Axiska (Mesxet) turklerinin dili
İXTİSARLAR

GİRİŞ

I FƏSİL. AXISQA TÜRKLƏRİNİN DİL VƏ ETNİK TARİXİNƏ BİR NƏZƏR

II FƏSİL. FONETİKA

III FƏSİL. LEKSİKA

3.1. Əsas leksik fond

3.1.1. Əkinçilik leksikası

3.1.2. Kənd təsərrüfatı və bostançılıq leksikası

3.1.3. Heyvandarlıq leksikası

3.1.4. Məişət leksikası

3.1.5. Mərasimlərlə (toy mərasimi) bağlı leksika

3.1.6. Xalq musiqi alətlərinin və oyunların adları

3.1.7. Bə'zi bəzək (taxıncaq) adlarının leksik-semantik xüsusiyyətləri

3.2. Alınma leksika

3.3. Terminoloji leksika

3.3.1. İnsanın bədən üzvlərinin adları

3.3.2. Ay, gün, həftə və astronomik adlar

3.3.3. Xalq təbabəti terminləri

3.3.4.Heyvan adları (Zooloji terminlər)

3.4. Regional tə'sirlər, kənara çıxmalar

3.5. «Dədə Qorqud» və Axısqa dil uyğunluqları

3.6. Türk və Azərbaycan ədəbi dilləri ilə ortaq olan sözlər

3.7. Dilin şivələri

3.8. Gürcü substratları

3.9. Gürcü dilində Axısqa türklərinin dilinin elementləri

3.10. Onomastik leksika

3.10.1. Antroponimlər

3.10.2. Toponimlər

3.11. Sözün semantik strukturu: əsas semantik proseslər

3.12. Frazeoloji vahidlər

IV FƏSİL. MORFOLOGİYA

V FƏSİL. SİNTAKSİS

NƏTİСƏ

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1.4. Dilin keşiyində, müxtəlif dillərin əhatəsində. Dil xüsusiyyətlərinin öyrənilməsinə dair

Axısqa türkləri dilini sevən, onun qədir-qiymətini bilən bir xalqdır. Dil də Vətən kimi bu xalqın yüzilliklər boyu mə"nəvi dünyası olmuş, savadlı da, savadsız da bu dilin keşiyində dayanmış, onu sevmiş, yad tə"sirlərdən qorumağa çalışmışdır. Təbiidir ki, öz dillərini inkişaf etmiş ədəbi dillərdən saymış, həmişə bu dilin varlığı uğrunda əzmlə mübarizə aparmışlar. Hələ yazı ən"ənələri olmadığı dördə xalqın içərisindən ləyaqətli, iste"dadlı yazıçı, şair və alimlər çıxmışdır. Onların əsərlərində Vətən eşqi döyünür, dil bulaq kimi qaynayır.

Axısqa qəzasının Azqur kəndində anadan olmuş Ömər Faiq Ne"manzadə "Dilimiz və imlamız" adlı məqaləsində yazırdı: "Ədəbiyyatı olmayan bir millətin, dilsiz insana oxşuyacağını söyləmək üçün dəlilə; təfsilə hacət yox sanıram. Çünki ən böyük şahid keçmiş hallar, indiki vüquatlardır. Bundan ötrü örnək, misal artırmaq üçün də uzaqlara getməyək: iştə çərkəz, ləzgi... dilləri, sonra da bizim türkcəmiz (Axısqa türklərinin dili nəzərdə tutulur - İ.K.). Mədənilik ləzgilər, çərkəslər arasında yayıldıqca öz dilləri də yoxluğa doğru yayılacaq. Bir vaxt olacaq ki, o kimi dillərin tarixdə ancaq adları qalacaq. Neyçün? Çünki yazısı, imlası, ədəbiyyatı yox. Bir həqiqətdir: ...dadlı dillərin yavaş-yavaş aşağıya doğru düşdüyünü görürüz. Sevgili dilimizin aramızdan artıq qiyməti gedir. Halbuki bu zamanda hər millət öz dilini saxlamaq üçün varını yox, canını belə fəda edər. Bu gün çoxumuzun türk dili ilə danışmaq, yazmaq istəməməyimizə səbəb qayda, imla, məhəbbətimizin yoxluğudur. Bu qədər gərəkli dilimizin gerçəkdən bünövrəsi olan bu qayda və imla xüsusi indiyə qədər bizdə nə üçün meydanə gəlməmiş? Bəli, hər bir özgə dilin yardımına möhtac ola-ola gəlmişdir. Bu bir təbii qaydadır... türkcəmizin bu zamanə, bu çağa qədər yüngül bir əlifbası, məzbut bir qayda və imlası olmamağı ancaq öz dilimizi bəyənməmək cəhalətindəndir [59, s. 41-44].

