Axiska (Mesxet) turklerinin dili
İXTİSARLAR

GİRİŞ

I FƏSİL. AXISQA TÜRKLƏRİNİN DİL VƏ ETNİK TARİXİNƏ BİR NƏZƏR

II FƏSİL. FONETİKA

III FƏSİL. LEKSİKA

3.1. Əsas leksik fond

3.1.1. Əkinçilik leksikası

3.1.2. Kənd təsərrüfatı və bostançılıq leksikası

3.1.3. Heyvandarlıq leksikası

3.1.4. Məişət leksikası

3.1.5. Mərasimlərlə (toy mərasimi) bağlı leksika

3.1.6. Xalq musiqi alətlərinin və oyunların adları

3.1.7. Bə'zi bəzək (taxıncaq) adlarının leksik-semantik xüsusiyyətləri

3.2. Alınma leksika

3.3. Terminoloji leksika

3.3.1. İnsanın bədən üzvlərinin adları

3.3.2. Ay, gün, həftə və astronomik adlar

3.3.3. Xalq təbabəti terminləri

3.3.4.Heyvan adları (Zooloji terminlər)

3.4. Regional tə'sirlər, kənara çıxmalar

3.5. «Dədə Qorqud» və Axısqa dil uyğunluqları

3.6. Türk və Azərbaycan ədəbi dilləri ilə ortaq olan sözlər

3.7. Dilin şivələri

3.8. Gürcü substratları

3.9. Gürcü dilində Axısqa türklərinin dilinin elementləri

3.10. Onomastik leksika

3.10.1. Antroponimlər

3.10.2. Toponimlər

3.11. Sözün semantik strukturu: əsas semantik proseslər

3.12. Frazeoloji vahidlər

IV FƏSİL. MORFOLOGİYA

V FƏSİL. SİNTAKSİS

NƏTİСƏ

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1.2. Müxtəlif türk tayfalarının Axısqa toponimlərində inikası

Gürcüstanda müxtəlif türk tayfalarının tarixən sakin olmaları yerli toponimlərdə, o cümlədən, Mesxetidə mövcud olan coğrafi adlarda da tsəbit olunur. Araşdırma göstərir ki, axısqalıların toponimik sistemindəki bir sıra coğrafi adlar uzun tarixi təkamül yolu keçməklə yanaşı, aid olduğu etnosun və mövcud olduğu ərazinin, tarixən bu yerlərdə baş vermiş ictimai və siyasi hadisələrin bir çox özümlü cəhətlərini də inikas etdirmiş və bunlar da oykonim və oronimlərin əmələgəlmə və formalaşmasını şərtləndirmişdir. Axısqalıların ən qədim etnotoponimlərinin hansı tarixi dövrlərin məhsulu olduğunu, onların hansı dildənkənar amillərlə bağlı əmələ gəlməsini və nəyi-hansı etnosla bağlı hadisəni özündə əks etdirdiyini müəyyən etmək bəzən çətin olsa da, bir sıra toponimlərin yaranma yollarını və səbəblərini rekonstruksiya etmək bir o qədər də mürəkkəblik yaratmır. Məhz tədqiqatların nəticələri göstərir ki, axısqalıların ən qədim coğrafi adlarının əksəriyyəti etnik müxtəlifliyin mövcud olduğu bir situasiyada, əsasən də, ayrı-ayrı etnosların (barsil, onoqur, udi, abdal, sabir, tubal, abar, bun, bozal, hun, qul, kuyvar, çol, tolos, sarı, qanqlı, çur, incə və s.) adları ilə əlaqədar formalaşmışdır. Adları qeyd edilən tayfa adlarının axısqalıların coğrafi adlarında qorunub saxlanması həmin qanunauyğun prosesin təzahürüdür.

Diqqəti hunlarla bağlı olan çoxsaylı yaşayış məntəqələrinin adları cəlb edir: Mesxetiyada Xona kəndi (Adıgün rayonu), Kutaisi şəhəri yaxınlığında Xoni kəndi və Tbilisinin cənubunda yerləşən Xunan qalası.

P.V.Qolden hun-xun etnoniminin Altay dillərinə məxsus söz olub, qədim türk dillərində «gün», yəni «xalq» mənasında işləndiyini göstərmişdir [193, s. 28].

Mesxetiyada hun-bulqar tayfalarından olan udilərin adını Adıgün rayonunda olan Ude toponimi mühafizə edib saxlamışdır. Udilər geniş miqrasiyaya malik olan toponim və etnonimlərin adında Qafqazdan Rusiyanın mərkəzi rayonlarına və Uzaq Şərqə qədər səpələnmişlər: Ud, Uda, Udon (çay adları), Ude, Udinsk (yaşayış məntəqələrinin adları) [133, 1989, vıp. IX, s. 10-18].

