Axiska (Mesxet) turklerinin dili
İXTİSARLAR

GİRİŞ

I FƏSİL. AXISQA TÜRKLƏRİNİN DİL VƏ ETNİK TARİXİNƏ BİR NƏZƏR

II FƏSİL. FONETİKA

III FƏSİL. LEKSİKA

3.1. Əsas leksik fond

3.1.1. Əkinçilik leksikası

3.1.2. Kənd təsərrüfatı və bostançılıq leksikası

3.1.3. Heyvandarlıq leksikası

3.1.4. Məişət leksikası

3.1.5. Mərasimlərlə (toy mərasimi) bağlı leksika

3.1.6. Xalq musiqi alətlərinin və oyunların adları

3.1.7. Bə'zi bəzək (taxıncaq) adlarının leksik-semantik xüsusiyyətləri

3.2. Alınma leksika

3.3. Terminoloji leksika

3.3.1. İnsanın bədən üzvlərinin adları

3.3.2. Ay, gün, həftə və astronomik adlar

3.3.3. Xalq təbabəti terminləri

3.3.4.Heyvan adları (Zooloji terminlər)

3.4. Regional tə'sirlər, kənara çıxmalar

3.5. «Dədə Qorqud» və Axısqa dil uyğunluqları

3.6. Türk və Azərbaycan ədəbi dilləri ilə ortaq olan sözlər

3.7. Dilin şivələri

3.8. Gürcü substratları

3.9. Gürcü dilində Axısqa türklərinin dilinin elementləri

3.10. Onomastik leksika

3.10.1. Antroponimlər

3.10.2. Toponimlər

3.11. Sözün semantik strukturu: əsas semantik proseslər

3.12. Frazeoloji vahidlər

IV FƏSİL. MORFOLOGİYA

V FƏSİL. SİNTAKSİS

NƏTİСƏ

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1.3. Axısqa türklərinin mənşəyinə dair

Axısqa türklərinin mənşəyi məsələsində fikir ayrılığı yaranmışdır. Miladdan əvvəl VII-VIII yüzilliklərdə bu ərazidə iskitlər, sakalar hökmranlıq etdiyi üçün Axısqa adını bunlarla bağlayırlar.

Miladdan əvvəl II minillikdən Qara dənizin cənub-şərq sahillərində yaşamış mosxlar (mo-sak, moşk) min ildən çox Axısqadan Frikiyaya qədər böyük bir ərazidə fatehlik etdiyi üçün bunlar mesxeti türkləri də adlandırılmışdır [27, s. 7].

Gürcü yazıçısı İlya Çavçavadze erməni iddialarına cavab olaraq «Erməni alimləri və fəryad edən daşlar» adlı kitabında göstərmişdir ki, əski misirlilərin müşek, Tevratın mosox və ya mosx deyə bəhs etdikləri xalq gürcü mesxetləridir. Və mesxet adı da buradan qaynaqlanır. Axısqanın qədim və orta çağ tarixi üzərində önəmli əsərlərin müəllifi olan Türk Tarix Qurumunun professoru Dr. Fəxrəddin Kırzıoğlu mesx və mesketi adları ilə bağlı mühüm fikirlər söyləmiş, qədim mosokların, mesxlərin bu torpaqlarda çox erkən vaxtlardan yaşadıqlarını göstərmişdir [196, s. 13-17].

Axısqa türklərinin mənşəyi haqqında maraqlı məqalənin müəllifi olan Mustafa Kalkan yazır ki, mesket-misket adı heç bir anlam daşımır və çətinliklə istifadə olunmaqdadır. Çünki Axısqa adında olduğu kimi, mesxet adı da coğrafi bir adlandırmadır.

Sakalar (skuth) atlı türk köçərilərindən olmuşdur; alimlər son illərdə Tiflis və Çıldır qolu arasında, Xıram çayı yaxınlığındakı Tıral (Tıryalet) bölgəsinin kurqanlarından sakaların «heyvan üslublu» gümüş pulların,- əşyaların üzərində, atın üstündə çəkilmiş rəsmlərini tapmışlar.