Bu haray sonrakı nəslin də diqqətindən yayınmadı, dil - ana dili düşüncə mənbəyinə çevrildi.

Dil bu xalqın öyüdlərində, nəsihətlərində xatırlanır: "Bən qocaldım, gedər oldum, sen dilini qori oğul! Vətəndədür hər insanın həyat adli nuri, oğul" (G. Şahin).

"Vətən" cəmiyyətinin tə"sis etdiyi "Vətən eşqi" qəzeti birinci sayında (baş məqalədə) 3 mart 1992-ci ildə yazırdı: "Hər xalqın varluğunun birinci göstəricisi onun doğma dili - ana dilidur. Dünya işığına göz açan gündən eşitduğumuz, anamızın tatli-tatli nənniləriynən canımıza, qanımıza keçmiş, bizdən ötri dünya dillərinin həpsindən əziz, doğma, gözəl olan ana dilidur. Ona görə biz çalışacayux ki, qazeti ilk dövrlərdə xalqın əksəriyyətinin oxiya bilməsi üçün, əsasən, ana dilimizdə kirill və latın qrafikasıynan, bazi rasmi yazılari isə rusca, iki haftada bir dəfə çap edax." [70, №1 (6), 1992].

Qəzetin həmin sayında çap edilmiş "Ziyalılar, hay verin" adlı müraciət-çağırışda deyilir: "Gürcüstanın bazi şovinist alimləri və bizim yüzdən irak düşüncəsiz, uzaği görmiyan "ziyalilarimiz" dilimizə qarşi qara yaxmaya çalışiyerlər. Bu mənfi hallara cavab vermax üçün biz ziyalılar, bütün xalqlara isbat etməliyux ki, bizim kökümüz türkdür. Biz türk kimi də kendi tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızi, dilimizi və milli bənluğumizi müəyyən etmaliyux. Bunun üçün: - dilimizin ögrənilməsi və təbliği: türk dili dərsluxlarının tərtibatına nail olmax; xalqımızın ayrı-ayrı regionlarında türk dilinin tədrisini həyata keçirmax; regionlarda radio və televiziya verilişlərini türk dilində təşkil etmax; türk dilində kütləvi, bədii və digər ədəbiyyatların çapına nail olmax [70, № 1 (6), 1992].

Qəzetin 27 mart 1992-ci il (№ 2) sayında İlim Şahzadə oğlu "Həmdərlərimə" adlı məqaləsində yazırdı: "Bizim bir-birimiznan öz ana dilimizdə qonuşmamızi dünya malına - sərvətinə degişmam. Bunun qiyməti, bahasi, narxi yoxdur. Ana dili! Gözümizi açıb dünyaya baxan gündən sayca az olan xalqımızın vətənə deyib aği söyləduğini, acı göz yaşlari tökən analarımızın beşigimiz üstündə sızıltılı mənilərini bu dildə eşitdux:

Of dedim dilim yandi,

Od dutdi kilim yandi.

Bən vətəndən ayrıldım,

Torpağım, elim yandi.

Ana dili, bu xalqın başbilənlərinin nöqteyi-nəzərincə, indiki vaxtda xalqı birləşdirən bağdır. Ona görə də dilin safluği, təmizluği, onun hərkeş tərəfindən ağnaşılmasi, ham gündəlux həyatımızda, ham da elmi-ədəbi aləmdə onun aktiv işlənməsi xalqi daha da möhkəm tellərinən bir-birinə bağliyer" [70, №1 (7), 1992].

"Vətən eşqi" qəzetinin səhifələrində çox maraqlıdır ki, ana dili, onun saflığı uğrunda mübarizə hər an işıqlanır. 1992-ci il aprel-may saylarının birində "Dilimizi ögrənax" adlı yazını oxuyanda bu xalqın bir daha cəfakeşliyinə, dilə həssas münasibətinə, məhəbbətinə heyran qalırsan. "Əgər xalqımız 47 yillux repressiyaya mə"ruz qalmişsa, dilimiz yüzyilluxların repressiyasına mə"ruz qalmışdur. Öncə, gürci dilinin əhatəsində olduğundan dilimizə çoxli gürci səsi və sözləri keçmiş, sohunki 47 yildəysə ayrı-ayrı xalqlar arasına səpələnduğundan bir qaç qola haçalanmağinan safluğini daha da yitürmişdur [70, №3 (8), 1992].