Gürcüstan ərazisinin toponimikası üç qədim bolqar tayfasının adını da öz oykonimlərində yaşatmışdır: Qul (Ağ Qullar kəndi), Kuyvar (Xubiar kəndi) və Çol (Çol kəndi).

Qul etnonimi Azərbaycanın dörd makroarealında da təkrarlanmışdır: Qullar kəndi (Ağdam, Balakən, Bərdə və Qusar rayonlarında).

Gürcüstan ərazisində Sal tayfası ilə bağlı Salieti (Sallar ölkəsi) və Saloğlı toponimləri mövcuddur.

Tolos tayfasının Azərbaycanda olduğu kimi, Gürcüstanda da təşəkkülü çox erkən dövrlərə təsadüf edir. Toloslar əvvəlcə Mərkəzi Asiyada yaşamış və tədricən erkən orta əsrlərdə Qafqazda görünməyə başlamışlar. Bu oykonim mənbələrdə tolos, teles, tolis, tulus və s. variantlarda qeydə alınmışdır [42, s. 55]. Orxon yazılarında adı tolis formasında qeyd edilmiş bu tayfa VII əsrin ortalarında qədim türk xaqanlığına qarışmışdır. VIII əsrdə teleslər artıq 15 tayfadan (quliqar, tuba, telengit və s.) ibarət idi [61, s. 5-18].

Balaçaur* Mesxetiyada mövcud olmuş xəzər tayfalarından biridir. Axısqalıların yaşadığı Adıgün rayonunda bir kənd, Qudaut rayonunda da digər bir kənd bu adı daşıyır. Azərbaycanda isə Biləcəri stansiyası vardır. Prof. T.Hacıyevin göstərdiyi kimi, Biləcər qədim türk tayfaları olan quzların və karlukların sərhəddində yerləşən bir şəhərin («Balac») adıdır [29, s. 28].

-------------------

* Qeyd: Bəzi kitablarda Bulateaz-Bolasauri şəklindədir (Bax: Əlipaşa Ənsərov. Ahıska türkleri, Bakı, 1996, s. 12.

Beləliklə, II-VIII yüzilliklər arasında türklərin - hunların və digər tayfaların Qafqaza, Gürcüstana (şərqi və cənubi) axını onların regionda bütövlükdə nəzarətçi kimi fəaliyyətini, niyyət və məqsədlərini və s. əks etdirir. Bu dövrdə xəzərlərin bütün ictimai-siyasi məsələlərdə aktiv olduğu, hakimiyyətləri altında bir sıra tayfaları sıxışdırdığı müxtəlif mənbələrdə sübuta yetirilmişdir.

Axısqa türklərinin tarixi ilə bağlı ikinci dövr IX-XIII yüzillikləri əhatə edir. Bu dövrdə bir tərəfdən türk tayfalarının cənubi və şərqi Gürcüstan rayonlarına axını zəifləyir. Bəzi türk tayfaları isə buraları tərk etmək məcburiyyətinə qalırlar. Bunun səbəbi ərəb və bizans imperiyasının həmin ərazilərdə güclənməsidir. İslam dini burada yaşayan türklərə zorla qəbul etdirilir.

Qıpçaq türklərinin bu bölgədəki nüfuzlarının itirilməsindən sonra oğuzlar ceyhun səmtindən hərəkət edərək Qafqazı öz təsirləri altına alırlar və demək olar ki, Qafqaz tamamilə oğuzlaşır. Türk tayfaları bu ərazilərdə oğuzların siyasi biliyi altında toplanır. Axısqa türkləri də oğuzların təsiri altında qalırlar.

XI yüzillikdən türk tayfalarının Gürcüstana yeni axını başlanır. Həmin yüzilliyin əvvəllərindən Gürcüstanda da Səlcuqlar sülaləsinin başçılığı altında oğuzların kütləvi axını başladı ki, bunun nəticəsində Kartlidə də türklərin sayı artdı. Bu haqda N.Şengeliya yazırdı ki, səlcuqlar müntəzəm olaraq Gürcüstana girir, mühüm strateji və inzibati nöqtələri tuturdular... Türk tayfalarının Gürcüstan ərazisində kütləvi oturaqlaşması prosesi baş verir. Yağma məqsədi ilə gələn səlcuqlar daha geri qayıtmırdılar və bütün gürcü ərazisinin türkləşməsi qorxusu yaranmışdı [179, s. 396, 399].

