Axiska (Mesxet) turklerinin dili
İXTİSARLAR

GİRİŞ

I FƏSİL. AXISQA TÜRKLƏRİNİN DİL VƏ ETNİK TARİXİNƏ BİR NƏZƏR

II FƏSİL. FONETİKA

III FƏSİL. LEKSİKA

3.1. Əsas leksik fond

3.1.1. Əkinçilik leksikası

3.1.2. Kənd təsərrüfatı və bostançılıq leksikası

3.1.3. Heyvandarlıq leksikası

3.1.4. Məişət leksikası

3.1.5. Mərasimlərlə (toy mərasimi) bağlı leksika

3.1.6. Xalq musiqi alətlərinin və oyunların adları

3.1.7. Bə'zi bəzək (taxıncaq) adlarının leksik-semantik xüsusiyyətləri

3.2. Alınma leksika

3.3. Terminoloji leksika

3.3.1. İnsanın bədən üzvlərinin adları

3.3.2. Ay, gün, həftə və astronomik adlar

3.3.3. Xalq təbabəti terminləri

3.3.4.Heyvan adları (Zooloji terminlər)

3.4. Regional tə'sirlər, kənara çıxmalar

3.5. «Dədə Qorqud» və Axısqa dil uyğunluqları

3.6. Türk və Azərbaycan ədəbi dilləri ilə ortaq olan sözlər

3.7. Dilin şivələri

3.8. Gürcü substratları

3.9. Gürcü dilində Axısqa türklərinin dilinin elementləri

3.10. Onomastik leksika

3.10.1. Antroponimlər

3.10.2. Toponimlər

3.11. Sözün semantik strukturu: əsas semantik proseslər

3.12. Frazeoloji vahidlər

IV FƏSİL. MORFOLOGİYA

V FƏSİL. SİNTAKSİS

NƏTİСƏ

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

III FƏSİL

LEKSİKA

3.1. Əsas leksik fond

Dilin özümlüyündə qrammatik quruluşla yanaşı, əsas lüğət fondu da başlıca amil hesab edilir. Leksik quruluşuna görə bu əhalinin dili aqlütinasiyanın tarixən inkişafını konkret faktlarla sübuta yetirir.

Leksika hər bir dilin qiymətli sərvətidir. Bu qiymətli sərvətdə xalqın tarixi, maddi və mə"nəvi mədəniyyəti də qorunub saxlanılır. Xalqın mənşəyi, meydana gəlməsi, onun inkişafı, cəmiyyətdə oynadığı rol, təbiəti dərki və ona necə yiyələnməsi, dil prosesləri - bütün bunlar leksikada öz əksini geniş dairədə tapır.

Nəsillərin yaddaşı həmin xalqın maddi və etnik mədəniyyəti ilə də köklənir. Maddi-etnik mədəniyyət Axısqa türklərinin təşəkkülü və inkişafı ilə bir vaxtda formalaşmış, təkmilləşmiş, zaman-zaman, qətrə-qətrə yeni mə"na və forma qazanmış, zənginləşmişdir. Bu əvəzsiz sərvətlərdə onların əyilməz ruhu, bitib-tükənməyən daxili enerjisi cəmləşmişdir. Zamanın çətin və mürəkkəb sınağından çıxmış tarixi-etnik qaynaqlarda xalq taleyin amansız hökmünə qarşı özlərinin daxili əzablarını ifadə etmişdir.

