İSMAYIL Kazımov
Cəbrayılda tüxtəlif
türk tayfalarının tarixən məskun
olmaları yerli toponimlərdə təsbit
olunur. Araşdırma göstərir ki.
Cəbrayılın toponimik sistemindəki
bir sıra toponimik adlar uzun tarixi təkamül
yolu keçməklə yanaşı,
aid olduğu etnosun və mövcud olduğu
ərazinin, tarixən bu yerlərdə
baş vermiş ictimai və siyasi hadisələrin
bir çox özünəməxsus cəhətlərini
də əks etdirmiş və bunlar
da coğrafi adların əmələgəlmə
və formalaşmasını şərtləndirmişdir.
Bu ərazilərdə tayfa adlarının
izləri yaşadan toponimik vahidlər
çoxdur:. Məsələn: beqdili
(Bəydili arxı), quş (Quşçular
kəndi), tulus (Tulus kəndi), qaraman (Hacıqaraman
piri), Çaxmak (Çaxmaq çayı,
Çaxmaqtəpə), qır (Qıraxdın)
və s.
Bu yer adları haqqında həmyerlilərimizdən
prof., Q.Kazımov, prof., K.Vəliyev, Ə.Xələfli,
Ə.Behbudov, İ.İmanzadə, Ç.Kazımov,
B.Zeynalov, K.Ağayev və b. bəhs etmişlər.
Lakin həmin müəlliflərin bəziləri
Cəbrayılın ən qədim
toponimlərindən olan Q ı r a x d
ı n, Topçaq, G ə y ə n, Çaxmaqtəpə,
Çaxmaq çayı, T u l u s, Q a z a n
z ə m i, Bəydili arxı və s.
haqqında bəzən subyektiv fikirlər
söyləmişlər. Xüsusən
də, lazım olan mənbələrdən
istifadə etmədən Cəbrayılın
keçmiş adınının- Qıraxdının
mənşəyininin izahında təhrifə
yol vermişlər. Müəlliflərin
bir çoxu (K. Ağayev) «Qıraxdın»
adının rus dilindəki «Karantin»
sözü ilə bağlamışlar.
Bəziləri «Qıraxdın»
deyərkən «dindən kənar»,
bəziləri «qıraqdan, kənardan
gələnlər» mənasında
şərh etmişlər. Araşdırma
göstərir ki, bu mülahizərin heç
biri həqiqətə uyğun deyil.
Bizim fikrimizcə, «Qıraxdın»
coğrafi adının kökü «qır»
(kır) tayfasının adındandır.
Tədqiqatçılar göstərirlər
ki, q ı r sözü qədim və
çoxmənalı sözdür. M. Kaşğari
bu sözün aşağıdakı
mənalarını verir: k ı r yağı
«gizli düşmən»; k ı
r «qır rəngi»; k ı r
at «qır rəngli at»; k ı
r «su bəndi»; k ı r «yastı
dağ» (Bax: Divanü-Luqat-it Türk.
Tercümesi. Çeviren Vesim Atalay. Ankara, 1939-1941,
c 1, s. 324). «Ət töhfə»də
k ı r sözünün "çöl,
səhra, adamsız yer, səma" mənaları
var (Elbrus Əzizov. Azərbaycan dilinin tarixi
dialektologiyası. B., 1999, s. 238). K ı
r (qır, kir) sözü müasir türk
dillərində «açıq boz,
boz- bulanıq, çal; tarla, çöl,
düzənlik»;»təpəlik,
daşlı çöl, çılpaq
çöl, yüksəklik və s. mənalarda
işlənmişdir (Bax: Tureüko- russkiy
slovarğ. M. , 1977, s. 540; Turkmensko- russkiy
slovarğ. M. , 1968, s. 233). Qırlarla bağlı
Azərbaycanın Ağsu (Qırlar),
Goranboy (Qırıqlı), Ağstafa
(Qırıqlı) rayonlarında kəndlər
var. Q ı r coğrafi termininə Orta
Asiyanın toponimikasında da rast gəlinir.
Mənbələrdə kır (qır)
adlı tayfanın olması da göstərilir.