Axısqalıların iskit-sakalarla bağlı olmadığını göstərən M.Kalkan yazır ki, iskit-saka qruplarının bu bölgəni keçib Avropaya daxil olduqları qaynaqlarda açıqca bildirilir. Qafqazdakı iskit qrupları Avropaya keçdikdən bir az sonra əski güclərini qorumadıqları üçün qurduqları dövlətlər dağılmış və bir çox tayfalar hərəkət nöqtələri olan Qafqazdan təkrar geri çəkilmişlər. Beləliklə, iskit-saka qalıqlarının Axısqa türkləri olması ehtimalı zəifdir, çünki iskit silsiləsinin üzərindən sabir, avar, xəzər, bulqar, peçeneq, kuman, qıpçaq və monqol qrupları sel kimi keçmişlər. Ən çox keçən silsilə qıpçaq qruplarıdır [211, s. 160-170].

Bəzi tədqiqatçılar (Avropalı və rus) Axısqa türklərinin kökünü iskitlərlə, avarlarla, bulqarlarla, tatarlarla və b. bağlayırlar. Bu səhv addım çoxsayda Qafqaz xalqları arasında son dərəcə kəmiyyətcə az olan Axısqa türklərinin varlığını şübhə altında qoya bilər və bir az sonra onlar etnik olaraq yox olub itərlər. Bu cür etnosların böyük xalqların içərisində əriyib yox olacağı ehtimalı yaranar.

Ayrıca, fiziki cəhətdən də Azərbaycan türkləri ilə qarışmamış Axısqa türkləri bir çox nöqtədə qıpçaqlara bənzəyirlər. Axısqa türkləri arasında oğuz tipoloji quruluşunun mövcudluğu da təsbit edilmişdir. Osmanlı türkləri olaraq da bilinən Axısqa türklərinin osmanlı fizionomiyası ilə heç bir bənzərliyi yoxdur.

Tədqiqatlarda Axısqa bölgəsinin «tayfalar qapısı» olması, bu bölgədə bir çox millətlərin yaşaması, etnik öndən onlarla bağlı ola bilməsi, onların tatar, Azəri, gürcü və qıpçaq boylarına mənsub ola bilməsi üzərində də düşünülmüşdür. Mustafa Kalkan Axısqa türklərinin mənşəyi üzərində düşünərkən üç faktoru əsas götürərək (istifadə olunan dil, mədəniyyət və fiziki-antropoloji xüsusiyyət) axısqalıların gürcülərə bənzəmədiyini, dil baxımından Oğuz boylarından bəzi fərqli cəhətlərə malik olmasını, fiziki baxımdan onların daha çox Qıpçaq boylarına bənzədiyini qeyd etmişdir [211, s. 160-170].

Ahıska adı gürcü, erməni, rus və türk qaynaqlarında Ak-sıka, Ak-kale, Akesqa, Ahaltsihe, Akal kelek, Akal kalak və s. formalarında görünməkdədir [191, s. 25].

M.Kalkan Azərbaycan və Axısqa türklərinin dilləri arasında fərqli cəhətləri də göstərir: Bu gün Azəri türkləri olaraq bilinən xalq dil cəhətdən Axısqa türklərindən fərqlidir. Azərbaycan türkləri Oğuz türkcəsini ədəbi dili ilə zənginləşdirmiş və özlərinə xas olan bir ədəbiyyat və ədəbi dil yaratmışlar. Son dərəcə zəngin olan Azəri ədəbiyyatı, eyni zamanda danışıq dili və estetik üslubları ilə diqqəti cəlb edərkən digər oğuz dili qruplarından fərqli olduğunu açıq şəkildə hiss etdirməkdədir. Axısqa türkcəsi, Azərbaycan türkcəsi ilə müqayisədə daha qaba və sərt cizgilərə sahibdir. Axısqa türkcəsi Azərbaycan türkcəsi ilə bəzi nöqtələrdə bənzərlik göstərsə də, Azərbaycan ədəbiyyatının kültürel sahə olaraq geniş bölgələrə yayılıb etgisini Axısqa türkləri üzərində göstərməsi şəkilində dəyərləndirilə bilir. Gerek gelenek, gerek sosial yapı, gerekce dil yapısı olaraq Axısqa türkcəsi, Azərbaycan türkcəsindən fərqlənir [211, s. 162-163].