Qəzetin 3 mart 1992-ci il sayında "Söndürülən ocax" adlı yazıda Xalid Taştanov ürək ağrısı ilə yazırdı: "Dini rəvayətlərdə söyləniyer ki, allah insana zulum edanda əvvəl onun malıni, sora haxlıni, axırda da canın aliyer. Dövlətlər də ayri-ayri adamlari, ya da kiçik xalqlari represiya edanda əvvəl onun mədəniyyətini, sora dilini və axırda da doğma torpağıni əlindən alıb didərgin saliyer" [70, №1 (6), 1992].

Məqalədən mə"lum olur ki, 30-cu illərdə Axısqada "Ədigön kolxozçusi", "Qızıl rəncbər" kimi yerli qəzetlərdə də ana dilinin repressiyaya mə"ruz qalması tez-tez yada salınırdı.

80-ci illərin gürcü mətbuatında bu xalqın dili haqqında cahilanə mülahizələr, fikirlər çap edilirdi. Məsələn, "Literaturnaya Qruziya" jurnalının 1988, 8-ci sayında qeyd edilib ki, mesxet türkləri dinini və dilini dəyişmiş gürcülərdir. Bu fikrə qarşı professor Şamil Qurbanov "Məhsəti türkləri" adlı tarixi-xranoloji oçerkində tutarlı cavab vermişdir: "Xalq özü durub bir tərəfdə, kənardan onun milli mənsubiyyəti haqqında uydurmalar, fərziyyələr irəli sürülür, hətta dilini, dinini dəyişməyə qədər ağılsız və cahil təkliflər edilir" [70, №1 (6), 1992].

Heç kəsin haqqı yoxdur ki, mübahisələrdə tərəfkeşlik edib sifarişlə iş görsün. Hər bir kəs öz kökünü, öz milliyyətini, dilini özü müəyyənləşdirdiyi kimi, mesxet türkləri də özü bu işləri müəyyən etməlidir. Öz dillərinin keşiyində dayanan mesxet türkləri 30-cu illərdən rayon mərkəzlərində milli dildə teatrlar açmış və öz ləhcələrində qəzetlər yaratmışdılar: "Qızıl rəncbər" (1933), "Adıgün kolxozçusu" (1936), "Kommunist" (1930), "Qızıl bayraq" (1938), "Bağban"(1933), "Sosializm kəndi" (1940) və s. [43, №3 (8), 1992].

Ş.Qurbanov 1944-cü ilə Orta Asiya torpaqlarına sürgün edilən mesxet türklərinin faciəli həyatını təsvir edərkən onların bu yad ölkələrdə dillərinin unudulduğunu da qeyd edir: Onlar dillərini, ən"ənələrini unutmağa başladılar. Bu xalqın öz dilində bircə dənə də məktəbi yoxdur. Başqa mədəni müəssisələrdən, təşkilatlardan isə heç danışmağa dəyməz. Xalq öz dilini unutmaq təhlükəsi qarşısındadır. Onu da nəzərə almaq lazımdır ki, ölməz "Dədə Qorqud"un dili onların dilinə daha çox yaxındır. Heç olmasa, "Dədə Qorqud"un xatirinə bu dili məhv olmaqdan qorumaq lazımdır. Bu isə indiki şəraitdə mümkün deyil, çünki Rusiya daxilindəkilər rusca, Özbəkistandakılar özbəkcə, Qırğızıstandakılar qırğızca, Qazaxıstandakılar qazaxca oxuyurlar. Məktəblərdən büsbütün yayınanlar da vardır [44, №3 (9), 1992].