(Bax: Azərbaycan toponimləri. B., 1999,
s. 16). Türkiyəli alim Hüseyn Saracoğlu
«Doğu Anadolu Bölgesi» (İstanbul,
1989, s. 269) adlı irihəcmli kitabında
Anadolunun mərkəzi sıra dağları
və yaylarından söhbət açarkən
Kıraktin yaylasından da bəhs edir
və yazır ki, Sıradağı
Balık gölünün kuzey kenarında
ince ve nisbeten alçak bir s ı r t halındedir.
Buralara Kıraktin yaylası denir. Lakin sıradağı
buradan sonra gitgide yükselir ve genişler.
Dedelerin söylediyine göre, bu yaylada k ı
r kökenleri vaxtıile meskunlaşmışlar.
Beləliklə, yuxarıdakı mənbələr
və sonuncu H. Saracoğlunun mülahizələri
deməyə əsas verir ki, Cəbrayılın
keçmiş adı «qır»
tayfa adı ilə bağlıdır.
Bu fakt həmin ərazidə ən qədim
tayfaların (qırlar) yaşadığını
sübut edən dəlillərdəndir.
T o p ç a q düzü. Vaxtı
ilə «Topçaq» düzü
haqqında bir yazımızda bu adın
«topa yer», dəyirmi yer» mənalarını
verdiyini göstərmişdik (Bax: Qıraxdın,
Gəyən və Topçaq toponimlərinin
etimologiyası. - Azərbaycan onomastikası
problemləri. B., 1990, s. 107-108). Bu fikri hörmətli
xalq yazıçımız Sabir Əhmədliyə
istinadən şərh etmişdik. Bu
düzün təsvirini «Azığa
doğru» romanında verən yazıçı
yazır ki, babaların dediyinə görə,
Topçaq vaxtı ilə müharibə
meydanı olub. Bu el- obada Topçaq kimi tamaşalı
yer olarmı? Bir düzdü, bir meydandı,
məcməyi kimi dəpdəyirmidi.
Toponimik, etnonimik araşdırmalar
göstərir ki, T o p ç a q\\Topçak\\
Tobıçak bir etnosun adıdır.
İ. N. Berezin orta yüzilliklərə
aid olan «İqor knyaz Severskiy» adlı
kitaba yazdığı rəydə
T o p ç a k \\ T o b ı ç a k adlı
tayfa birliklərindən də bəhs
etmiş, həmin adın «kök
at»; mənasını göstərmişdir
(Bax: Jurn. «Moskovityanin». SPb, 1984, VI,
№22, s. 70). V.Radlovun fikrincə, Topçak
1) «qüvvətli, gözəl
at»; 2) «girdə», «dairəvi»,
«yumru» (V. Radlov. Opıt slovarya tyurkskix
nareçiy. SPb. , 1905, t. III, s. 1230) mənalarındadır.
F. E. Korş t o p ç a k sözünün
«xüsusi növ at « mənasında
olduğunu göstərmişdir (F.E.
Korş. Tureükie glementı v əzıke
«Slove o polku İqoreve». -İzvestiə
otdeleniə russkoqo əzıka i slovesçosti»,
t. VIII, kn. 4, SPb., 1903). Q. Yarrinq t o p ç
a k sözünü «gözəl at,
topçaq at», «boylu- buxunlu at»,
«qədd-qamətli at» mənasında
izah etmişdir. Demək, bəzi araşdırmalarda
«topçak» sözünün epitet
olduğu qeyd edilir. Qazaxıstanın
Kokçetav rayonunun Akmolin vilayətində
Qaraqula- Tobuçaq adlı nəsil, tayfa
indi də yaşayır. «İqor
Polku»nda Topçak\\Tobuçaq sözü
xüsusi ad kimi işlənmişdir.
Topçaq sözünün mənşəyinə
gəldikdə qeyd olunur ki, bu ad türk
mənşəlidir, t o p şar
+ çaq- kiçiltmə bildirən şəkilçi:
t o p- ç a q «şarik, dairəvi;
yumru şar. Çuvaşlarda Tepçek
kişi adı kimi istifadə olunur. Elmi
tədqiqatlar, göründüyü kimi,
həmyerlimiz , yazıçı S. Əhmədlinin
fikrinin doğru olduğunu sübut edir.
Yəni, «Topçaq» düzü
deyəndə, «yumru, dairəvi, şar
şəkilli düz» nəzərdə
tutulur. Görünür, bu ərazidə
vaxtı ilə məskunlaşmış
insanlar «Topçak» tayfalarının
qalıqlarıdır. Maraqlıdır
ki, məşhur Topçaq qarpızları
da şar şəkilliolduğuna və
xüsusi quruluşuna görə fərqlənirdi.