Bəzi etnoloqlar Axısqa türklərinin mənşəyini tatarlarla bağlayır. Yazırlar ki, mesxet türklərinin əsli gürcü olmayıb tatar türklərinə dayanmaqdadır [194, s. 7-8]. Ancaq tatarlarla Axısqa türkləri arasında nə antropoloji, nə dil, nə də mədəni yaxınlıq yoxdur. Tatarlar dənizin quzeyindən keçərək bu bölgəyə gəlmiş, amma bu ərazilərdə daimi, oturaq həyat keçirə bilməmiş, geriyə qayıtmışlar.

Bu gün doğu Anadolu bölgəsində (Ərzurum-Oltu, Hadman, Artvin-Şavşat (Yusifeli, Ardahan, Qars kimi şəhərlərdə) dağınıq olaraq yaşayan Axısqa türklərinin danışdığı türkcə - vaxtı ilə Gürcüstan sərhədlərində yaşamış Axısqa türklərinin danışdığı türkcə ilə eynidir.

Deportasiya hər bir xalq üçün çox böyük fəlakət və faciədir. Deportasiya bütöv bir xalqı elindən-obasından, yurd-yuvasından elliklə sürgünə məruz qoyan faciələrdəndir. Keçmiş SSRİ ərazisində almanlar, Krım-tatarları, çeçenlər, inquşlar, qaraçaylar, balkarlar, kalmıklar, həmçinin azərbaycanlılar bu acını dadmışlar [154, s. 12; 195, s. 4; 204, s. 8]. Axısqa türkləri də bu həqiqətləri yaşamış, lakin digər xalqlardan fərqli olaraq hələ də doğma torpaqlarına qayıda bilməmiş, bir torpaqdan o biri torpağa atılmış, səsinə səs verən tapılmamışdır. Uzaq-uzaq acı həqiqətlər tarixdə qalıb. Axısqa türklərinin yaddaşında iki sürgün tarixi əbədiləşib: 1944-cü ilin payızı və sazaqlı qışı, 1989-cu ilin isti yay günləri.

1944-cü ilin noyabrında Dövlət Müdafiə Komitəsinin sərhəd təhlükəsizliyini təmin etmək üçün Gürcüstanın cənub rayonlarından türk əhalisinin köçürülməsi haqqında xüsusi qərarı qəbul edildi. Bu qərar bütövdən ayrılmış bir xalqa böyük qəsd idi.

Təqdirəlayiq bir haldır ki, belə bir şəraitdə Axısqa türkləri din, dil və adət-ənnələrini sadə və qəbilə düşüncəsinədə yaşada bilmişlər.

Axısqa türklərinin keşməkeşli tarixini, mübarizələrlə dolu tarixini vərəqləyərkən onların bir əski sözü yada düşür: Bizə də bir gün doğar. Bu müdrik kəlamda ömrü boyu deportasiyalara sinə gərən didərgin bir xalqın sabaha böyük ümidi, inamı, arzusu ifadə olunur. O gün tez gəlsin, yeni nəsil acılı, ağrılı, nisgilli günləri bir daha görməsin.

Qədim dövrün tədqiqatçıları Axısqa türklərini saq, massaget və bun türk tayfaları ilə də əlaqələndirirlər. Araşdırıcılar bun türklərini miladdan öncə 530-cu illərdə Araz üstə Kirin başını kəsib qan tuluğuna salmış Tomris ananın övladları kimi qələmə verirlər.

Bun türkləri yeni eranın əvvəllərindən Qafqazın ilk aborigen sakinlərindən biri olmuşdur.

Gürcü salnamələrində bun türklərin həyatı, məişəti, mübarizəsi haqqında maraqlı mə"lumatlar vardır. Bu mənbələrdən mə"lum olur ki, Azərbaycanda ta qədimdən yaşayan türklər V əsrdən sonra Kürün axarı boyunca cənubi Gürcüstan torpaqlarına axışmış, orada yurd-yuva qurmağa başlamışlar. Onlar qədim Mesxetinin qərbində sakin olmuş, Kür çayının sağ və sol sahili boyunca yerləşib - yaşamış, oturaq həyat sürmüşlər [144, s. 26].