"Vətən eşqi" qəzetinin səhifələrində bu dilin vəziyyəti və inkişafı, həmçinin təbliği üçün çox işlər görülür. Qəzet aprel-may (1992) sayında yazırdı: Özbəgistanda yaşiyanlar özbəkcənin, Qazaxıstandakilər qazaxcanın, Azərbaycandakilər azərbaycancanın tə"siri altına düşmişlər. Hətta o vəziyyətə gəlmişux ki, ayri-ayri zonalarda yaşiyan ziyalilarımız görüşduxda kendi fikirlərini, hisslərini bir-birinə ağnatmax üçün rus dilini, rus sözlərini qullaniyerlər. Bu dəhşətdür. Bu dilin ölümi demaxdur. Bu halın ögi alınmasa, respublikaların bağımsız dövlətlər olduği şindiki zamanda umumun başa düşəcaği bir qonuşux dili yaranmasa xalqın birluğundan, birdaşmasından söz açmax olmaz. Bu işin öhtəsindən ancax mətbuat orqanlari yaratmağinən, xalqi kendi dilində savadlandurmağinən gəlmax olur.

İlkin dövürlərdə aşındi söyləduğumuz dili bacarduğumuz qətər türk ədəbi dilinə uyğunlaşdurmax, oni yad dillərin qaluxlarından təmüzləməğinən ham kirill qrafikali Azərbaycan əlifbasından, ham da yavaş-yavaş türk əlifbasından istifadə etmaliyux [44, 3 (9), 1992].

"Vətən eşqi" qəzeti bu dili məktəblilərə öyrətmək məqsədilə proqramlar və dərsliklər haqqında mə"lumatlar verir, dərslərin keçirilməsi qaydalarını göstərir. Məsələn, qəzet 1992-ci ilin aprel-may sayından e"tibarən "Türk əlifbası" dərsliyindən müəyyən nümunələr verir ki, bu da dilin təbliği üçün mühüm əhəmiyyət kəsb edir. Qəzet yazır ki, latın qrafikali türk əlifbası hər yolinən təbliğ edilməli, bizim xalqın yaşaduği hər bir respublikada türk dilinin ögrənilməsinə məktəblərdə vaxt ayrılmasına çalışmaliyux. Bu baxımdan Azərbaycanda vəziyyət nisbətən eydür. Əvvələn, 1992-ci yildən eski əlifbaya keçiliyer ki, bu da latın qrafikasıni ögrənmağımıza böyük yardımdur. İkincisi, Azərbaycan Xalq Təhsili Nazirliğunun qərəriynən türk dili ögrənilməsiyçün I-IÜ siniflərdə haftada iki saat vaxt verilmişdür. Bu iki saata uyğun olarax da proqram və "Türk dili" dərsluği işlaniyer.

Azərbaycan Dövlət Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitunun işçisi Məhlüd cəlilov yeni əlifba kitabı hazırlamış və bu dili I-IÜ siniflərdə tədris olunmağa başlanmışdır.

"Vətən eşqi" qəzeti "Ana dilimiz" adlı rubrika da açmış və burada dil problemləri digər dillərlə müqayisəli şəkildə işıqlandırılmışdır. 1991-ci ilin may ayında çap edilmiş (№ 3) "Yıl ayları" adlı materialda Axısqa türklərinin özünəməxsus ay adları müasir türk dili və rus dilindəki ay adları ilə qarşılıqlı şəkildə verilmişdir. cədvəldən bəlli olur ki, Axısqa türklərinin dilində spesifik ay adları (zəməri, qüçük, kirəz, oraq, xarman, böqrüm, qoç, karakış və s.) mövcuddur.

Qəzetin 1991-ci il aprel sayında isə "Hafta günleri" adlı yazıda bu dildə işlənən həftə adları rus dilində qarşılığı ilə göstərilmişdir: Bazarertəsi - Ponedelğnik, Salı -Vtornik, Çərşənbə - Sreda, Pərşənbə - Çetverq, cuma - Pətniüa, cumaertəsi - Subbota, Bazar - Voskresenğe.

Qəzetin həmin sayında bu xalqın toponimlərini, yaşayış məskənlərinin adlarını öyrənmək üçün siyahı və xəritə verilmişdir. Xəritə "Mesxeti - cavaxeti xəritəsi" adlanır.

Beləliklə, Axısqa türklərinin qarşısında duran çox mühüm problemlərdən biri Ana dili problemidir.

"Vətən eşqi" qəzetinin 3 iyul 1992-ci il sayında "Mesxet türklərinin dili tədqiq edilir" adlı yazıda deyilir: Mesxet türkləri qədimlərdən yad dilli xalqların əhatəsinə düşmüş, buna görə də qədim leksik layını və qrammatik qaydalarını saxlamışdır. Həmin xüsusiyyətlərin aşkara çıxarılıb elmi izahının verilməsi və bu dilin ilk qrammatikasının yazılması mesxet türklərinin həyatında tarixi hadisə hesab oluna bilər" [48, 03.VII.1992].

