. Həmin prosesin tədqiq mərkəzi analitik və mürəkkəb sözlərdir. Mürəkkəb məişət sözləri Axısqa türklərinin dilində üç formada müşahidə edilir.

1. Mürəkkəb söz formasında: ətmək-aşi /ətməğaşi/, çaruxbaği, südbayaz, qırmaşəkər, boyaynasi, kırtnamaşekar, Dizqırma, Qoçali, Topali, əcərəxorum, kələmquş /qaranquş/, koçiteli, zurnaçibaşi, əsgərbaşi, içğası və s.

Bunların əksəriyyəti həmin dilin yalnız özünəməxsusdur. Zorun varsa, zurnaçibaşi ol /əski söz/;

Almay atdım əzildi,

Əsgər yola düzildi.

Bir qardaşim var idi

Əsgərbaşi yazıldi /mani/.

2. Qoşa söz formasında: aş-ətmək, kap-kajak, örti-döşək, davul-zurna və s.

3. Söz birləşməsi formasında: puşruk çorbasi, qızılcuq çorbasi, süt çorbası, cincar çorbası, pirinc çorbasi, tutmac çorbasi, su börəgi, qulaqlı qətmər, çumana qətmər, tandur ətməgi, yağli cadi, aş taliki, çay taliki və s.

3. Yeyinti məhsullarının adları: buraya müxtəlif xörək, çörək, içki və şirniyyat adları daxildir.

Xörək adları /Taxıl məhsullarından - buğda və yulafdan hazırlanan xörək adları/: sıyıq, qutab, quymak, xingal, lapata xingali, əfəndi xingali, beşbarmak,* manti, xanım mantisi, ətmək-aşi, ərişdə, tatarbəyi.

-----------------

*Qeyd: İ.M.Otarov «beşbarmak» və «mantı» xörəklərinin qırğızlarda əsas yemək növü olduğunu göstərmişdir [120, c. 127-133].

Ət xörəklərinin adları: bişi, bazlama, dolma, bozbaş, savutma, sucuq, kabab, beşbarmak, basdurma, piti, paça, buğlama, çiğirtma, kavurma.

Aş növləri: ətli aş, səbzəli aş, südlü aş, pilav.

Toyda təzə, gözəl urba geyilür,

«Bir yastuxda qocalsınlar» deyilür.

Çorba, pilav, qavurmalar yeyilür,

Bu yeməkdür* - eyi, zayi, şennigin /c.Xalidov/.

---------

*Qeyd: Axısqalılar «axşamu» sözünü axşam yeməyi, «sabahu» sözünü isə səhər yeməyi mə

Şorba adları: puşruk çorbasi, qızılcuq çorbasi, cincar çorbasi, pirinc çorbasi, mərci çorbasi, tutmac çorbasi, südlü çorba, süd aşı, pəstil (lavaş) çorbasi.

Digər xörək adları: bulamaci, kayğana /qayğanaq/, luxma, qələcan, xoyul, ezme, kartopi ezmesi, pata, paxıraçlama, kələcoş, kələcan, heris, hoçuta, şirinqurusu, kartopi haşlamasi, palaça, lazut.

Şirniyyat adları: qətmər, şəkərləmə, kəvrək, lüxum, paxlava, siron, qulaqlı qətmər, çullama qətmər, subörəki, kətə, halva.

Yeyinti məhsullarının adları /Süd məhsullarının adları/: yağ, qaymax, qurud, dələmə, davar peyniri, təpmə peynir, çuma peyniri, catxi /şor/, penir, yoğurt, ayran, atma peyniri, koy peyniri, çeçil peyniri, güz peyniri.

Çörək növləri: bişi, yuxa, luxma, üfkə, çadi, pəstil/lavaş/, tandurətməgi, furunətməgi, xaçapur, somin, suxarı, yuxa, yağli çadi, arpayəppəyi, buğday əppəyi.

Etnoqrafik leksika

Müasir dövrdə Axısqa türklərinin etnik-mədəni özünəməxsusluğu bir çox örnəklərdə qorunub yaşayır: məişət, dil, əxlaq, etiket, mərasim, folklor [27, s. 5].

Etnik özünəməxsusluğun bir çox mühüm cəhətləri toy mərasimi ilə bağlı leksikada, taxıncaq /bəzək/ adlarında təsbit olunur. Burada xalqın toy mərasimi ilə əlaqədar spesifik adətləri, ən"ənələri, istəkləri və s. aydın əks olunur.

 
 

© WebMaster: CAhid KAazimov - cahidbdu@yahoo.com - {WebStar} - Muellif huquqlari qorunur.

Bu sehife qedim tarixe malik Axiska turklerinin etnik tarixi, medeniyyeti, dilinin fonetik, leksik, onomastik, semantik, morfoloji ve sintaktik xususiyyetlerinin sistematik tesvirini ehate edir. Muellif ilk defe olaraq bu dilin ses sistemi, luget terkibi, qrammaik qurulushunun genish ve aydin menzeresini yarada bilmishdir. Meslehet, teklif, fikir ve iradlarinizi cahidbdu@yahoo.com-a gondermekle muellifle elaqe saxlaya bilersiniz...

© 2002-2003, www.axiska.narod.ru - Muellif huquqlari qorunur (© Ismayil Kazimov).

 

Ismayil Kazimov
Hosted by uCoz