"Miladdan öncə hələ VI-IV əsr türklər - turanlılar Gürcü qaynaqlarına nizəli türklər, nizəgəzdirənlər mə"nalarında daxil olub, buntürklər adı ilə məşhurlaşıblar.

Həmin xalq Gürcüstanın qədim paytaxtı Msxetidən qərbdə yerləşib həyat sürmüş, get-gedə adı da dəyişib msxeti türkləri olmuşdur [22, s. 261-263].

Mənbələrdən mə"lum olur ki, bun türklər Kartlidə Yerusəlimin dağılmasınadək (e.ə. 586-cı ilə qədər) Makedoniyalı İskəndərə qədər yaşayırdılar.

Buntürklərin qədim tarixindən xəbər verən Leonti Mrovelinin "Kartlis çarının həyatı" əsərində oxuyuruq: "Buntürklər qıpçaqlar adlandırdığımız bütpərəst qəbilələridir. Onlar Msxeta ətrafında qədimdən yer seçərək onu tikmiş, güclü istehkama çevirmiş və Sarkine adlandırmışlar" [148, s. 28]. L.Mroveli daha sonra mə"lumat verir ki, İran çarı Keyxosro türklərlə müharibəyə başladı və bu türklərin bə"ziləri Keyxosro tərəfindən qovuldu. 28 ev Qurqan (Kaspi) dənizindən keçib Kürlə üzü yuxarı Mesxetiyə gəldilər. Onlar domovladıka Mesxetiyə müraciət edib İranlılara qarşı kömək istədilər. Domovladıka Mesxeti bu barədə bütün kartvellərə xəbər verdi. Onlar (kartvellər) türklərlə dostlaşmaq arzusunu bildirdilər, çünki iranlılardan qorxurdular [50, № 1, s. 153-154].

Q.A.Melikişvili göstərir ki, şimaldan gəlmiş cəngavər əhali haqqında danışarkən tarixi gürcü ən"ənəsi bə"zən "buntürk" və "xonnlar" (yə"ni hunlar, huntürkləri), bə"zən isə "xəzərlər" ya da "qıpçaqlar" (poloveslər) etnonimlərini işlədirlər [144, s. 37].

"Kartlis Sxoreba"da da bun türk (bunturki - buntürklər - qədim türklər) adı ilə yanaşı eli (el), tatarni (tatarlar), turkmani (türkmənlər), turkni (türklər), osmani, peçeneqi, uyğurlar, uclar, qacarlar, qaraqoyunlar, xəzərlər, səlcuqlar haqqında da mə"lumatlara rast gəlmək olur. Bu salnamədə də qeyd edilir ki, bun türklər və ya türklər gələcəkdə fars hökmdarı Keyxosronu öz sərhədlərindən sıxışdırıb çıxarmaq üçün Qurqen, Gürgan, yə"ni Kaspi dənizindən Kür çayı boyunca yuxarı doğru qalxan 28 ailə idi.

Gürcü salnamələri ilə tanışlıq göstərir ki, həqiqətən də bun türklər qoçaq, möhkəm, dəyanətli və təmiz tayfalar olmuşlar.

"Bun" sözü qədim run yazılarında çox işlənən sözlərdəndir. Bu söz salnaməçilər, tarixçilər, dilçilər və ədəbiyyatşünaslar tərəfindən etimoloji cəhətdən təhlil edilmişdir. İzahlarda bir-birindən fərqli fikirlərə rast gəlirik. Məsələn, gürcü salnaməsi "Kartlis Sxobreba"da həmin söz belə izah edilib: "Bun" gürcücə "buni", "turk" gürcücə "turki" - türk mənşəli adam deməkdir. Bu söz Savvi Sulxan Orbelianinin lüğətində, habelə D.Çubinovada "nizə tutacağı" mə"nasında izah olunmuşdur. Beləliklə, Buntürk - nizəli türklər mə"nasını vermiş olur [125, 1900, vıp. 28, s. 1-5].

Akademik N.Y.Marrın nöqteyi-nəzərincə, "Buntürk" etnonimi "qədim türk", "əsil türk", "təmiz türk" mə"nalarındadır [141, s. 1-12].