Gürcüstanda qıpçaq və oğuz tayfaları arasında rəqabət gedirdi, onlar bir-biri ilə münaqişəyə girirdilər. Qıpçaqlar tərəfindən pərən-pərən salınmış oğuzların bir hissəsi, məhz bu dövrdə Qazaxıstana, Mərkəzi Asiyaya gedir, bir hissəsi isə Xəzər dənizi ətrafında dövrə vururdular. Bu zaman qıpçaqlar və onlara qohum olan tayfalar (sarı, kimaki, qanqlı, kai, kun, uran və b.) şərqə çəkilirdilər. Sarı və tele adlı tayfalar gürcü mənbələrində «yeni qıpçaqlar», gürcü dilində isə «kivçaqni axalni» adlandırılırdı. Həm də bunlar mənbələrdə «mesakivçake, sakivçake» formalarında xatırlanmışlar [129, s. 367].

Tədqiqatlar göstərir ki, XI-XII yüzilliklərdə cənubi və şərqi Gürcüstan ərazisində 10 min oğuz yaşadığı halda, XII-XIII yüzilliklərdə bu ərazilərdə 350 min qıpçaq yaşamışdır. Çoxsaylı oğuz və qıpçaq tayfalarının adı indi bu yerlərin toponimikasında əks olunmuşdur. Şərqdə qıpçaq, cənubda isə oğuz toponimləri geniş yayılmışdır. Məsələn, qıpçaq tayfalarından biri çur (üur-djur) adlanır. Bu etnonim Adıgün rayonundakı Çurtoba və Çortan kənd adlarında qorunub saxlanmışdır. Axalsıx rayonunda isə Sur* adlı kənd vardır.

---------------------

* Qeyd: Qarabağda Sur adlı (Hadrut rayonu) bir kənd də vardır.

İncə (andja) qıpçaq tayfalarından biri olmuşdur. Axalsıx rayonunda iki kənd adı - Edincə və İncebla - bu tayfanın adını özündə inikas etdirmişdir.

Orta əsrlərdə Gürcüstanda Ança (provinüiə Klardjeti) adlı toponim haqqında IX əsrə aid qədim gürcü qaynaqlarında məlumat verilmişdir [107, s. 41].

Oğuz tayfalarının adı Axısqa toponimlərində bir qədər geniş əks olunmuşdur. Salar tayfasının adı Axalsıx rayonunda olan Salardağ, Oral (Aral) tayfa adı Axalsıx rayonunda Oral kənd adında-oykonimində qeydə alınmışdır.

Adıgün rayonunda Aral adlı toponim müşahidə olunur. Avat (Abat) tayfa adı isə Axalsıx rayonunun Abatxevi kənd adında varlığını qoruyub saxlamışdır.

XIII-XV yüzilliklərdə monqol-tatar və digər fatehlərin Gürcüstana yürüşləri nəticəsində burada türk tayfalarının çoxalması müşahidə olunur. Xüsusən də, bu dövrdə Mesxetiyanın əsas şəhəri olan Axalsıx mənbələrdə Aksıka («belaə krepostğ», kalğka s qruzinskoqo nazvaniə) [187, s. 167], sonra isə Axıska və ya Axısxa kimi xatırlanmağa başlanır.

XV əsrdə Axısqanı bir müddət Qaraqoyunlu və Ağqoyunlular idarə edir [27, s. 8].

1468-ci ildə Mesxetiyada Samsxe Atabəy II Sərkis özünün Tbilisidən asılı olmadığını bəyan edir. Həmin dövlət mənbələrdə «Samsxe Atabəyliyi» kimi göstərilir [103, s. 54].

XV əsrin axırlarında Axısqa osmanlıların təsiri altına düşür. Ahmed Ercilasun «Meshet türkleri hakkında» adlı məqaləsində yazır ki, onlar osmanlı tabeliyinə girəndən sonra 1625-ci ilə qədər ortodoks olaraq yaşadılar, bu tarixdə müsəlman oldular. Axısqalılar ortodoks olduqları sırada qıpçaqların aşağıdakı adları daşıdığını təsbit etmişlər: Bayandır, Salur, Beyrek, Kazan, Korkut, Boğac, Aybek, Aslan, Budak, Atabek, Baykara, Eslemez, Balaca, Kökce, Ordubek, Temur, Yaramış və b. Osmanlı idarəsinə keçdikdən və müsəlman olduqdan sonra, qismən oğuzlara da qarışan bu qıpçaqlar indi adları çox gəzən meshet türklərinin atalarıdır. Bəzi mənbələrdə göstərildiyi kimi gürcüdən dönmə deyil [199, s. 389].