Bu xalqda milli-etnik mədəniyyətini daha çox sevmək, qorumaq və yaşatmaq qüdrəti var. Bu xalq öz qədimliyini, varlığını, özünəməxsusluğunu dilində, mədəniyyətində, adət-ən"ənələrində, təsərrüfat, peşə və məşğuliyyət sahələrində qoruyub saxladı, zamanın burulğanından çıxarıb indiki nəslə yetirdi. Yaxşı ki, bütövdən ayrılsalar da, keçmişin sərt və amansız dolaylarında itib-batmadılar, hara getdilərsə, maddi-mədəniyyət sərvətlərini də özləri ilə apardılar. Onları bu hala salan qüvvələrin acığına həmin sərvətləri böyük ümidlərlə ürəklərində yaşatdılar. Axı, onlar tarixən kök tayfalar olmuşlar, böyük türklüyün əsasını, bünövrəsini qoymuşlar. Öz əcdadları olan Aqsaka tayfalarının əbədi mübarizə yolunu namusla, ləyaqətlə davam etdirmişlər.

Axısqa türklərinin dilinin leksikası o dildə danışan xalqın tarixi ilə bağlı yaranmışdır.

Bu dilin leksikasının əsasını fono-morfoloji quruluşa uyğun olan ümumtürk sözləri təşkil edir. Bununla belə, bu dilin özünəməxsus olan lüğət layı da vardır.

Qədim sözlər və sözlərin qədim mə`naları konservləşmiş şəkildə xalqın məişəti ilə əlaqədar olan leksikada, folklor nümunələrinin dilində daha yaxşı saxlanılır [26, s. 203].

Lüğət tərkibində olan leksemlərin böyük əksəriyyətinin türk dillərində qarşılığı var. Bu vahidlər leksikanın dəyişilməz hissəsinə aid edilir.

Axısqa türklərinin dilinin leksikasında əsas və aparıcı leksik vahidlər türk mənşəlidir. Həmin dilin leksikası bu baxımdan ümumtürkoloji səciyyə daşıyır.

Bu dilin leksikasının işlənmə və istifadə olunma sahələri, sferaları genişdir. Məişətdə, əmək fəaliyyətində, kənd təsərrüfatı işlərində, xalq təbabətində bu dilin leksik imkanlarından istifadə olunur.

Yad mühitdə, müxtəlif dillərin əhatəsində uzun bir inkişaf yolu keçmiş Axısqa türklərinin dilinin leksikası bu gün ancaq təsərrüfatla bağlı mövqeyini qoruyub saxlamışdır.

Əsas leksik fond bir neçə hissədən ibarətdir:

1.Məişət leksikası

2.Etnoqrafik leksika

3.Maddi-mədəniyyət leksikası

4.Terminoloji leksika

5.Onomastik leksika.

Maddi-etnik mədəniyyətin bir çox spesifik cəhətləri dilin lüğət tərkibində öz əksini tapır. Maddi-mədəniyyət leksikasında bu xalqın əski vərdişləri, milli tarixi, etnik-mədəni özünəməxsusluğu, məşğuliyyət sahələri, məişət həyatının və qarşılıqlı əlaqələrin müxtəsər lövhəsi verilir. Həmçinin əlaqədə olduğu xalqların həyatı və sosial şəraiti, xüsusən də, tarixi və etnoqrafik durumu barədə konkret informasiya verilir.

Axısqa türklərinin dilinin leksikasının işlənmə sahələrini gözdən keçirək.

 
 

© WebMaster: CAhid KAazimov - cahidbdu@yahoo.com - {WebStar} - Muellif huquqlari qorunur.

Bu sehife qedim tarixe malik Axiska turklerinin etnik tarixi, medeniyyeti, dilinin fonetik, leksik, onomastik, semantik, morfoloji ve sintaktik xususiyyetlerinin sistematik tesvirini ehate edir. Muellif ilk defe olaraq bu dilin ses sistemi, luget terkibi, qrammaik qurulushunun genish ve aydin menzeresini yarada bilmishdir. Meslehet, teklif, fikir ve iradlarinizi cahidbdu@yahoo.com-a gondermekle muellifle elaqe saxlaya bilersiniz...

© 2002-2003, www.axiska.narod.ru - Muellif huquqlari qorunur (© Ismayil Kazimov).

 

Ismayil Kazimov
Hosted by uCoz