L.M.Meliksetbek bu izaha öz e"tirazını bildirərək həmin etnonimin "hun türk" olduğunu göstərmişdir.

"Bun" sözü haqqında "Qədim türk lüğəti"ndə üç fikrə rast gəlirik: 1) "Bun" - əsas, özül, təməl, bünövrə mə"nasında. Bu izah sözün soqdi mənşəli olması ilə bağlıdır; 2) "Bun" - dərd, sıxıntı, iztirab və s. ilə yanaşı, həm də ölən, yox olan adamın halını bildirir: ...türk kağan ötükən yış olursar eltə b u n yok. - Türk kağanı Ötüken ormanında olursa, eldə dərd yoxdur; 3) Bön- dolu, yoğun, qalın mə"nasında. Lüğətdə bu söz adi "n" samiti ilə deyil, "sağır n" ilə işlənmişdir [121].

Azərbaycan tarixçiləri, dilçiləri, ədəbiyyatşünasları da "bun" sözü haqqında müəyyən fikirlər söyləmiş və bunların əksəriyyəti "Qədim türk lüğəti"ndəki fikirlərə əsaslanılmışdır. Tarixçi S.Əlyarov "bun" sözünün həmin lüğətdəki ikinci mə"nasına əsaslanaraq bu sözün "qəmli", "dərdli" anlamında olduğunu göstərir [80, s. 6]. M.Seyidov "bun" sözünün türk nəsli, türk soyu ilə bağlı olduğunu qeyd edir [65, s. 34].

V.L.Qukasyan ÜII-XII əsrlərə aid Azərbaycan - gürcü dil əlaqələrindən danışarkən bir sıra tayfalarla yanaşı, bun türklər haqqında da gürcü salnamələrinə əsaslanaraq mə"lumat vermiş, həmin etnosların qədim və əsas türklər mə"nası daşıdığını göstərmişdir [105, s. 23].

E.Əlibəyzadə "Elm" qəzetində çap etdirdiyi «Mejxeti türkləri» adlı məqaləsində «Qədim türk lüğəti»ndəki izaha əsaslanaraq «Bun» sözünün «əsas türklər», «özül türklər» mənasına malik olduğunu göstərir.

Araşdırmalar göstərir ki, qədim Axısqa sözü əski Saqların adı ilə bağlıdır. Hələ «Kitabi-Dədə Qorqud» dastanlarında Ak-Saka adı ilə tanınan Axısqa çox qədim oğuz bölgələrindən biridir. Dastanın «Qazan bək oğlı Uruz bəkin tutsaq oldığı boyı bəyan edər, xanım, hey!» boyunda bu qədim söz qala adı kimi işlənmişdir: "Məgər Başı açuq Tatyan qəl"əsindən, Aqsəqa qəl"əsindən kafərin casusı vardı. Bunları götürüb təkura gəldi" [38, s. 264].

Bahəəddin Ögəlin "Böyük Hun imperiyası" kitabında sakalar haqqında geniş mə"lumat verilir. Müəllif yazır: "Saka adını daşıyan tayfalardan yunan və İran qaynaqları M.ö. ÜI yüzillikdən sonra söz açmağa başlamışlar. İlk mə"lumatlar İran şahı Daranın sakalara qarşı etdiyi axınlar dolayısı ilə görünməyə başlanmışdır. Sakalar daha əvvəllər İran şahı Alruşu da məğlubiyyətə uğratmış və böyük bir qüvvəyə sahib olduqlarını sübut etmişdilər. Bə"zi mə"lumatlara görə isə bunların Fərqanə zonasının hər halda dağlıq ərazisində yaşamaları tez-tez təkrar olunmuşdur. Bə"zi araşdırmalar isə sakaların Sır-Dəryanın arxasında da yayıla biləcəklərini irəli sürmüşdü. Orta Asiya tarixinin inkişafına kifayət qədər nüfuz edə bilməyən İranşünaslar sakaları İranın yerli və ya çox qədim zamanlarda İranda yerləşmiş bir tayfa kimi görürlər. Bə"ziləri də sakaların Sicistana Pamir yolu ilə gəldiklərini düşünmüşdülər. Hind qaynaqlarında da sakaların Hindistana M.ö. 150-100-cü illər arasında endiklərinə aid açıq nişanələr vardır. M.ö. 329-cu ildə İsgəndər Sır-Dərya uluslarına doğru irəliləyərkən sakalar Soqdiana və Sır-Dəryanın arxasında yaşayırdılar" [10, s. 101-102].