Bu zamandan etibarən axısqalıların tarixində üçüncü dövr başlanır. Osmanlı imperiyası dövründə isə Gürcüstan ərazisində yaşayan türklər ümumi dilə və mədəniyyətə mənsub olmuşlar. Osmanlı dövləti zamanında axısqalılar bu dövlətin sərhədləri daxilində qalmış, onların mədəniyyətini qəbul etmiş və doğu Anadolu türkləri ilə bütünləşmişlər. Osmanlı dövlətinin şimal-şərqində yeni paşalıq - üç yüz ildən çox düşmənləri lərzəyə salmış əzəmətli Axısqa paşalığı yaranır. A.Hacılı axısqalıların tarixində olan bu dövrü məhz, paşalıq dövrü adlandırır [27, s. 7]. Paşalıq dövründə Səfər paşa bu ərazilərdə başçılıq edir. Paşalığın nüfuzu yüksəlir, 14 sancaqdan ibarət olan bu vilayətdə güclü qalalar, məscidlər tikilir.

XIX yüzilliyin başlanğıcında cənubi Qafqaz xalqlarının həyatında yeni siyasi-etnik dəyişikliklər baş verir, osmanlı imperiyası tənəzzülə uğrayır. 1828-ci ildə imperator Nikolay Türkiyə ilə müharibəyə başladığını elan edir. 1829-cu il 15 avqust rus hərbiçiləri Axısqa (Axalsıx) şəhərini də zəbt edirlər. Axalsıx qəzasında müsəlmanların həyatında yeni faciəli səhifələr açılır. Deportasiyalar başlanır. 1828-ci ilin avqustunda qraf İ.F.Paskeviçin qoşunları Axısqaya gəlirlər. Axısqa alınır. Həmin ilin avqustunda Axısqa paşalığı süquta uğrayır. Paşalıq tarix səhnəsindən silinir. Axısqada iki qəza-Axalsıx (Axısqa) və Axılkələk qəzaları yaradırlar.

1828-ci ildə Axısqa rusların əlinə keçincəyə qədər tam 250 il boyunca Çıldır bu əyalətin mərkəzi olaraq aşağıdakı yerlərə bağlı idi: Bedre, Azğur, Ahılkelek, Hırtış, cecerek, Ahıska, Altunkale (Kobliyan), Acara, Macarhel, Livana (Artvin), Perterre (Yusifeli), Ahdanuç, Bmirhev, İlavşat, Oltu, Narman, Kamrhis, Posov, Ardahan, Çıldır, Küçük Ardahan. Bir müddət sonra bu əyalətləri (Çıldır) ruslar yavaş-yavaş ələ keçirməyə başlayırlar.

Türkiyə torpaqlarını işğal etmək üçün Axısqa çox önəmli bir strateji nöqtə idi. Posovlu Fakiri adlı bir şair aşağıdakı misralarında Axısqanın işğalını belə təsvir edir:

Axısqa gül idi gitti

Bir ehli dil idi gitti

Söyleyin Sultan Mahmuda

İstanbul kilidi gitti.

Diqqət edilsə, bu şerdə Axısqa, «İstanbulun kilidi» olaraq mənalandırılır.

Axısqalıların tarixində sonuncu dövr XIX-XX yüzillikləri əhatə edir.

Bu dövr axısqalıların tarixində faciəli sürgünlər, deportasiyalar dövrüdür. I Dünya savaşından sonra və milli mücadilə dönəmində də axısqalıların taleyində qara səhifələr yazılır.*

-------------------------------

* Ali Arslan. "I Dünya Savşı ve Milli Mücadele Döneminde Ahıska Ahılkelek" (1914-1921), Kafkas Araştırmaları, III, İstanbul, s. 93-115.

29 oktyabr 1918-ci ildə Osmanlı imperiyasının dağılmasından sonra cənub-qərbi Qafqazda ilk dəfə olaraq «Axısqa hökuməti-müvəqqəti» yaradılır. Hökumətin başçısı böyük öndər, mollanəsrəddinçi Ömər Faiq Nemənzadə olur. Qars şəhəri bu hökumətin paytaxtı sayılır.

Bu dövrdə axısqalılar da gürcülərin, ermənilərin və ingilislərin zülmü altında əzab-əziyyət çəkirlər.