G ə y ə n düzü.
Türk mənşəli addır. «Azərbaycan
dilinin izahlı lüğəti»ndə
bu sözün tam aydın, işıq
olmayan mənalarına malik olduğu göstərilir.
Bəzi mənbələrdə «Gəyən»
sözü süd kimi aydın gecə
mənasında izah olunur. Şivələrinmizdə
bu söz genişlik, açıqlıq
mənalarındadır. «Mal-qaranı
gəyənlikdə bağladılar»-
deyərkən açıq yerlər
nəzərdə tutulmuşdur. Xalq
etimologiyasına görə də «gəyən»
düzün geniş, ucsuz- bucaqsız olması
ilə əlaqədardır. Yazıçı
S.Əhmədli yazır ki, Gəyən
bir milyon qoyunu, dəvəni, ilxıları
doyuran ger- geniş yataqlar, örüşlərdi.
Bu söz genişlik mənası ilə
yanaşı, quraqlıq, susuzluq mənalarına
da malikdir. Sarı Aşığın
aşağıdakı bayatısında
bu söz həm geniş, həm də
quraqlıq, susuzluq mənalarındadır.
Mən aşıq gəyən
yerlər.
Göyərmiş gəyən
yerlər
Mənə nişanə
qaldı Ayağın dəyən
yerlər (Ustad aşıqlar).
Beləliklə, mənşəcə
çox qədim olan türk mənşəli
«Gəyən» toponimi təbii
şəraitin bir sıra əlamətlərini
(genişlik, susuzluq, quraqlıq, yarıqaranlıq)
qorumuş və saxlaya bilmişdir.
«Quşçular» kəndinin
adı quşlarla bağlıdır.
Azərbaycanşünas M. Vəliyev yazır
ki, kuşanların Azərbaycan ərazilərinə
tez-tez soxulmaları izsiz qalmırdı.
Hətta onların burada yaşadıqlarını
ehtimal etmək olar. Bunu müxtəlif qəzalardakı
bir sıra kənd adlarının «Quşçu»
olması da təsdiq edir.
«Hacıqaraman»ocağının,
pirinin adındakı «qaraman» tayfa
adı «qara» (güclü, igid»)
və man- «insan» sözləri
əsasında əmələ gəlmişdir.
Çaxmaq çayı, Çaxmaqtəpə.
Bu etnonim şahsevənlərin eyniadlı
tirəsinin adını daşıyır.
Cəbrayılda hər iki ərazi adı
bu tayfanın adını özündə
əks etdirir. Türkiyənin Doğu
Anadolu bölgəsində «Çakmak
dağı» var. Bu çox basıq,
geniş yaylalar halında alçalan bir
dağdır. Bu dağda türkdilli çakmak
tayfalarının yaşadığını
D. Paqirov da göstərmişdir (Bax: Paqirov
Q. Alfavitnıy ukazatelğ k pətiverstnoy
karte Kavkazskoqo kraə, izdaniə Kavkazskoqo
Voenno- Topoqrafiçeskoqo Otdela. Tiflis, 1913,
s. 181). Ordubadda da «Çaxmaqlı»
adlı dağ vardır.
Beləliklə, Cəbrayılın
ən qədim etnotoponimlərinin hansı
tarixi dövrlərin məhsulu olduğunu,
onların hansı etnosla bağlı
hadisəni özündə əks etdirdiyini
müəyyən etmək bəzən
çətin olsa da, bir sıra toponimlərin
yaranma yollarını və səbəblərini
bərpa etmək bir o qədər də
mürəkkəblik yaratmır. Məhz
tədqiqatların nəticələri
göstərir ki, Cəbrayılın
ən qədim coğrafi adlarının
bir çoxu etnik müxtəlifliyin mövcud
olduğu bir şəraitdə, əsasən
də ayrı-ayrı tayfaların (qır\\kır,
quş\\kuş, qaraman, tulus\\tolos, topçaq,
gəyən, bəydili\\beqdili, çaxmaq\\çaxmax
və s.) adları ilə bağlı
yaranmışdır.Adları qeyd edilən
etnosların Cəbrayılın toponimikasında
qorunub saxlanması həmin qanunauyğun
prosesin təzahürüdür.