- Sakalar Çin tarixində ilk dəfə "Sai", "Sai - vanq" adları ilə xatırlanır. Qərbi Türküstana gedən sakalar isə "Sai - vanq" adı ilə tanıdılırdı. "Banq" sözü çin dilində "hökmdar, şahzadə" deməkdir.

Adını sak tayfasından götürmüş, türk dünyasının qüdrətli sərkərdəsi Arsaq da məhz bu dövrdə yaşamış, Parfiya və Kuşanın xaqanı olmuşdur.

Roza Eyvazova Azərbaycanda türk etnonimləri və onların Əfqanıstanla bağlılığı məsələsindən danışarkən göstərir ki, Qəndəharda (11-450) Səki adlı təpə və Kabulda (11-389) Sakiqəl adlı kənd mövcuddur. Tədqiqatçının fikrincə, bu toponimlərdə türkdilli sakların izləri qorunub saxlanmışdır. R.Eyvazova yazır ki, saklar daha çox at üstündə köçəri həyat keçirdiklərindən mədəni-mənəvi eroziyaya uğramamış, adət-ənnələrini, əxlaqi-etik prinsiplərini əsrlərlə hifz edib qoruya bilmişlər. Saklar əvvəlcə Türküstanda yaşayır, miladdan əvvəl «şu» adı ilə tanınırdılar. Saklar bir müddət sonra Xəzər dənizinin şimalından adlayaraq Qafqazı aldılar. Qarabağda binələyən sak (iskit) kraliçası Tomris m. əv. 529-cu ildə Xəzər dənizinin cənubunda İran kralı Kurusu məğlubiyyətə uğratdı.

Saklar haqqında bu tarixi gercəkliyi təsdiqləyən R.Eyvazova Əfqanıstan ərazisindəki «Siyistan», «Saki», «Şaki» və Azərbaycandakı «Şəki» coğrafi adlarının mənşəyini haqlı olaraq «sak»la bağlayır [18, s. 58-60; 17, s. 61-63, 138, 139].

Axısqa torpaqlarında saklardan başqa, iskitlər, bulqarlar, suvarlar, avarlar, oğuzlar, hunlar, göytürklər, xəzərlər, türkmənlər də yaşamışlar. Axısqa torpaqlarında çox erkən dövrlərdən müxtəlif qəbilələr də yaşamışlar ki, onlardan biri də miladdan əvvəl II minillikdən Qara dənizin cənub-şərq sahillərində məskunlaşmış Mosxlar (Mo-sak, Moşk) olmuşdur. Onlar min ildən çox Axısqadan Frikiyaya qədər böyük bir ərazidə fatehlik etmişlər.

Bu qədim türk ulusuna verilən adlardan biri də "Mesxet türkləri"dir. Onların qədim əcdadları, tarixi mənbələrin göstərdiyinə görə, mosxlar olmuşdur. Sonralar bu adla bağlı Mesxet - cavaxeti bölgəsi adlandırılmışdır. Bu bölgədə yaşadıqları üçün onlara belə bir ad verilmişdir.

Orxan Şaiq Gögyay belə bir mə"lumat verir ki, Aksaka/Ahıska - Sovetlər Birliyində, Gürcüstan cümhuriyyəti içində olub, başlanğıcda bir gürcü qalası idi. 1635-ci ildə Osmanlılar bunu alıb Çıldır əyalətinə mərkəz yaratdılar [197, s. 2].

F.Kırzıoğlu mesxet türkləri ifadəsinin əleyhinədir, o, "Axısqa türkləri" deyiminin işlədilməsinin tərəfdarıdır. Çünki Mesxet coğrafi addır və Axısqa türklərinə də bu coğrafi adla bağlı «mesxet türkləri» demişlər [196, s. 13-17].