1991-ci ilin 23 aprelində Azərinform mətbuatda "Mesxeti türklərinin qrammatikası yaradılır" xəbərini verdi. İnformasiyada deyilirdi ki, Azərbaycan Respublikası EA Nəsimi adına Dilçilik İnstitutu türk dilləri şö"bəsinin əməkdaşları üzərinə çətin, lakin xeyirxah vəzifə - Mesxeti türklərinə öz qrammatikasını yaratmaqda kömək etmək vəzifəsini götürmüşdür. Bu gün Mesxeti türklərinin taleyi çoxlarına mə"lumdur. Bəlkə də məhz buna görə indi çox ərazilərə səpələnmiş bu xalqın tarixi, dili, mədəniyyəti alimlərin diqqətindən kənarda qalır.

İş prosesində* başlıca tədqiqat obyekti şifahi xalq yaradıcılığı - folklor və danışıq dili nümunələridir. Gələcək əsərə dilin aşağıdakı bölmələri daxil olacaqdır: fonetika, leksika və morfologiya [47, 23.IV.1991].

-------------------

*Qeyd: 1998-ji ilə Nəsimi adına Dilçilik İnstitutunun bir qrup əməkdaşı (prof. Q.Məşədiyev, f.e.d. H.Quliyev, f.e.n. F.Xalıqov və Ə.Əsədov) axısqalıların dil xüsusiyyətlərini öyrənmək məqsədilə Saatlı rayonunda e

Beləliklə, bu əsər indiyə kimi görülən işlərin bir hissəsidir. Mesxet türklərinin dili ilk dəfə kompleks şəklində araşdırıldığından dissertasiyada xalqın tarixinin, etnik mədəniyyətinin, dilinin tədqiqi vəziyyəti barədə mə"lumat verilmiş, axısqalıların dilinin fonetik, leksik və sintaktik xüsusiyyətləri sistem şəkilində tədqiq edilmişdir.


П Р О Г Р А М М А

Всесоюзного общества "ВАТАН"

месхетинских турок

Я З Ы К

7. 1. Общество "Ватан" всегда стояло и стоит на позиции равенства прав всех народов на свое языковое прошлое принципах наибольшего благоприятствования каъдому из языков народов ССРИ.

7. 2. Восстанавливая алфавит на основе латыни, развивает на родном языке литературу, фольклор, топонимы и народное творчество.

7. 3. Общество "Ватан" поддеръивает принципы высокой культуры двуязычия и многоязычия, равенства прав на языковое будущее независимо от количества говорящих на том или ином языке.

7. 4. Общество "Ватан" долъен добиться равенства прав на беспрепятственное развитие родного языка, письменности и её применение, общественной культурной ъизни, право обучения на родном языке и воспитание детей на родном языке в дошкольных учреъдениях.

7. 5. Общество "Ватан" добивается право на полноязычие, т.е. на полноценное владение языком и его использование как средство не только бытовой общения, но и творческого развития культуры, без чего человек обречен на "полуязычие" и "полукультуру".

7. 6. Общество "Ватан" считает русский язык как средство меънационального общения и имеет право на свободу общественных обединений по языковым интересам.


Yad mühitdə, müxtəlif dillərin əhatəsində uzun bir inkişaf yolu keçmiş Axısqa türklərinin dili bu gün ancaq təsərrüfatla bağlı mövqeyini qoruyub saxlamışdır. Müxtəlif mənbələr, sənədlər göstərir ki, əvvəllər bu dilin intişar və işlək dairəsi yüksək olmuşdur. Bu dilə 30-cu illərdə "tatar dili" və "Azərbaycan dili" də deyilib. Gürcüstanda gürcülər, firənglər və digər millətlər bu dildə danışır, mahnı oxuyur və qoşqular qoşurdular. Bu dildə folklor nümunələri yazıya alınırdı. Həmin fikirlərə akademik N.Y.Marrın qeyd və gündəliklərində rast gəlirik [137, s. 27-31].