Həmin dövrün rus imperiyasına aid sənəd və mənbələrdə Axısqa türkləri sadəcə olaraq «müsəlmanlar», «türklər», bəzən də «gürcü-sünnülər» adlandırılır. Sovet dövründə, yəni, 1944-cü ildə, Orta Asiyaya məcburi sürgün ediləndə isə «türklər», «azərbaycanlılar» kimi qeyd edilmişdir. Son dövrlərdə isə mətbuat və ədəbiyyatda «Mesxeti türkləri», «Türk-mesxetlər» kimi qeyd edilir. Lap son illərdə isə tarixi adı ilə, yəni «Axısqa türkləri» adı altında görünməkdədir. Bu tarixi ad isə 70-80-cı illərdə onların Vətənə qayıdış hərəkatı zamanı öz dəyərini tapmış oldu.

Rus imperiyasının türklərə olan kini övladı anasından, qardaşı qardaşdan ayırdı və bu zülmün, işgəncələrin zirvəyə qalxdığı tarix 14 noyabr 1944-cü il oldu. Bu tarixdən Mesxetiyada deportasiyalar başlanır. 220 kənddən planlı şəkildə 86 min müsəlman sürgün olunur. Deportasiya olunanalardan 66, 823 nəfər türk idi [173, s. 13].

Bu tarixdə Axısqa türkləri vətənsiz olaraq Rus şovinizmin pəncəsində acı günlər çəkdilər. 54 ildir heç bir millət və dövlət Türkiyə kimi bu topluma sahib çıxmır. Və indi sayları 400.000-dən çox olan Axısqa türkləri, Rusiyanın 13 bölgəsinə dağılaraq assimilyasiya olunmuş şəkildə çalışmaqdadırlar [68].

Axısqa türklərinin tarixində onların Vətənə dönmə mübarizəsi mərhələsi də əsas yer tutur. Bu mübarizə 70-ci illərdə daha da sürtlənir. Nəhayət, 1979-cu il yanvarın 9-da SSRİ hökuməti axısqalılıarın istəyi ilə hər hansı ərazidə məskunlaşma hüquqları haqqında fərman verir. Gürcüstan dövləti axısqalıların yenidən bu ərazidə məskunlaşması üçün belə bir şərt qoyur ki, onlar mütləq gürcü dilini və familiyalarını qəbul etsinlər. Bu da faktiki olaraq axısqalıların assimiliyasiyasına xidmət edirdi. Gürcülər Axısqa türklərinin vaxtı ilə gürcü olduqlarını və islam dinini qəbul etdikləri məqsədi ilə həmin şərti irəli sürmüşlər.

Başı bəlalar çəkmiş axısqalıların əbədi mübarizə tarixi bu cür zəngin hadisələrlə doludur. Aşağıdakı misralarlarda tarixin bu parlaq səhifələri varaqlanır:

Bən Axıskayım, ben Ahıskayım,

Tarihin en parlaq sayfalarına sor

Ben Ahıskayım yüzyılın mahkumuyum,

Şimdi gör beni, şimdi gör.

Moskof geldi, kahramanca dikildi

Uğursuz bir günün seherinde yandım, yakıldım

Bilmezsiniz, ah bilmezsiniz...

Kaç defa burcumdan, bedenimden söküldüm.

Özbek ülkesinde dökülen kan benim

Ferqane vadisinde fıqan benim

Kardeş hanesinde ansızın hançerlenen

Gözü yaşlı, könlü yaralı mihman benim.

Şimdi qurbetden qurbete sürülen benim

Öz yavrularına çox görülen benim

Dost hain çıkdı, düşman zalim,

Ümütleri örümcek ağına örülen benim... (Y.Zeyrek)

 
 

© WebMaster: CAhid KAazimov - cahidbdu@yahoo.com - {WebStar} - Muellif huquqlari qorunur.

Bu sehife qedim tarixe malik Axiska turklerinin etnik tarixi, medeniyyeti, dilinin fonetik, leksik, onomastik, semantik, morfoloji ve sintaktik xususiyyetlerinin sistematik tesvirini ehate edir. Muellif ilk defe olaraq bu dilin ses sistemi, luget terkibi, qrammaik qurulushunun genish ve aydin menzeresini yarada bilmishdir. Meslehet, teklif, fikir ve iradlarinizi cahidbdu@yahoo.com-a gondermekle muellifle elaqe saxlaya bilersiniz...

© 2002-2003, www.axiska.narod.ru - Muellif huquqlari qorunur (© Ismayil Kazimov).

 

Ismayil Kazimov
Hosted by uCoz