Bakan Kilerçioğlu mesxet isminin kulanılmasının hatalı olduğunu vurğulayaraq.- «Ahıskalı ismindən istifadə edin. Mesket yox. Ahıska var. Mesketi ruslar taktı» - demişdir. Yusif Sərvəroğlu da qurultay çağırılacağını və Mesxet adından vaz keçiləcəyini 1992-ci ilin avqust ayında Türkiyə prezidenti S.Dəmirəl ilə görüşündə demişdir [70, VIII.1992].

G.Sanayan adlı bir müəllif "Mesxeti türkləri" - həlli mümkün olmayan problem, yoxsa ağıllı güzəşt" adlı yazısında şovinistcəsinə yazırdı ki, ictimai fikirdə "Mesxeti türkləri" anlayışı yaranmışdır ki, bu da qeyri-düzgündür, çünki belə etnos mövcud deyildir. Mütəxəssislər onları "müsəlmanlaşmış mesxetililər" adlandırırlar" [70, VIII.1992].

Bə"zi mənbələrdə "Mesxeti türkləri" adının qondarma olduğu göstərilir. Son illərdə "türk-mesxetlər", "məhsəti türkləri", "Türk-Məhsəti" və s. uydurma ifadələrə rast gəlinir.

Türk tədqiqatçısı Qiyas Aslanın fikrincə, "Mesxet türkləri" deyimi xətadır. "Qafqaz türkləri", "İran türkləri", "Anadolu türkləri" kimi, "mesxeti türkləri" demək də düz deyil. Daha doğru şəkildə "Mesxetiyada yaşayan türklər" deyə bilərik.

Bu və ya digər faktlar göstərir ki, deportasiyaya mə"ruz qalan Qafqaz xalqlarından biri kimi [92, 313-314]. Axısqa türklərinin soy-kökü indiyə qədər öz doğma torpaqlarına dönmələri məsələsinin həllində əngələ çevrilmişdir. Onların etnik kökləri haqqında da qarışıq hipotezlərə son qoyulmalı, bu haqda həmin xalqın özü öz sözünü deməlidir.

30-cu illərdə Stalinin dəstəyi ilə gürcü şovinizmi güclənməyə başladı. Türklərin böyük bölümünün soyadı gürcüləşdi. 1938-ci ildə Sovet konstitusiyasının qəbulundan sonra axıskalıların pasportlarına Azərbaycan milləti yazıldı, dilləri isə Azərbaycan dili oldu.

1940-cı ildən sonra axısqalıların rəsmi dili gürcü dili oldu.

cənubi Gürcüstan torpağında türklərin kütləvi məskunlaşması XÜI əsrin ikinci yarısına, yə"ni 1555-ci ilə təsadüf edir. Bu tarixi dövrü, şəraiti gürcü alimləri "bizim tarixin ən ağrılı səhifələri" adlandırırlar.

Axalsıx paşalığı "Çıldır" adı ilə məşhur idi. Bu paşalığın zülmü altında (bu, gürcü alimlərinin fikridir) guya gürcülərin bir hissəsi ana dilini unutdu, soy-köklərini itirdi. Demək olar ki, xeyli gürcü türkləşdi. Onlara islam dini zorla qəbul etdirildi [46, 27.VI.1989].

 
 

© WebMaster: CAhid KAazimov - cahidbdu@yahoo.com - {WebStar} - Muellif huquqlari qorunur.

Bu sehife qedim tarixe malik Axiska turklerinin etnik tarixi, medeniyyeti, dilinin fonetik, leksik, onomastik, semantik, morfoloji ve sintaktik xususiyyetlerinin sistematik tesvirini ehate edir. Muellif ilk defe olaraq bu dilin ses sistemi, luget terkibi, qrammaik qurulushunun genish ve aydin menzeresini yarada bilmishdir. Meslehet, teklif, fikir ve iradlarinizi cahidbdu@yahoo.com-a gondermekle muellifle elaqe saxlaya bilersiniz...

© 2002-2003, www.axiska.narod.ru - Muellif huquqlari qorunur (© Ismayil Kazimov).

 

Ismayil Kazimov
Hosted by uCoz