Dil yad mühitə, durğunluq vəziyyətinə düşəndə ictimai funksiyasını qismən də olsa itirir, onun işləklik dairəsi və yayılma arealı zəifləyir. Axısqa türklərinin də dili belə olmuşdur. Bu dil əsas funksiyanı yerinə yetirə bilməmiş, dialekt çərçivəsində qapanıb qalmış, ancaq kommunikativlik imkanlığını mühafizə etmişdir.

Axısqalıların dili əsrlər boyu əlaqədə olduğu dillərin tə"siri altına düşmüş, onların bir sıra qanunauyğunluqlarını mənimsəmiş, bununla belə, öz milli ruhunu da qoruyub saxlaya bilmişdir. Bu dil Azərbaycan, gürcü, rus, özbək, uyğur dilləri ilə təmasda olmuş, söz alıb, söz vermişdir.

Azərbaycana köçüb gələrkən ayrı-ayrı yaş qruplarının dil leksikonu xeyli dəyişmiş, orta nəslin və cavanların dillərində türk, gürcü, özbək dillərindən, ən cavan nəslin dilinə isə üstəlik Azərbaycan dilindən çoxlu söz və ifadə daxil olmuşdur [9, 02.III.1990; 69, s. 14-15].

Bu əhalinin dili yalnız onların yaşadıqları regionlarda ailə-məişət funksiyasını yerinə yetirir, evdə, danışıqda məhdud dairədə işlədilir.

Axısqa türklərinin dil xüsusiyyətləri ilk dəfə akademik Y.N.Marr, akademik S.S.cigiya tərəfindən öyrənilmişdir. Y.N.Marr 1904-1905-ci illərdə cənub-qərbi Gürcüstanda olarkən bu ərazidə yaşayan türklərin dili ilə ətraflı tanış olmuş, həmin dilin fonetik qanun və hadisələri, danışıq dilinin qrammatik quruluşu, eyni zamanda, bu dilin dialekt xüsusiyyətləri haqqında ilk dəfə mə"lumat vermişdir [137, s. 27-31]. Y.N.Marr 1928-ci ilin yazında türklərin yaşadığı Abastuman rayonuna gəlmiş, Abastuman ətrafında yaşayan türklərin bə"zi dil xüsusiyyətlərini (fonetik və leksik xüsusiyyətlər) öyrənməyə çalışmışdır. Leksik materialın toplanmasında müəllifə Adıgün rayonunun Varxan-Saxan kəndinin sakinləri Muşir Həbiboğlu və Dəvriş Əhmədoğlu kömək etmişlər. Y.N.Marr Azğur türklərindən topladığı leksik material əsasında 1937-ci ildə həcmcə çox da böyük olmayan, amma qiymətli, maraqlı faktlarla zəngin olan "Zametki o tureükom əzıke okrestnostey Abastumani" məqaləsini yazmışdır. Bu məqalədə 53 söz, o cümlədən, bə"zi ay və coğrafi adlar da təhlil edilmişdir. Həmin sözlər gürcü, Azərbaycan və erməni dillərilə müqayisə edilmişdir. Y.N.Marr Axısqa türklərinin dili üçün aşağıdakı xarakterik xüsusiyyətləri göstərmişdir. a) naliçie zvuka x-, otsutstvuöheqo v literaturnom əzıke (baxça, kırx, doxxuz); b) perexod s-ş (işter vm. lit. ister); v) vıpadenie -h - v intervokalğnoy poziüii vızıvaöhie dolqotu okruhaöşix qlasnıx (şaad-şahat) i dr. [137, s. 27].

R.İ.Şor bu dili "əcəri türk şivəsi" [184, s. 43, 44] adlandırmış ki, bu səhv S.S.cikiya tərəfindən tənqid edilmişdir. S.S.cikiya ilk dəfə "Mesxeti dialekti" terminindən istifadə etmişdir.

S.cikiya şərti olaraq əhalinin 1944-cü ilə qədər yaşadığı Mesxeti-cavaxetini Mesxetiya adlandırmış və o ərazidə yaşamış etnosların dilini həmin coğrafi ərazinin adı ilə bağlamışdır [114, T. V, №2, s. 831-839].

S.cikiya 1936-cı il dekabrın 1-də Leninqrad Dil və Ədəbiyyat İnstitutunun türk-monqol kafedrasının ümumi iclasında «Anadolu türk dilinin Axalsıx şivəsi» mövzusunda mə

S.S.cikiya həmin məqalədə bir morfoloji hadisə - yönlük halın xüsusi bir forması haqqında mə"lumat vermişdir. O göstərir ki, ikinci şəxs təkin mənsubiyyət şəkilçisi qəbul etmiş sözlər yönlük halda işlənərkən başqa türk dialektlərindən fərqlənir. Başqa türk dillərində özünü göstərilən "hallanan söz+mənsubiyyət şəkilçisi + hal şəkilçisi" formulu (məs, ata-n-a) bu dildə özünü doğrultmur və yerini "hallanan söz + hal şəkilçisi + mənsubiyyət şəkilçisi" formuluna verir. (müq. et: baba-an, baş-a-n). Burada "n" səsi mənsubiyyət, -a isə hal şəkilçisi kimi çıxış edir.

1926-27 və 1931-37-ci illərdə S.S.cikiya Axısqa türklərinin XÜI yüzilliyə - osmanlı imperiyasına qədərki dil xüsusiyyətlərini öyrənir. O, bu dili müqayisəli planda - gürcü, Azərbaycan, laz, erməni dillərilə, həmçinin Anadolu türklərinin dili ilə qarşılaşdırır, ümumi və müştərək xüsusiyyətləri aşkar edir. Bu baxımdan onun tədqiqatlarının böyük elmi-nəzəri əhəmiyyəti vardır.

S.S.cikiyanın tədqiqatlarında dil əlaqələri də ətraflı öyrənilib. Onun gürcü - türk və gürcü - Azərbaycan dil əlaqələrindən bəhs edən aşağıdakı əsərləri vardır: "Ob odnom qruzinskom tureüke svəzannom s kollektivnım trudom, v törkskix əzıkax", "O Qruzino-Azerbaydjanskix əzıkovıx vzaimootnoşeniəx", "Poəsnenie nekotorıx slov vostoçnoqo proisxojdeniə", "Nekotorıe osobennosti tureükoy reçi qruzinskoqo naseleniə Mesxeti" və s.

70-ci illərdə Axısqa türklərinin dil xüsusiyyətləri Orta Asiya alimlərinin də marağına səbəb olmuş, bu haqda F.Əliyev [78], B.Xasanov [176, s. 192-194] tədqiqatlar aparmışlar. B.Xasanov Axısqa türkləri dilinin lüğət tərkibinə qazax dilinin tə"sirini müəyyən faktlar əsasında öyrənmişdir. F.Əliyev namizədlik dissertasiyasını Qazaxıstanda yaşayan Axısqa türklərinin dilinin leksikasına həsr etmişdir.

Sabircan cəlilovun Axısqa türklərinin dilinin morfologiyasına aid bir neçə qiymətli məqaləsi vardır [109, №1, 1982, s. 122-128].

Azərbaycan dilçiləri Axısqa türklərinin dili haqqında demək olar ki, tədqiqat aparmamışlar. Halbuki Azərbaycanın Saatlı, Sabirabad, Quba, Beyləqan, Xaçmaz, Abşeron və digər bölgələrində xeyli türk ailələri yaşayır. Fərqanə hadisələrindən sonra isə Azərbaycana çoxlu türk ailələri köçürülmüşdür. Odur ki, azərbaycanlıların da bu xalqın dil xüsusiyyətləri ilə tanış olmaları müəyyən zərurətdən yaranır. Axısqa türklərinin dili ilə Azərbaycan türklərinin dilləri arasında oxşar və fərqli cəhətlər mövcuddur və bu xüsusiyyətləri tədqiq edib öyrənmək dilçiliyimizə, o cümlədən, türkologiyaya xeyli fayda verə bilər.

 
 

© WebMaster: CAhid KAazimov - cahidbdu@yahoo.com - {WebStar} - Muellif huquqlari qorunur.

Bu sehife qedim tarixe malik Axiska turklerinin etnik tarixi, medeniyyeti, dilinin fonetik, leksik, onomastik, semantik, morfoloji ve sintaktik xususiyyetlerinin sistematik tesvirini ehate edir. Muellif ilk defe olaraq bu dilin ses sistemi, luget terkibi, qrammaik qurulushunun genish ve aydin menzeresini yarada bilmishdir. Meslehet, teklif, fikir ve iradlarinizi cahidbdu@yahoo.com-a gondermekle muellifle elaqe saxlaya bilersiniz...

© 2002-2003, www.axiska.narod.ru - Muellif huquqlari qorunur (© Ismayil Kazimov).

 

Ismayil Kazimov
Hosted by uCoz